Məhkəmə qərarları › İş №e-2-1(112)-9985/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9985/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9985/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər X21 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 19.09.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 nömrəli mənzildə xx.xx.2014cü il təvəllüdlü X21, xx.xx.2002-ci il təvəllüdlü Maraqlı şəxs7, xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs5, xx.xx.2018-ci il təvəllüdlü X39, xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs4, xx.xx.2020-ci il təvəllüdlü X35, xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs8, xx.xx.1988-ci il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.2016-cı il təvəllüdlü X27, xx.xx.2006-cı il təvəllüdlü X28, xx.xx.1987-ci il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.2018-ci il təvəllüdlü X29, xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1980-cı il təvəllüdlü Maraqlı şəxs6, xx.xx.2010-cu il təvəllüdlü X36 və xx.xx.2016-cı il təvəllüdlü X37 qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, həmin şəxslərin 2 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, 47/2-M-8747 saylı məktubla bildirmişdir ki, Səbail rayon Polis İdarəsinə ünvanladığınız ərizəyə cavab olaraq bildirmişdir ki, həmin şəxslərin göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında yerləşən mənzildən orada yaşamayan və istifadə hüququ olmayan şəxslər - xx.xx.2014-cü il təvəllüdlü X21, xx.xx.2002-ci il təvəllüdlü Maraqlı şəxs7, xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs5, xx.xx.2018-ci il təvəllüdlü X39, xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs4, xx.xx.2020-ci il təvəllüdlü X35. xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs8, xx.xx.1988-ci il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.2016-cı il təvəllüdlü X30, xx.xx.2006-cı il təvəllüdlü X28, xx.xx.1987-ci il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.2018-ci il təvəllüdlü X29, xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1980-cı il təvəllüdlü Maraqlı şəxs6, xx.xx.2010-cu il təvəllüdlü X36, xx.xx.2016-cı il təvəllüdlü X15 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21, Maraqlı şəxs7, Maraqlı şəxs5, X39, Maraqlı şəxs4, X35. Maraqlı şəxs8, Maraqlı şəxs1, X3 Natiq Mehman oğlu, Maraqlı şəxs3, X29, Maraqlı şəxs2, Maraqlı şəxs6, X36 və X37 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər.

7. İddiaçı daha sonra iddia tələbinin həcmini artıraraq, əlavə olaraq X42 və X8 da 3 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, X42 və X31 üçüncü şəxs qisimində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

8. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş iddiaçının həyat yoldaşı X6 məxsus olmuşdur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X4 vəfatından sonra xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında yerləşən mənzil X4 vərəsəsi kimi iddiaçının mülkiyyətinə keçmişdir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayaraq pasport qeydiyyatında olmuşlar. Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında yerləşən mənzildə onunla yanaşı bu evdə yaşayan xx.xx.1978-ci il təvəllüdlü X32, xx.xx.1985-ci il təvəllüdlü X22 da qeydiyyatdadırlar. Lakin onun mülkiyyətində olan 2 saylı mənzildə onlarla yanaşı bu evdə yaşamayan və istifadə hüququ olmayan üçüncü şəxslər də qeydiyyatdadır. Bu şəxslər yanlışlıqla mülkiyyətində olan pasport qeydiyyatına düşmüşlər.

9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

10. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

17. İddia həm də əsaslıdır. Belə ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 495 nömrəli sərəncamından görünür ki, Səbai rayon İH Başçısının mənzil məsələlərinə dair komissiyasının xx.xx.2002-ci il tarixli №25 rəyi təsdiq edilmiş və M.Hüseyn küçəsi, 67 №-li evin 2№-li mənzilinin texniki pasportunda göstərilən 8 kv.metrlik otaq T.Səfərovanın mənzilinin yaşayış sahəsinə daxil edilmiş, vət. X23 5 nəfər ailə üzvü ilə, Mehdi Hüseyn küçəsi, 67 №-li evin, y\sahəsi 24.0 kv.m olan 2 otaqlı 2№-li mənzilinin sahibi hesab edilmişdir.

18. 12.12.2002-ci il tarixli 170648 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X23 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 otaqdan ibarət 2 nömrəli mənzilin yaşayış sahəsi 12.7 kv.metr olan 1 otağını X2.

19. 1111108901 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 nömrəli mənzil X8 (1 otaq) və X9 (1 otaq) paylı mülkiyyətində olmuşdur.

20. 24.04.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X32 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında yerləşən 2 otaqlı mənzilin ona məxsus payını (1 otaq 12.7 kv.m) atası X6 bağışlamışdır.

21. 1113043431 qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 nömrəli 1 otaqlı mənzil X4 tam mülkiyyətində olmuşdur.

22. 1113043447 qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2a nömrəli 1 otaqlı mənzil X8 tam mülkiyyətində olmuşdur.

23. xx.xx.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 nömrəli mənzilin ümümi sahəsi 21 kv.m, yaşayış sahəsi 13.5 kv.m, yardımçı sahəsi 7.5 kv.m olan 1 otaqlı mənzildən tam hissədə pay almalıdır.

24. Səbail rayonu üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı MKİS-in xx.xx.2024-cü il tarixli, 25 nömrəli məktubundan görünür ki, MKİS-in xidməti ərazisində yerləşən M.Hüseyn küçəsi 67 saylı evin 2 və 2a saylı mənzillərinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, vətəndaş X17 məxsus olan 2 saylı mənzil 2 otaqdan ibarət olub. xx.xx.2013-cü ildə 2 saylı mənzilin 1 otağı İddiaçı mərhum həyat yoldaşı X1. Lakin mənzilə çıxarış verilən zaman X17 məxsus 1 otağa 2A nömrəsi verilmişdir. Alqısatqıdan sonra X17 məxsus olan 1 otaqlı hissə 2A adlandırılmış və keçmiş 2 saylı mənzildə Qeydiyyatda qalmış şəxslər: Maraqlı şəxs7-2002, Maraqlı şəxs6 Aftandil qızı - 1980, Maraqlı şəxs1 Soltan oğlu-1988, X38-1991, Maraqlı şəxs5-1994, Maraqlı şəxs3 oğlu-1987, X37-2016, Maraqlı şəxs8-1977, Maraqlı şəxs4-2004, X28-2006, X21- 2014, X39-2018, X35-2020, Məmmə'dova Şəbinə Ruslan qızı-2016, X29- 2018, X36-2010 həmin ünvandan qeydiyyatdan çıxmamışlar. M.Hüseyn küçəsi 67 saylı evin 2a saylı mənzilində faktiki olaraq yaşayanların siyahısı aşağıdakılardır; Maraqlı şəxs6 Aftandil qızı, X24, X40, X41. Hazırda 2 saylı mənzilin sahibi mərhum X4 həyat yoldaşı X5 və onun qızları X32 və X25 faktiki olaraq 2 saylı mənzildə qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar

25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, 2 saylı mənzilində üçüncü şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. X8 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, 2A saylı şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

26. İddiaçı hazırda 2 saylı mənzilin mülkiyyətçisi kimi ona məxsus mənzildə qeydiyyatda olan, lakin yaşamayan üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına xahiş edir.

27. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

28. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

29. 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

30. 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

31. 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

32. 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

33. 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

34. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

35. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

36. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.

37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

40. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

41. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir...

42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir...

43. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

44. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

45. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2).

47. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

48. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

49. Hazırkı məhkəmə qərarının 17-25-ci bəndlərində sadalanan hallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 saylı mənzil 2 otaqdan ibarət olmaqla X10 məxsus olmuş, o 2002-ci ildə məzilin 1 otağını iddiaçının qızına satmış, daha sonra əmlak naturada bölünmüş, T.Əliyevanın mülkiyyətində olan mənzilə ünvan 2 ünvanı verilmiş, iddiaçıya məxsus mənzilin ünvanı ünvan 3r bir mənzilə yeni ünvan verildikdən sonra T.Əliyeva və onun ailə üzvləri Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında qeydiyyatda qalmaqda davam etmişdir. İddiaçı hazırda məmin şəxslərin 2 saylı mənzildə eyil, 2a saylı mənzildə yaşadıqlarını iddia edərək hazırkı iddianı qaldırmışdır.

50. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67, mənzil 2 ünvanında yaşamaması, habelə mənzilə hər hansı bir hüququnun olmaması iş materialları ilə tam təsdiq edilir. Deməli, onların 2 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur.

51. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin edilməlidir.

52. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

54. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

55. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2002-ci il təvəllüdlü Maraqlı şəxs7, xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs5, xx.xx.2018-ci il təvəllüdlü X26, xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs4, xx.xx.2020-ci il təvəllüdlü X18, xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs8, xx.xx.1988-ci il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12, xx.xx.1987-ci il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.2018-ci il təvəllüdlü X13, xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1980-cı il təvəllüdlü Maraqlı şəxs6, xx.xx.2010-cu il təvəllüdlü X19, xx.xx.2016-cı il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X33 və xx.xx.1952-ci il təvəllüdlü X8 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 2 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar