Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2517/2025 01.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 35.199,71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: -Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya vergi ödəyicisi) xx.xx.2017-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. -Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2024cü il tarixə “vergi borcunun ödəniməsinə dair” vergilər üzrə 144.00 manat və maliyyə sanksiyaları üzrə 40,303.67 manat olmaqla, ümumilikdə 40,447.67 manat məbləğində borcu olmuşdur. -xx.xx.2024-cü il tarixli bildiriş ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. -Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli, **********7 nömrəli qərarı əsasında xx.xx.2024-cü il tarixli, **********7 nömrəli protokolla Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Elit” kişi geyimləri mağazasında olan və cavabdehə məxsus - 40000 manat məbləğində siyahıya alınmış əmlakı (ümumi dəyəri 40000 manat olmaqla, 1 vahidinin dəyəri 200 manat olan 10 ədəd, qara rəngdə, Türkiyə istehsalı Osmanbəy plaş, 1 vahidinin dəyəri 250 manat olan 06 ədəd, qara rəngdə, Türkiyə istehsalı Daniel kurtka dəri, 1 vahidinin dəyəri 350 manat olan 7 ədəd, qara rəngdə, Türkiyə istehsalı Bironi Kaşmir palto, 1 vahidinin dəyəri 210 manat olan 8 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Ziver Kaşmir palto, 1 vahidinin dəyəri 240 manat olan 6 ədəd, qara rəngdə, Türkiyə istehsalı Emriko kurtka, 1 vahidinin dəyəri 120 manat olan 11 ədəd, göy rəngdə, Türkiyə istehsalı Bedley palto, 1 vahidinin dəyəri 130 manat olan 6 ədəd, qara rəngdə, Türkiyə istehsalı Ziver palto, 1 vahidinin dəyəri 205 manat olan 7 ədəd, göy rəngdə, Türkiyə istehsalı Kaşmir Padarasis, 1 vahidinin dəyəri 140 manat olan 7 ədəd, qara rəngdə, Türkiyə istehsalı Enrika Kurtka, 1 vahidinin dəyəri 140 manat olan 10 ədəd, qara rəngdə, Türkiyə istehsalı Conralis Kaşmir kurtka, 1 vahidinin dəyəri 190 manat olan 17 ədəd, qara rəngdə, Türkiyə istehsalı Paulo Rous kurtka, 1 vahidinin dəyəri 200 manat olan 5 ədəd, qara rəngdə, Türkiyə istehsalı Vinror kurtka, 1 vahidinin dəyəri 110 manat olan 13 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Osmanbəy palto, 1 vahidinin dəyəri 150 manat olan 4 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Bedley kurtka, 1 vahidinin dəyəri 110 manat olan 9 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Mabro palto, 1 vahidinin dəyəri 180 manat olan 11 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı boynu mexli Ziver palto, 1 vahidinin dəyəri 130 manat olan 7 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Berre rahpin Kaşmir palto, 1 vahidinin dəyəri 95 manat olan 23 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Paulo Mostar kurtka, 1 vahidinin dəyəri 270 manat olan 47 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Ziver Rostyum dəsti) siyahıya alınmışdır. Cavabdeh siyahıya alınmada iştirak etmiş və protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” akta əsasən, Bərdə rayonu, Bərdə şəhəri, Bakı küçəsində yerləşən və Cavabdeh məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün Cavabdeh (SERİYA: AA 1978778) təhvil verilmiş, akt sonuncu tərəfindən imzalanmışdır. “Siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə” xəbərdaqlıq Cavabdeh tərəfindən tanış olunmuş və xx.xx.2024-cü il tarixdə imzalanmışdır. “Siyahıya alınmış daşınar əmlakların məxsusluğu barədə” izahat Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraiciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 35.199,71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərarın çıxarılması xahiş edilmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə onun borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.
4. İddiaçının nümayəndəsi tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4719 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 43505.88 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024 tarixədək 43505.88 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi barədə qərar qəbul edilmişdir.
5. Məhkəmə iclasında zamanı Cavabdeh göstərdik ki, iddiaçı tərəfindən onlara onun mağazasına cərimə yazılmışdır. Qeyd edilən qərardan heç bir şikayət verməmişdir. Siyahıya alınmış əmlak onun mağazasında satılması üçün olan geyimlərdir. İddiaçı tərəfindən qəbul edilmiş qərar haqqsız olaraq qəbul edilmişdir. Bu səbəbdən də, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir.
7. İddiaçının nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə:
8. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
9. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
10. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən, Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; - 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur; - 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək Vergi orqanlarının hüququdur; - 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; - 89.4-cü maddəsinə əsasən Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər; - 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır - 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. - 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.
11. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
12. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 35.199,71 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.
14. İddiaçının müvafiq qərarı əsasında cavabdehə məxsus dəyəri 40000 manat məbləğində siyahıya alınmış əmlakı (ümumi dəyəri 40000 manat olmaqla, 1 vahidinin dəyəri 200 manat olan 10 ədəd, qara rəngdə, Türkiyə istehsalı Osmanbəy plaş, 1 vahidinin dəyəri 250 manat olan 06 ədəd, qara rəngdə, Türkiyə istehsalı Daniel kurtka dəri, 1 vahidinin dəyəri 350 manat olan 7 ədəd, qara rəngdə, Türkiyə istehsalı Bironi Kaşmir palto, 1 vahidinin dəyəri 210 manat olan 8 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Ziver Kaşmir palto, 1 vahidinin dəyəri 240 manat olan 6 ədəd, qara rəngdə, Türkiyə istehsalı Emriko kurtka, 1 vahidinin dəyəri 120 manat olan 11 ədəd, göy rəngdə, Türkiyə istehsalı Bedley palto, 1 vahidinin dəyəri 130 manat olan 6 ədəd, qara rəngdə, Türkiyə istehsalı Ziver palto, 1 vahidinin dəyəri 205 manat olan 7 ədəd, göy rəngdə, Türkiyə istehsalı Kaşmir Padarasis, 1 vahidinin dəyəri 140 manat olan 7 ədəd, qara rəngdə, Türkiyə istehsalı Enrika Kurtka, 1 vahidinin dəyəri 140 manat olan 10 ədəd, qara rəngdə, Türkiyə istehsalı Conralis Kaşmir kurtka, 1 vahidinin dəyəri 190 manat olan 17 ədəd, qara rəngdə, Türkiyə istehsalı Paulo Rous kurtka, 1 vahidinin dəyəri 200 manat olan 5 ədəd, qara rəngdə, Türkiyə istehsalı Vinror kurtka, 1 vahidinin dəyəri 110 manat olan 13 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Osmanbəy palto, 1 vahidinin dəyəri 150 manat olan 4 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Bedley kurtka, 1 vahidinin dəyəri 110 manat olan 9 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Mabro palto, 1 vahidinin dəyəri 180 manat olan 11 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı boynu mexli Ziver palto, 1 vahidinin dəyəri 130 manat olan 7 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Berre rahpin Kaşmir palto, 1 vahidinin dəyəri 95 manat olan 23 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Paulo Mostar kurtka, 1 vahidinin dəyəri 270 manat olan 47 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Ziver Rostyum dəsti) siyahıya alınmışdır.
15. Cavabdeh siyahıya alınma barədə qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasını iddia etməmişdir. Halbuki, iddiaçı əmlakları barəsində hüquqlarını müəyyən dərəcədə məhdudlaşdırılması nəticəsini yaradan siyahıya alınma barədə qərarı mübahisələndirməklə hüquqi müdafiə imkanlarından istifadə edə bilərdi.
16. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir.
17. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergini ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan yuxarıda qeyd edilən məbləğdən iddiaçının tələb etdiyi 35.199,71 manat məbləğində borcun ödənilməsi məqsədi ilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus 40000 manat dəyərində siyahıya alınmış əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsi ilə hərracda satılmalıdır.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin.
Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 35.199,71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən və cavabdehə məxsus dəyəri 40000 manat məbləğində siyahıya alınmış əmlakı (ümumi dəyəri 40000 manat olmaqla, 1 vahidinin dəyəri 200 manat olan 10 ədəd, qara rəngdə, Türkiyə istehsalı Osmanbəy plaş, 1 vahidinin dəyəri 250 manat olan 06 ədəd, qara rəngdə, Türkiyə istehsalı Daniel kurtka dəri, 1 vahidinin dəyəri 350 manat olan 7 ədəd, qara rəngdə, Türkiyə istehsalı Bironi Kaşmir palto, 1 vahidinin dəyəri 210 manat olan 8 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Ziver Kaşmir palto, 1 vahidinin dəyəri 240 manat olan 6 ədəd, qara rəngdə, Türkiyə istehsalı Emriko kurtka, 1 vahidinin dəyəri 120 manat olan 11 ədəd, göy rəngdə, Türkiyə istehsalı Bedley palto, 1 vahidinin dəyəri 130 manat olan 6 ədəd, qara rəngdə, Türkiyə istehsalı Ziver palto, 1 vahidinin dəyəri 205 manat olan 7 ədəd, göy rəngdə, Türkiyə istehsalı Kaşmir Padarasis, 1 vahidinin dəyəri 140 manat olan 7 ədəd, qara rəngdə, Türkiyə istehsalı Enrika Kurtka, 1 vahidinin dəyəri 140 manat olan 10 ədəd, qara rəngdə, Türkiyə istehsalı Conralis Kaşmir kurtka, 1 vahidinin dəyəri 190 manat olan 17 ədəd, qara rəngdə, Türkiyə istehsalı Paulo Rous kurtka, 1 vahidinin dəyəri 200 manat olan 5 ədəd, qara rəngdə, Türkiyə istehsalı Vinror kurtka, 1 vahidinin dəyəri 110 manat olan 13 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Osmanbəy palto, 1 vahidinin dəyəri 150 manat olan 4 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Bedley kurtka, 1 vahidinin dəyəri 110 manat olan 9 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Mabro palto, 1 vahidinin dəyəri 180 manat olan 11 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı boynu mexli Ziver palto, 1 vahidinin dəyəri 130 manat olan 7 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Berre rahpin Kaşmir palto, 1 vahidinin dəyəri 95 manat olan 23 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Paulo Mostar kurtka, 1 vahidinin dəyəri 270 manat olan 47 ədəd, qara, göy rəngdə, Türkiyə istehsalı Ziver Rostyum dəsti) kurtka hərrac vasitəsilə satılsın. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 əməliyyat günü ərzində vergi ödəyicisinə qaytarılsın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov