Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-296/2023 20.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa olunması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli, 196 nömrəli əmrinin və bu əmrlə bağlı Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və onun əvvəlki vəzifəyə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-ci il tarixli 0N6N nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilərək N nömrəli hərbi hissənin mexanikləşdirilmiş tağımının komandiri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmri İddiaçı baş leytenant hərbi rütbəsi verilmişdir. XN xx.xx.2021-ci il tarixli 021 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölmə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir. XN xx.xx.2022-ci il tarixli 03N nömrəli əmrilə N nömrəli hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 196 nömərli 23 iyun 2022-ci il tarixli "N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında" əmri ilə tutuduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi əmr edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissəyə göndərilmiş əsgər X1 müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduğu hərbi hissəyə göndərilməsinin təmin edilməməsində iddiaçının heç bir təqsiri olmamışdır. İddiaçın onun barəsində Müdafiə Nazirinin hər hansı bir əmrinin olmasından məlumatı olmamışdır. Yalnız xx.xx.2022-ci il tarixdə hərbi hissəyə yazdığı söhbət vərəqəsində də qeyd etmişdir ki, onların hərbi hissəsinə gəlməli olan əsgər X6 qəbul etməklə bağlı N nömrəli hərbi hissəyə xx.xx.2021-ci il tarixdə getsə də, həmin əsgər hospitalda olduğunu və ordan N nömrəli hərbi hissəyə göndəriləcəyini və bundan sonra qəbul edəcəyini bildirmişlər. Sonrakı dövrlərdə isə iddiaçı ezamiyyətdə və məzuniyyətdə olmuşdur. Bununla bağlı da adı çəkilən əsgərin hərbi hissəyə təhvil verilib-verilməməsindən iddiaçının məlumatı olmamışdır. İşin hallarından da görünür ki, iddiaçı hərbi hissəyə yazdığı söhbət vərəqəsi zamanı bilmişdir ki, Müdafiə Nazirinin onun aşağı vəzifəyə keçirilməsi bağlı əmri vardır. Bundan sonra isə Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri ilə İddiaçı N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboru motoatıcı bölüyünün komandiri vəzifəsinə keçirilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Əmri ilə İddiaçı hərbi hissəyə getmiş hesab edilmişdir. Ona görə də, hesab edir ki, Müdafiə Nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli və bu əmrlə bağlı Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri ona aid hissədə əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “23 iyun 2022-ci il tarixli, 196 nömrəli əmrin qismən ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Daxili Təhlükəsizlik İdarəsi tərəfindən N nömrəli hərbi hissədə şəxsi heyətin varlığı yoxlanılarkən, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun digər hərbi hissələrə təyin olunmalarına dair Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq sərəncamlarının icra edilmədiyi aşkar edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət edən mayor X8, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr və 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılaraq 3 aylıq gənc əsgər hazırlığı proqramını mənimsəmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş əsgərlər - X9 (Bakı şəhəri, Nizami rayonu), X10 (Qazax rayonu), X14 (Şəmkir rayonu) və X13 (Kəlbəcər rayonu) sonrakı müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduqları hərbi hissələrə göndərilməsini təmin etməmişdir. Əsgər X.Əliyev xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissəyə təyin edilmiş, lakin N nömrəli hərbi hissənin sabiq komandiri polkovnik X11 təsdiq etdiyi "2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş şəxsi heyətin tibbi müayinədən keçirilməsi" haqqında akta əsasən, onun "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin "42ç" maddəsindəki (Revmatizm, ürəyin sol mədəciyinin simptomsuz disfunksiyası) diaqnozla təyin olunduğu hərbi hissədə xidmət etməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən əsgər X.Əliyev N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə N nömrəli hərbi hissəyə təyin olunmuşdur. Bu sərəncam da icra olunmadan sözügedən hərbi qulluqçu xx.xx.2022-ci il tarixədək 15N (bir yüz əlli yeddi) gün əsassız olaraq N nömrəli hərbi hissədə saxlanılmışdır. Sonradan N nömrəli hərbi hissəyə yeni təyin edilmiş komandir polkovnik-leytenant X12 2022-ci ilin aprel ayında əsgər X.Əliyevin xidmətdən yayınmasını aşkar etmiş və üzərində sadə funksiyalı mobil telefon götürərək barəsində şifahi araşdırılma apararaq onun N nömrəli hərbi hissəyə göndərilməsinə dair mayor E.Qurbanova gösəriş vermişdir. Mayor E.Qurbanov əmri icra etməmiş, komandanlığı aldatmış, sözügedən hərbi qulluqçunu təyin olunduğu hərbi hissəyə göndərməyərək, onu xidməti otağında saxlamışdır. həmçinin mayor E.Qurbanov qanunsuz əməllərini gizlətmək məqsədilə saxtakarlığa yol verərək, guya hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrinə əsasən əsgər X.Əliyevin hərbi biletində şəxsi heyətin siyahısından çıxarıldığı haqqında qeydlər aparmışdır. Yoxlama zamanı, N nömrəli hərbi hissə komandirinin əsgər X.Əliyevə dair xx.xx.2021-ci il tarixli müvafiq sərəncamı ilə N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin tanış olduqları, lakin bu sərəncamın icrası ilə əlaqədar həmin hərbi qulluqçunun xidmət yerinə gətirilməsi istiqamətində heç bir tədbir görmədikləri də müəyyənləşdirilmişdir. Əlavə olaraq, 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər N.Müsədirov (15N nömrəli hərbi hissə), E.Cəfərov (888 nömrəli hərbi hissə) və T.İlyasovun (345 nömrəli hərbi hissə) xx.xx.2022-ci il tarixədək 6N (altmış yeddi) gün N nömrəli hərbi hissədə əsassız saxlanıldıqları da aşkarlanmışdır. Yuxarıda adları qeyd olunan əsgərlər N nömrəli hərbi hissədə olduqları aylar (X.Əliyev-oktyabr, noyabr, dekabr; N.Müsədirov, E.Cəfərov, T.İlyasov-yanvar, fevral, mart) istisna olmaqla, digər aylarda heç bir təminat növü ilə (ərzaq, əşya, pul və s.) təmin olunmamışlar. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il 26 iyun tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat"ın 4.1-ci, 4.1.5-ci, 4.4.4-cü, 5.1-ci və 9.4-cü yarımbəndlərinin tələbləri ciddi şəkildə pozulması barədə yuxarı komandanlığa raportla məruzə olmuşdur. "N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında" Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmr ilə baş leytenant İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi - texniki təminat üzrə köməkçisi tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilməklə intizam cəzasi qaydasinda cəzalandırılmış və Azərbaycan Respublikası müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmr ilə "Hərbi xidmətkeçmə haqqinda" əsasnamənin 81-ci maddəsinin "q" bəndinə (Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasinda) müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilərək N06-ci motoatıcı briqadanin (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur. Göründüyü kimi, İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli, 196 nömrəli əmrindən görünür ki, İddiaçı tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli, 0N25 nömrəli əmrindən görünür ki, Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 81-ci maddəsinin "q" bəndinə (Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasında) müvafiq olaraq, 161-ci Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilməsi və N06-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunması əmr edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə vermişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli, 0N25 nömrəli əmrinə əsasən iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 81-ci maddəsinin "q" bəndinə (Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasında) müvafiq olaraq tutduğu vəzifədən azad edilmiş və N06-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur. İddiaçı hesab edir ki, qeyd olunan əmr ona aid hissədə qanunsuz olduğundan ləğv edilməli, eləcə də o, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli, 0N25 nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər N.Müsədirov (15N nömrəli hərbi hissə), E.Cəfərov (888 nömrəli hərbi hissə) və T.İlyasovun (345 nömrəli hərbi hissə) xx.xx.2022-ci il tarixədək 6N (altmış yeddi) gün N nömrəli hərbi hissədə əsassız saxlanıldıqları aşkarlanmış və həmin əsgərlər N nömrəli hərbi hissədə olduqları aylar (X.Əliyev-oktyabr, noyabr, dekabr; N.Müsədirov, E.Cəfərov, T.İlyasov-yanvar, fevral, mart) istisna olmaqla, digər aylarda heç bir təminat növü ilə (ərzaq, əşya, pul və s.) təmin olunmamışlar. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il 26 iyun tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat"ın 4.1-ci, 4.1.5-ci, 4.4.4-cü, 5.1-ci və 9.4-cü yarımbəndlərinin tələbləri ciddi şəkildə pozulması barədə yuxarı komandanlığa raportla məruzə olmuşdur. "N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında" Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmr ilə baş leytenant İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi - texniki təminat üzrə köməkçisi tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilməklə intizam cəzasi qaydasinda cəzalandırılmış və Azərbaycan Respublikası müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmr ilə "Hərbi xidmətkeçmə haqqinda" əsasnamənin 81-ci maddəsinin "q" bəndinə (Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasinda) müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilərək N06-ci motoatıcı briqadanin (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndinə əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -N8-ci bəndinə əsasən, hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. -81-ci bəndinə əsasən, hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. -81-ci bəndinin 3-cü hissəsinə əsasən, intizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X4 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası Silahlı X2:- -43-cü bəndinə əsasən, Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -45-ci bəndinə əsasən, Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. -85-ci bəndinə əsasən, Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Qeyd edilməlidir ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasında müvafiq olaraq tutduğu vəzifədən azad edilmiş və aşağı vəzifəyə təyin olunmuşdur. İşin halları ilə də təsdiq olunur ki, iddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş əsgər X1 müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduğu hərbi hissəyə göndərilməsinin təmin edilməməsində onun heç bir təqsiri olmadığını bildirsə də, bunu təsdiq edən müvafiq sübutları təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 6N.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 6N.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli, 0N25 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -N0.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, N3, N5, N8, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa olunması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-296/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-296/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver