Məhkəmə qərarları › İş №e-2-1(114)-2411/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2411/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2411/2024 11.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1, iddiaçıların vəkil olan nümayəndəsi Vəkil, üçüncü şəxs X24 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X24, X10 və X25) qarşı dövlət reyestrindən çıxarışın reyestr qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X28 xx.xx.2008-ci il tarixli 1206 nömrəli arxiv arayışına əsasən Şəmkir şəhərində yerləşən 600 kv.m torpaq sahəsi həyətyanı məqsədilə X18 verilmiş və torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli A 378260 nömrəli Torpq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsinin Müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilən hüququn ölmüş şəxsə məxsus olması barədə xx.xx.2012-ci il tarixli **********99 nömrəli arayışına əsasən X11 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər X12 mərhum X18 aid olan Şəmkir şəhətindəki 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət və ya digr əşya hüquqlarının mülkiyyət hüququ üzrə qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli 2V-04-1988 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1989-cu il tarixdə vəfat etmiş X13 vərəsəsi ünvan 1 ünvanında yaşayan X19r və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir Əİ-nin vermiş olduğu xx.xx.2012-ci il tarixli **********9 nömrəli arayışa əsasən mərhum X20 aid Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarətdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X12 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli AA 010034 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1340/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında iddiaçı X12 mülkiyyətində olan və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdeh İddiaçı2 çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh İddiaçı2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb iddiaçı X21 verilməsi, iddia qalan hissədə və cavabdeh İddiaçı1 təmin edilməməsi, iddiaçı X6 və cavabdeh İddiaçı2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1640/2020 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(076)-1340/2019 nömrəli qətaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3111/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1548/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən mərhum X4 məxsus Şəmkir şəhərində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılması, cavabdeh İddiaçı1 ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq X14 verilməsi qət edilmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1696/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı1 **********99 nömrəli dövlət reyestrindən çıxarış əsasında X7, Rüstəmova (Hüseynova) Aybəniz Qənbər qızının və Alırzayeva (Hüseynova) Elza Qənbər qızının mülkiyyətində olan Şəmkir şəhəri, S.Bəhlulzadə küçəsi-39-da yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtdən azad edilməsi, cavabdeh İddiaçı1 tərəfindən həmin torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının cavabdeh İddiaçı1 vəsaiti hesabına çıxarılması, cavabdeh İddiaçı2 tərəfindən **********22 nömrəli dövlət reyestrindən çıxarış əsasında X12 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının cavabdeh İddiaçı2 vəsaiti hesabına çıxarılması qət edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin İddiaçı1 xx.xx.2021-ci il tarixli **********86 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsində İddiaçı1 0.05 ha torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır.

11. Azərbaycan Respublikası Dövlət X23 xx.xx.2021-ci il tarixli K-1-381 nömrəli arxiv arayışından görünür ki, X32 Filialında mühafizə olunan və N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabında 541-ci sıra nömrəsində X15 adına 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

12. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli 2V-1621 nömrəli şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X12 vərəsələri ünvan 1 ünvanında yaşayan X24, X10 və X16r və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir Əİ-nin vermiş olduğu xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X21 aid Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X24, X10 və X8 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli A 692176 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

14. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X28 xx.xx.2011-ci il tarixli 2397 nömrəli arxiv arayışına əsasən Şəmkir şəhərində yerləşən 600 kv.m torpaq sahəsi həyətyanı məqsədilə X4 verilmiş və torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli A 459422 nömrəli Torpq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

15. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X28 xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışından görünür ki, X32 Filialında mühafizə olunan və N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabında 541-ci sıra nömrəsində X17 adına 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1057/2021 nömrəli qərardadına əsasən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ********* qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli AA 632657 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

18. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli 2V-1548 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1984-cü il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında yaşayan X24, X10 və X16r və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir Əİ-nin vermiş olduğu xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X4 aid ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir.

19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X24, X10 və X8 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli A 692169 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1591/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-865/2023 nömrəli 21 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmənin sorğusuna Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 254/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı X9 cavabdeh İddiaçı1 qarşı "ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması" tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin 2(076)-1548/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh İddiaçı1 həmin qətnamədən apellyasiya şikayətinin və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Məhkəmədə müddətin bərpa edilməsi barədə ərizəyə baxılmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Əlavə olaraq bildirilir ki, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. II. Məhkəmədə icraat

22. İddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, arxiv arayışlarının, torpaq sahəsinin plan və ölçü sənədlərinin və onların hüquqi nəticələrinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, X40 Komissiyasının qərarı ilə verilmiş seriya A 459422 nömrəli dövlət aktı əsasında X4 Şəmkir şəhəri, Səttar Bəhlulzadə küçəsində 0.06 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinə dair tam mülkiyyət hüququ X4 məxsus olmaqla xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Bundan başqa X40 Komissiyasının qərarı ilə verilmiş seriya A 378260 dövlət aktı əsasında X21 Şəmkir şəhəri ərazisində 0.06 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinə dair tam mülkiyyət hüququ X21 məxsus olmaqla xx.xx.2012ci il tarixdə ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı çıxarış alınmışdır. Qeyd edir ki, X17 xx.xx.1984-cü il tarixdə, X26 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. xx.xx.1984cü il tarixdə vəfat etmiş X2 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsindən 40 ildir ki, istifadə edir və qanuni sahibliyindədir. Torpaq sahəsi yarasız olduğundan öz maddi vəsaiti hesabına xeyli xərc çəkərək torpağı münbit hala gətirərək yararlı vəziyyətə salmış və ağac əkmişlər. Uzun illər torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmi qeydə aldırmağa zərurət olmamışdır. Bu günlərdə məlum olmuşdur ki, hazırki iş üzrə üçüncü şəxslər X24, X10, X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmış və buna dair çıxarış da almışdır. Hansı ki, yuxarıda da qeyd etdiyi kimi həmin torpaq sahəsi 40 ildir onun istifadəsində və sahibliyindədir. Qeyd edir ki, X24, X10, X25 ötən 40 il ərzində ona qarşı hər-hansı bir tələb irəli sürməmişdir. Hansısa qanunusuz və saxta yollarla ona məxsus torpaq sahəsini özününküləşdirmişdir. ina Hesab edirəm ki, sözügedən torpaq sahəsini qanuni əsaslarla onun istifadəsində və sahibliyində olduğundan, üçüncü şəxslər-X24, X10, X8 mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışların etibarsız hesab edilməsinə zərurət yaranmışdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

25. İddiaçılar xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X12 adına verilmiş xx.xx.2012-ci il tarixli və X2 adına verilmiş xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədlərinin ləğv edilməsi və hüquqi nəticəsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

26. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X26, Şəmkir rayon bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəmkir filialının üçüncü şəxs kimi cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmiş, X24, X10 və X25 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər

27. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

28. Üçüncü şəxslər X24, X10 və X8 yazılı etirazları xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahələri hələ 50 il əvvəl ataları X5 və qardaşları X18 Şəmkir rayon Nəriman Nərimanov kolxozu tərəfindən verilmişdir. Ataları Şəmkir rayonu üzrə bütün kolxozların baş mühasibi, qardaşları isə kolxozda fəhlə işləmişdir. Bu torpaq sahələri 40 il onların ailələrinin maneəsiz, daimi istifadəsində olmuş, torpaqlarda anaları Hüseynova Minə kənd təsərrüfatı məhsulları əkib becərmişdir. 1984-cü ildə ataları Qənbər Hüseynov, 1989-cu ildə qardaşları Mahir Hüseynovun vəfatından sonra çəpər qonşuları İddiaçı1 və İddiaçı2 bir neçə dəfə torpaqlarını onlara satmağı xahiş etmişdilər, lakin, anaları torpaqların ailələri üçün atalarından və qardaşlarından yadigar olduğunu söyləyərək Nəzirə və Köçəriyə yox demiş və torpaqlara anaları Minə Hüseynovanın adına çıxarışlar alınaraq sənədləşdirilmişdir. İddiaçı1 və İddiaçı2, hamının hörmətlə yanaşdığı, Şəhid, Milli Qəhrəman Məhəmmədəli Əhmədovun adını daşıyan küçədə yaşaya yaşaya, onun bacısı Minə Hüseynovanın torpaqlarını zəbt etmişlər və 10 il zəbtdə saxlamışlar, orada qanunsuz meyvə ağacları əkmişlr. Şifahi tələblərinə baxmayaraq torpaqlarını azad etməmişlər, Onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 2018-ci ildən başlayan məhkəmə araşdırılmaları 2024-cü ildə tamamlanmış, torpaqları zəbtdən azad olunmuşdur, Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən Apellyasiya və Ali məhkəmənin qərarları icra olunmuşdur. 6 il ərzində bu mübahisə 9 məhkəmə qərarları ilə 18 hakim tərəfindən araşdırılmış, hər şeyin qanun çərçivəsində, əsaslı arxiv sənədləri və aidiyyəti olan başqa qurumlar tərəfindən, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən araşdırılaraq təsdiqlənmişdir. 2021-ci ildə cavabdehlər İddiaçı1 və İddiaçı2 Gəncə İnzibati Məhkəməsinə ərizə yazaraq sənədlərinin ləğv olunması tələbini qoymuşlar, lakin, məhkəmə onların tələblərini təmin etməmişdir. Bütün bu illər ərzində İddiaçı1 və İddiaçı2 özlərinin istifadələrində hər birinin 0,25 ha torpaq sahələri olduğu halda məqsədləri onlara məxsus torpaqlarını zəbt edərək satıb faydalanmaq olmuşdur. Onların torpaqları heç vaxt onların qanuni mülkiyyətində olmamışdır.

29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası 1.12.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

30. İddiaçı1, iddiaçıların vəkil olan nümayəndəsi Vəkil, üçüncü şəxs X24 və üçüncü şəxsin nümayəndəsi X22 məhkəmə iclasına gəlmişlər. Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriıçəsini mümkün hesab etmişdir.

31. İddiaçı1 və iddiaçıların vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

32. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi iddiaçıların faktiki istifadələrində olmuşdur. X26 və X2 adına sözügedən sənədlər verilməyəcəyi halda, həmin torpaq sahəsi bələdiyyənin mülkiyətinə keçəcəkdi və iddiaçılar müraciət etməklə, həmin sahəni ala biləcəkdirlər. Bu əsas iddiaçılara hazırkı iddianı qaldırmağa hüquq verir.

33. Üçüncü şəxs X24 və üçüncü şəxsin nümayəndəsi X22 məhkəmə iclasında iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirməklə, iddianın mümkünsüz sayılmasını xahiş etmişlər. Əsaslandırma hissəsi:

34. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

35. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

36. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X28 xx.xx.2008-ci il tarixli 1206 nömrəli arxiv arayışına əsasən Şəmkir şəhərində yerləşən 600 kv.m torpaq sahəsi həyətyanı məqsədilə X18 verilmiş və torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli A 378260 nömrəli Torpq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X13 vəfatından sonra X26 onun vərəsəsi kimi tanınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X12 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli AA 010034 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

37. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X28 xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışından görünür ki, X32 Filialında mühafizə olunan və N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabında 541-ci sıra nömrəsində X17 adına 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli AA 632657 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

38. Hazırda iddiaçılar sözügedən torpaq sahələrinin onlara məxsus olduğunu iddia edərək, X12 adına verilmiş xx.xx.2012-ci il tarixli və X2 adına verilmiş xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədlərinin ləğv edilməsi və hüquqi nəticəsinin etibarsız hesab edilməsini tələb edir.

39. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

40. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

41. Hazırkı işdə də iddiaçların ilk növbədə mübahisəli torpaq sahələrinə dair başqa şəxslərin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərini mübahisələndirmək üçün həmin torpaq sahələrinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

42. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

43. Hazırki işdə isə iddiaçıların mübahisə predmeti olan torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir.

44. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

45. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.

46. Göründüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahələrinə dair İddiaçı2 və İddiaçı1 adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

47. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

48. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

49. Məhkəmə qeyd edir ki, İddiaçı2 və İddiaçı1 sözügedən torpaq sahələrinə dair hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda onlar həmin əmlaklara münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçıların İPM-in 35.1ci maddəsində nəzərdə tutulmuş tələb hüquqları olmadığından, onlar hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilməzlər.

50. Ona görə də, iddia mümkün sayılmamalıdır.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar