Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2558/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dair mülkiyyət hüququnun adına qeydə alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin vəkil olan nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X15) Gəncə şəhəri, V.Xuluflu və Nizami küçələrinin kəsişməsində yerləşən 0,071 ha (710 kv.m) torpaq sahəsinə dair İddiaçı əldə etdiyi hüququn daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1997-ci il 5 dekabr tarixli 5147 saylı sərəncamı ilə “Passaj” ticarət mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi ilə bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək “Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçınə verilmişdir.
2. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 2 aprel tarixli 186 saylı sərəncamı ilə “Təminat“ şirkəti rəhbərliyinin məktubu nəzərə alınaraq “Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəkildə fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işlərinin aparılmasına və müasir tipli ticarət yarmarkasının təşkil edilməsinə icazə verilmişdir.
3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 3 dekabr tarixli 1MK-5958/2004 nömrəli qətnaməsində göstərilir ki, İddiaçınə məxsus ticarət köşkləri “Passaj” Ticarət Mərkəzinə aid olmayan torpaq sahəsində yerləşir, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 710 kv.metrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 20 aprel tarixli 6k-761 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. “Torpaqdan daimi istifadə hüququna dair” 2006-cı il 25 iyun tarixində dövlət aktı qeydiyyat kitabında 603 sayla qeydiyyata alınmış JN-1623 KOD 20000002 saylı Dövlət aktına əsasən Gəncə şəhər İcra Hakimiyyətinin 1997-ci il 5 dekabr tarixli 5147 saylı və Gəncə şəhər İcra Hakimiyyətinin 2001-ci il 2 aprel tarixli 186 saylı sərəncamları ilə satılmış, cizgidə göstərilən sərhəd daxilində 0,071 ha torpaq sahəsi daimi istifadə hüququ ilə İddiaçı adına qeydə alınmışdır.
5. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi” haqqında 2009-cu il 6 fevral tarixli 676 saylı müqaviləyə görə, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsindəki Ticarət Pasajının yerləşdiyi ümumi torpaq sahəsinin (3059.7 kv.m) icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4, X25, X29 və adları 004266 saylı 2009-cu il 12 yanvar tarixli şəhadətnamədə qeyd olunanların şəxsində müqavilə bağlanılmışdır.
6. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinə görə, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 2009-cu il 12 yanvar tarixli, 4266 saylı “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında özəlləşdirilmiş Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Passajının qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsi 3059,7 m2 təşkil edir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən satıcı - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini 13.769 manata satır, alıcı - X4 isə həmin torpaq sahəsininin tam dəyərini ödəməklə satın alır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 10 yanvar tarixli 2(102)-32/2012 nömrəli qərarına görə, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada adıçəkilən müəssisənin əmək kollektivinin üzvləri tərəfindən İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş, həmin əmlaka dair əmək kollektivi üzvlərinə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 2009-cu il 12 yanvar tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir.
8. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 150 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Passaj” ticarət mərkəzinin qarşı tərəfində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 aprel 2001ci il tarixli 186 nömrəli sərəncamına əsasən İddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilmişdir.
9. Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində (Ticarət Passajı) yerləşən 0.306 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən 2020-ci il 29 dekabr tarixli ********** qeydiyyat nömrəli çıxarış).
10. Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində Ticarət passajı X9 xüsusi mülkiyyətindədir (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən 2023-cü il 25 iyun tarixli ********** qeydiyyat nömrəli çıxarış).
11. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-425/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və X2 qarşı Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv m (0,306 ha) torpaq sahəsini Ticarət Passajına icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin, habelə həmin torpaq sahəsinin cavabdehlərdən X1 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv m torpaq sahəsinin İddiaçı icarəsinə və daimi istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-25/2024 nömrəli qətnməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-273/2024 nömrəli qərarı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-425/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçının nümayəndəsi Nümayəndə Gəncə şəhərində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 13911/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-1623 saylı dövlət aktının Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin elektron baza məlumatlarına əsasən digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
13. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-432/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 5147 nömrəli və xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamlarının ləğv olunması haqqında hər hansı bir məlumat mövcud deyil.
14. Məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: Qeyd: Dövlət Aktlarında göstərilən torpaq sahələrinə dair qeyd olunmuş koordinatların naturada yerləşmə vəziyyəti, torpaq islahatı əsasında tərtib olunmuş ərazilərin kompleks yerquruluşu layihələri əsasında müəyyən edilir. Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, Gəncə şəhəri ərazisinə dair ərazinin kompleks yerquruluşu layihəsi hazırlanmamışdır. Bu səbəbdəndə JN-1623 (KOD ********) saylı "Torpağa daimi istifadə hüququna dair" dövlət aktında göstərilən 0.071 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Qeyd olunan hallar səbəbindən, tərəflərindən aparılan araşdırma zamanı, yalnız naturada təqdim olunan 0.07 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə istinad olunmuşdur. 1) Əraziyə keçirilən baxış zamanı mübahisəli torpaq sahəsinin faktiki olaraq istifadəsiz açıq sahə olduğu müəyyən olundu. JN-1623 (KOD ********) saylı "X27 Hüququna Dair" Dövlət Aktından göründüyü kimi 0.071 ha torpaq sahəsi, Gəncə Şəhər İHB-nın xx.xx.1997-ci il və xx.xx.2001-ci il tarixli qərarları əsasında İddiaçınə satılmışdır. Bildiririk ki, 1997-ci il və 2001-ci il tarixlərə dair, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin istifadəsində, Gəncə şəhər ərazisində torpaq sahələrinin mülkiyyəti və kateqoriyası barədə məlumatlar əks olunmuş xəritə mterialı aşkarlanmadı. Naturada təqdim olunan (faktiki olaraq istifadəsiz olan açıq sahə) 0.07 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, Xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid, digər təyinatlı torpaq sahəsi olaraq göstərilmişdir. Hal-hazırda, naturada təqdim olunan (faktiki olaraq istifadəsiz olan açıq sahə) 0.07 ha torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli **********9 reyestr nömrəli Çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan 0.306 ha torpaq sahəsində yerləşir. 2) Qeyddə yazılanlara əsasən 2-ci sualın cavablandırılması mümkün olmamışdır. 3) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X9 adına qeydə alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli **********69 reystr nömrəli Çıxarışa əsasən 0.306 ha torpaq sahəsilə, AA 576257 nömrəli, A 485074 nömrəli, A 326012 nömrəli, A 237039 nömrəli, A 23227 nömrəli, AA 009166 nömrəli plan və ölçü sənədlərində və xx.xx.2009-cu il tarixli **********69-10301 reyestr nömrəli texniki paspotda göstərilən 0.306 (0.30597 ha) torpaq sahəsi eyni torpaq sahəsidir. 4) İddiaçının naturada təqdim etdiyi 0.07 ha torpaq sahəsi bütünlüklə, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2023- cü il qeydiyyat tarixli **********9 reyestr nömrəli çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan 0.306 ha torpaq sahəsində yerləşir. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, V.Xuluflu və Nizami küçələrinin kəsişməsində yerləşən 0,071 ha (710 kv.m) torpaq sahəsinə dair İddiaçı əldə etdiyi hüququn daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 05 dekabr 1997-ci il tarixli 5147 saylı sərəncamına əsasən “Pasaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyətgöstərən satışyerlərinin idarə olunmasıhüququ İddiaçınə verilmişdir. Sonradan sökülmüş “Pasaj” ticarət mərkəzinin həmin vaxtlar Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşir. Ərazinin digər tərəfindən Gəncə çayı keçir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 02 aprel 2001-ci il tarixli 186 saylı sərəncamı ilə “Pasaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəkildə fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə İddiaçınə icazə verilmişdir. Həmin sərəncamın icrası əsasdan qeyd olunan sahə təkrarən yerində müəyyən edilmiş, faktiki vəziyyəti şəhərin baş planından çıxarışla uyğunluğu yoxlanılmış, plan cizgisi tərtib edilmiş və 17 aprel 2001-ci il tarixdə Gəncə şəhərinin Baş memarı tərəfindən təsdiqlənmişdir. Bundan sonra İddiaçı tərəfindən həmin ərazidə yenidən qurma işləri aparılmış, ticarət köşkləri həmin dövrün tələblərinə uyğunlaşdırılmışdır. 05 oktyabr 2002-ci il tarixdə “Pasaj” ticarət mərkəzinin qarşısında yerləşən sözü gedən ərazi olaraq 710 kv.m (0,071 ha) torpaq sahəsi ticarət yarmarkasının təşkili təyinatı əsasdan İddiaçı ilə 31 saylı icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan sərəncamlar əsasında qərarla adı çəkilən 0,071 ha torpaq sahəsinə əldə edilmiş daimi istifadə hüququ İddiaçı adına (həmin vaxtlar torpaq sahələrinə hüququn dövlət qeydiyyatı aparılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, onun müvafiq rayon və şəhər şöbələri tərəfindən aparılmışdır) dövlət aktı qeydiyyat kitabında 603 nömrə ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bu barədə İddiaçınə “Torpaqdan daimi istifadə hüququna dair” JN – 1623, KOD 20000002 dövlət aktı verilmişdir. İddiaçı həmin 0,071 ha torpaq sahədə yeni normalara cavab verən daha müasir ticarət mərkəzinin inşaasına icazə üçün yerli icra hakimiyyətinə müraciət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2010-cu il tarixli 150 saylı sərəncamı ilə İddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilmişdir. Bununla bağlı tərtib edilmiş layihə Gəncə şəhərinin Baş memarı tərəfindən razılaşdırılmış və onun qeydi əsasında Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və tikinti bölməsində yoxlanılmış, məqbul hesab edilib, 24 noyabr 2010-cu il tarixdə, 527 nömrə ilə qeydə alınmışdır. Daha sonra həmin ərazidə mövcud köhnə tikililər sökülmüş, ərazi təmizlənmiş və 0,071 ha torpaq sahəsi yeni ticarət mərkəzinin tikintisi üçün hazırlanmışdır. Lakin Gəncə İcra Hakimiyyəti başçısının göstərişi əsasında uzun müddət tikinti aparılmasına imkan verilmədiyindən, mərkəzin tikintisi dayanmışdır. Lakin son illərdə vəziyyət dəyişmişdir. Son illərdə müəyyən edilmiş yeni qaydalara görə ikintiyə icazə alınması üçün torpaq sahəsinə əldə edilmiş hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıvə bununla bağlı sənədin (reyestrdən çıxarışı) şəhərsalmaya təqdim edilməsi tələb olunur. Ona görə də adı çəkilən 0,071 ha torpaq sahəsinə əldə edilmiş hüququn qeydiyyata alınması üçün tələb olunan sənədlər toplusu əlavə edilməklə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinə dair baza məlumatlarında JN – 1623 saylı dövlət aktının aşkar edilmədiyi səbəbdən, işin icrasının mümkün olmadığını bildirilərək, sənədlər geri qaytarılmışdır. Yaranmış bu qeyri-müəyyənliyi aradan qaldırılması məqsədi ilə cavabdehdən adı çəkilən torpaq sahəsinə dair arxiv sənədlərinin təqdim edilməsi xahiş edilmişdir. Müraciətə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubda JN – 1623 saylı dövlət aktının arxiv nüsxəsinin aşkar edilmədiyi, lakin həmin Dövlət aktın verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərin arxivdən təsdiqlənmiş surətləri təqdim edilmişdir. Mübahisəsiz bəllidir ki, JN – 1623 saylı dövlət aktının verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərin arxivdə müəyyən edilməsi, həmin aktın verildiyini göstərir. Aktın arxiv surəti sənədlər qovluğunda saxlanılmadığı və ya tapılmadığı onun verilmədiyinə dəlalət etmədiyi də bəllidir. Sənədin arxiv nüsxələrinin saxlanılması və qorunması öhdəliyi cavabdehə aiddir. Bundan sonra Dövlət Reyestri Xidmətindən əvvəllər torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı aparılan idarə tərəfindən aparılmış mövcud qeydləri və arxişləşdirilmiş sənədləri, həmçinin həmin torpaq sahəsi və orada mövcud ticarət köşkləri ilə bağlı mübahisələr üzrə 0,071 ha torpaq sahəsinin İddiaçınə aid olduğu halın artıq müəyyən edilməsinə dair qüvvəsində olan məhkəmə aktları cavabdeh İdarəyə təqdim edilmişvə məsələyə yenidən baxılması xahiş edilmişdir. Sənədlər qəbul ediləndən və birgə araşdırılması zamanı cavabdeh idarənin əməkdaşları torpaq və xəritəçəkmə bazasının onlara verildikdən sonra, yeniləşdirilməsi zamanı bəzi sahələrlə bağlı xətaların, eləcə də arxiv sənədlərində aktların surətlərinin saxlanılmadığı kimi sonradan ortaya çıxması hallarına rast gəlindiyi, təqdim edilmiş sənədlər nəzərə alınmaqla məsələnin müsbət həll ediləcəyi bildirilmişdir. Lakin sənədlərin icrası üçün müəyyən edilmiş müddət bitəndən sonra cavabdeh adı çəkilən torpaq sahəsinə yaranmış hüququn reystrdə qeydə almaqdan imtina etmiş və bununla bağlı 10 dekabr 2024-cü il tarxli məktub vermişdir. İmtinanın səbəbini belə izah etmişdir ki, “ərizəyə əlavə edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN – 1623 saylı dövlət aktının Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Torpaq sahəsinin elektron baza məlumatlarına əsasən digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edildiyinə istinad olunmamışdır. Cavabdehin qeyd etdiyi hər iki səbəb adı çəkilən torpaq sahəsinə İddiaçı əldə etdiyi hüququn qeydiyyata alınmasından imtinaya əsas deyil, bəhanə ola bilər. Belə ki, Dövlət Reyestri Xidməti yaranmamışdan əvvəl, daşınmaz əmlaka dair dövlət qeydiyyatına alınmış hüquqlar saxlanılır və təkrar qeydiyyata alınması və çıxarışın verilməsi üçün əsasdır. Adı çəkilən İddiaçı adına verilmiş dövlət aktının cavabdeh idarənin bazasında tapılmaması və ya baza məlumatlarında qeydə alınmadığı məsələsi, Daşınmaz Əmlakın Reyestrinin aparılması həvalə edilmiş cavabdehə aiddir. Ona kimi mövcud olmuş qeydiyyatın dolğun və düzgün aparılması öhdəçiliyi hüququn malik olduğu şəxlərə deyil, məhz cavabdehə aiddir. İstinad etdiyi baza məlumatların təşkili, idarə olunması və nəzarəti edilməsi də onun vəzifəsidir. Baza qeydiyyatında natamamlıq hüququn qeydiyyatı üçün bəhanə kimi istifadə edilməməlidir. Əksinə aradan qaldırılmalıdır və bu cavabdehə aid edilmiş vəzifələrdən biridir. Cavabdehin adı çəkilən 0,071 ha torpaq sahəsinin bazada başqasına məxsus tortaq sahəsi ilə üst-üstə düşməsi qeydinə gəlincə, bu hal ancaq bazada ola bilər və ya baza bəhanəsi kimi kullanıla bilər. Ərazinin faktiki durumu və uzun müddət istifadə qaydaları bunu demir. Belə ki, həmin 0,071 ha torpaq sahəsi yuxarıda qeyd edilən rəsmi sənədlərlə müəyyən edilmiş hüquqlarla xx.xx.1997-ci ildən İddiaçı nəzarətində, icarəsində, son olaraq daimi sitifadəsində olmuş və hal-hazırda da onun əməli istifadəsindədir. Qonşuluqda yerləşən torpaq sahələrinin mərzləri məlumdur və heç bir hissədə üst-üstə düşmə mövcud deyildir. Bu baxımdan adı çəkilən 0,071 ha torpaq sahəsinə dair əldə edilmiş hüququn qeydiyyatı ilə bağlı İddiaçı müraciəti müsbət həll edilməsivə əldə etdiyi hüququn reyestrdə qeydə alınması cavabdehin vəzifəsidir. İddiaçı həmin əmlakı qanun əsasında əldə etdiyi və 28 il müddətdə iradsız istifadəsində olması nəzərə almalı idi. Bu barədə cavabdeh İdarənin bir neçə səlahiyyətli vəzifə sahiblərinin qəbulunda olaraq məsələni mübahisəyə çevrilmədən həll edilməsini xahiş edilmiş, cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən qanunda müəyyən olunan hüququn təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Ona görə də qeyd olunan məsələnin müsbəthəll edilməsi cavabdehdən tələb edilməklə, üzərinə öhdəlik qoyulmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
18. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(114)-2558/2025 nömrəli qərardadı ilə X15 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə İddiaçınə verilmiş JN-1623 (KOD ********) seriyalı Dövlət Aktının xx.xx.2006-cı il tarixdə 603 nömrə ilə qeydiyyata alınmış dövlət aktı qeydiyyat kitabının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu göndərilməsi barədə iddiaçı tərəfin vəsatəti təmin edilməmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin vəkil olan nümayəndəsi X18 məhkəmə iclasında iştirak etmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN1623 saylı dövlət aktının Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin elektron baza məlumatlarına əsasən digər şəxsə məxsus (X11 məxsus xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış) torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Gəncə şəhər İHB-nın xx.xx.1997-ci il tarixli, 5147 saylı və xx.xx.2001-ci il tarixli, 186 saylı qərarı ilə İddiaçınə satılmış 0.71 ha torpaq sahəsindən daimi istifadə hüququna dair xx.xx.2006-cı il tarixli, JN-1623, KOD 20000002 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktının nüsxəsi Ərazi İdarəsinə təhvil verilmişdir, Dövlət Aktlarının qeydiyyat kitabında Dövlət Aktı barədə məlumat öz əksini tapmışdır (nüsxə və kitabdan çıxarış etiraza əlavə olunur). Əlavə olaraq bildirilir ki, Gəncə şəh ər bələdiyyə xəritəsinə əsasən, torpaq sahəsi xüsusi mülkiyyət olmaqla, yaşayış məntəqələri (məqsədli istifadə növü - digər), faktiki torpaq sahəsinin AZCAD və TEKUİS əsasən xüsusi mülkiyyət olmaqla, yaşayış məntəqələri (məqsədli istifadə növü – şərti yarasız) olan torpağa düşdüyü, faktiki torpaq sahəsinin bir hissəsinin isə Daşınmaz Əmlakın Kadastrı X3 (DƏKTİM) elektron bazasına əsasən dövlət mülkiyyətində olan mağaza kimi qeyd olunmuş parsellə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və ərizəçiyə 3-21-3-33/2-13911/2024 nömrəli bildiriş cavab məktubu (bildiriş) ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanına əsasən, “X36 Komissiyasının yaradılması” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və Aqrar İslahat Komissiyasının həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hesab edirlər ki, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.
23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə adiyyatı məhkəməyə müraciət edərək, Gəncə şəhəri, V.Xuluflu və Nizami küçələrinin kəsişməsində yerləşən 0,071 ha torpaq sahəsinə dair iddiaçının əldə etdiyi hüququn daşınmaz əmlakın dövlət reyesterində onun adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(114)-2558/2025 nömrəli qərardadı ilə o, üçüncü şəxs kimi işə cəlb edilmişdir. Elə həmin vaxtdan da məhkəmə mübahisəsindən məlumatı olmuşdur. İddia tələbinə münasibət bildirməmişdən əvvəl məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı bu mübahisə üzrə əvvəllər mövcud olmuş bütün zəruri sənədləri, o cümlədən də məhkəmə qərarlarını məhkəməyə təqdim etməyib. Əgər həmin sənədlər məhkəməyə təqdim edilsəydi mübahisə ilə bağlı prudensial əhəmiyyət daşıyan qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-32/2012 saylı və Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)- 273/2024 saylı qərarlarında mövcud mübahisə ilə bağlı qanuni və əsaslı əsaslı hüquqi mövqey nümayəiş etdirilmiş və hazırkı cavabdehin həmin mübahisələr barədə mövqeyi əks olunmuşdur. Görünür, həmin sənədlərdən məlumatlı olan iddiaçı onları gizlətməklə məhkəməni aldatmaq niyyətində olmuşdur. Lakin o düşünməmişdir ki, o, iş üzrə üçüncü şəxs kimi bu sənədləri məhkəməyə təqdim edə bilər. Təsssufaedici hal odur ki, cavabdeh də qeyd etdiyi sənədlər barədə məlumatlı olsa da onlar da bu sənədləri təqdim eməmişlər. Lakin tərəflərdən fərqli olaraq o, həmin sənədləri və eyni zamanda ətraflı izahatını məhkəməyə təqdim edir və hesab edir ki, qeyd etdikləri nəzərə alınmaqla iddia mümkün sayılmamalı və rədd edilməməlidir. "Torpaqların daimi istifadə hüququna dair" xx.xx.2006cı il tarixli 603 saylı dövlət aktına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 5147 saylı və xx.xx.2001-ci il tarixli 186 saylı sərəncamları ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 0,071 ha torpaq sahəsi daimi istifadə hüququ ilə İddiaçı adına qeydə alınmışdır. "Özəlləşdirilən dövlət müəssisə və obyektrərinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi" haqqında xx.xx.2009-cu il tarixli 676 saylı müqavilədən aydın olur ki, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsindəki Ticarət Pasajının yerləşdiyi ümumi torpaq sahəsinin (3059.7 kv.m) icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4, Əliyev İkram xx.xx.2009-cu il tarixli şəhadətnamədə qeyd olunanların şəxsində müqavilə bağlanılmışdır. "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 4266 saylı "mülkiyyət hüququ haqqında" şəhadətnamə əsasında özəlləşdirilmiş Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Passajının qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsi 3059,7 m2 təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini 13769 manata satır, alıcı, X4 isə həmin torpaq sahəsininin tam dəyərini ödəməklə satın alır. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən, X8 şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.306 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini X1 mülkiyyətinə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində (ticarət passajı) yerləşən 0.306 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən X9 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində Ticarət passajı X9 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, onun və X1 adına verilmiş çıxarışlarda onların mülkiyyəti kimi qeyd olunan 0,30597 ha torpaq sahəsi əvvəllər "Passaj" ticarət mərkəzinin istifadəsində olmaqla dövlət mülkiyyətinə aid olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarda mübahisə üzrə preyudisial xarakter daşıyan faktların müəyyən olunması təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli 1MK-5958/2004 nömrəli qətnaməsində göstərilir ki, "Təminat” şirkətinə məxsus ticarət köşkləri “Passaj” Ticarət Mərkəzinə aid olmayan torpaq sahəsində yerləşir, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 710 kv.metrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 6k-761 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi 710 kv.m torpaq sahəsi ilə "Passaj" Ticarət Mərkəzinə aid olan torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bu hal "Təminat” şirkətinin hazırkı iddia üzrə subyektiv hüququnun olmamasına dəlalət edir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-32/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur. Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada adıçəkilən müəssisənin əmək kollektivinin üzvləri tərəfindən İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş, həmin əmlaka dair əmək kollektivi üzvlərinə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binasını (ticarət passajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada, ticarət passajının əmək kollektivinin üzvləri, X23, X4, X14, X12, X30, X29, X25 və X19 tərəfindən özəlləşdirilmiş, bundan sonra onlar mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini ona satmışlar və əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 5147 nömrəli və xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamlarında iddiaçı “Təminat" şirkətinə torpaq sahəsinin ayrılması ilə bağlı heç bir bəndin olmadığı təqdirdə, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyətinin xx.xx.2010-cu il tarixli 150 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami küçəsində yerləşən "Passaj" Ticarət Mərkəzinin qarşı tərəfində Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamına əsasən "Təminat” şirkəti tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi qanuna zidd hal kimi dəyərləndirilib. Qeyd edilən məhkəmə qərarında müəyyən edilmiş hallar əvvəlki və hazırkı iş üzrə tərəf olan iddiaçıya, cavabdehə və üçüncü şəxs kimi ona münasibətdə preyudisial xarakter daşıyır. Eyni zamanda qərarda Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X2, verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan göründüyü kimi 0,306 ha torpaq sahəsində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət 1 mərtəbli qeyri-yaşayış binası (ticarət pasajı) ümumi mülkiyyət hüququ üzrə X1, babyev Eldar Rəşid oğlunun, X7 X20, X21, X16, X13 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömərli reyetsr kitabının 113 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH №0021029 seriyalı çıxarışa əsasən Gəncə şəhəri Nizami rayonu V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində mülkiyyətdə olan 0, 306 ha torpaq sahəsində yerləşən 7 girişli, 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası (ticarət pasajı) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyesterində 2 nömərli reyestr kitabının 113 nömərli vərəqində qeydiyyata alınmışdır. Həmçinin onun adına xx.xx.2009-cu il tarixli daşımaz əmlakın texniki pasportu da tərtib edilmişdir. Göründüyü kimi qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və onun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Gəncə şəhəri 4 saylı DNK-də bağlanmış AN-1 ******* saylı, xx.xx.2009-cu il tarixli daşımaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcılar X23, X4, X22ölu, X12, X31, X29, X25 və X19 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH-0021029 seriyalı reyestrden çıxarışa əsasən ümumi mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binasını (ticarət pasajı) və 0, 306 ha torpaq sahəsini ona 28.000 (iyirmi səkkiz min) manat satmışlar. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-32/20212 nömrəli, xx.xx.2012-ci il tarixli qərarından göründüyü kimi 13 il bundan qabaq mübahisəyə baxan məhkəmələr bu iş üzrə ədalətli, qanuni və düzgün hüquqi mövqeyini bildirmişdir. Belə ki, qanuni qüvvəsini almış həmin qərardan göründüyü kimi iddiaçı “Təminat" şirkətinə verilmiş xx.xx.2006-cı il tarixli, 603 nömrə ilə qeydə alınmış "Torpaqdan daima istifadə hüququna dair" dövlət aktında 701 kv.m torpaq sahəsinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 5147 nömrə və xx.xx.2001-ci il tarixli 186 saylı sərəncamları əsasında verildiyi, hətta satıldığı qeyd edilsə də, sərəcamlarda iddiaçı Təminat" şirkətinə hər hansı ölçüdə torpaq sahəsi ayrılması göstərilməmişdir. Bu səbəbdən də o vaxt mübahisəyə baxan məhkəmələr iddiaçının adına verilmiş dövlət aktını qanuni hesab etməmişdir. Eyni zamanda digər qanuna zidd hall odur ki, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixlarında nömrəli və Gəncə şəhər İcra Hakimiyyətə İcra sərəncamlarında İddiaçınə torpaq sahəsinin ayrılması ilə bağlı heç bir bənd olmadığı təqdirdə, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 150 nömrəli sərəncam sərəncamı ilə Gəncə şəhəri Nizami küçəsində yerləşən "Pasaj" ticarət mərkəzinin qarşı tərəfində Gəncə səhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 186 nömərli sərəncamına əsasən şirkəti tərəfindən 0,071 ha razılaşdırımış lahiyə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsidir. Həmin sərəncamlarda torpaq sahəsi ayrılması olmamış, “Pasaj” ticarət mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədilə bu ərazidə kompleks yenidənqurma və adablıq işləri aparılanadək "Pasaj" ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ “Təminat" şirkətinə verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin 12.11.201-cu il tarixli 150 nömrəli sərəncamı ilə heç bir hüquqi əsas olmadan əvvəlki sərəncamlara istinad olunaraq guya əvvəlki sərəncamlar əsasında İddiaçı tərəfindən 0,071ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış lahiyə əsasında ticarət mərkəzinin tikintisinə icarə verilməsi də, bir başa qanun pozuntusu olmuş və bu səbəbdən həmin sərəncam da subut kimi qəbul edilə bilməz. İş hallarından və təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi iddiaçı mübahisə edilən 710 kv.m torpaq sahəsinin mülkiyyətçisi deyil və yaxud mülkiyyətçi olmasa da mülki qanunvericiliklə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçinin hüquqlarını daşımır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı “Təminat" şirkəti 2023-cü il 27 fevral tarixində cavabdehlər, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsinin ticarət passajına icarəyə verilməsinə dair 2009-cu il 6 fevral tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair 2009-cu il 9 mart tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinin cavabdeh P.Məmmədsadıqovanın mülkiyyətinə verilməsinə dair 2020-ci il 29 dekabr tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə və daimi istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, cavabdeh və onun adına verilmiş 2023-cü il 25 iyun tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710,0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı o vaxtkı tələbini onunla əsaslandırmışdır ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkət 1997-ci ildə yaradılmış və Şirkətin nizamnaməsi 1997-ci il 4 iyun tarixində, 33965 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 5147 saylı 1997-ci il 5 dekabr tarixli sərəncamı ilə "Passaj” tikinti mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi il bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək "Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ iddiaçıya verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 186 saylı 2001-ci il 2 aprel tarixli sərəncamı ilə iddiaçıya "Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəklində fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə icazə verilmişdir. 2002-ci il 5 oktyabr tarixli 31 saylı icarə müqaviləsi ilə “Passaj” ticarət Mərkəzinin qarşısında yerləşən 710 kv metr torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün 15 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Həmin icarə müqaviləsi, Azərbaycan Respublikası DTXK-nın Gəncə şəhər şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra iddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsində 106 ədəd ticarət köşkü tikilmiş və 28 ədəd ticarət köşkü birinci cərgədə yerləşdirilmişdir. İddiaçıya məxsus ticarət köşkləri ilə “Passaj” ticarət mərkəzi İddiaçı o vaxtkı tələbini onunla əsaslandırmışdır ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkət 1997-ci ildə yaradılmış və Şirkətin nizamnaməsi 1997-ci il 4 iyun tarixində, 33965 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 5147 saylı 1997-ci il 5 dekabr tarixli sərəncamı ilə "Passaj” tikinti mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi il bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək "Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ iddiaçıya verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 186 saylı 2001-ci il 2 aprel tarixli sərəncamı ilə iddiaçıya "Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəklində fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə icazə verilmişdir. 2002-ci il 5 oktyabr tarixli 31 saylı icarə müqaviləsi ilə “Passaj” ticarət Mərkəzinin qarşısında yerləşən 710 kv metr torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün 15 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Həmin icarə müqaviləsi, Azərbaycan Respublikası DTXK-nın Gəncə şəhər şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra iddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsində 106 ədəd ticarət köşkü tikilmiş və 28 ədəd ticarət köşkü birinci cərgədə yerləşdirilmişdir. İddiaçıya məxsus ticarət köşkləri ilə “Passaj” ticarət mərkəzi arasında 4 metr məsafə olmaqla tam bir-birindən ayrı sahələrdə yerləşmişlər. 2006-cı il 25 may tarixində DTXK Gəncə şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən iddiaçının 3 istifadəsinə verilən 0.071 ha torpaq sahəsinə dair iddiaçıya torpaqdan daimi istifadə hüququna dair JN-1623 (kod ********) saylı "Dövlət Aktı" işlənib verilmişdir. Bu göstərilən halları Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının hazırda da qüvvədə olan 2004-cü il 03 dekabr tarixli qətnaməsi ilə də müəyyən edilərək təsdiq edilmişdir. Verilmiş 1000 kv metr torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və bu torpaq sahələri bir-birindən ayrı torpaq sahələridir və bu qanuni ilə müəyyən edilərək təsdiq edilmişdir. 2009-cu ildə mövcud olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) onların xəbəri və məlumatı olmadan İddiaçı icarəsinə və daimi istifadəsinə verilən 710.0 kv.m torpaq sahəsində ətraf torpaqlara qatıb birlikdə cəmi 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini qanunsuz olaraq 06 fevral 2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsi ilə Ticarət Passajın kollektivinə icarəyə vermiş və bundan 1 ay sonrada yəni xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini Ticarət Passajının mülkiyyətinə verməklə özəlləşdirilmişdir. Hansı ki, Ticarət Passajının həmin vaxta kimi torpaq sahəsi cəmi 1000 kv.m olmuş və onların icarəsində və daimi istifadəsində olan 710.0 kv.m torpaq sahəsində qanunsuz olaraq Ticarət Passajının icarəsinə verilməklə onların adına özəlləşdirilmişdir. Hansı ki, həmin vaxt İddiaçı icarəsinə və daimi istifadəsinə verilən 710 kv m torpaq sahəsi onların icarə və istifadə hüququları ilə yüklü olmuş və həmin torpaq sahəsinin özəlləşdirilməsi birinci növbədə onlara təklif olunmalı idi. Ancaq, onların bu üstünlük hüquqları pozulmuş və xəbərləri olmadan onların icarəsində olan torpaq sahəsi başqasına icarəyə verilməklə qanunsuz özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın tələbinə görə özəlləşdirilən müəsisələr birinci növbədə onun işçilərinə, əmək kollektivinə təklif olunmalıdır. Çünki əmək kollektivi özəlləşdirilmədə üstünlük hüququna malikdirlər. “Təminat" şirkətinin icarəsinə və daimi istifadəsinə verilmiş 710,0 kv.m torpaq sahəsinin icarə haqqı o dövrdən başlayaraq, hal-hazıra kimi də onlar tərəfindən ödənilir. Bundan əlavə Ticarət Passajı hal-hazırda fəaliyyət göstərmir və ona aid olan tikililər sökülməklə fəalliyyətini dayandırmışdır və ancaq 3059,7 kv.m torpaq sahəsi qalır. Həmin torpaq sahəsi də hazırda X1 mülkiyyətindədir və bu barədə ona İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair 29 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hesab edir ki, "Təminat” şirkətinin icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası üçün Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq torpaq sahəsini Ticarət Pssajina icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsi, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqısatqı müqaviləsi habelə həmin torpaq sahəsinin cavabdeh X1 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, 710.0 kv m torpaq sahəsi hissəsində ləğv edilməli və 710.0 kv m torpaq sahəsi "Təminat” şirkətinin icarəsinə və daimi istifadəsinə qaytarılmalıdır. İş üzrə cavabdeh ƏMDX 2023-cü il 1 may tarixli yazılı etirazını belə əsaslandırmışdır ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş, Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Pasajının özəlləşdirilməsi ilə bağlı 2008-ci il 30 dekabr tarixində keçirilmiş hərracda qeyd edilən əmlak hərracın qalibi P.Məmmədsadıqovaya və əmək kollektivinin digər üzvlərinə satılmış və onlarla Komitə arasında qeyd edilən əmlakın alqı-satqısına dair 2009-cu il 5 yanvar tarixli, 1973 nömrəli müqavilə bağlanmışdır. Daha sonra P.Məmmədsadıqovaya və əmək kollektivinin digər üzvlərinə ünvan 2 ünvanında yerləşən Ticarət Pasajının qanunvericiliklə müəyyən edilmiş qaydada satın almasına dair "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə" 2009-cu il 12 yanvar tarixli, 004266 nömrəli Şəhadətnamə verilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 2008-ci il 27 noyabr tarixli, 002548 nömrəli texniki pasporta əsasən Gəncə şəhəri, V. Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Pasajının ümumi torpaq sahəsi 3059.7 kv.m təkil etmişdir. Azərbaycan Respublikası Prezidentin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq P.Məmmədsadıqova və əmək kollektivinin digər üzvləri tərəfindən Gəncə şəhəri, V. Xuluflu edan sənəd və binanın yerləşdiyi 3059.7 kv.m torpaq sahəsinin onların istifadəsində olmasını təsdiq və Nizami küçəsinin kəsişməsində yerləşən ticarət pasajının binasına mülkiyyət hüququnu təsdiq edən digər sənədlər təqdim edildikdən sonra onlarla Komitə arasında "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında" 2009-cu il 6 fevral tarixli "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı" müqaviləsinə əsasən 676 nömrəli müqavilə bağlanılmışdır. Bundan sonra 2009-cu il 9 mart tarixli 2074 nömrəli ünvan 2ndə yerləşən Ticarət Passajının torpaq sahəsi alıcı 009541 P.Məmmədsadıqova və əmək kollektivinin digər üzvləri tərəfindən satın Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 313 nömrəli Fərmanı ilə təsdiq edilmis alınmışdır. Torpaq sahəsinin özəlləşdirilərilməsi həyata keçirilərkən qüvvədə olmuş Azərbaycan "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışı həyata keçirmək Komitənin səlahiyyətlərinə aid olmuşdur. Hesab edir ki mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)-273/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti də təmin edilməmişdir. Beləliklə də, bu günə kimi qəbul edilmiş qərarlarda mübahisə üzrə preyudisial xarakter daşıyan faktların və iddiaçının istinad etdiyi 710 kv.m torpaq sahəsi ilə "Passaj” ticarət mərkəzinə aid olan torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bu hal İddiaçı hazırkı iddia üzrə subyektiv hüququnun olmamasına dəlalət edir. İddiaçının istinad etdiyi dövlət aktının sübut əhəmiyyəti ilə bağlı hüquqi dəyərləndirilmə aparan məhkəmələr mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı olmadığından həmin dövlət aktı qanuni sənəd hesab etməmişdir. Eyni zamanda məhkəmələr, Gəncə şəhər İcra Hakimiyyətinin 1997-ci il 5 dekabr tarixli 5147 nömrəli və 2001-ci il 2 aprel tarixli 186 nömrəli sərəncamlarında iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı bənd olmadığı halda, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 2010-cu il 12 noyabr tarixli 150 nömrəli sərəncamı ilə əvvəlki sərəncamlara istinad olunaraq guya həmin sərəncamlar əsasında iddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsini də qanunsuz hesab etmişlər. Bundan başqa, məhkəmələr, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və onun adıma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilmədiyini də müəyyən etmişlər. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus ticarət köşklərinin "Passaj" ticarət mərkəzinə aid olmayan torpaq sahəsində yerləşməsinin müəyyən edilməsi barədə dəlillərə gəldikdə həmin məsələyə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-32/2012 nömrəli qərarında qiymət verilərək göstərilmişdir ki, işlərdə iştirak edən tərəflər eyni olmadığından, eləcə də istinad edilən qətnamədə “Passaj” ticarət mərkəzinin dövlət mülkiyyəti olması göstərilməsinə baxmayaraq, hazırda ticarət mərkəzi xüsusi mülkiyyətdə olduğundan, həmin qətnamə ilə müəyyən edilən hallar məhkəmə üçün məcburi hesab edilə bilməz. Onu da bildirir ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-18/19 nömrən mrəli qərarı ilə tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2456/2017 nömrəli qərarının ləğv edilməsi, onun cavabdehlər Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinə qarşı mülkiyyət hüququna müdaxilənin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 374375 manat alınıb mənə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-898/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göstərilənlərə əsasən, iddianın mümkün sayılmaması və rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Üçüncü şəxsin vəkil olan nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
27. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
28. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
29. İddiaçının nümayəndəsi Nümayəndə Gəncə şəhərində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 13911/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpaqdan daimi istifadə hüququna dair” JN-1623 saylı dövlət aktının Ərazi İdarəsinin elektron baza və adlı siyahı məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin elektron baza məlumatlarına əsasən digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
30. Hazırda iddiaçı Gəncə şəhəri, V.Xuluflu və Nizami küçələrinin kəsişməsində yerləşən 0,071 ha (710 kv.m) torpaq sahəsinə dair İddiaçı əldə etdiyi hüququn daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir.
31. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
32. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
33. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin əmlaka dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
34. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
35. Məhkəmə iddiaçının çıxarış verilməsini istədiyi 0,071 ha torpaq sahəsinin naturada mübahisəsiz mövcud olub-olmamasını, habelə kateqoriyasının, təyinat növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsinin mübahisəli məsələnin həlli baxımından əhəmiyyət kəsb etdiyini və xüsusi bilik tələb etdiyini nəzərə alaraq, həmin məsələnin aydınlaşdırılması üçün mütəxəssis rəyinin alınması zəruri hesab etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Dövlət Aktlarında göstərilən torpaq sahələrinə dair qeyd olunmuş koordinatların naturada yerləşmə vəziyyəti, torpaq islahatı əsasında tərtib olunmuş ərazilərin kompleks yerquruluşu layihələri əsasında müəyyən edilir. Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, Gəncə şəhəri ərazisinə dair ərazinin kompleks yerquruluşu layihəsi hazırlanmamışdır. Bu səbəbdəndə JN-1623 (KOD ********) saylı "Torpağa daimi istifadə hüququna dair" dövlət aktında göstərilən 0.071 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Qeyd olunan hallar səbəbindən, tərəflərindən aparılan araşdırma zamanı, yalnız naturada təqdim olunan 0.07 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə istinad olunmuşdur. Əraziyə keçirilən baxış zamanı mübahisəli torpaq sahəsinin faktiki olaraq istifadəsiz açıq sahə olduğu müəyyən olundu. JN-1623 (KOD ********) saylı "X27 Hüququna Dair" Dövlət Aktından göründüyü kimi 0.071 ha torpaq sahəsi, Gəncə Şəhər İHB-nın xx.xx.1997-ci il və xx.xx.2001-ci il tarixli qərarları əsasında İddiaçınə satılmışdır. Bildiririk ki, 1997-ci il və 2001-ci il tarixlərə dair, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin istifadəsində, Gəncə şəhər ərazisində torpaq sahələrinin mülkiyyəti və kateqoriyası barədə məlumatlar əks olunmuş xəritə mterialı aşkarlanmadı. Naturada təqdim olunan (faktiki olaraq istifadəsiz olan açıq sahə) 0.07 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, Xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid, digər təyinatlı torpaq sahəsi olaraq göstərilmişdir. Hal-hazırda, naturada təqdim olunan (faktiki olaraq istifadəsiz olan açıq sahə) 0.07 ha torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli **********9 reyestr nömrəli Çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan 0.306 ha torpaq sahəsində yerləşir. Qeyddə yazılanlara əsasən 2-ci sualın cavablandırılması mümkün olmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X9 adına qeydə alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli **********69 reystr nömrəli Çıxarışa əsasən 0.306 ha torpaq sahəsilə, AA 576257 nömrəli, A 485074 nömrəli, A 326012 nömrəli, A 237039 nömrəli, A 23227 nömrəli, AA 009166 nömrəli plan və ölçü sənədlərində və xx.xx.2009-cu il tarixli **********69-10301 reyestr nömrəli texniki paspotda göstərilən 0.306 (0.30597 ha) torpaq sahəsi eyni torpaq sahəsidir. İddiaçının naturada təqdim etdiyi 0.07 ha torpaq sahəsi bütünlüklə, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2023- cü il qeydiyyat tarixli **********9 reyestr nömrəli çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan 0.306 ha torpaq sahəsində yerləşir.
36. Göründüyü kimi, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi hazırda X9 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
37. Həmçinin, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 425/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və X2 qarşı Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv m (0,306 ha) torpaq sahəsini Ticarət Passajına icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin, habelə həmin torpaq sahəsinin cavabdehlərdən X1 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv m torpaq sahəsinin İddiaçı icarəsinə və daimi istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-25/2024 nömrəli qətnməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(102)-273/2024 nömrəli qərarı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-425/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Yəni, iddiaçı üçüncü şəxsə çıxarış verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirmiş və iddiası təmin edilməmişdir.
39. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
40. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin bütövlükdə üzərində X9 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır və nə qədər ki, həmin qeyd mübahisələndirilməmişdir və qüvvədədir, belə olan halda başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə iddiaçının hüququnun qeydə alınması mümkün ola bilməz.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
43. Ona görə də, iddia mümkün sayılmamalıdır.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva