Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1442/2024 04.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı işsizlikdən sığorta ödənişinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümyəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı işləmədiyi 3 ay 9 gün üçün işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1442/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, X9 Kollecinin ibtidai sinif müəlliməliyi ixtisasını bitirmiş, Göygöl rayon Xasabağ kənd Əsas Orta Məktəbinin direktorunun xx.xx.2006-cı il tarixli 33 nömrəli əmri ilə həmin məktəbin kitabxanaçı vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Analıq məzuniyyətinə çıxdıqdan 29 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə onun vəzifəsi ixtisara düşmüşdür. Analıq məzuniyyətində olduğu üçün ixtisar olunduğu gün deyil, analıq məzuniyyətinin bitdiyi gün (xx.xx.2023-cü il tarixdə) onu tutduğu vəzifədən azad etmişlər. O, vəzifədən azad edildikdən sonra qeydiyyatda olduğu Məşğulluq mərkəzinə müraciət edərək işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciət etsə də cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu iləmüraciətin icrasından imtina edilmişdir. Cavabdeh orqanın imtinasına səbəb kimi guya onun sığorta hadisəsi baş verdiyi andan əvvəlki 24 ayın 12 təqvim ayından az sığorta stajının olması göstərilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 04 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı və iddiaçının nümayəndəsi isə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının iddiaçı və iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə dair etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 — 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 — 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1il Sığorta stalı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta staiına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. İddiaçı xx.xx.2021-ci il tarixdə işlədiyi Göygöl rayonu Xasabağı kənd orta məktəbində kitabxanaçı vəzifəsindən sosial məzuniyyətə çıxmış və xx.xx.2023-cü il tarixdə sosial məzuniyyətinin müddətinin bitdiyi gün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2023-ci il tarixində işsizlikdən sığorta ödənişi almaq üçün Agentliyin X1 filialına (bundan sonra — Filial) müraciət etmiş və işsizlikdən sığorta ödənişinin təyin olunması məqsədilə müraciət etmiş vətəndaş məlumatları müvafiq qaydada araşdırılmışdır. Araşdırma zamanı iddiaçının sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ayda sığorta stajı olmadığı üçün ona işsizlikdən sığorta ödənişi təyinatının aparılması mümkün olmamışdır. Bununla əlaqədar Filial tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 317-2/2-İ-71743/2023 nömrəli cavab məktubu göndərilmişdir. Burada sığorta stajı dedikdə Qanunun işsizlikdən sığorta staiı üçün müəyyən etdiyi spesifik müddət nəzərdə tutulur. Belə ki, Qanunun 11-ci maddəsinə əsasən sığortaolunanın sığorta stalına bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət daxil edilir. İddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki 24 ay ərzində xeyrinə işsizlikdən sığorta məqsədləri üçün sığorta haqqı ödənmədiyinə görə qeyd edilən müddət sığorta stalı olaraq nəzərə alınmır. İddiaçıyla xx.xx.2024-cü il tarixində X8 təhsil idarəsində xadimə vəzifəsi üzrə əmək müqaviləsi bağlanıldığı üçün qanunamüvafiq qaydada məşğul şəxs hesab edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1-ci maddəsinə əsasən muzdla işləyənlər — Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər məşğul şəxslərdir. Həmin Qanunun 5.12.1-ci maddəsinə əsasən məşğul şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Belə olduğu təqdirdə də şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşıyır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına iddiaçının ailə üzvləri barədə məlumatlar, Göygöl rayonu Təhsil Sektoru Xasabağ kənd ümumi orta məktəbi üzrə xx.xx.2021-ci il tarixli 44 nömrəli, xx.xx.2023-cü il tarixli 73 nömrəli və xx.xx.2021-ci il tarixli 42 nömrəli əmrlərdən çıxarışın təsdiq edilmiş surətləri, iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli 329389 nömrəli doğum haqqında şəhadətnamənin surəti, cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-2/2-İ-71743/2023 nömrəli məktub, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etiraz və etiraza əlavə, iddiaçıya məxsus 181311 nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Göygöl rayon Xasabağ kənd orta məktəbinin kitabxanaçısı işləmiş, xx.xx.2021-ci il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Analıq məzuniyyətinə çıxdıqdan sonra onun vəzifəsi ixtisara düşmüşdür. Analıq məzuniyyətində olduğu üçünonu vəzifəsinin ixtisar olunduğu gün deyil, analıq məzuniyyətinin bitdiyi gün (xx.xx.2023-cü il tarixdə) tutduğu vəzifədən azad etmişlər. Bundan sonra iddiaçı ona işsizlikdən sosial sığorta ödənişinin ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-2/2-İ-71743/2023 nömrəli məktub təqdim edib iddiaçının tələb olunan sığorta stajına malik olmadığını əsas gətirərək müraciətin icrasından imtina edilmişdir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskinötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərininyaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. -2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması. 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti. 3.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada 13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16- cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində 14.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın: 1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. 4.3. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin sığorta ödənişinin təyin edilməsindən imtina əsası sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta stajının olmaması ilə bağlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdeh sığorta haqqlarının ödənilməsi anlayışı ilə, sığorta haqqlarının ödənilməsinin elekton informasiya sistemində qeyd edilməsi anlayışlarını eyniləşdirməklə iddiaçının sığorta ödənişini almaq hüququna müdaxilə etmişdir. Belə ki, iddiaçı sığorta ödənişini almaq hüququna əmək müqaviləsinə xitam əsasına uyğun olmaqla malik şəxsdir və işəgötürən tərəfindən sığorta ödənişləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Həmin sığorta haqqları barədə məlumatın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq elektron informasiya sistemində yerləşdirilməməsi isə məhkəmə hesab edir ki, iddiaçının təqsirindən asılı olmayan hal hesab edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamənin: 5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır: 5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq; 5.0.4. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları MEİS-ə daxil etmək; 5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək. Göründüyü kimi sistemin operatoru kimi məlumatın mərkəzləşdirilmiş electron informasiya sistemində daxil etmək cavabdehin müvafiq funksiyalarını həyata keçirdiyi üst qurumun səlahiyyətləri daxilində olan məsələdir. Məhkəmə həmçinin sığorta haqqları ödənilməsə belə həmin halın iddianın təmini istisna etməməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini də zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Göründüyü kimi ödənişin edilmədiyi halda belə həmin hal iddiaçının məsuliyyət sferasına aid deyildir ki, hazırkı iş materialları ilə isə ödənişlərin edildiyi, lakin elektron informasiya sistemində həmin məlumatların qeyd edilmədiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 181311 nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, iddiaçının sonuncu iş yeri üzrə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Belə olan halda hazırki münasibətlərə tətbiq eilməli tənzimlənmə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1.2-ci maddəsinə nəzərdə tutulur. Belə ki, Qanunun 13.1.2-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Göründüyü kimi, müddətli əmək müqaviləsi üzrə şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququnun yaranması üçün sığorta hadisəsi qismində sözügedən müddətli əmək müqaviləsinin müddətinin bitməsi qanunvericilik baxımından tanınmaqdadır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 181311 nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox əmək münasibətlərində olmuşdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən, bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə - bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada sığorta ödənişi təyin olunur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1442/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1442/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver