Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1708/2023 25.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məlikova Könül Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus obyektin enerji təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilata müraciət edərək bildirmişdir ki, ona məxsus Gəncə şəhəri Ə.Cəmil küçəsi "Sahildə görüş" yeməkxanası 1993-ci ildən fəalliyət göstərmişdir. Yeməkxana 2003-cü ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi deportamentinin 000722 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə tərəfindən özəlləşdirilmişdir. Ona məxsus yeməkxana 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüşdür. Yeməkxananın elektrik enerjisinin hesabatı üçün Gəncə Elektrik şəbəkəsi 266 saylı transformator u/st-dah 0,4 paylayacısından qidalanırdı. Obyektin qanunsuz sökülməsi zamanı elektrik sayğacı da söküntü zamanı torpağın altında qalmışdır. Bu səbəbdən də iddiaçı ona məxsus obyektin enerji təchizatının bərpa olunmasını cavabdeh təşkilatdan xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin 25 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus obyekt üzrə köhnə proqramdan görünür ki, obyektin sayğacı sökülərək başqa şəxsə satılmışdır və hazırda da sayğac istifadədədir. Bu hal sayğaçı işlədən şəxsin öz ifadələri ilə də öz təsdiqini tapır. Həmçinin həmin sahədə tikili yoxdur, ona görə də yeni texniki şərt alınmalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1996-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə elektrik enerjisinin verilməsi və istehlakı barədə Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi ilə “Sahildə görüş” yeməkxanasının sahibi İddiaçı arasında bağlanmış, müqavilənin şərtlərinə görə müəssisə istehlakçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0,4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür. -surəti işə əlavə edilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 1ndə yerləşən “Sahildə görüş” yeməkxanası İddiaçı toxunulmaz mülkiyyətindədir. -surəti işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01 99/-607/5611 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ünvan 1ndə yerləşən “Sahildə görüş” yeməkxanası İddiaçı mülkiyyətindədir və həmin obyekt əvvəllər elektrik enerjisi ilə təchiz olunmuşdur. Lakin sonradan obyektin sökülməsi nəticəsində elektrik xətti də sökülmüşdür. İddaçı ona məxsus obyektə enerji təchizatının əvvəlki gücündə bərpa edilməsini cavabdehdən xahiş etsə də, sonuncu bundan imtina etmiş, əsas kimi yenidən texniki şərt alınmalı olduğunu göstərmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının:- -1.1-ci bəndinə əsasən müstəqil enerji istehsalçısı - dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub, onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxsdir. -1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. -1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. -2.1-ci bəndinə əsasən yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Beləliklə müəyyən olunur ki, cavabdeh tərəfindən istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarında texniki şərtlərin verilməsi yalnız yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün nəzərdə tutulmuşdur. İddiaçıya məxsus sözügedən obyekt isə əvvəllər elektrik enerjisi ilə təchiz olunmuş, lakin sonradan iddiaçının iradəsindən asılı olmayan səbəblərdən sökülmüşdür. Göründüyü kimi cavabdeh orqan bu halları nəzərə almadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyi cavabdeh X2 Cəmiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1708/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1708/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver