Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1696/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X1 və X2) qarşı şəhadətnamədə ata adının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayonu Aqar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarında ərizəçinin atasının adını “Əhməd” dən “Məhəmməd”-ə dəyişdirilməsinə və həmin şəhadətnamədə ata adının “İddiaçı” yazılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qazax rayonu Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyətinə verilməsinə dair qərar verilmişdir. Lakin, həmin qərarda iddiaçının atasının adı Məhəmməd qızı yox, Əhməd qızı qeyd olunmuşdur. Hal-hazırda iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq istəyəndə atasının adı səhv yazılması səbəbindən ala bilməmişdir. Bundan sonra İddiaçı Qazax rayonu Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qırarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-364A nömrəli şəhadətnamədə buraxılmış texniki səhvlərinin aradan qaldırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə göndərilmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi 07 avqust 2023 tarixli 321-3-37/2- 5552/2013 saylı cavabı ilə bildirmişdir ki, araşdırma zamanı, JN-364A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-1609A nömrəli şəhadətnamədə göstərilən məlumatları baza məlumatları ilə eynidir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-1696/2024 saylı, tarixli xx.xx.2024-cü il qərardadı ilə X7, X4 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 364A saylı şəhadətnamədə hansı səbəbdən İddiaçı əvəzinə səhv olaraq İddiaçı Əhməd qızı kimi yazılması onlara məlum deyildir. Adlı siyahıdada iddiaçının adı İddiaçı Əhməd qızı kimi qeyd edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Torpaq sahəsi verilən şəxslərin adlı siyahısından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Əhməd oğluna, X6, X1 və X2 0.10 ha torpaq sahəsi ayrılmışdır. - “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2000-ci il tarixli, JN-364A KOD 50100108 nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı Əhməd oğluna, X6, X1 və X3 Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, 3-21-3-32/2-3865/2024 nömrəli məktubundan görünür ki, ləğv edilmiş DT və XK-nin Tovuz rayon şöbəsi tərəfindən 15 saylı Tovuz Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarına əsasən Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı əsasında İddiaçı və digər ailə üzvlərinə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində birgə ümumi mülkiyyət hüququ qeydiyyata alınaraq "Torpağa mülkiyyət hüququna dair JN-364A nömrəli şəhadətnamə tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində və elektron məlumat bazasında Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair JN-1609A nömrəli şəhadətnamə haqqında hər hansı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş JN-364A şəhadətnamənin adlı siyasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, adlı siyahıda İddiaçı Əhməd qızı kimi qeya edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2000-ci il tarixli, JN-364A KOD 50100108 nömrəli şəhadətnamədə Qazax Rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı əsasında verilmiş 0.10 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında İddiaçı adı qeyd edilsə də, iddiaçı “İddiaçı Əhməd qızı” kimi adının səhv göstərilməsini qeyd etmiş və “İddiaçı” kimi yazılmasını, tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Qazax rayonu Yuxarı Salahlı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Əhməd oğluna, X6, X1 və X2 0.10 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə, iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2000-ci il tarixli, JN- 364A KOD 50100108 nömrəli şəhadətnamədə adının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin şəhadətnamə İddiaçı Əhməd oğluna, X6, X1 və X2 verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X6, X1 və X2) qarşı şəhadətnamədə ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1696/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1696/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver