Məhkəmə qərarları › İş №e-2-1(114)-2757/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2757/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2757/2023 24.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X2 vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 26 avqust 2022-ci il tarixli **********971400 saylı, 06 yanvar 2023-cü il tarixli **********212600 saylı, 06 yanvar 2023cü il tarixli **********213300 saylı, 06 yanvar 2023-cü il tarixli **********214000 saylı, 06 yanvar 2023-cü il tarixli **********219500 saylı, 06 yanvar 2023-cü il tarixli **********215700 saylı, 06 yanvar 2023-cü il tarixli **********217100 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili iddia ərizəsinə iddia müddətinin bərpası barədə ərizə əlavə edərək ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı "Spesifik şəxsiyyət pozuntuları, şəxsiyyətin şizoid pozuntusu" diaqnozu ilə uzun müddətdir müalicə olunur və 25 dekabr 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək Gəncə şəhəri Psixonevroloji Dispanserdə stasionarda müalicə olunduğundan qəbul olunan qərarlardan şikayət verə bilməmişdir. Odur ki, həmin qərarlardan şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının stasionarda müalicə müddəti müvafiq sənəddə vaxt müddəti ilə göstərilməsinə baxmayaraq, o xəstəliyi ilə bağlı ümumiyyətlə sərbəst hərəkət edə bilmir və müddətin ötürülməsi də onun bu durumu ilə bağlıdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2022-ci il tarixli **********971400 nömrəli qərar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə göndərilmiş, 06 yanvar 2023-cü il tarixli **********212600 saylı, 06 yanvar 2023-cü il tarixli **********213300 nömrəli, 06 yanvar 2023-cü il tarixli **********214000 nömrəli, 06 yanvar 2023-cü il tarixli **********219500 nömrəli, 06 yanvar 2023-cü il tarixli **********215700 nömrəli, 06 yanvar 2023-cü il tarixli **********217100 nömrəli qərarlar isə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırılmaqla qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin vaxtı ödəyicinin Gəncə şəhəri Psixonevroloji Dispanserin gündüz stasionarında müalicə olunmuş, lakin xx.xx.2023-cü il tarixdə müalicəsini tamamlamışdır. Gündüz stasionarında müalicə o deməkdir ki, pasiyent gecələmə olmadan təyin olunmuş müalicəni almaq üçün palatada yerləşdirilir. Müalicə gündüz stasionar həkiminin nəzərati altında bir neçə saat ərzində həyata keçirilir. Yəni, vergi ödəyicisi müalicə aldığı müddətdə günün bir neçə saatını müalicə müəssisəsində keçirirdi. Bu isə onun qərarı mübahisələndirmək üçün müddəti üzrlü səbəbdən ötürməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən, şəxs xx.xx.2023-cü il tarixdə müalicəsini tamamlayıb, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edib. İPM-nin 24.2-ci maddəsində qeyd olunub ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Yəni şəxs fevral ayının 25-nə qədər məhkəməyə müraciət edə bilərdi. İş materiallarına əlavə edilmiş arayışdan da görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri Psixonevroloji Dispanserin gündüz stasionarında müalicə olunmuşdur. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdən, yəni Gəncə şəhəri Psixonevroloji Dispanserdə müalicəsi tamamlandıqdan sonra təxmini 3 aya yaxın bir müddət ərzində məhkəməyə müraciət etməmiş, yəni hərəkətsiz qalmışdır. Odur ki, qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********971400 nömrəli qərar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə göndərilmiş, 06 yanvar 2023-cü il tarixli digər qərarlar isə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırılmaqla qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə müalicəsini tamamladığından fevral ayının 25-nə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı müalicəsi tamamlandıqdan sonra təxmini 3 aya yaxın bir müddət ərzində məhkəməyə müraciət etməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuş, eyni zamanda hazırki ərizədə müddətin üzrlü səbəbdən ötürülməsi kimi qeyd olunan dəlilləri əsaslı hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar