Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-1821/2023 10.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022ci il tarixli, **********884000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 25 noyabr 2022-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla ƏDV bəyannamələrinə əsasən dövriyyənin kənarlaşması qeyd edilmiş, məktuba rəsmi cavab verilərək bildirilmişdir ki, vergilər idarəsi hesablamanı düzgün aparmamışdır, belə ki, istehsal olunan məhsul (plastik pəncərə və qapı) hissə-hissə sifarişçinin yerləşdiyi ünvana aparılaraq onun qurulması işləri yerinə yetirilir, həmin binada işlər tam yerinə yetirildikdən sonra təhvil qəbul Aktı tərtib edilərək işlərin sifarişçi tərəfindən qəbul edilməsi təsdiq edildikdən sonra qeyd edilən işin dəyəri elektron qaimə təqdim edilməklə yerinə yetirilmiş iş kimi uçota alınaraq onlara sərf edilmiş materialların silgisi aparılır. Lakin vergilər idarəsi sifarişçinin yerləşdiyi sahəyə göndərilmiş, hazır olmayan və qurulub başa çatmayan işləri yerinə yetirilmiş iş kimi özündə hesablanmasını apararaq, həmin həcmə görə vergi məbləği hesablanmasını yerinə yetirmişdir. Vergilər idarəsinə bu haqda məktubda bütün əməliyyatlara dair və işlərin təhvil verilməsi barədə məlumat verilməsinə baxmayaraq və həmin məktubda pəncərələr üçün qoyulacaq şüşə materiallarının sınması ehtimalına və ölçülər arasında cüzi fərqlərə görə həmin materiallar aparılan kimi sifarişçilər tərəfindən qəbul edilməsi mümkün olmadığından, sərf edilən materialların silgisi, işin icrasına dair ödənişin yerinə yetirilməsi üçün elektron qaimə təqdim edilməklə uçotunun aparılması ilə hesabatlarda həmin məbləğlərin əks etdirilməsinin bildirilməsinə baxmayaraq, əsassız və qeyri-qanunu olaraq Vergi Məcəlləsinin müvafiq maddələrini kobud surətdə pozaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixi **********884000 saylı Qərarına əsasən 194.427,38 manat "əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği" hesablanmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş bəyənnamə təqdim etmiş və həmin bəyənnaməyə əsasən borcu sıfırlanmışdır. Odur ki, mübahisələndirilən qərar artıq qüvvədə deyil və mübahisə predmeti olmadığından iddia mümkünsüz sayılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisinin bəyannaməsi təqdim etmiş, bununla da xx.xx.2022-ci il tarixli **********884000 nömrəli qərarla müəyyən edilmiş 2022-ci ilin oktyabr ayı üzrə (ədv) vergi öhdəliyini tamamilə ləğv etmişdir. İnzibati Prosessual Məcəllənin 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Normanın mənasından da göründüyü kimi, xx.xx.2022-ci il tarixli **********884000 nömrəli qərar qüvvədə olmadığından iddiaçının qanunla qorunan hüquqi maraqlarına toxunmur. Bu baxımdan sözügedən qərarın ləğvinə dair iddia tələbi mümkün hesab edilməməlidir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1821/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-1821/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver