Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2340/2024 09.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X12 və X8) qarşı“Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına aparılmış xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına aparılmış xx.xx.2023-cü il tarixli, **********55 nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə kəndin ərazisində yerləşən 1.95 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X8 və ailə üzvləri X9, X11, X7 verilmiş, bu barədə xx.xx.2002-ci il tarixli JN-480 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsi 2841,09 kv.m, 1578,02 kv.m və 15106,04 kv.m olmaqla 3 sahədə verilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********54 reyestr nömrəli 0.2841 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X11, X12 və X3 adına qeydə alınmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********55 reyestr nömrəli 0.1578 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X11, X12 və X3 adına qeydə alınmışdır.
4. Reyestrdə 4Ə-02-214 nömrəsi ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11, X12 və X8 tərəfindən xx.xx.2013-cü il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli, Seriya RX 0248258, ******* və ******* olan çıxarışlar əsasında onlara məxsus olan Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha, 0.1578 ha və 1.5106 ha torpaq sahələri İddiaçı satılmışdır. X1, X12 və X3 adından xx.xx.2013-cü il tarixli, 7E-04-2847 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X24, İddiaçı adından isə xx.xx.2012-ci il tarixli, 7E-13-11237 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X20 bağlamışdır.
5. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********54 reyestr nömrəli 0.2841 ha torpaq sahəsi üzərində X11, X12 və X3 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə B № 188757 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.
6. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********55 reyestr nömrəli 0.1578 ha torpaq sahəsi üzərində X11, X12 və X3 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə B № 188756 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.
7. İddiaçının xx.xx.2013-cü il tarixdə 4Ə-214 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin qüvvədə olub-olmaması barədə müraciətinə Şəmkir rayonu 1 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli, 2223 nömrəli cavab məktubunda bildirmişdir ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariusa məlumat daxil olmamışdır.
8. İddiaçının vəkilinin sorğusuna cavab olaraq Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, 3-21-3-4012-958/24 nömrəli arayışlara əsasən Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.1578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11, X12 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 12 sentyabr 2013-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsinə yuxarıda qeyd edilən mülkiyyətçilərin adlarına təkrarən 28 oktyabr 2023-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11, X12 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 12 sentyabr 2013-cü il tarixli, **********54 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsinə yuxarıda qeyd edilən mülkiyyətçilərin adlarına təkrarən 28 oktyabr 2023-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir.
9. İddiaçı Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 və 0.1578 ha ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışın ləğv edilməsi barədə cavabdehə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-Q-003435/24 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsinə dair X5 və digər ailə üzvlərinin adına verilmiş xx.xx.2023-cü il tarixli **********. ********** qeydiyyat və **********54, **********55 reyestr nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bundan başqa, 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, sözügedən sənədin ləğv edilməsi və mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir.
10. Məhkəmənin sorğusuna Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Xuluf kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-46/2-18/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayon Xuluf kəndində yerləşən **********54 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.2841 ha torpaq sahəsini uzun müddətdir kənd sakini X4 istifadə etmiş və hal-hazırda həmin torpaq sahəsini kənd sakini X10 istifadə edir. Həmçinin, **********55 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.1578 ha torpaq sahəsini uzun müddətdir ki, kənd sakini X25 istifadə edir. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X12 və X8) qarşı elektron iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair X5, X6 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair X5, X6 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********55 nömrəli reyestr qeydinin ləğv edilməsi, vəkil xidmət haqqı olaraq ödənilmiş 500 (beş yüz) manat xərcin üçüncü şəxslərdən tutularaq iddiaçıya ödənilməsi və üçüncü şəxslərin etdikləri qanunsuz hərəkətlərə görə barələrində xüsusi qərardad çıxarlaraq Şəmkir rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir.
13. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-02- 214 saylı alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Xuluf kəndində yaşayan X11, X12 və X2 rayonu Xuluf kəndində yerləşən xx.xx.2013-cü il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli, Seriya RX 0248258, ******* və ******* olan çıxarışlar əsasında onların mülkiyyətində olan 0.2841 ha, 0.1578 ha və 1.5106 ha torpaq sahəsini iddiaçıya satmışlar. Həmin tarixdən hazırkı vaxta kimi həmin torpaq sahələri iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahələrindən 1.5106 ha torpaq sahəsinə dair öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Digər torpaq sahələrinə dair isə hələ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almamışdır. 2023-cü ilin sonlarında satın aldığı digər, yəni 0.2841 ha və 0.1578 ha torpaq sahələrinə dair çıxarış almaq üçün cavabdehə müraciət etdikdə bildirilmişdir ki, Şəmkir rayonu Xuluf kəndində yerləşən torpaq sahələrinə dair təqdim etdiyi xx.xx.2013-cü il tarixli, 40-02-214 saylı alqı-satqı müqaviləsində qeyd olunan torpaq sahələrinə dair X11, X12 və X8 ümumi birgə qaydada xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********55 reyestr nömrəli "Çıxarış"lar almışlar. Ona görə də torpaq sahəsinə çıxarış almaq barədə iddiaçının ərizəsinin icrası mümkün olmamış və ərizənin icrasından imtina edilmişdir. İddiaçı qeyd olunan çıxarışların ləğv edilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, cavabdeh çıxarışların ləğv edilməsinin onun səlahiyyəti xaricində olduğunu və aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Göründüyü kimi, üçüncü şəxslər qanunsuz olaraq alqı-satqı müqaviləsinə əsasən iddiaçının satın aldığı torpaq sahələrinə yenidən elektron çıxarış almışlar. Bu səbəbdən də üçüncü şəxslərin adlarına verilmiş xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydi və xx.xx.2023- cü il tarixli, **********55 nömrəli reyestr qeydi ləğv edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni sahibliyində olan torpaq sahələri üzərində mülkiyyət hüquqları başqa şəxslərin adına qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair X11, X12 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair X11, X12 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********55 nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X12 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
24. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X21 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
25. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. İddiaçı vəkil olan nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh orqanın nümayəndəsi X21 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, Elektron Hökumət İnformasiya Sistemi 2019-cu ildən yaradıldığı üçün yalnız həmin vaxtdan etibarən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması barədə əqdləri reyestr orqanları əldə edə bilir. Hazırkı işdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair müqavilə 2013-cü ildə bağlandığından və həmin əqd barədə 11 saylı Şəmkir Ərazi İdarəsində məlumat olmadığından üçüncü şəxslər 2023-cü il tarixdə müraciət edərkən, onlara yeni elektron çıxarış verilmişdir. Yəni, mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin adına 2023-cü ildə qeydiyyata alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir.
28. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2002-ci il tarixli JN-480 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-Q-003435 nömrəli imtina məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə dair 4Ə-02-214 nömrəli notariat işinin təsdiqlənmiş surəti; - Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 2223 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-958/24 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən arayışları; - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Xuluf kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-46/2-18/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-40/2-3829/24 nömrəli məktubu ilə təqdim edilmiş reyestrdəki qeydiyyata dair sənədlər. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsasılıdır və təmin edilməlidir.
31. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə kəndin ərazisində yerləşən 2841,09 kv.m, 1578,02 kv.m və 15106,04 kv.m olmaqla 1.95 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X8 və ailə üzvləri X9, X11, X7 verilmiş, bu barədə xx.xx.2002-ci il tarixli JN-480 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlarla Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841, 0.1578 və 1.5106 ha torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2013cü il tarixdə X11, X12 və X3 adına qeydə alınmışdır. Bundan sonra xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11, X12 və X2 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə onlara verilmiş Şəmkir rayonu, Keçili kəndində yerləşən 2841,09 kv.m, 1578,02 kv.m və 15106,04 kv.m olmaqla 1.95 ha torpaq sahəsini İddiaçı satmışlar.
32. Mübahisə predmeti olan 0.2841 ha və 0.1578 ha torpaq sahəsinin İddiaçı satılmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-241 reyestr nömrəli alğı-satqı müqaviləsinin mövcudluğuna və qüvvədə olmasına baxmayaraq, üçüncü şəxs X11 2023-cü ildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və nəticədə iddiaçıya satılmış 0.2841 və 0.1578 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X11, X12 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Üçüncü şəxslər mübahisəli torpaq sahəsini 2013-cü ildə sataraq, həmin torpağa dair sahiblik və istifadə hüququnu iddiaçıya vermişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsindən üçüncü şəxslər istifadə etməmişdir. Lakin iddiaçı torpaq sahəsini əldə etdikdən sonra öz adına dövlət qeydiyyatına aldırmadığı üçün üçüncü şəxslər 2023-cü ildə yeni elektron çıxarış almışlar.
34. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaransa da, sahiblik və istifadə hüququ üçüncü şəxslərlə alqı-satqı müqaviləsi bağlandığı andan yaranmış və faktiki olaraq da sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur.
35. Üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı zaman, artıq həmin torpaq sahəsi iddiaçıya satılmışdı və sonuncunun torpaq sahəsinə mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik və istifadə hüququ mövcud idi.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
37. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə alğı-satqı müqaviləsi mövcud olduğundan və qeydiyyat zamanı qüvvədə olduğundan, üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqan tərəfindən düzgün aparılmamışdır.
38. Beləliklə, mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.
39. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
40. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək Xidmətin vəzifələri sırasına daxildir.
41. Beləliklə şərh olunanlardan görünür ki, cavabdeh tərəfindən üçüncü şəxslərin adına xx.xx.2023-cü il tarixdə **********54 və **********53 nömrə ilə aparılmış reyestr qeydlər qanunsuz olmuşdur. Ona görə də iddia tələbi təmin edilməlidir.
42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair X11, X12 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair X11, X12 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********55 nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva