Məhkəmə qərarları › İş №e-2-1(114)-198/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-198/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-198/2023 18.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, nümayəndəsi(vəkili) Vəkil1 və X3, Üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə , İddiaçı cavabdeh Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə(üçüncü şəxs Maraqlı şəxs2) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə(üçüncü şəxs Maraqlı şəxs2 və Gədəbəy rayonu İcra Hakimiyyətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 0,075 ha torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün Gədəbəy rayonu Novosaratovka kənd sakini Maraqlı şəxs2 satılması barədə Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə də müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs1 üçüncü şəxs qismimdə iştirakına xitam verilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Maraqlı şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruru qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mütəxəssis rəyi alınması üçün iş üzrə icraat təxirə salınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş iş üzrə icraat rəy alınadək dayandırılmışdır. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş əri X2 Gədəbəy rayon İcra Hakomiyyəti başçısının 21 dekabr 1998-ci il tarixli 296 saylı sərəncamı əsasında Saratovka kəndində müasir tələblərə cavab verən bazarın tikintisi üçün 0,80 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin üzərində heç bir tikili olmamış və digər şəxslərə əvvəllər verilməmişdir. Torpaq sahəsinə dair müvafiq sənədlər hazırlanmış və torpaq sahəsi onun ərinə təhvil verilmişdir. Əri torpaq sahəsinin üzərində tikinti aparmaq üçün hazırlıqlar görən zaman xəstələnmiş və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Sonradan hazırda üçüncü şəxs olan və onun qohumu olan Maraqlı şəxs2 ondan xahiş etmişdir ki, torpaq sahəsinin üzərində tikinti malları satsın və o, bununla razılaşmışdır.Vaxt keçdikçə Maraqlı şəxs2 və onun qardaşı Paşa Məmmədov torpaq sahəsinə yiyələnməyə çalışmışlar.Sonradan ona məlum olmuşdur ki, Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarına əsasən Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 0,075 ha torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün Maraqlı şəxs2 satılmışdır. Həmçinin qeyd etmişdir ki, torpaəın alınmasında üstünkük hüququ ona məxsus olduğundan cavabdeh orqan torpaq sahəsini ona satmalı idi. Qeyd edilənləri əsas gətirən iddiaçı, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 0,075 ha torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün Gədəbəy rayonu Novosaratovka kənd sakini Maraqlı şəxs2 satılması barədə Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı, nümayəndələri məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə etmişlər və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və bələdiyyənin müvafiq qərarı ilə üçüncü şəxsə torpaq sahəsi satılmışdır. Bu səbəbdən qəbul edilmiş qərarı qanuni hesab edir və onun ləğv edilməməsini xahiş edir. Üçüncü şəxs məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Gədəbəy ayon İcra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 296 nömrəli sərəncamı ilə X4 bazar tikintisi üçün ayrılmış 0,80 ha torpaq sahəsinin koordinatları ilə Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 19 nömrəli iclas protokolu(qərarı) ilə Maraqlı şəxs2 sahibkarlıq məqsədi ilə satılmış 0,0750 ha torpaq sahəsinin koordinatları 0,0414 ha hissədə üst-üstə düşür. Məhkəmə iclasında iddiaçı tərəfin şifahi vəsatətinə əsasən məhkəməyə dəvət edilərək dindirilmiş 11 saylı Şəmkir Ərazi İdarəsinin İnventarlaşdırıcı mühəndisi İlqar Məmmədov izahat verərər bildirmişdir ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi onun tərəfindən tərtib edilmişdir. Rəy tərtib edilərkən o, iddiaçı tərəfindən verilmiş sərəncamı və ona əlavə edilmiş çizgi planını əsas götürüb torpaq sahəsinin cografi mövqeyini əsas götürmüşdür, lakin iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı koordinatları təsdiq edən sənəd təqdim edilməmişdir. Üçüncü şəxsin vəkilinin vəsatəti əsasında keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2182 nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, Maraqlı şəxs1 başçısının 21 dekabr 1998-ci il tarixli 296 saylı sərəncamı ilə X2 bazar tikintisi üçün ayrılmış 0,80 ha torpaq sahəsinin koordinatları olmadığından torpaq sahəsinin koordinat nöqtələrini müəyyən etmək mümkün olmamışdır. Gədəbəy rayon İcra Hakomiyyəti başçısının 21 dekabr 1998-ci il tarixli 296 saylı sərəncamı ilə X2 bazar tikintisi üçün ayrılmış 0,80 ha torpaq sahəsinin koordinatları olmadığından, həmin torpaq sahəsinin Maraqlı şəxs2 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Maraqlı şəxs1 başçısının 21 dekabr 1998-ci il tarixli 296 saylı sərəncamı ilə X2 Saratovka zonasında müasir tələblərə cavab verən yeni sərbəst bazarının tikintisi üçün Saratovka-Şınıx avtomobil yolundan 20 metr aralı məsafədən cənub qərbə doğru İvanovka kəndinə yeni çəkilmiş avtomobil yolundan 12 metr aralı məsafədə qərbə doğru boş istifadəsiz ərazidən uzunu 200 metr, eni 40 metr ümumi sahəsi 8000 kv.m, yəni 0,80 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamı araşdıran zaman müəyyən edilmişdir ki, ayrılmış torpaq sahəsinin koordinatları göstərilməmişdir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarı ilə Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 0,075 ha torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün Gədəbəy rayonu Novosaratovka kənd sakini Maraqlı şəxs2 satılmışdır. Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarı ilə Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 0,075 ha torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün Gədəbəy rayonu Novosaratovka kənd sakini Maraqlı şəxs2 satılmış torpaq sahəsi Azərbaycan Respublikasının Dıvlət Torpaq və Xəritəçəkmə komitəsinin A№ 500025 seriyalı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X5 kitabında xx.xx.2014-cü il tarixdə 431 nömrə ilə uçota alınmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfə sərəncam əsasında ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, üçüncü şəxsə torpaq sahəsinin satılmasına dair Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarının ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Bundan əlavə, məhkəmə hesab edir ki, 100 (bir yüz) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qəraraaldı: İddiaçı cavabdeh Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə(üçüncü şəxs Maraqlı şəxs2) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. xx.xx.2023-cü il tarixli, 10/2182 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar