Məhkəmə qərarları › İş №e-2-1(114)-2521/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2521/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2521/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 115154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli və “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-683088/2025 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. "xxxx" MMC aidiyyəti üzrə vergi orqanında əlavə dəyər vergi ödəyicisi kimi xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçərək ********** saylı VÖEN almışdır.

2. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN:**********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (**********) ilə və xx.xx.2024-cü il tarixdə X2 (VÖEN: **********) ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid mallar alınaraq müvafiq qaydada “X8” MMC ilə görülən işlər çərçivəsində sərf edilmişdir.

3. "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərarla, "xxxx" MMC (VÖEN:**********) xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarla, "xxxx" MMC (**********) xx.xx.2024-cü il tarixli **********339200 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********364600 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********372900 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********377400 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********814000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişlər.

4. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2023-cü il üzrə 467718,00 manat mənfəət vergisi hesablanmışdır.

5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115154/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2023-cü ilin iyul ayı üzrə 22264,81 manat əlavə dəyər vergisi hesablanmışdır.

6. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2023-cü ilin avqust ayı üzrə 21546,08 manat əlavə dəyər vergisi hesablanmışdır.

7. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2023-cü ilin dekabr ayı üzrə 28922,17 manat əlavə dəyər vergisi hesablanmışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-2-3/2- 683088/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2024-cü ilin fevral ayı üzrə 31097.7 manat əlavə dəyər vergisi hesablanmışdır. II. Məhkəmədə icraat

9. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-325655/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2005-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2- 325655/2024 saylı qərarla 2023-cü il üçün 93,543,60 (doxsan üç min beş yüz qırx üç, 60 q.) AZN mənfəət vergisi hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN:**********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (**********) ilə və xx.xx.2024-cü il tarixdə X2 (VÖEN: **********) ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid mallar alınaraq müvafiq qaydada “X8” MMC ilə görülən işlər çərçivəsində sərf edilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış mənfəət vergisi əsasında yuxarıda göstərilən MMC-lərin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024-cü il, tarixlərdə riskli vergi ödəyicisi hesab edilmişdir. Əlbəttə ki, onların müəssisə tərəfindən həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki onlar həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdə vergi orqanının "xxxx" MMC-yə münasibətdə mənfəət vergisinin hesablamasının aparılmasını ədalətsiz və qanunsuz hesab edirlər. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx", "xxxx", "xxxx", "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lərin və X1 riskli vergi ödəyicisi olmayan müəssisələr kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olubolmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 3.8. maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəllənin 3.11. maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi məcəlləsinin 54 və 55-ci maddələrində göstərilir ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar və vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Qara-Qaya” Assosiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstritusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Konstitusiya Məhkəməsinin 11 oktyabr 2016-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir. “Təsadüfi deyil ki, Ali Məhkəməsinin Plenumun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqıında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyinin bütün ziddiyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin riyayət edilməməsində vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Ona görədə göstərilən hal aydılaşdırılması mümkün olmayan məqamlar kimidə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.”

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli, xx.xx.2025ci il tarixli 3-21-2-3/2-115154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dəyişdirilmişdir.

13. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-325655/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 115137/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-683088/2025 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

16. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21- 2-3/2-115154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 683088/2025 nömrəli qərarlarının ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olduğu Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

22. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 467 718,00 manat təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə hesablama aparılmış xx.xx.2024 tarixli **********715600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Bildirilir ki, iddiaçı "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə EBDM 602318 EQF ilə 25200 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) EBDM 457644, EBDM 457657, EBDM 458514, EBDM 458550, EBDM 458557, EBDJ 785219, EBDN 48714 EQF ilə 227 354 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ( VÖEN **********) EBDQ 873305 EQF ilə 85461 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN **********) EBDP 319949 saylı EQF ilo 17632 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN **********) EBDK 786061, EBDM 297823, EBDU 446958 EQF ile 74000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN **********) EBDP 316945 EQF ilə 5745 manat, "xxxx" Məhdud Məsuliyyetii Cəmiyyəti ilə (VÖEN **********) EBDJ 805244 FQF ilə 24550 manat, X3 ilə (VÖEN **********) EBDT 220311 və EBDV 311035 EQF ilə 7776 manat apardığı əməliyyalar əmtəəsiz hesab edilmiş və nəticədə iddiaçının xərclərində nəzərə alınmamışdır. Qarşılıqlı əməliyyat aparılmış VÖ-nin adı VOEN "xxxx" MMC "xxxx" MMC 20079 69701 EQF-nin seriyası nömrəsi əməliyyatın məbləği (AZN) EBDM 602318 25200 19056 10351 EBDM 457644, EBDM 458514, EBDM 458550, EBDM 457657, EBDJ 785219, EBDN 48714 20500 3500 25000 7500 EBDM 458557, 24000 87304 "xxxx" MMC 16052 18851 59550 EBDQ 873305 85461 "xxxx" MMC 16051 92181 EBDP 319949 17632 "xxxx" MMC 16050 96141 EBDK 786061, EBDM 297823, EBDU 446958 35000 14000 25000 6 "xxxx" MMC 19056 99091 EBDP 316945 5745 "xxxx" MMC 16051 20271 EBDJ 805244 24550 8 X4 10040 90292 EBDT 220311 3456 EBDV 311035 4320 "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2024-cü il tarixli **********498200 saylı qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. X5 Xidmətinin uçot-baza molumatlarında qeydiyyatda olduğu unvanında ( BAKİ Sabuncu RAYONU, ZABRAT STQ, TRAMVAY (ZABRAT 2 Q0S ) ev.25 m.-) vergi nəzarəti tədbiri həyata keçirilmiş, lakin həmin vaxt ödəyici ilə (nümayəndəsi ilə) əlaqə saxlamaq mümkün olmamışdır. Obyektin boş olduğu və hər hansı fəaliyyətin olmadığı məlum olmuşdur. "xxxx" MMC tərəfinden 26.04-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində “lampa, alçipan, otsep və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və bu barədə xx.xx.2024 cü il tarixli **********487800 saylı qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şubhə yaranmışdır. Bununla bağlı operativ vergi nəzarəti keçirilmişdir. Vergi ödəyicisi Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan AZ1037, BAKİ ŞƏHƏRİ, SABUNÇU RAYONU, SABUNÇU ŞTQ, SÜDÇÜLÜK SOV, ev SÜDÇÜLÜK SOV m.1 ünvanında tapılmamışdır və şəxslə alaqə saxlamaq mümkün olmamışdır. İcarədar "xxxx" MMC-nin (VÖEN: **********) uçot-baza məlumatlarında qeydiyyatda olan nömrələri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Ödəyiciyə araşdırmalarda iştirak etmək üçün dəvət məktubu göndərilsə də araşdırmalarda iştirak etməmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"-ına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2024-cü il tarixli **********339200 saylı qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Bununla bağlı operativ vergi nəzarəti keçirilmişdir. Nəzarət tədbiri zamanı vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan və Qaradağ rayonu, Lökbatan ŞTQ, Dadaş Bünyadzadə (Lökbatan) 2 D ünvanında yerləşən anbarında mal qalığı aşkar edilməmişdir. Ödəyiciyə dəfələrlə araşdırmalarda iştirak etmək üçün dəvət məktubu göndərilsə də araşdırmalarda iştirak etməmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən huquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2024-cü il tarixli **********364600 saylı qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Bununla bağlı operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Məlum olmuşdur ki, ödəyicinin Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan obyekti yoxdur, baza məlumatlarındakı nömrələri ilə əlaqə saxlamaq mümkün olmamış və hüquqi ünvan isə yaşayış evidir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfinizdən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş, **********372900 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN: **********) apardığı əməliyyatların riskli əməliyyatlar olmasına dair şübhə yaranmışdır. Bununla bağlı vergi nəzarəti tədbiri keçirilmişdir. Nəzarət tədbiri zamanı ödəyici ilə əlaqə saxlamaq mümkün olmamış və şəxs uçot-baza məlumatlarında qeydiyyatda olan AZ1104, BAKİ ŞƏHƏRi SABUNÇU RAYONU, ZABRAT ŞTQ, TRAMVAY (ZABRAT 2 QƏS.) ev, 25 ünvanında tapılmamışdır. İcarədar "SABUNÇU ƏYRİCİ" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN: **********) ilə əlaqə (*** *** ** **) saxlanılmış, məlum olmuşdur ki, "xxxx" MMC-ilə icarə müqaviləsinə xitam verilmişdir. Qarşılıqlı əməliyyatlar uzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyalar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş, **********377400 saylı xx.xx.2024 cü il tarixli qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN **********) həyata keçirdiyi əməliyyatların riskli əməliyyat olmasına dair şübhə yaranmışdır. Ödəyicinin fəaliyyətində dəqiqləşdirmələr aparmaq üçün vergi nəzarəti tədbiri keçirilmişdir. Lakin vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmadığı üçün təsərrüfat subyektinin yerləşdiyi dəqiq ünvanı müəyyən etmək mümkün olmamışdır. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1, 3.1.1, 2.1.2, 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş, **********814000 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN: **********) apardığı əməliyyatların riskli əməliyyatlar olmasına dair şübhə yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə cəmi 847.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Emulsiya fasad, Yağlı boya, Kürək (qar təmizləmək üçün), MnSK üzvləri üçün plastiq vəsiqə və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı vergi ödəyicisi tərəfindən cəmi 39.9 min manat dəyərində olan "Ateko ilə daşıma (Bakı Tərtər), Tır ilə daşıma (Bakı Tərtər) və s." adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir və belə əməliyyatlar aparan şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərar ilə tasdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"-ına əsasən riskli vergi odəyicisi hesab olunmuşdur. X4 barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin "28 yul 2020"-ci il tarixli "265" nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmiş və **********271700 saylı xx.xx.2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən 15.02xx.xx.2023-cü il tarixində 10 401,0 manat dəyərində "dəmir dirəklər" təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "28 iyul 2020"-ci il tarixli "265" nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir. Eləcə də bildirilir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı «Metan Ticarət və Tikinti» MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirlər. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: "**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı satqı əməliyyatları) Faborlik Tikinti" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödayicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan fərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur." Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: > riskli əməliyyatlar aparan şəxs olduqda; > aparlmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; > idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); > vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən adilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; >yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; > yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; > beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: > vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal ceşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; > vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.71ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi"nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024cü il tarixli № 3-21-2- 3/2-325655/2024 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz.

24. Cavabdehin yazılı etiraza əlavəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 115154/2025 saylı qərarla 2023-cü il iyul ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Hesablamanın əsaslandırması ondan ibarətdir ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 785219 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 15714.72 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 15714.72 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDK seriyalı 786061 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 6300.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 6300.0 manat kənarlaşma yaranmışdır. "xxxx" MMC (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBCM seriyalı 120456 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. Bildirilir ki, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli qərarla 2023cü il avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 458557 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4320.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 4154.4 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 08.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 457644 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3690.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 3524.4 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 602318 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4536.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 4370.4 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 458514 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 4500.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 4334.4 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində ( 08.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 458550 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1350.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 1184.4 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 297823 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 2520.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 2354.4 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində ( 08.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 457657 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 630.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 165.6 manat olması nəticəsində 464.4 manat kənarlaşma yaranmışdır. İddiaçıya xx.xx.2025-ci il tarixli 3-21-2- 3/2-115137/2025 nömrəli qərarla 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 446958 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4500.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4500.0 manat kənarlaşma yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDV seriyalı 796555 nömrəli elektron qaimə-faktura (eVHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDT seriyalı 705205 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDR seriyalı 975088 nömrəli elektron qaimə-faktura (eVHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDV seriyalı 452546 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDV seriyalı 368275 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. X7 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDW seriyalı 241179 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDV seriyalı 335610 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDW seriyalı 428980 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür.

29. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN:**********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (**********) ilə və xx.xx.2024-cü il tarixdə X2 (VÖEN: **********) ilə bağlanmış müqavilələr; - xx.xx.2024-cü il tarixli **********498200 nömrəli, xx.xx.2024-cü il tarixli **********487800 nömrəli, xx.xx.2024-cü il tarixli **********339200 nömrəli, xx.xx.2024-cü il tarixli **********364600 nömrəli, xx.xx.2024-cü il tarixli **********372900 nömrəli, xx.xx.2024-cü il tarixli **********377400 nömrəli, xx.xx.2024-cü il tarixli **********814000 nömrəli qərarlar; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli qərar; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115154/2025 nömrəli qərarı; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli qərarı; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli qərarı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-2-3/2- 683088/2025 nömrəli qərarı.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iş üzrə iddiaçıya hesablanmış əlavə vergi məbləğinin hesablanmasına səbəb iddiaçının riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatların aparılması olmuşdur.

28. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli qərarları).

29. Hazırki işdə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN:**********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (**********) ilə və xx.xx.2024-cü il tarixdə X2 (VÖEN: **********) ilə müqavilələr bağlanılmaqla, mallar alınmışdır.

30. İddiaçı müəssisə müqavilə tərəfləri olan adıçəkilən müəssisələrlə apardığı əməliyyatlara görə verilmiş qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmiş, lakin "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərarla, "xxxx" MMC (VÖEN:**********) xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarla, "xxxx" MMC (**********) xx.xx.2024-cü il tarixli **********339200 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********364600 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********372900 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********377400 nömrəli qərarla, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********814000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edildiklərinə görə həmin müəssisələrlə iddiaçının apardığı əməliyyatlara ƏDV əvəzləşməsi vergi orqanı tərəfindən qəbul edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-325655/2024 nömrəli qərarına əsasən "xxxx" MMC-yə 2023-cü il üzrə 467718,00 manat mənfəət vergisi, xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2024cü ilin sentyabr ayı üçün 216613,80 manat ƏDV, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 115154/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2023-cü ilin iyul ayı üzrə 22264,81 manat ƏDV, xx.xx.2025-ci il tarixli 3- 21-2-3/2-115176/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2023-cü ilin avqust ayı üzrə 21546,08 manat ƏDV, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarına əsasən 2023-cü ilin dekabr ayı üzrə 28922,17 manat ƏDV, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-2-3/2-683088/2025 nömrəli qərarına əsasən 2024-cü ilin fevral ayı üzrə 31097.7 manat əlavə dəyər vergisi hesablanmışdır.

31. Lakin iş üzrə iddiaçı müəssisənin təqdim etdiyi müqavilələr, təhvil-təslim aktları, elektron qaimə-fakturalarla müəyyən edilir ki, "xxxx" MMC ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X2 arasında bağlanmış müqavilələr və aparılmış əməliyyatlar sonuncuların riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrə təsadüf edir. İddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan isə, bu xüsusatın təkzibi üzrə heç bir tutarlı dəlil bildirmir, hər hansı sübut təqdim etmədən yalnız adı çəkilən MMC-lərin riskli vergi ödəyicisi sayılmasının əsaslarının onun iddiaçı ilə əməkdaşlığı sayəsində yarandığını bəyan edir.

32. Məhkəmə vergi orqanın həmin qərarlarını əsaslı və qanuni hesab etmir və qənaətinin faktiki və hüquqi əsasını aşağıdakılarla əsaslandırır.

33. Belə ki, iddiaçı müəssisənin bildirdiyi əsas dəlil bundan ibarətdir ki, müəssisə tərəfindən həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə-fakturalar təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyiciləri olmaları barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki, onlar həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır.

34. Cavabdeh vergi orqanın isə həmin dəlilə tutarlı bir cavabı yoxdur.

35. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na görə: Bənd 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

37. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

38. Göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 175.11-ci maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir.

39. Analiji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 nömrəli xx.xx.2023-cü il tarixli 3 ulduz indeksi ilə nişanlanmış qərarında ifadə edilmiş hüquqi mövqeyə görə: “44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.

45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.

46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

47. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.

48. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.

49. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

50. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

51. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.”

40. Cavabdeh vergi orqanı iddiaçıya ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) riskli vergi ödəyicisi olmasının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır.

41. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

42. İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

43. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21- 2-3/2-115176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli və “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 683088/2025 nömrəli qərarlar qanunsuz olduğundan ləğv edilməlidir.

44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-325655/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 115154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-115137/2025 nömrəli və “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-683088/2025 nömrəli qərarlar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar