Məhkəmə qərarları › İş №e-2-1(114)-1710/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1710/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1710/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-160A KOD 61107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən X23, X12 və X6 adı, atasının adı və soyadı həmin şəxslərin şəxsiyyət vəsiqələrindəki ad, ata adı və soyadı ilə düz gəlmədiyinə görə JN-160A KOD 61107018 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə subyektlərin X30, X15 və İddiaçı kimi qeyd olunmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xaiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildə Tərtər rayonunun Qaradağlı kənd i.ə.d-nin sakini olan X30 ilə ailə qurmuş və həmin vaxtdan da Qaradağlı kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Həyat yoldaşı X30 2000-ci ildə vəfat etmişdir. Onunla evlilikdən 2 övladı anadan olmuşdur: X16 və X24. Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə ailəyə Tərtər rayonunun Qaradağlı kəndində 0.30 hektar həyətyanı torpaq sahəsi ayrlaraq birgə mülkiyyətlərinə verilmişdir. Bu barədə onlara 09 mart 2005-ci il tarixli JN-160A, KOD 61107018 nömrəli "Torpağın mülkiyyətə venilməsinə dair Şəhadətnamə" də verilmişdir. Lakin sözlgedən Şəhadətnamədə ad, soyad və ata adlarımızda çoxlu sayda səhvlərə yol verilmişdir. Belə ki, şəhadətnamədə 1-ci sırada adı yazılan birgə mülkiyyətçi X25 əslində X21r, həmin şəxs iddiaçının qaynıdır və Tərtər rayonu Qaradağlı kənd i.ə.d-nin Qaradağlı kəndində qeydiyyatda qalsa da 30 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır, torpaq islahatı keçirilən 1998-ci ildə Rusiya Federasiyasında yaşayırdı. Odur ki, onun adının şəhadətnaməyə birgə mükiyyətçilərindən biri kimi daxil edilməsi də ümumiyyətlə yanlış olmuşdur, həmin şəxsin ailəyə ayrılmış torpağa aidiyyatı yoxdur. Şəhadətnamədə 2-ci sırada adı yazılan X23 əslində X22r və iddiaçının həyat yoldaşı olmuşdur, 01 iyul 2000-ci ildə vəfat etmişdir. Şəhadətnamədə 3-cü sırada adı yazılan X12 əslində Qaçayeva (Məmişova) Mehriban Polad qızıdır və iddiaçının doğma qızıdır, 22 yanvar 1996-cı ildə anadan olmuşdur, onun bioloji atası X30 bioloji anası isə iddiaçıdır. Bu fakt Tərtər rayon VVAQ şöbəsi tərəfindən sentyabr 2000-ci ildə verilmiş 1-JQ 381750 nömrəli "Atalığı müəyyən etmək" haqqında Şəhadətnamə ilə təsdiq olunur. X9 soyadı "Məmişova" olaraq göstərilmişdir, ailə qurduqdan sonra ona həyat yoldaşının soyadı olan "Qaçayeva" soyadı verilmişdir. Şəhadətnamədə 4-cü sırada adı azılan X17 əslində İddiaçıdır, yəni iddiaçıdır. Yuxarıda göstərilən səhv (yalnış) qeydlərin JN-160A KOD 61107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də kim tərəfindən və hansı şəraitdə yazıldığı ona məlum deyildir. Bununla belə, həmin Şəhadətnamə əsasında ailəyə məxsus olan 0.30 ha həyətyanı torpaq sahəsindən 25 ildir ki, istifadə edir və onun üzərində hələ mərhum həyat yoldaşı X1 fərdi yaşayış evi və yardmçı tikillər tikmişlər. Hazırda dövlətimizin iqtisadi siyasətinin tərkib hissəsi olaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mülkiyyət sənədi olan reyestr çıxarışı ilə əvaz edilməsi prosesi başladılmışdır. Odur ki, iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət edərək xahiş etmişdir ki, JN-160 A KOD 61107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də mülkiyyətçilərin ad, soyad və ata adlarındakı səhvlər düzəldilərək X3 Bəkir Şəmsi oğlu kimi, X4 Polad Şəmsi oğlu kimi, X2 (Məmişova) Mehriban Polad qızı kimi, X17 İddiaçı kimi qeyd edilsin, bundan sonra isə həmin Şəhadətnamənin əsasında yalnız X20, X7 və İddiaçı adları qeyd olunmaqla sözügedən 0.30 ha həyətyani torpaq sahəsinə dair dövlət reyesterindən çıxarış verilməsi təmin edilsin. Lakin cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsi onun müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İddiaçı və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X26 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyytinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edimiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildiririk ki, iddiaçıya və ailə üzvlərinə məxsus Tərtər rayonu Qaradağlı kəndində yerləşən həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-160A saylı şəhadətnamədə adlarda uyğunsuzluq vardır. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə olunmuş JN-160A, KOD 61107018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsi X25, X23, X12 və X6 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə olunmuş V-ЖГ-295481 nömrəli, xx.xx.2000-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2000-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə olunmuş İ-ЖГ-381750 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş X8 atası X30, anası isə İddiaçıdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubundan görünür ki, Tərtər rayonu Qaradağlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair « Torpağın mülkiyyətə verilməsinə dair » şəhadətnamədə adın səhv yazılması ilə əlaqədar iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin sorğuya cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-480/2023 nömrəli məktubuna əlavə edilmiş Bərdə rayon Aqrar İslahatı Komissiyasının Tərtər rayonu Qaradağlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, X25, X23, X12 və X6 mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsi X25, X23, X12 və X6 mülkiyyətinə verilmiş və bununla bağlı JN-160A, KOD 61107018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə tərtib edilmişdir. İddiaçı sözügedən şəhadətnamədə adı qeyd olunan X18 əslində mərhum əri X30, X19 əslində qaynı X31, X5 əslində övladı X16 və X6 əslində özü, yəni İddiaçı olduğunu bildirir, lakin qeyd olunan şəhadətnamədə subyektlərin adlarının yazılışında müvafiq səhvə yol verildiyini bildirərək cavabdehə müraciət edərək müvafiq düzəlişin edilməsini tələb etmiş, cavabdeh isə həmin yol verilmiş səhvin düzəldilməsinin onun səlahiyyətləri aid olmadığını bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının şəhadətnamədə müvafiq düzəliş edilməsindəki hüquqi marağı Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş torpaq sahəsi üzərində onun və şəhadətnamədə qeyd olunan ailə üzvlərindən yalnız qızının və mərhum ərinin mülkiyyət hüququnun tanınmasıdır. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Tərtər rayonu Qaradağlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında adı qeyd olunan şəxslərin iddiaçının ərizəsində qeyd etdiyi şəxslər olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxslərin iddia olunan şəxslər olması öz təsdiqini tapdığı halda belə şəhadətnamədə qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan şəhadətnamədə düzəliş etmək öhdəliyi daşımır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar