Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2554/2025 01.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona 63.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixədək müraciət etdiyi nəzərə alınmaqla, pensiya məbləğinin hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 334 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
3. 18.08.1972-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti olmuşdur (cəmi 22 il 10 ay 19 gün).
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etmiş və həmin Filial tərəfindən xx.xx.2021-ci il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun 22 il 9 ay iş stajı müəyyən olunmuşdur. xx.xx.2006-ci il tarixdən heç bir sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur.
5. Cavabdeh orqanın Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-41088/2025 nömrəli qərarında göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Əlavə hüquq yaradacaq staj təqdim edilərsə 1991-1996-cı illərə aid xx.xx.2006-cı il tarixli əmək haqqı arayışının yoxlanılması zərurəti yaranacaqdır.
6. Həmin qərara əlavə edilmiş staj cədvəlində İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövrün tam, xx.xx.1991-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti üzrə isə xx.xx.2006-cı il tarixli arayışa əsasən işləmədi 8 ay çıxılmaqla yerdə qalan dövrün onun sosial sığorta stajına daxil edildiyi və ümumi iş stajının 21 il 11 ay 29 gün təşkil etdiyi göstərilmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 149947/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi ******* №-li hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988- ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun ümumilikdə 16 il 10 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri də daxil olmaqla ümumi sığorta stajı 22 il 1 ay 9 gün təşkil edir ki, bu da tələb olunan 25 il sosial sığorta stajından azdır. İddiaçı tərəfindən əlavə sənəd təqdim olunacağı təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa qeyd edilən dövrlərin araşdırılması zərurəti yaranacaqdır.
8. Məhkəməyə təqdim edilmiş Azərbaycan Dövlət Dəmir Yolu Qərb istiqaməti üzrə kadrlar şöbəsinin xx.xx.2006-cı il tarixli arxiv arayışında İddiaçı 1991-ci ilin yanvar-dekabr ayları, 1992-ci ilin yanvar-dekabr ayları,1993-cü ilin yanvar, mart-dekabr ayları, 1994-cü ilin yanvar-dekabr ayları, 1995-ci ilin yanvar-fevral, may-dekabr ayları, 1996-cı ilin yanvaraprel, iyun-oktyabr ayları əmək haqqı almışdır. II. Məhkəmədə icraat
9. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 63.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixədək müraciət etdiyi nəzərə alınmaqla, pensiya məbləğinin hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü ildə doğulmuş, xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1996-cı il tarixədək (20 il 10 ay 11 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək (02 il 08 gün) hərbi xidmətdə olmuşdur. 2006-cı ildən ona əlilliyə görə əmək pensiyası təyin edilmiş, 2020-ci ilin sonundan dayandırılmış, xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə (əvvəlki adı: DSMF-nin 18 saylı regional ərazi filialı) müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********7 №-li cavab məktubunda qeyd etmişdir ki, onun 22 il 9 ay iş stajı müəyyən olunduğundan və xx.xx.2006-cı ildən heç bir sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olundu. Aşağıdakı səbəblərə görə cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, ona 63.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyası təyin olunmalı idi. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun tələbindən göründüyü kimi pensiya yaşına çatmış şəxslərin yaşa görə pensiya hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq yaranır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman, həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Onun pensiya yaşına çatdığı xx.xx.2018 il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək onun 22 il 10 ay 19 gün ümumi iş stajı olmuşdur ki, fərdi hesabın sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı 6987 (22 il x 306 manat + 306:12 x 10ay=6987) manat təşkil etmişdir. 6987 manat pensiya kapitalının xx.xx.2018 il tarixinə indeksləşdirilmiş məbləği 17108,1 manat təşkil edir (6987*1.083*1.167*1.208*1.015*1.057*1.079*1.011*1.024*1.014*1.040*1.124*1.129=1710 8.1). 17108.1 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölündükdə 118,8 manat təşkil edir ki, həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən (110 manat) çox olduğundan pensiya təminatına əsas verdiyi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və onun qeyd hissəsinə əsasən xx.xx.2018-ci il tarixdə 63.5 yaş həddinə çatdığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
21. İddiaçının qardaşı olan nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ünvanlandığı ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir.
22. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 Saylı Regional Ərazi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, sonuncu tərəfindən sosial sığorta stajının 22 il 9 ay olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin şifahi sərəncamına əsasən iddiaçının həmin müraciətinə Mərkəzi Filial tərəfindən baxılmış, xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-41088/2025 nömrəli qərar ilə iddiaçının 25 il sığorta stajı olmadığından və fərdi şəxsi hesabında qanunvericiliklə minimum məbləğdan az olmayan pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dəni başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Maddənin məzmunundan da göründüyü kimi, yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş şərtlər mövcud olmalıdır: 1. İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2. Azı 25 il sığorta stajına malik olmalı və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci əsas: İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (63 il 6 ay) çatmışdır. İkinci əsas: İddiaçı xx.xx.2021-ci il tarixdə Regional Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 63.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək 21 il 11 ay 29 gün olmaqla tələb olunan 25 ildən azdır. Həmçinin həmin tarixə iddiaçının 21 il 11 ay 29 gün sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16305,92 manat olmaqla qanunvericiliklə minimum məbləğdən az olmayan pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalından (16742,88) azdır. Göründüyü kimi, iddiaçı ona pensiya təyin olunması üçün tələb olunan yaşa çatsa da, digər şərtlər ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məlumat üçün bildirilir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı C.Hüseynovun tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
24. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 334 nömrəli arayışı; - 18.08.1972-ci il tarixli əmək kitabçası; - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli imtina məktubu; - Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-41088/2025 nömrəli qərarı; - Staj cədvəli; - Məhkəmənin sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-149947/2025 nömrəli cavab məktubu; - Azərbaycan Dövlət Dəmir Yolu Qərb istiqaməti üzrə kadrlar şöbəsinin xx.xx.2006-cı il tarixli arxiv arayışı. Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etmiş və həmin Filial tərəfindən xx.xx.2021-ci il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun 22 il 9 ay iş stajı müəyyən olunmuşdur. xx.xx.2006-ci il tarixdən heç bir sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur.
28. İddiaçı isə hazırda məhkəməyə müraciət edərək, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün bu əsasla ona 63.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2018-ci il tarixdən pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
29. Məhkəmə aşağıdakılara görə iddiaçının iddiasını haqlı sayaraq, cavabdehin mövqeyini əsassız hesab edir.
30. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
32. Qanunun tələbindən göründüyü kimi pensiya yaşına çatmış şəxslərin yaşa görə pensiya hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq yaranır.
33. Hazırki işdə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
34. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.
35. Bu zaman, həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
36. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.
38. İddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən edilmişdir.
39. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yer almış istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatordan çıxarışlarla müəyyən edilir ki, istehlak qiymətləri indeksinin illik səviyyəsi 2006-cı ildə 8.3, 2007-ci ildə 16.7, 2008-ci ildə 20.08, 2009-cu ildə 1.5, 2010-cu ildə 5.7, 2011-ci ildə 7.9, 2012-ci ildə 1.1, 2013-cü ildə 2.4, 2014-cü ildə 1.4, 2015-ci ildə 4.0, 2016-cı ildə 12.4, 2017-ci ildə 12.9 faiz olmuşdur (http://www.azstat.org/pr03101011/).
40. Belə olan halda iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək onun 22 il 10 ay 19 gün ümumi iş stajı olmuşdur ki, fərdi hesabın sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı 6987 (22 il x 306 manat + 306:12 x 10ay=6987) manat təşkil etmişdir. 6987 manat pensiya kapitalının xx.xx.2018 il tarixinə indeksləşdirilmiş məbləği 17108,1 manat təşkil edir. (6987*1.083*1.167*1.208*1.015*1.057*1.079*1.011*1.024*1.014*1.040*1.124*1.129=1710 8.1)
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi pensiya kapitalı 2006 8.3 6987 2007 16.7 7566.92 2008 20.8 8830.60 2009 1.5 10667.36 2010 5.7 10827.37 2011 7.9 11444.53 2012 1.1 12348.64 2013 2.4 12484.47 2014 1.4 12784.1 2015 4.0 12963.07 2016 12.4 13481.59 2017 12.9 15153.3 xx.xx.2018 17108.1
41. 17108.1 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölündükdə 118.8 manat təşkil edir ki, həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən (110 manat) çox olduğundan pensiya təminatına əsas verdiyi, həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və onun qeyd hissəsinə əsasən xx.xx.2018-ci il tarixdə 63.5 yaş həddinə çatdığı üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
42. Cavabdeh orqan iddiaçıya pensiya təyinatından imtina edərkən onun sosial sığorta stajının 22 il 9 ay olduğunu, təqdim etdiyi staj cədvəlində və iddiaya yazılı etirazında 21 il 11 ay 29 gün, məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-17-1/2- 149947/2025 nömrəli cavab məktubunda isə 22 il 1 ay 9 gün kimi müəyyən etmişdir.
43. Cavabdehin nümayəndəsi bunun səbəbini məhkəmə iclasında əsaslandıra bilməmiş, yalnız iddiaçının hərbi xidmət dövrü və əmək kitabçasında qeyd edilən bütün əmək fəaliyyəti dövrlərinin, xx.xx.1990-xx.xx.1996-cı illərdəki fəaliyyət dövrü istisna edilməklə, mübahisə edilmədən iddiaçının sosial sığorta stajı kimi qəbul edildiyini, həmin dövrdə isə əmək haqqı ödənilmiş dövrlərin iş stajına daxil edildiyini bildirmişdir.
44. Məhkəməyə təqdim edilmiş staj cədvəlində İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövrün tam, xx.xx.1991-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti üzrə isə xx.xx.2006-cı il tarixli arayışa əsasən işləmədi 8 ay çıxılmaqla yerdə qalan dövrün onun sosial sığorta stajına daxil edildiyi və ümumi iş stajının 21 il 11 ay 29 gün təşkil etdiyi göstərilmişdir.
45. Lakin həmin dövrlər toplanarkən 8 ay çıxılacağı halda belə sosial sığorta stajı 22 il 2 ay 19 gün təşkil edir.
46. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 149947/2025 nömrəli cavab məktubunda isə bildirilmişdir ki, İddiaçı təqdim etdiyi ******* №-li hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988- ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun ümumilikdə 16 il 10 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir.
47. Cavabdehin həmin məktubuna əsaslansaq, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək 5 il 11 ay 19 gün iş stajının olduğunu nəzərə alsaq, həmin müddətdən 8 ay çıxılmaqla, 5 il 3 ay 19 gün cavabdeh orqanın mübahisələndirilməyən staj kimi qəbul etdiyi 16 il 10 ay 20 günün üzərinə gəlindiyi zaman da 22 il 2 ay 9 gün edir ki, bu da cavabdeh orqanın öz mövqeyində, yəni staj hesablamasında əsaslı və dürüst olmadığını göstərir.
48. İddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi əmək fəaliyyəti dövründə 8 ay əmək haqqı almamasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin arayışda 1993-cü ilin fevral ayı, 1995-ci ilin mart-aprel ayları və 1996-cı ilin may ayı iddiaçının əmək haqqı almadığı görünür ki, bu da 8 ay deyil, cəmi 4 ay təşkil edir.
8. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi həmin dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
10. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
11. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir.
12. İddiaçı isə qeyd edilən müddətlərdə işləməsinə dair əmək kitabçasını cavabdeh orqana təqdim etmişdir.
13. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir və həmin dövr bütövlükdə - 5 il 11 ay 19 gün kimi nəzərə alınmalıdır.
14. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
49. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
50. İddiaçının tələbinin digər hissəsi – pensiya məbləğinin hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsindən ibarətdir və məhkəmə həmin tələbi də əsaslı sayır.
51. Belə ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdə yaranmış, o, bu məqsədlə cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.
52. “Əmək pensiyaları haqqında” AR Qanununa görə: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
54. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 63.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanmaqla (həmin tarixdən sonra əlilliyə görə ödənilmiş pensiyanın məbləği və yaşa görə ödənilmiş müavinətin məbləği nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva