Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1099/2022 07.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı nikah haqqında şəhadətnamədə soyada və ata adına düzəliş edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 1974-cü ildə verilmiş nikah haqqında şəhadətnamədə qeyd olunan “Fətxanova” soyadının 1977-ci ildə ona verilmiş doğum haqqında şəhadətnaməsində qeydə alınmış “Abdullayeva” soyadı olaraq və həmin şəhadətnamədə ata adı kimi yazılmış ”Budax qızı” qeydinin “Budaq qızı” kimi düzəliş edilməklə VVAQ orqanında qeydə alınmasına və ona qeyd olunan düzəlişlər əsasında yeni nikah şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının doğum tarixi 1955 ci il martın 21-i, doğulduğu yer Ağdam rayon Paparavand kəndidir. İddiaçı doğularkən anası ilə atasının rəsmi nikahı olmadığı üçün ona anasının qızlıq soy adı – “Fətixanova” verilmiş və qeydiyyat kitabında da "Fətxanova" kimi qeyda alınmışdır. İddiaçı xx.xx.1974-cü ildə Qənimət Quliyevlə ailə qurarkən də onun doğum haqqında şəhadatnaməsi olmamış, o səbəbdən nikaha daxil olarkan "Fətxanova" kimi nikah bağlayaraq, nikahdan sonra ərinin soyadına uyğun olaraq "Quliyeva" soyadını qəbul etmişdir. Lakin 1977-ci ildə yəni, nikahdan 3 il sonra iddiaçı doğum şəhadətnaməsi alarkan, bu dəfə ona doğum şəhadəlnaməsi atasın soyadına uyğun olaraq "Abdullayeva" soyadı ilə verilmişdir. Bundan başqa nikah şəhadətnaməsində ata adı "Budaq" kimi deyl, "Budax" olaraq yazılmışdır, həmçinin nikah şəhadətnaməsində "Fətixanova" kimi deyil, "Fətxanova" olaraq qeyd olunmuşdur. İddiaçının atası 10 yanvar 1930-cu il təvallüdlü X2r. İddiaçı qeyd olunan yanlışlıqlara vətəndaş vəziyyəti aktları kitabında düzəliş edilməsi və ona "Abdullayeva" soyadı ilə və "Budaq qızı" düzəlişi ilə yeni nikah haqqında şəhadatnamənin veriməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili Nümayəndə iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1955-ci il tarixli 12 nömrəli doğum akt qeydindən görünür ki, Fətixanova Fiqurə xx.xx.1955-ci il tarixdə anadan olmuş, ata qrafasında ad qeyd edilməmiş, yalnız xüsusi qeydlər qrafasında “anasının deməsinə görə uşağın ata adı “Budax” yazılmışdır” qeydi edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş АЗ 186778 nömrəli xx.xx.1974-cü il tarixli “Evlənmək haqqında” şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında xx.xx.1974-cü il tarixdə nikah bağlanmış, arvada “Quliyeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1974-cü il tarixli, 06 nömrəli “nikahın bağlanması haqqında” akt qeydindən görünür ki, X4 evləndikdən sonra “Quliyeva” soyadını qəbul etmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş İV-ЖГ 427041 nömrəli xx.xx.1977-cİ il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.1955-ci il tarixdə anadan olmuş, ata qrafasında “X5”, ana qrafasında “X1” qeyd edilmişdir. -Ağdam rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 95-05/69 nömrəli arayışından görünür ki, X4 xx.xx.1955-ci il tarixdə Ağdam rayonu, Papravənd kəndində anadan olmuş, bu barədə xx.xx.1955-ci il tarixdə Ağdam rayon Papravənd icra nümayəndəliyində 12 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -Ağdam rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 94-05/15 nömrəli məktubundan görünür ki, İddiaçı nikah akt qeydində soyadına və ata adına düzəliş edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının nikah haqqında şəhadətnaməsi ilə ona məxsus bəzi rəsmi sənədlərdə soyadı və ata adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, nikah haqqında şəhadətnamədə onun soyadı “Fətxanova”, ata adı isə “Budax” qeyd edilsə də, bundan sonra verilmiş sənədlərdə (doğum haqqında şəhadətnamədə və.s) soyadı “Abdullayeva”, ata adı “Budaq” kimi qeyd edilmişdir. İddiaçı nikah haqqında şəhadətnamədə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:- - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşaq nikahı olmayan anadan olduqda doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının adı uşağın anasının göstərişi üzrə yazılır. İşə əlavə edilmiş müvafiq sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, nikahı olmayan anadan doğulduğuna görə onun soyadı anasının soyadına uyğun olaraq “Fətixanova” kimi qeyd edilmiş, yalnız xx.xx.1955-ci il tarixli 12 nömrəli doğum haqqında akt qeydinin xüsusi qeydlər qrafasında anasının deməsinə görə onun ata adı “Budax” kimi yazılmışdır. Bundan sonra, yəni xx.xx.1974-cü il tarixdə iddiaçı nikaha daxil olarkən nikah haqqında akt qeydində iddiaçının ata adı və qızlıq soyadı onun doğum haqqında akt qeydinə uyğun şəkildə “Fətixanova” və “Budax qızı” kimi qeyd edilmişdir. Sonradan iddiaçı xx.xx.1977-cİ il tarixdə “Doğum haqqında” şəhadətnamə əldə edərkən onun ad, soyad və ata adı “X3” kimi qeyd edilərək ata qrafasında “X5”, ana qrafasında isə “X1” göstərilmişdir. İddiaçı qeyd olunan doğum haqqında şəhadətnaməyə istinad edərək nikah haqqında şəhadətnaməsinə müvafiq düzəlişlər edilməsini tələb edir. Qeyd olunur ki, iddiaçıya məxsus nikah haqqında şəhadətnamə ona məxsus ilkin sənədə, yəni xx.xx.1955-ci il tarixli 12 nömrəli doğum haqqında akt qeydinə uyğun olaraq yazılmışdır, sonradan, yəni xx.xx.1977-cİ il tarixdə əldə edilmiş “Doğum haqqında” şəhadətnamədə onun soyadının və ata adının fərqli şəkildə yazılması xx.xx.1974-cü il tarixdə tərtib edilmiş akt qeydinə düzəliş edilməsinə və bunun əsasında yeni nikah haqqında şəhadətnamənin verilməsinə əsas verə bilməz. Bu səbəbdən də iddiaçının nikah haqqında şəhadətnamədə soyada və ata adına düzəliş edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı nikah haqqında şəhadətnamədə soyada və ata adına düzəliş edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1099/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1099/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver