Məhkəmə qərarları › İş №e-2-1(114)-1659/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1659/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1659/2022 11.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin mərhum X4 adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, atası Nümayəndə Məmmədəli oğlu (1933) ilə anası X4 (xx.xx.1937) nikahından olmaqla xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Nümayəndə Məmmədəli oğlu xx.xx.1991-ci il tarixdə, X8 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının eyni ata-anadan olmaqla X9 (xx.xx.1964) və X7 (xx.xx.1968) adında iki bacısı olmuşdur. X7 isə ailə həyatı qurmadan və hər hansı övladı olmadan xx.xx.1992-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. İddiaçı doğulduğu gündən bugünə qədər ailəsi ilə birlikdə ünvan 1 ünvanında daimi olaraq yaşamaqdadır. İddiaçı, onun qızı X2 və onun azyaşlı övladları həmin mənzildə daimi qeydiyyatdadırlar. Həmin mənzil Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderi ilə iddiaçının atası mərhum Nümayəndə Məmmədəli oğlunun istifadəsinə verilmişdir. İddiaçının atası Nümayəndə Məmmədəli oğlu 27 dekabr 1991-ci il tarixdə vəfat etdikdən sonra anası X8 tərəfindən mənzilin onun adına keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin 309 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə ünvan 2 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil iddiaçının anası X4 adına rəsmiləşdirilmişdir. İddiaçının anası X8 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. İddiaçı tərəfindən qeyd olunan mənzildə mərhumun dəfni, üç, yeddi, qırx və il mərasimləri verildikdən sonra iddiaçı vərəsəlik üzrə mənzilin öz adına rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş, notarius isə mərhum X4 qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün müvafiq məktubla cavabdehə müraciət edərək notariat hərəkətlərinin aparılması məqsədilə ünvan 1 ünvanında yerləşən mənzilə mərhum X4 mülkiyyət hüququnun tanınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, cavabdeh mənzilin özəlləşdirilməsinə dair sənədlərin tam təqdim edilmədiyini əsas gətirərək ərizənin təmin edilməsindən imtina etmişdir. İmtina məktubu xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən inzibati orqanın binasında şəxsən əldə edilmişdir. İddiaçı cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2004-cü il tarixli, 309 nömrəli “Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2 saylı evin, 7 saylı mənzilinin şəxsi hesab vərəqəsinin X4 adına dəyişdirilməsi haqqında" sərəncam vermişdir. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı İstehsalat X1 adına xx.xx.2022-ci il tarixli, **********822 nömrəli şəxsi hesabdan çıxarış verilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayış İddiaçı verilmişdir. Bununla yanaşı, Nümayəndə Məmməd oğlunun adına 1961-ci il tarixli, 38 saylı order verilmişdir. Lakin həmin orderdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə dair tələblər pozmuşdur. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli, **********56 nömrəli cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3 və 35.1-ci maddələrini nəzərə alaraq, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 məhkəməyə 29 iyun 2022-ci il tarixli, 10-316 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, ünvan 1 Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 309 saylı sərəncamı ilə vətəndaş X5 və onun ailəsinə yaşayış məqsədi ilə istifadəsinə verilmişdir. Həmin binanın 35 nömrəli mənzilinin X6 adına özəlləşdirilməsinə Birliyin rəhbərliyi etiraz etmir. Şifahi məhkəmə baxışı iclası 11 oktyabr 2022-ci il tarixə təyin edilmiş, tərəflərə və üçüncü şəxsə bu barədə məlumat verilmişdir. İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına “Ölüm haqqında” xx.xx.2018-ci il tarixli, AZ-İ 921974 nömrəli və xx.xx.2020-ci il tarixli, AZ-İİ 096188 nömrəli şəhadətnamələrin təsdiqlənmiş surətləri, xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderin təsdiqlənmiş surəti, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 309 nömrəli sərəncamının təsdiqlənmiş surəti, xx.xx.2022-ci il tarixli, **********822 (dövlət) nömrəli şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, 434 nömrəli və xx.xx.2021-ci il tarixli, 439 nömrəli arayışların surətləri, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın təsdiqlənmiş surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2022-ci il tarixli, 640(151)/3 nömrəli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 738 nömrəli məktubunun təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinəşamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi iləəlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. 34.1-ci maddəsinə görəöhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderi ilə iddiaçının atası mərhum Nümayəndə Məmmədəli oğlunun istifadəsinə verilmişdir. Nümayəndə Məmmədəli oğlu 27 dekabr 1991-ci il tarixdə vəfat etdikdən sonra anası X8 tərəfindən mənzilin onun adına keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin 309 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə ünvan 2 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil iddiaçının anası X4 adına rəsmiləşdirilmişdir. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı ünvan 2 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzil sahəsinin özəlləşdirilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsini əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsindəşəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatıəmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə vəəsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı ünvan 2 ünvanda yerləşən 2 otaqdan ibarət mənzilin özəlləşdirilməsinin əsası kimi mənzilin şəxsi hesab vərəqəsinin bir addan başqa ada dəyişdirilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 309 nömrəli sərəncamını və Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderini təqdim etmiş, lakin qeyd olunan sərəncam qanunvericiliyin tələblərinə əsasən mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2022ci il tarixli, 640(151)/3 nömrəli məktubundan görünür ki, Filialda mühafizə Gəncə şəhər X14 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar tresti arxiv fondunun sənədləri yoxlanılmış, yuxarıda göstərilən ünvana dair heç bir hüquqverici sənədi aşkar olunmamışdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixdək qüvvədə olan Mənzil Məcəlləsinin 46-cı maddəsinə əsasən ictimai mənzil fonlu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı kоmitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X14nin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X14nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə hər hansı hüquqmüəyyənedici sənədi olmadığından, İddiaçıun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçıun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar