Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2043/2024 10.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı Cevdat qızının vəkili Nümayəndə1 Nemət qızının və cavabdehin nümayəndəsi X1 və X3 iştirakları ilə, İddiaçı Cevdat qızının cavabdeh Tovuz Gömrük İdarəsinə qarşı “nəqliyyat vasitəsinin gömrük ödənişi alınmadan gömrük sərhədindən keçirilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cevdat qızı cavabdeh Tovuz Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, hesablanmış 10250 ABŞ dolları yol vergisini ödəməkdən azad edilməklə gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin 13 dekabr 2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı 13 dekabr 2021-ci il tarixli aktla qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 iyul 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası CM-nin 179.4, 213.1 və 29.318.1-ci maddələri ilə olan 212970152№li cinayət işi üzrə ibtidai istintaq başa çatdığından «Azərterminalkompleks» Birliyində saxlanılan Türkiyə Respublikasının vətəndaşı Eminə Kayaya məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı «Man» markalı yükmaşının sonuncuya qaytarılmasına etirazları olmadığından yük maşını 10 avqust 2023-cü ildə mülkiyətçinin nümayəndəsi olaraq ona qaytarılmışdır. Ancaq yükmaşınını ölkə sərhəddindən keçirmək mümkün olmamışdır. Belə ki, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır. Bundan sonra 16 avqust 2023-cü ildə aidiyyatı üzrə cavabdeh orqana və Baş Prokurorluğa müraciət edərək yol vergisinin hesablanmasının əsasız olmasını və ləğv edilməsini xahiş etsəkdə 21 avqust 2023-cü ildə cavabdeh orqan belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina verilmişdir. İddiaçı Cevdat qızının vəkili Nümayəndə1 Nemət qızının və cavabdehin nümayəndəsi X1 və X4 məhkəmə iclasına gəlmişlər. İddiaçı Cevdat qızının vəkili Nümayəndə1 Nemət qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərəkiddia ərizəsində əsas tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan bir inzibati orqanı hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini cavabdeh qismində göstərilməklə, “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə güzəştli qaydada gömrük prosedurlarından azad olunmaqla gömrük ödənişləri alınmadan gömrük sərhədindən keçirilməsinin təmin edilməsi iddia tələbi ilə yeni iddia ərizəsi təqdim olunması təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. Məhkəmə iclasında audio-video çəkiliş zamanı iddiaçının vəkilinə yenidən hüquqi yardım göstərilərək qeyd olunan hal ətraflı izah edilmiş, lakin iddiaçının vəkili qeyd olunan düzəlişi həyata keçirməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı tərəfindən məhkəmənin göstərişləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cevdat qızının cavabdeh Tovuz Gömrük İdarəsinə qarşı “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, hesablanmış 10250 ABŞ dolları vergi vergisini ödəməkdən azad edilməklə gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-1(114)-2043/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2043/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver