Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-194/2021 24.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 1837960,50 manat (bir milyon səkkiz yüz otuz yeddi min doqquz yüz altmış manat, əlli qəpik) manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirən bir müəssisədir və qanunla müəyyən olunmuş qaydada vergi və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəyir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi müəssisəyə qanunsuz vergi hesablamış və şəxsi hesab vərəqəsində hazırda 1837960,50 manat (bir milyon səkkiz yüz otuz yeddi min doqquz yüz altmış manat, əlli qəpik) manat əsassız borc var. Həmin qanunsuz borc məbləğinin silinməsi ilə bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə **********318300 saylı məktubla elektron müraciət edilsə də, həmin müraciətə rədd cavabı verilmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin əvvəlində müəssisədə səyyar vergi yoxlaması keçirilmiş, yoxlama əsasında aşkar edilmiş vergidən yayınma məbləği müəssisə tərəfindən qismən ödənilmiş, digər hissəsinin isə yaxın günlərdə ödənilməsi nəzərdə tutulur, lakin şəxsi hesab vərəqəsində külli miqdarda borc görünür, həmin borcun yaranma əsasını bilmir, vergi orqanı da bu barədə məlumat verməkdən yayınır. Cavabdehin nümayəndəsi X2 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən borc məbləği kameral və səyyar vergi yoxlamasına dair qərarlar əsasında yaranmışdır, iddiaçı isə həmin qərarları mübahisələndirməmişdir, bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisinə kameral qaydada 840.137,06 manat borc hesablanmışdır. -xx.xx.2029-cu il tarixli qərardan görünür ki, vergi ödəyicisinə 1.141.439,71 manat vergi borcu hesablanmış, bu əsasla da 721522, 68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə və cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, mübahisələndirilən borc məbləği müvafiq qərarlar əsasında hesablanmış vergi borcu və maliyyə sanksiyasından ibarətdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə qeyd olunan halla bağlı məlumat almasına baxmayaraq həmin qərarları mübahisələndirməmişdir. Belə olan təqdirdə mübahisələndirilən vergi borcu ilə bağlı qərarlar qüvvədə olduğundan həmin borcun silinməsi məsələsinə mahiyyəti üzrə baxıla bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-194/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-194/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver