Məhkəmə qərarları › İş №e-2-1(114)-287/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-287/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-287/2021 26.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********3A saylı sərancamın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə (bundan sonra mətndə iddiaçı) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********3A saylı sərancamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının (VÖEN **********) «Muğanbank» Açıq Səhmdar Cəmiyyətində olan AZ27MUGA**********00542AZM13 nömrəli hesablaşma hesabına xx.xx.2020-ci il tarixli **********3A saylı sərəncam (məbləğ – 23.999.68 (iyirmi üç min doqquz yüz doxsan doqquz) manat, 68 qəpik) qoyulmuşdur. xx.xx.2020-ci il tarixli **********3A saylı sərəncamda göstərilən borcun yaranmasının əsası cavabdeh tərəfindən tərtib edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********0732 nömrəli qərarıdır. O, xx.xx.2020-ci il tarixində iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********0732 nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1515/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin sözügedən qərarı ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə bankda əməliyyat aparmaq istəyən zaman bankın əməkdaşları tərəfindən hesablaşma hesabına sərəncam qoyulduğu bildirilmişdir. Ona görə də cavabdehin xx.xx.2020-ci il tarixli **********0732 nömrəli qərarının ləğv olunması hazırki iş üzrə sərəncamın ləğv olunmasına əsasdır. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üzrə zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu baxımdan iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati icraat iddia ərizəsinin verilməsi ilə başlanır və iddia ərizəsi təkcə prosesin başlanması üçün deyil, ümumilikdə icraatın istiqaməti, həcmi, subyektlərin dairəsi və sair prosessual əhəmiyyətli məsələlərin aydınlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. İddiaçının cavabdehə qarşı olan sərəncamın ləğv edilməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının ləğvini istədiyi «Muğanbank» Açıq Səhmdar Cəmiyyətində olan AZ27MUGA**********00542AZM13 nömrəli hesablaşma hesabına cavabdeh tərəfindən qoyulmuş **********3A saylı sərəncamla bağlı iddiası mübahisələndirmə haqqında iddianın predmetini təşkil etmir və sərəncam borclu şəxsin borcunun ödənilməsinə yönəlmiş icra hərəkətləri ilə bağlı olaraq qəbul edildiyindən mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktın elementlərini səciyyələndirmir. Həmçinin hazırki iş üzrə iddiaçının 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********50732 nömrəli qərarının Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1515/2020 nömrəli qərarından apellyasiya şikayəti verildiyindən hazırda isə Gəncə Apellyasiya Məhkəməsində baxıldığından və yekun qərar qəbul olunmadığından iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın verilməsinə əsas olmuş və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********0732 nömrəli qərarın ləğv edilməsi tələbi ilə iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********0732 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti veriliş və həmin iş hal-hazırda apellyasiya məhkəməsinin icraatındadır. Göründüyü kimi cavabdeh tərəfindən qəbul olunmuş sərəncamın iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozduğu sonadək əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********3A saylı sərancamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr., 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar