Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2342/2024 16.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə şəhəri, Komsomol küçəsi, 6/1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına noyabr 1987-ci il tarixli 784 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
2. Doğum haqqında xx.xx.1976-cı il tarixli İV-JQ №316448 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı atası X4, anası X8r.
3. Ölüm haqqında xx.xx.2006-cı il tarixli AZ-İ 190362 nömrəli şəhadətnaməyə əsasən X5 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.
4. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 764 nömrəli arayışında göstərilmişdir ki, X4 vəfat edənə kimi ünvan 5 yaşamış, vəfatından sonra onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: X10- yoldaşı 1934, İddiaçı – oğlu 1959.
5. 16.07.2023-cü il tarixli 2V-872 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X10 ona məxsus bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan X11 vəsiyyət etmişdir.
6. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 4365 nömrəli arayışında göstərilmişdir ki, X4 vəfat edənə kimi ünvan 5 yaşamış, vəfatından sonra onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: X10- yoldaşı 1934, İddiaçı – oğlu 1959, X12 – qızı 1960, X16 – oğlu 1962.
7. X23 xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 2516/2023 nömrəli məktubunda mərhum X2 1-ci növbədə vərəsələri kimi tanınmaq hüququ olan şəxslər kimi X10 və X6 adı qeyd edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-46/2-3817/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Bərdə şəhərindəki bir sıra küçə adları dəyişdirilmişdir. Odur ki, mərhum X2 adına olan fərdi yaşayış evi Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 4 ünvanı eynidir.
9. İddiaçı ünvan 5 yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-46/2-M-0034-8/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş sənədlərin əmlak üzərinə hüquqların qeydiyyata alınması üçün əsas olmadığı müəyyən edildiyindən müraciətin icrası mümkün olmamışdır.
10. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1246 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 6 ünvandakı fərdi yaşayış evi 1987-ci ildə tikilmişdir və bütün kommunal xərcləri özü ödəyir.
11. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 69 saylı fondda mühafizə olunan Bərdə şəhər icra nümayəndəliyinin fond sənədləri yoxlanılmış, vətəndaş İddiaçı aid daşınmaz əmlak barədə heç bir məlumat əldə olunmamışdır.
12. İddiaçının ünvan 7 ünvanında yerləşən yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh orqana etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6, 8, 9, 10-cu maddələri ilə nəzərdə tutulmuş qayda və əsaslarla hüquq əldə edənin ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd və ərizəyə əlavə etdiyi sənədləri (bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər) əsasında aparılır. Tərəfinizdən təqdim edilmiş texniki sənəd sözügedən əmlak üzərində hüquqları müəyyən edən sənədlərəsaslar hesab olunmur. Ona görə də, sözügedən yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. II. Məhkəmədə icraat
13. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 0.4 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ev 1, mənzil 6 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ki, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi 0.4 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin fərdi yaşayış evi 1969-cu ildə inşa edilmişdir. Uzun müddətdir həmin torpaq sahəsi və fərdi yaşayış evi onların mülkiyyətindədir, kommunal xərclər onlar tərəfindən ödənilir. Fərdi yaşayış evinə məxsus texniki pasport mövcuddur və ailə üzvlərinin həmin evdə qeydiyyatda olması barədə kitabça vardır. Həmin evin və torpaq sahəsinin onlara məxsus olması Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.04 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ev 1, mənzil 6 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Sözügedən qurumdan xx.xx.2024-cü il tarixdə imtina cavab məktubu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən sözügedən yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydə alınmasından imtina olunmuşdur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
20. İddiaçı iclas zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, sözügedən fərdi yaşayış evinə dair təqdim etdiyi sənədlərdən başqa, digər sənədləri mövcud deyildir. Həmin evə dair atasının adına texniki pasport və ev dəftəri tərtib edilmişdir. Həmin sənədlər əsasında hüququn qeydiyyata alınmasını istəyir. Atasının vərəsəsi kimi ondan qalmış əmlakı qəbul etməklə bağlı onun notariat ofisinə müraciəti olmamışdır. Notariat ofisinə anası Ağgül və bacısı İradə müraciət etmişlər, buna baxmayaraq anası bütün əmlakını onun oğlu olan X11 vəsiyyət etmişdir. Ona görə də, hesab edir ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.
21. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddiaçının təqdim etdiyi sənədlərin mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənədlər olmadığını bildirmiş və iddiaçının subyektiv hüququ olmadığından iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
22. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
23. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə axan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
24. İş materialları ilə müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına noyabr 1987-ci il tarixli 784 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X2 ölümündən sonra onun oğlu İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-46/2-M-0034-8/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş texniki sənədin fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı müəyyən edildiyindən hüququn qeydiyyatından imtina edilmişdir.
25. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayış verilməsini xahiş edir.
26. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
27. Yəni, hazırkı halda iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi üçün ilk növbədə onun – X2 həmin əmlaka dair hüquqları (mülkiyyət, istifadə və ya sahiblik) və bu barədə hüquqmüəyyənedici sənədləri olmalıdır ki, hüququn məxsusluğu barədə arayışın verilməməsi nəticəsində iddiaçının hüquq və mənafeləri pozulmuş olsun.
28. Lakin iddiaçı tərəfindən sözügedən daşınmaz əmlaka dair həmin əmlak üzərində X1 mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
29. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
30. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.
31. İddiaçının mübahisəli evə dair təqdim etdiyi iki sənəd – texniki pasport və ev dəftəri. Hansı, birinci, evə dair texniki göstəriciləri özündə əsk etdirən texniki sənəddir, ikinci isə evdə qeydiyyatda olan şəxslərə dair məlumatı özündə əks etdirən (yaşayış üzrə qeydiyyatla bağlı) dəftər.
32. Həmin sənədlərin heç biri isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılmasının əsasları kimi sadalanan əsaslara aid edilməmişdir.
33. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2004-cü il tarixdən qüvvəyə minmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir.
34. Adıçəkilən Fərmana görə:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
1. Həmin Siyahıya görə:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
35. Göründüyü kimi, iddiaçının istinad etdiyi texniki pasport adıçəkilən Siyahının 1.11-ci bəndində qeyd edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport deyil.
36. Həmin Siyahının 2.4-cü bəndində isə o texniki pasportlar nəzərdə tutulur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş olsun və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmiş olsun. İş materiallarında olan texniki pasportda qeyd edilən evin üzərində isə X2 mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
37. Göründüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair mərhum X2 adına hüquqmüəyyənedici sənəd mövcud deyil.
38. Digər tərəfdən isə, iddiaçının özünün də hazırkı tələblə bağlı sözügedən əmlaka dair vərəsəlik hüququ mənasında hüququnun mövcudluğu müəyyən edilmir.
39. Belə ki, iddiaçı mərhum X2 övladı (oğlu) olsa da, əmlakı miras kimi qəbul etməklə bağlı notariat ofisinə müraciət etməmişdir. X23 xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 2516/2023 nömrəli məktubunda da mərhum X2 1-ci növbədə vərəsələri kimi tanınmaq hüququ olan şəxslər kimi X10 və X6 adı qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata görə: Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
41. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
42. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.
43. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
44. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
45. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Odur ki, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
47. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva