Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2888/2025 25.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - cavabdeh) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - iddiaçı xx.xx.1962-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmaqla, həmin ünvanda qeydiyyatdadır. - iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası xx.xx.1983-cü il tarixdə verilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-160289/2024 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən, Mərkəzi Filiala təqdim edilən “Bakı X14 Limanı” ASC-nin vətəndaş İddiaçı dair 30 may 2024-cü il tarixli, 15/24 nömrəli arayışında xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Balıq Soyuducu Donanma” İdarəsinin balansında olan SRTM “Kura”, JMZ “İnqul”, JMZ “Yana”, SRTM “Lənkəran”, SRTM “Hövsan” balıqçı gəmilərində və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Balıq Dəniz Limanı ASC-nin SPTM “Namik Hafisoğlu”, BODOT “Namik Hafisoğlu”, BODOT “Kur balıqçı” gərmilərində matros, motorist, mexanik və baş mexanik vəzifələrində işlədiyi qeyd olunub. Həmin arayışda vətəndaş İddiaçı işlədiyi sahənin sözugedən qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan bölməyə uyğun olduğu qeyd edilsə də, adıçəkilən müəssisənin Mərkəzi Filialda mövcud olan vətəndaş İddiaçı dair 17 aprel 2024-cü il tarixli 09/24 və 10/24 nömrəli arayışlarında işlədiyi vəzifələrin üzən heyətə aid olmadığı göstərilib. Eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyinin vətəndaş İddiaçı dair 5 iyun 2024-cü il tarixli KŞ/27 nömrəli arayışında xx.xx.2015-ci il tarixdən bugünədək “Pilot” bələdçi gəmisində və "xxxx" sürətli katerində mexanik vəzifəsində işlədiyin qeyd olunub. Lakin sözügedən arayışlarda vətəndaş İddiaçı işlədiyi vəzifələrin dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinə, işlədiyi gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Göstərilən səbəblərdən də, vətəndaş İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Bakı X14 Limanının xx.xx.2024-cü il tarixli,15/24 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “Bakı Soyuducu Donanma” idarəsinin və "xxxx" ASC-nin gəmilərində aşağıda göstərilən vəzifələrdə işləmişdir (əmək kitabçasından çıxarış):
1. RMS “KÜR” gəmisi, matros-xx.xx.1983-cü il -xx.xx.1984-cü il, əmr № 18;
2. JMZ “İNQUL” gəmisi, matros-xx.xx.1984-cü il-xx.xx.1985-ci il, amr Ne 203;
3. RMS “YANA” gəmisi, matros-xx.xx.1985-ci il -xx.xx.1987-ci il, əmr № 237; 4 . SRTM “LƏNKƏRAN BALİQÇİSİ” gəmisi, matros - xx.xx.1987-ci il xx.xx.1989-cu il, əmr № 21;
5. SRTM “HOVSAN BALİQÇİSİ”gəmisi, motorçu - xx.xx.1989-cu il-xx.xx.1989-cu il, əmr № 79;
6. SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, 3-cü mexanik - xx.xx.1989-cu il -xx.xx.1991ci il, əmr № 212;
7. SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, 2-ci mexanik - xx.xx.1991-ci il xx.xx.1993-cü il, əmr № 153;
8. SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, böyük mexanik - xx.xx.1993-cü il xx.xx.1995-ci il, əmr № 233;
9. SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, böyük mexanik - xx.xx.1995-ci il xx.xx.1997ci il, əmr № 152;
10. BODOT “NAMİK HAFİSOĞLU” gəmisi, 3-cü mexanik - xx.xx.2007-ci il xx.xx.2007-ci il, əmr № 01k;
11. BODOT “NAMİK HAFİSOĞLU” gəmisi, 2-ci mexanik - xx.xx.2007-ci il xx.xx.2007ci il, əmr № 34k;
12. BODOT “KUR BALİQÇİSİ” gəmisi, baş mexanik - xx.xx.2007-ci il xx.xx.2010-cu il, əmr № 38k.
13. 24 iyul 2010-cü il tarixindən Azərb. Respublikası ƏM-nin 68-ci maddəsinin 2-a bəndinə əsasən, əmək müqaviləsinə xitam verilib. Əmr 49 xx.xx.2010 cü il İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyyət”: “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti”, “bütün adiarda motorçular” və “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 30 iyul 2001-ci il tarixli, 62 saylı əmrinə əsasən “X18 Zavodu” “X18” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. "xxxx" ASC-nin 01 iyul 2004-cü il tarixli X4 01 saylı protokoluna əsasən, “X18” ASC "xxxx" ASC-yə qoşulmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli, 31 saylı əmrinə əsasən "xxxx" "xxxx" ASC-yə qoşulmuşdur. 25 may 2005-ci il tarixində keçirilmiş X7 02 saylı Protokoluna əsasən "xxxx" ASC "xxxx" ASC-yə qoşulmuşdur. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli X7 Protokoluna əsasən "xxxx" ASC-nin adı dəyişərək “Bakı X14 Limanı” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2024-cü il tarixli, KŞ/27 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışına əsasən, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin gəmilərində aşağıda göstərilən vəzifələrdə İşləmişdir (əmək kitabçasından çıxarış):
1. “PİLOT” bələdçi gəmisi, mexanik - xx.xx.2015-ci il -xx.xx.2019-cu il, əmr № K/111;
2. “PİLOT” bələdçi gəmisi, mexanik - xx.xx.2019-cu il-xx.xx.2021-ci il, əmr № 205;
3. “PİLOT” bələdçi gəmisi, mexanik - xx.xx.2021-ci il - xx.xx.2022-ci il, əmr № K/117;
4. “PİLOT 1" sürətli kateri, mexanik xx.xx.2022-ci il - davam edir, əmr № İR/087 İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyyət”: “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli, 1785 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X17 yaradılmış və X1 Mərkəzi publik hüquqi şəxs Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2018-ci il tarixli, 491 nömrəli Qərarı ilə X2 Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi, Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 27 dekabr 2018-ci il tarixli 170 nömrəli əmri ilə strukturu təsdiqlənmişdir.
2. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 21.2. “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “Üzən heyət”: bütün adlarda motorçular, bütün adlarda mexaniklər və onların köməkçiləri, baş və böyük mexaniklər vəzifə kodunda müəyyən edilmiş əsasla güzəştli şərtlərlə yaşa görə pensiya hüququmun təmin edilməsi və xx.xx.2022-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək Bakı X14 Limanı Açıq Səhmdar Cəmiyyətində matros, motorçu, maşinist və mexanik, göstərilən dövr ərzində xx.xx.1983-xx.xx.1989-cu illər ərzində “Kür”, “İNQUL”, Yana”, Lənkəran balıqçısı” gəmilərində motros; xx.xx.1989 - xx.xx.1989-cu ildə “Hövsan Balıqçı” gəmisində motorçu, xx.xx.1989 - xx.xx.1997-ci illər ərzində həmin gəmidə mexanik; xx.xx.2007- xx.xx.2010-cu illər ərzində isə “Namiq Hafisoğlu” gəmisində mexanik və “Kür Balıqçısı” gəmisində isə baş mexanik işləmişdir. İddiaçı bildirir ki, X14 Limanı ASC-də işlədiyi müddətin 17 il 6 ay 22 günü mənə güzəştli şərtlərlə yaşa görə pensiya təminatı hüququ verir. O, xx.xx.2015-ci il tarixdən hazırkı vaxta kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət X12 “Pilot” bələdçi gəmisində mexanik, xx.xx.2022-ci il tarixdən isə "xxxx" sürətli katerində mexanik işləyirəm. İddiaçınınX14 Limanı ASC-də işlədiyi 17 il 6 ay 22 dün və Dövlət Dəniz və Liman Agentliyində işlədiyim bütün müddət (yəni 7 il 9 ay), cəmisi 25 il 3 ay 22 dün güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 21.2. “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “Üzən heyət”: bütün adlarda motorçular, bütün adlarda mexaniklər və onların köməkçiləri, baş və böyük mexaniklər vəzifə kodunda müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri ilə eynidir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12183/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmşdir.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-2888/2025 nömrəli qərardadı ilə iddia tələbi “onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun təmin edilməsinin xx.xx.2023-cü il tarixdən etibarən hesablayıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 30513/2025 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, Azər Əziz oğlu X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 27 il 18 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 4 ay 18 gün (xx.xx.1983xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 8 ay) təşkil edir.
7. “Bakı X15” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 05/25 nömrəli məktuba əsasən, Vahid Tarif-İxtisas sorğu kitabcasının (hissə 73 əsasən) Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı fəhlə peşələri və qulluqcu vəzifələri üzrə imumi respublika təsnifatının və fəhlə peşələri və qulluqcu vəzifələrinin Vahid Tarif-ixtisas sorğu kitabcalarının işlənib hazırlanması haqqında Qanunun icrası ilə əlaqədar tərtib edilmişdir. Hazırki bölməyə mülkiyyət formasından asılı olmayaraq dəniz donanması və nəqliyat gəmilərinə, Bakı X14 limanı" ASC-nun tabeliyində olan nəqliyat gəmilərində çalışan fəhlə və qulluqcuların Tarif ixtisas xususiyyətləri daxil edilmişdir.
8. “Bakı X15” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 06/25 nömrəli məktuba əsasən, Vahid Tarif-ixtisas sorğu kitabcasının (hissə 73 əsasən) Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı fəhlə peşələri və qulluqcu vəzifələri üzrə imumi respublika təsnifatının və fəhlə peşələri və qulluqcu vəzifələrinin Vahid Tarif-ixtisas sorğu kitabcalarının işləbib hazırlanması haqqında Qanunun icrası ilə əlaqədar olaraq tərtib edilmişdir. Hazırkı bölməyə mülkiyyət formasından asılı olmayaraq dəniz donanması nəqliyat gəmilərinə, Bakı X14 Limanı ASCnin tabeliyində olan nəqliyyat gəmilərində çalışan fəhlə və qulluqcu vəzifələri də daxil edilmişdir.
9. Bakı X15” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 07/25 nömrəli məktuba əsasən, Vahid Tarif-ixtisas sorğu fəhlə üzrə tarif-ixtisas sorğu kitabcasının (hissə 73 əsasən) Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı "fəhlə peşələri ilə qulluqcu vəzifələri üzrə imumi respublika təsnifatının və fəhlə peşələri və qulluqcu vəzifələri, Vahid Tarif-ixtisas sorğu kitabcalarının işlənib hazırlanması haqqında Qanunun icrası ilə əlaqədar tərtib edilmişdir.
10. Bakı X15” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli məktuba əsasən, İddiaçın güzəştli şartlə pensiya hüququ veran işdə çalışmasına dair bildirilir ki, bu şəxs Azərbaycan Respublikasuun əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “Bakı Soyuducu Donanmu” idarəsinin va “X21 Limanı” ASC-nin gəmilərində aşağıda göstərilən vəzifələrdə işləmişdir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiy xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 "Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyyət” “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti
1. Duru yanacaqla işləyən gəmi ocaqçıları;
2. Bütün adlarda motorçular və maşinistlər;
3. Mexaniklar, onların köməkçiləri, baş və böyük mexaniklər;
4. Elektrik mexanikləri,onların köməkçiləri böyük elektrik;
5. Sahil heyyəti Tryum motorcuları limanlarda yükün aşırılması işlərində çalışan briqadaların mexanizatorları doker mexanizatorları və s. Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə və vəzifə kodlarına uyğun olaraq güzəştli şərtlə yaşa görə müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri göstəricilərin Siyahısının 21.1-ci bəndi ilə eynidir. Soğruya cavab olaraq bildirilir ki, 01/24 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarda göstərilən 27.17-ci bəndi və 27.17.2-ci bəndi texniki səhv olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentini 30 iyul 2001-ci il tarixli, 62 saylı əmrinə əsasən “X18 Zavodu” “X18” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. "xxxx" ASC-nin 01 iyul 2004-cü il tarixli səhmdarlarının Ümumi Yığıncağının 01 saylı protokoluna əsasən “X18” ASC "xxxx" ASC-yə qoşulmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli, 31 saylı əmrinə əsasən "xxxx" ASC-yə qoşulmuşdur. 25 may 2005-ci il tarixində keçirilmiş X7 02 saylı Protokoluna əsasən "xxxx" ASC "xxxx" ASC-yə oşulmuşdur. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli X7 protokoluna əsasən "xxxx" ASC-nin adı dəyişərək “Bakı X14 Limanı”Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
12. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, A.İddiaçıbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 2 saylı “ASAN xidmət” mərkəzinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə o müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq, xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-113866/2024 nömrəli məktubla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktuba əsasən ərizəçinin qanunvericiliklə tələb olunan güzəştli iş stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “Bakı X14 Limanı” ASC-nin 17 aprel 2024-cü il tarixli arayışında xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Balıq Soyuducu Donanma” İdarəsinin balansında olan SRTM “Kura”, JMZ “İnqul”, JMZ “Yana”, SRTM “Lənkəran”, SRTM “Hövsan” balıqçı gəmilərində və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Balıq Dəniz Limanı ASC-nin SPTM “Namik Hafisoğlu”, BODOT “Namik Hafisoğlu”, BODOT “Kur balıqçı” gəmilərində matros, motorist, mexanik və baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Eyni zamanda müəssisə tərəfindən təqdim edilən arayışlarda iddiaçının matros, motorist, mexanik və baş mexanik vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) balıq istehsalı və emalı bəndinin (27.17) balığın və dəniz heyvanının emalı yarımbəndinə (27.17.2) uyğun olduğu bildirilmişdir. Halbuki iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) balıq istehsalı və emalı bəndinin (27.17) balığın və dəniz heyvanının emalı yarımbəndində (27.17.2) nəzərdə tutulmamışdır. Belə ki, müəssisənin istinad etdiyi “balığın və dəniz heyvanının emalı” yarımbəndində (27.17.2) yalnız: - istehsalat refrijeratorlarında, dənizlərdə və okeanlarda üzən gəmilərin balıq unu istehsal edən qurğularında məşğul olan maşinistlər; - balıq, dəniz heyvanları və dəniz məhsulları istehsal edən fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdən də göründüyü kimi o, balıq unu və balıq, dəniz heyvanları, dəniz məhsulları istehsal edilməsi ilə bağlı vəzifələrdə deyil, matros, motorist, mexanik və baş mexanik vəzifələrində işləmişdir. Bu səbəbdən də İddiaçı qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 N№-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Əlavə olaraq bildirilir ki, A.X5 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə onun ümumi iş stajı 24 il 5 ay 18 gün (xx.xx.2006-cı il tarixədək 14 il 4 ay 18 gün (xx.xx.1983-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 1 ay) təşkil edir. Eyni zamanda, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, həmin tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37764,78 manat təşkil edirdi.
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək, tələblərinin hüququ cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər.
14. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməy təqdim edilən etiraza oxşar izahat verərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-30513/2025 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “Bakı X15” ASC-nin xx.xx.2025-ci il tarixli 05/25, 06/25, 07/25 və 11/25 nömrəli məktubları;
Əsaslandırma hissəsi:
16. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
17. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
18. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
19. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
20. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır.
21. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar).
22. -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
24. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
26. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. xx.xx.2022-ci ildən sonra (xx.xx.2022-ci il tarixdə qüvvəyə minib) Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
28. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
29. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
30. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının pensiya yaşına xx.xx.2022-ci ildə çatmışdır. İddiaçı isə xx.xx.2023-cü il tarixdən hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
31. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş 9.8-ci maddəsi tətbiq edilməlidir. Sözügedən maddəninin tələbinə əsasən güzəştli şərlətlərə əmək pensiyasının təyin edilməsi üçün 2 şərt: axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə (birinci şərt 12 il 6 ay güzəştli sığorta stajı) azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların (ikinci şərt 25 il ümumu staj) bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olduğu müəyyən edilmişdir.
32. İddiaçının mübahisələndirilməyən sığorta stajı 27 il 05 ay 18 gündür (xx.xx.2006cı il tarixədək 14 il 4 18 gün (xx.xx.1983-xx.xx.1997-c illər, xx.xx.1997-xx.xx.1997-ci illər və xx.xx.1997-xx.xx.1997-ci illər), xx.xx.2006-cı ildən sonra isə 12 il 8 ay təşkil edir. (xx.xx.2025-ci il tarixdə olan məlumat)
33. Göründüyü kimi iddiaçının ümumi stajı ilə bağlı heç bir mübahisə yoxdur, iddiaçının ümümi stajı isə qanunla pensiya təyin edilməsinə imkan verən (birinci şərt) 25 ildən çoxdur.
34. Cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının 12 il 6 ay güzəştli sığorta stajının olmamasındır.
35. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlədə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlə uyğun hazırlanmış arayışına əsasən təyin edildiyi qeyd edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş arayışda iddiaçının işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması məlumatın göstərilmədiyi qeyd edilmiş, qeyd edilən məlumatın əks olunacağı arayışın təqdim ediləcəyi təqdirdə güzəştli şərtlə əmək pensiyasının təyin olunması məsələsinə baxılacağı bildirilmişdir.
36. İddiaçının növbəti müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda “Bakı X14 Limanı” ASC-nin sizə dair 17 aprel 2024-cü il tarixli arayışında xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Balıq Soyuducu Donanma” İdarəsinin balansında olan SRTM “Kura”, JMZ “İnqul”, JMZ “Yana”, SRTM “Lənkəran”, SRTM “Hövsan” balıqçı gəmilərində və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Balıq Dəniz Limanı ASC-nin SPTM “Namik Hafisoğlu”, BODOT “Namik Hafisoğlu”, BODOT “Kur balıqçı” gəmilərində matros, motorist, mexanik və baş mexanik vəzifələrində işlədiyinin qeyd olunduğu, iddiaçının işlədiyi vəzifələrin sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) balıq istehsalı və emalı bəndinin (27.17) balığın və dəniz heyvanının emalı yarımbəndində (27.17.2) nəzərdə tutulmadığı, bu səbəbdən də sizin güzəştli iş stajının olmadığı bildirilmişdir.
37. İddiaçının növbəti müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda Mərkəzi Filiala təqdim edilən “Bakı X14 Limanı” ASC-nin iddiaçıya dair 30 may 2024-cü il tarixli 15/24 nömrəli arayışında xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Balıq Soyuducu Donanma” İdarəsinin balansında olan SRTM “Kura”, JMZ “İnqul”, JMZ “Yana”, SRTM “Lənkəran”, SRTM “Hövsan” balıqçı gəmilərində və xx.xx.2007xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Balıq Dəniz Limanı ASC-nin SPTM “Namik Hafisoğlu”, BODOT “Namik Hafisoğlu”, BODOT “Kur balıqçı” gəmilərində matros, motorist, mexanik və baş mexanik vəzifələrində işlədiyiniz qeyd olunduğu, həmin arayışda iddiaçının işlədiyi sahənin sözügedən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan bölməyə uyğun olduğu qeyd edilsə də, adıçəkilən müəssisənin Mərkəzi Filialda mövcud olan iddiaçıya dair 17 aprel 2024-cü il tarixli 09/24 və 10/24 nömrəli arayışlarında iddiaçının işlədiyi vəzifələrin üzən heyətə aid olmadığının göstərildiyi, eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyinin sizə dair 5 iyun 2024-cü il tarixli KŞ/27 nömrəli arayışında iddiaçının xx.xx.2015-ci il tarixindən bugünədək “Pilot” bələdçi gəmisində və Pilot 1 sürətli katerində mexanik vəzifəsində işlədiyinin qeyd olunduğu, lakin sözügedən arayışlarda iddiaçının işlədiyin vəzifələrin dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinə, işlədiyiniz gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilmədiyi qeyd edilmiş, göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajının olmadığı bildirilmişdir.
38. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Bakı X14 Limanı ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 11/25 nömrəli məktubunda İddiaçı işlədiyi vəzifələrin “Bakı Soyuducu Donanmu” idarəsinin va “X21 Limanı” ASC-nin gəmilərində Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 1) Duru yanacaqla işləyən gəmi ocaqçıları; 2) Bütün adlarda motorçular və maşinistlər; 3) Mexaniklar, onların köməkçiləri, baş və böyük mexaniklər; 4) Elektrik mexanikləri,onların köməkçiləri böyük elektrik; 5) Sahil heyyəti Tryum motorcuları limanlarda yükün aşırılması işlərində çalışan briqadaların mexanizatorları doker mexanizatorları və s. vəzifələr aid olduğu qeyd edilmiş, işlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiy xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 "Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyət” “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinə aid olduğu bildirilmişdir.
39. Həmçinin həmin məktubda Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə və vəzifə kodlarına uyğun olaraq güzəştli şərtlə yaşa görə müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri göstəricilərin Siyahısının 21.1-ci bəndi ilə eyni olduğu, 01/24 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarda göstərilən 27.17-ci bəndi və 27.17.2-ci bəndi texniki səhv olaraq göstərildiyi qeyd edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentini 30 iyul 2001-ci il tarixli, 62 saylı əmrinə əsasən “X18 Zavodu” “X18” Açıq Səhmdar Cəmiyyəti adlandırıldığı, "xxxx" ASC-nin 01 iyul 2004-cü il tarixli səhmdarlarının Ümumi Yığıncağının 01 saylı protokoluna əsasən “X18” ASC "xxxx" ASC-yə qoşulduğunu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli, 31 saylı əmrinə əsasən "xxxx" ASC-yə qoşulduğunu, 25 may 2005-ci il tarixində keçirilmiş X7 02 saylı Protokoluna əsasən "xxxx" ASC "xxxx" ASC-yə qoşulduğunu, "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli X7 protokoluna əsasən "xxxx" ASC-nin adı dəyişərək “Bakı X14 Limanı”Açıq Səhmdar Cəmiyyəti adlandırıldığı bildirmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin (Dəniz və çay donanması) “b” yarımbəndində (üzən heyət) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); duru yanacaqla işləyən gəmi ocaqçıları; bütün adlarda maşinistlər; bütün adlarda motorçular; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzfələri qeyd edilmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının iddiaçının işlədiyi vəzifələrin qeyd edilən siyaının 21.2-ci bəndinin ”b” yarımbəndinə uyğun hesab edir.
41. Bununla yanaşı məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən X8 və X9 məhkəməyə təqdim edilmiş pensiya işlərindən müəyyən edilir ki, iddiaçıya iş yeri tərəfindən verilmiş arayışlarda əks olunmuş məlumatların əks olunduğu arayışlar əsasında X6 xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021-ci il tarixdən, X10 isə xx.xx.2024-cüi il tarixli qərarla xx.xx.2022-ci il tarxdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.
42. Məhkəmə bununla bağlı qeyd edir ki, X8 və X13 ilə eyni hüquqi vəziyyətdə iddiaçıya münasibətdə fərqli yanaşma ayrı-seçkiliyə səbəb olmaqla bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın AİHK 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. İşin hallarına və X8 və X9 fərdi situasiyalarına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil. AİHM dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur.
43. Konstitusiya Məhkəməsinin Plenumu O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 25 fevral 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
44. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.
45. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarına əsasən eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
46. Bir sözlə iddiaçı ilə X8 və X9 hüquqi vəziyyəti arasında heç bir fərqin olmamasını nəzərə alaraq onlarla iddiaçı arasında fərqli qərarın qəbul edilməsini məkhkəmə əsaslı hesab etmir.
47. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-543/2025 nömrəli qərarında da əks etdirilmişdir.
48. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov