Məhkəmə qərarları › İş №e-2-1(114)-2686/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2686/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2686/2022 08.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı4 və iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs Budaqova Başxanım Nuradin qızının və onun etibarnamə üzrə nümayəndəsi Budaqov Kamilin iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Budaqova Başxanım Nuradin qızı) qarşı pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 120- 28245kol-3122 nömrəli məktubu ilə İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, sözügedən ünvana məxsus çıxarışın əsli ilə birlikdə Gəncə “Asan xidmət mərkəzinə”, əks halda məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. İmtinanı qanunsuz hesab edən iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı onların ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar daimi olaraq ünvan 3 ünvanda yaşayırlar. Sonradan həmin mənzilin ünvanı dəyişərək ünvan 4ublikası Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə öz təstiqini tapmışdır. Faktiki olaraq Gəncə şəhəri, h/ş 83, xətt 9, ev 10 ünvanı mövcud deyil. ünvan 5ğlı onlar ərizə ilə Cavabdehnə müraciət etmişlər. Lakin cavabdeh onlara ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda məhkəməyə müraciət etməyi məqsədəmüvafiq olduğunu bildirmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsasızdır. Belə ki, onların daimi yaşadıqları evin ünvanı dəyişmişdir. Bu da onların yeni ünvana qeydiyyatda alınması üçün əsasdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Budaqova Başxanım Nuradin qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 08 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı4 və iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Üçüncü şəxs Budaqova Başxanım Nuradin qızı məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıların onun mülkiyyətində olan evlə heç bir əlaqələri olmamışdır. Belə ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(043)-1043/2015 nömrəli qətnaməsi ilə İddiaçı3 Kamil oğlunun cavabdeh X4 qarşı ünvan 7 ünvanda yerləşən mülkə onun, həyat yoldaşı X9, uşaqları X5, İddiaçı1 və İddiaçı4 istifadə hüquqlarının tanınmasına dair iddiası rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(104)-1285/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin bu iş üzrə 30 mart 2015-ci il tarixli, 2(043)-1043/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə prosesləri zamanı müəyyən olunmuşdur ki, “İddiaçı3 ailə qurduqdan sonra, yəni 1992-ci ildən Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-83, xətt 9, ev 10, 1 nömrəli evdən çıxaraq, həmin evin yerləşdiyi həyətdə inşa edilmiş əlavə tikiliyə köçmüş və həmin vaxtdan hal-hazıradək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Göründüyü kimi 1992-ci ildən etibarən iddiaçı X6 artıq Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-83, xətt 9, ev 10, 1 nömrəli mənzildə yaşayan şəxslərlə birlikdə təsərrüfatı idarə etməmişdir. Hətta sonuncu sonralar Bakı şəhərində özünə mənzil almış 2014-cü ildə isə həmin mənzili 57000 manata manata satmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı artıq özünə yeni yaşayış yeri seçmişdir” (Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi, səhifə 4, sonuncu abzas). Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxs onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşlar (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********15 nömrəli məktubunun surəti və xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubu, « Yaşayış yeri üzrə qeydiyyat haqqında » xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışlarının surətləri, Cavabdeh xx.xx.2022-ci il tarixli, 120-2677OB-3222 nömrəli və xx.xx.2022-ci il tarixli, 120-28245kol-3122 nömrəli məktublarının surətləri, « Hüquqların dövlət qeydiyyatı haqqında » xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** nömrəli və xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların təsdiqlənmiş surətləri, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surəti, « Qanun üzrə vərəsəlik hüququ haqqında » xx.xx.2013-cü il tarixli, 2V- 29 reyestr nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil İstismar Hissəsinin xx.xx.1999-cu il tarixli, 06 nömrəli arayışın təsdiqlənmiş surəti, xx.xx.1990-cı il tarixli, 243 nömrəli orderin təsdiqlənmiş surəti, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-1285/2015 nömrəli və xx.xx.2022-ci il tarixli, 2(104)-2606/2022 nömrəli qətnamələrinin surəti, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5699/2017 nömrəli qətnaməsinin surəti, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-990/2022 nömrəli qətnaməsinin surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyətçinin razılıq ərizəsi olmadan qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. Həmçinin, iş materiallarında olan: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 120-28245kol- 3122 nömrəli məktubda bildirilmişdir ki, sözügedən ünvana məxsus çıxarışın əsli ilə birlikdə Gəncə “Asan xidmət mərkəzinə”, əks halda məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Hərbi şəhərcik-83 ünvanında yerləşən 10 saylı mənzil SSRİ Müdafiə Nazirliyinin xx.xx.1990-cı il tarixli, 243 nömrəli orderi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar Hissəsinin xx.xx.1999-cu il tarixli, 06 nömrəli Forma-2 arayışı əsasən, X2 adına özəlləşdirilərək xx.xx.1999-cu il tarixli, 18304 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunun xx.xx.2013-cü il tarixli, 2V-29 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməsinə uyğun olaraq Gəncə şəhəri, Hərbi şəhərcik-83, xətt 9, ev 10 ünvanında yerləşən 1 saylı mənzil üzərində X3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına xx.xx.2013-cü il tarixli, **********08-05101-093001 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-429 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mənzilə dair (ünvan: ünvan 9 Başxanım Nuradin qızının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına xx.xx.2020-ci il tarixli, **********08-05101-093001 reyestr nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilə yeni ünvan verilməmiş, Ərazi İdarəsinin texniki təlimatına uyğun olaraq texniki sənədlər hazırlanarkən mərtəbələrin kadastr planlarının surətləri hazırlanır, texniki, birinci və dəyişiklik olan hər mərtəbə üçün bu surətlərdə xətt ölçüləri, otaqların və mənzillərin nömrələri, həmçinin daxili hissənin sahəsi göstərilir. Həmçinin, texniki inventarlaşdırma işləri aparılan zaman binaların dəqiq siyahısının tərtib olunması və onların ünvanlarının müəyyənləşdirilməsi ardıcıllığı nəzərə alınır. İnventarlaşdırma zamanı şəhərdə əmlakların ünvanlarının dəqiqləşdirilməsi, mənzillərin ünvanları dəqiqləşdirilmiş, mənzil nömrəsi təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-1285/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(043)-1043/2015 nömrəli qətnaməsi ilə İddiaçı3 Kamil oğlunun cavabdeh X4 qarşı Gəncə şəhəri, Hərbi şəhərcik-83, xətt-9, 10 nömrəli ünvanda yerləşən mülkə onun, həyat yoldaşı X9, uşaqları X5, İddiaçı1 və İddiaçı4 istifadə hüquqlarının tanınması barədə iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-1285/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı3 Kamil oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli, 2(043)-1043/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5699/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı3 Kamil oğlunun, X1 və İddiaçı1 cavabdeh X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-990/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı3 Kamil oğlunun, İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Budaqova Başxanım Nuradin qızına qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2606/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-990/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun;

1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

2. maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

5. maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülkiyyətçinin razılığı olmadan yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olması təsdiq olunmayan şəxsin mülkiyyətçinin razılığı olmadan qeydiyyata alınması qanunamüvafiq hesab oluna bilməz. Həmçinin, hazırda qeydiyyatda olan şəxsin iddia ərizəsində tələb etdiyi ünvana mülkiyyətçinin razılığı olmadan qeydiyyata alınması şəxsin - mülkiyyətçinin konstitusion hüququ olan - mülkiyyət hüququna müdaxilə “ədalətli balans” prinsipini özlüyündə əks etdirməməklə yanaşı, şəxsin qeydiyyata alınmaması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onların yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Budaqova Başxanım Nuradin qızı) qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxs Budaqova Başxanım Nuradin qızı) qarşı pasport qeydiyyatına alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar