Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2848/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 023/ü nömrəli Əmrinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçisi-müfəttişi İddiaçı töhmət verilməsinə əmr verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qəbul edilmiş əmr qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, Samux rayonu, Karayeri qəsəbəsində ağac kəsilməsi faktı ilə bağlı araşdırma onun tərəfindən aparılmış və nəticədə tərəfindən bir nəfər barəsində inzibati protokol tərtib edilmiş, digər şəxs barəsində isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün adiyyəti sənədləşdirilmə işləri aparılmışdır. Lakin, buna baxmayaraq cavabdeh tərəfindən ona töhmət elan edilmişdir. O üzərinə düşən vəzifələri icra etdiyi üçün cavabdehin bu hərəkətini qanunsuz hesab edir. İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndindən görünür ki, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi İddiaçı ətraf mühitin mühafizəsinə nəzarəti zəif təşkil etdiyi, öz qulluq funksiyalarını lazımınca yerinə yetirmədiyi və vəzifə səlahiyyətlərini həyata keçirərkən yol verdiyi nöqsanlara görə "Dövlət Qulluğu haqında" Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilsin. İddiaçı tapşırılsın ki, gələcək iş fəaliyyətində ciddi dönüş yaratsın və nöqsanlara yol verməsin. - 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi İddiaçı tərəfindən izahatdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının 2024-cü il 05 aprel tarixli 1-1-23/2-Kol-911-087/2024 nömrəli tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş Samux rayon Qarayeri qəsəbəsinin bir qrup sakinləri adından Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciətinin araşdırılması ilə bağlı bildirmişdir ki, həmin müraciət X1 Xidmətinin əməkdaşı ilə birgə xx.xx.2024-cü il tarixdə araşdırılmışdır. Araşdırma nəticəsində aşkar edilmiş qanun pozuntusuna bir nəfər şəxs barəsində inzibati, bir nəfər şəxs barəsində isə cinayət işi üzrə sənədləşmə işləri aparılaraq qanunamüvafiq tədbir görülməsi üçün İdarəyə təqdim edilmişdir. Tərəfindən Samux rayon ərazisində mütamadi nəzarət tədbirləri həyata keçirilmiş və cari il ərzində 4 inzibati xəta protokolu, 3 ədəd cinayət işi üzrə araşdırma apararaq tərtib edilmiş iş materiallarını qanunamüvafiq tədbir görülməsi üçün İdarəyə təqdim edilmişdir - işə əlavə edilmiş vəsiqənin surətindən görünür ki, X3 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2725 nömrəli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-14-49/2-843/2024 saylı məktubuna əlavə edilmiş əmək müaviləsinin təsdiq edilmiş surəti Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndindən görünür ki, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi İddiaçı ətraf mühitin mühafizəsinə nəzarəti zəif təşkil etdiyi, öz qulluq funksiyalarını lazımınca yerinə yetirmədiyi və vəzifə səlahiyyətlərini həyata keçirərkən yol verdiyi nöqsanlara görə "Dövlət Qulluğu haqında" Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. İddiaçı isə hesab edir ki, cavabdeh orqan tərəfindən onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə ona töhmət verilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh məhkəməyə iddiaçının əvvəllər hər hansı pozuntusuya yol verməsi ilə bağlı sübut təqdim etməmiş, həmçinin bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Mübahisələndirilən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndində qeyd olunur ki, İddiaçı ətraf mühitin mühafizəsinə nəzarəti zəif təşkil etdiyi, öz qulluq funksiyalarını lazımınca yerinə yetirmədiyi və vəzifə səlahiyyətlərini həyata keçirərkən yol verdiyi nöqsanlara görə "Dövlət Qulluğu haqında" Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. Bundan başqa cavabdehin xx.xx.2024-cü il tarixli 3-14-49/2-843/2024 nömrəli məktubuna əlavə olunmuş İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 3-cü bəndində qeyd olunur ki, Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət, Ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edir və satışının qarşısının alınması istiqamətində davamlı monitoring və nəzarət tədbirləri həyata keçirilməsi, Ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyyətini həyata keçirilməsi, Fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və müvafiq tədbirlərin görülməsi, Xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların qəbul edilməsi, hesabatları ümumiləşdirilməsi, bunun əsasında məlumat bankının yaradır və aidiyyəti üzrə təqdim edilməsi, İdarənin Əsasnaməsində nəzərədə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirilməsi, Xidməti ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak, Sektor müdiri tərəfindən müəyyən edilmiş iş bölgüsü əsasında müvafiq işləri həyata keçirilməsi, Xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflər təqdim edilməsi, Xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirilməsi, Ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməsi, Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanması, Ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıları müəyyənləşdirir, normativ ödəmələrin tətbiqi və ödənilməsi istiqmətində müvafiq işlər görülməsi, Respublikada fəaliyyət göstərən xarci şirkətlərin müvafiq obyektlərinin təbiəti mühafizə təyinatlı qurğuları və avadanlıqlarının istismara buraxılması üzrə yaradılmış komissiyalarda (o cümlədən, yerli və ölkəxarici səviyyədə yaradılmış) iştirak, Dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət, Təbii ehtiyyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı- ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin və təbiətdən İstifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarəti İddiaçı əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsinin bir sıra sakininin adından "ərazidə çoxsaylı ağacların kəsilərək yerində obyektlərin tikilməsi, bununla bağlı müvafiq qurumlar tərəfindən tədbir görülməməsi barədə" müraciəti DETX-nin əməkdaşlarının nəzarəti ilə 10 saylı RETSİ-nin əməkdaşlarının, Samux Rayon İcra Hakimiyyəti başçısının Qarayeri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Qarayeri bələdiyyə sədrinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı müraciətdə qeyd edilən aparılmış tikinti işləri zamanı şam və sərv cinsindən 12 ədəd ağacın götürüldüyü, 3 ədəd şərq çinarı ağacının zədələndiyi müəyyən edilmişdir. Hər bir fakt üzrə aktlar tərtib edilmiş, 12 ədəd ağacın məhv edilməsi nəticəsində yaşıllığa 4800 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuş, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, 3 ədəd ağacın zədələnməsi faktı ilə bağlı İXM-nin 253.2-ci maddəsi ilə inzibatı protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş əsaslar üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona həvalə olunmuş vəzifələr yerinə yetirilmiş cavabdeh orqan əsassız olaraq iddiaçı barəsində "Dövlət Qulluğu haqında" Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. Eyni zamanda məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə vəzifələrin icrası zamanı heç bir pozuntuya yol verməmişdir. Həmçinin pozuntu halı ilə bağlı cavabadeh orqan tərəfindən heç bir sübut təqdim edilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndi, yəni İddiaçı töhmət verilməsi hissəsində, ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 023/ü nömrəli əmrin 2-ci bəndi, yəni İddiaçı töhmət verilməsi hissəsində, ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-2848/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2848/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver