Məhkəmə qərarları › İş №e-2-1(114)-1832/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-1832/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-1832/2022 31.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın icrasının dayandırılması, vergi ödəyicisinin əmlakının siyahıya alınmasının və digər hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair ərizəyə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı ərizə ilə 27.05.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək 05.05.2022-ci il tarixli **********147271 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının icrasının dayandırılması barədə, o cümlədən vergi ödəyicisinin əmlakının siyahıya alması və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırılması, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarında olan vəsaitin donrulması və ya alınması barədə banklara və ya digət kredit təşkilatlarına icra sənədi olan sərəncam verilməsi, ƏDV depozit hesabı üzrə vəsaitin dondurulması barədə qərar qəbul edilməsi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi, tələbin icraya yönəldilməsi barədə qərar qəbul edilərək icra məmuruna göndərilməsinin 14 saylı Ərazi Vergilər İdarəsinə qadağan edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 31.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı tələbdən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. -55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən ərizənin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Həmçinin qeyd olunmalıdır ki, ərizənin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın icrasının dayandırılması, vergi ödəyicisinin əmlakının siyahıya alınmasının və digər hərəkətlərin cavabdehə qadağan edilməsi barədə ərizə üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar