Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1201/2022 14.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X2, X14, X12, X13 və X15) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X7, anaları X10 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X3, X1, X8, X4, X5 və X9 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olaraq iş üzrə İddiaçı1 tanınması, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X7, anaları X10 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X3, X1, X8, X4, X5 və X9 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləriataları X7, anaları X10 və onun adına verilmiş JN-029B, KOD 61019028 olan torpağa mülkiyəytə verilməsinə dair şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ayrılmışdır. Lakin şəhadətnamədə 3 nəfərin adı qeyd olunmasına baxamyaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin üç nəfərə deyil, səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Tərəflərindən cavabdeh orqana ərizə ilə müraciət edilmişdir ki, əsassız olaraq qeydiyyatda olan altı nəfər şəxslərin adları elektron baza məlumatlarından çıxarılsın, onların yerinə onun (İddiaçı1) adı həmin elektron bazaya daxil edilsin. Adları əsassız olaraq onlara aid torpaq sənədi ilə əlaqəli elektron məlumat bazasına daxil edilmiş şəxslər onların qardaşı arvadının və onun uşaqalarının adlarıdır. Lakin təəssüfki cavabdeh orqan onlara verdiyi 10 mart 2022-ci il tarixli, **********53 saylı məktubla mübahisə ilə bağlı məhkəməyə müarciət etməklərini tövsiyyə etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 14 noyabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsi JN- 029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X17, X19 və İddiaçı1 adına işlənib hazırlanmışdır. Lakin aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elekton baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçının mərhum atası X17 və ailə üzvlərinə məxsus Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsinin JN- 029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumtları arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması, eyni zamanda JN-029B saylı şəhadətnamədə İddiaçı1 adının olmasına baxmayaraq elekton baza məlumatlarında onun adının qeyd olunmaması Ərazi İdarəsinə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN- 029B KOD 61019028 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, 189 nömrəli və xx.xx.2022-ci il tarixli, 109 nömrəli arayışlar, xx.xx.2017-ci il tarixli vəsiyyətnamənin təsdiqlənmiş surəti, Bərdə rayonu, Şərəfli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, 4957 nömrəli, xx.xx.2022-ci il tarixli, **********53 nömrəli və xx.xx.2022-ci il tarixli, **********340 nömrəli məktubları, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayış və xx.xx.2022-ci il tarixli, 09 nömrəli arayış əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, elektron baza məlumtlarında yazılmış ailə üzvü olmayan X3, X1, X8, X4, X5 və X9 adlarının elektron baza məlumatlarından çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elekton baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Həmin sənədin iddiaçının ailə üzvlərinə məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda ailə üzvü olmayan şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir, bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədə uyğundur. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndi üzrə pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında iddiaçı və ailə üzvləri ilə birlikdə X3, X1, X8, X4, X5 və X9 da adları yazılmışdır. Belə olan halda həmin şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması istisna olunur. Başqa sözlə elektron baza məlumatları ilkin sənəd olan Bərdə Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adları olduğu halda elektron baza məlumatlarından adların çıxarılması yolverilməzdir. Digər tərəfdən X3, X1, X8, X4, X5 və X9 adlarının elektron baza məlumatlarından çıxarılması, digər payçıların pay həcminin artması və islahat komissiyasının müəyyən etdiyi normadan artıq olmasına zəmin yaradacaq. Odur ki, iddiaçı və elektron baza məlumatlarında adları qeyd olunan digər payçılar hər biri, yaxud birlikdə özlərinin pay haqqına münasib həcmdə hissənin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüquqları izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1201/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1201/2022
14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver