Məhkəmə qərarları › İş №e-2-1(114)-1748/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-1748/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-1748/2022 15.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, üçüncü şəxslərin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı yer təki sahəsindən iddiaçıya istifadə hüququ verilmiş 328 ha torpaq sahəsinin tərkib hissəsi olan 8.5 ha torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməsindən çəkinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, 01006 saylı dağmədən ayırması aktına əsasən, yer təki sahəsindən iddiaçıya istifadə hüququ verilmiş 328 ha torpaq sahəsinin tərkib hissəsi olan 8,5 ha torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etəsindən çəkinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə prosesinin vaxtı barədə xx.xx.2022-ci il tarixdə iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iddiaçıya göndərilmiş məhkəmə bildirişində ona məhkəmə prosesində iştirak etməyin vacibliyi, həmçinin məhkəməyə gəlmədiyi təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri X2 və X4 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı yer təki sahəsindən iddiaçıya istifadə hüququ verilmiş 328 ha torpaq sahəsinin tərkib hissəsi olan 8.5 ha torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməsindən çəkinməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar