Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1608/2022 04.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin Aksizli və X1 Nəzarət Baş İdarəsi) tütün məmulatı idxalı üçün aksiz markalarının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan 3.800000 (üç milyon səkkiz yüz min) ədəd aksiz markalarının sifariş edilməsi üçün rəyin və aksiz markalarının sifarişi üçün razılaşdırma protokolunun 3-cü şəxslə birgə hazırlanaraq imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5325/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə inzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Belarus Respublikası Qrodno X7 "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən həmin fabrikin istehsalı olan tütün məmulatlarının (tütündən hazırlanan filtrli siqaretlər) alınaraq idxal edilməsi üçün lazım olan aksiz markalarının sifarişi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 23 dekabr 2020ci il tarixli 17 nömrəli məktubla müraciət etmişdir. Bu müraciətimizin əsasında aksiz markalarının sifariş edilməsi ilə bağlı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 3.800.000 ədəd aksiz markalarının şirkətimiz tərəfindən alınması üçün müvafiq olaraq razılaşma protokolunun və rəyin verilməsi ilə bağlı məktub göndərilsədə, Dövlət Vergi Xidməti tərəfindən heç bir əsas olmadan müvafiq rəyin və razılaşma protokolunun verilməsi təmin edilməmişdir. Qeyd olunan rəy və razılaşma protokolunun 3-cü şəxsə verilməsi üçün dəfələrlə müraciət edilsədə, Dövlət Vergi Xidməti tərəfindən iddiaçının müraciətləri ilə bağlı heç bir qanuni əsas göstərilməmiş, və məktubların cavablandırılması təmin edilməmişdir. Hansı ki, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində şirkət əhəmiyyətli dərəcədə maddi zərərlə üzləşmişdir. Cavabdeh tərəfindən etdiyimiz müraciətimizlə bağlı iddiaçı olaraq saxlanc anbarımıza baxış keçirilməklə ardıcıl olaraq 2 dəfə vergi yoxlaması da aparılmış və yoxlama nəticəsində şirkətdə heç bir qanuna uyğunsuzluq aşkar edilməməsi ilə bağlı aktlar tərtib edilmiş, cavabdeh tərəfindən şirkət barəsində heç bir maliyyə sanksiyası və ya tələbi qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 415 nömrəli fərmanı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə"də və Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də edilmiş dəyişikliklərə əsasən aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək vergi orqanlarının səlahiyyətinə aid edilmişdir. Qeyd olunan fərmanın qüvvəyə mindiyi sonrakı müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla aksiz markalarının sifarişi və hazırlanması Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında bağlanmış razılaşma protokoluna əsasən aparılır. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Aksizli və X1 Nəzarət Baş İdarəsi ilə əvəz edilmiş, bundan sonra Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində prosesual statusuna xitam verilərək cavabdeh qismində məhkəmə icraatına cəlb edilmiş, Dövlət Vergi Xidmətinin Aksizli və X1 Nəzarət Baş İdarəsinin isə cavabdeh qismində prosesual statusuna xitam verilərək iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “tütün məmulatı idxalı üçün aksiz markalarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 414 nömrəli və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikasının 2019- cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanlarının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ile markalanmalı ve mecburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydalarının tesdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə teqdim edilmişdir. Qeyd edilən normativ hüquqi akt üzrə tənzimləmə qəbul edilənədək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli, 414 ve 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının maliyyə və iqtisadiyyat nazirlikləri arasında razılaşma protokolları imzalanmışdır. Həmin razılaşma protokolları ilə tərəflər aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması ilə bağlı qaydalar təsdiq edilənədək markaların Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməsi barədə razılığa gəlmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MİHO/11-2- 2021-878 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin 3,8 mln. ədəd idxal edilən tütün məmulatlarına tətbiq olunan aksiz markalarının sifarişinə dair Razılaşma Protokolunun layihəsinin təqdim edilməsi Dövlət Vergi Xidmətinə 2021-ci il 17 mart tarixli 03/03-03-172-1835 nömrəli məktubla müraciət olunduğu, lakin bu günə kimi layihənin təqdim edilmədiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı tütün məmulatlarının idxal edilməsi üçün lazım olan aksiz markalarının sifarişi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmiş, cavabdeh orqan qeyd olunan müraciət əsasında aksiz markalarının sifariş edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq olaraq razılaşma protokolunun və rəyin verilməsi ilə bağlı məktub göndərildiyini, Dövlət Vergi Xidməti tərəfindən heç bir əsas olmadan müvafiq rəyin və razılaşma protokolunun verilməsinin təmin edilmədiyini bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 415 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi vəzifələrin sırasından "aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək" vəzifəsi çıxarılmış və həmin Fərmanla qeyd edilən vəzifə Vergilər Nazirliyinə həvalə edilmişdir. Qeyd edilən Fərmanın 4-cü hissəsinə əsasən aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Naziliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməsi hər iki quruma tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi" təsdiq edilmişdir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 414 nömrəli və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərintənzimlənməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanlarının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Qeyd edilən normativ hüquqi akt üzrə tənzimləmə qəbul edilənədək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının maliyyə və iqtisadiyyat nazirlikləri arasında Razılaşma protokolları imzalanmışdır. İş materiallarına əlavə edilmiş razılaşma protokollarının məzmunundan görünür ki, idxalçıların aksiz markalarına olan tələbatlarına uyğun ölkəyə idxal edilən malların aksiz markalarının Maliyyə Nazirliyi tərəfindən hazırlanması (sifarişi) nəzərdə tutulmuşdur. Göründüyü kimi həm qanunvericiliklə, həm də Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi arasında olan razılaşma protokollarına əsasən ölkəyə idxal edilən malların aksiz markalarının hazırlanmasının təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya tütün məmulatı idxalı üçün İddiaçı MMCyə aksiz markalarının verilməsi öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tütün məmulatı idxalı üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə aksiz markalarının verilməsi öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1608/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1608/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver