Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-306/2022 17.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının səhətində olan xəstəlikə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 238 №-li, xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçıya “Bel-oma fəqərələrinin osteoxondrozu. Lıv fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, Lıv-Lv fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan (xx.xx.2020) sonrakı sağtərəfli radikulyar ağrı sindromu, sağ aşağı ətrafın və çanaq funksiyalarının mülayim dərəcədə pozulması ilə” diaqnozu qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası TƏBİB Respublika Neyrocərrahiyyə X10 tərəfindən verilmiş 4613 №-li Ambulator kitabçadan Çıxarışdan görünür ki, iddiaçıya qoylumuş diaqnoz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən veilmiş 238 №-li, xx.xx.2020-ci il tarixli Şəhadətnamədə qeyd edilən diaqnoz ilə eynilik təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası TƏBİB X8 X10 tərəfindən verilmiş Xəstəlik tarixindən Çıxarışdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə isə müalicədən çıxmışdır. Çıxarışdan müəyyən olur ki iddiaçıya qoyulmuş diaqnoz Lıv-Lv fəqərəarası disk yırtığına görə cərrahi əməliyyatdan sonrakı”-dır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Hospitalı tərəfindən iddiaçıya verilmiş 891/2020 №-li xəstəlik tarixindən çıxarışepikrizdən görünür ki, iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Hospitalında müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X5 X7 X4 (epikriz) № 877 görünür ki, iddiaçı xx.xx.2020-ci ildə xəstəxanaya daxil olmuş xx.xx.2020-ci il tarixdə evə yazılmışdır. Çıxarışdan görünür ki, ona qoyulmuş diaqnoz digər sənədlərdəki diaqnozlarla eynilik təşkil edir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq diaqnoz əlillik təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etməməsi “barədə qərar qəbul edildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqin tapır. Cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızıdır. İddiaçı və onun vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının xəstəlik vəziyyəti Nazirlər Kabinetinin 413 nömrəli qərarının meyarlarına uyğun gəlmir. İşdə olan 238 nömrəli, xx.xx.2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin 11-ci bəndində qeyd edilmiş diaqnoz əlillik dərəcəsi verilməsi üçün kifayət etmir. Tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilir ki, Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə X9 1 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli 4399003AAALT nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı. Cərrahi əməliyyatdan (xx.xx.2020) sonraki sağtərəfli radikulyar ağrı sindromu, sağ aşağı ətrafın və çanaq orqanların funksiyasının pozulması ilə.; Məzkəzə göndərilmənin / imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müəyyənləşdirildiyi üçün həmin tarixdən sonra iddiaçının əlillik səbəbi dəyişdirilmişdir. Həmin tarixə qədər hər hansısa sübut təqdim edilmədiyindən iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab olunmadığından onun tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı. Cərrahi əməliyyatdan (xx.xx.2020) sonrakı sağtərəfli radikulyar ağrı sindromu, sağ aşağı ətrafın və çanaq orqanların funksiyasının pozulması ilə” diaqnozu qoyulmuş və əlillik təyinindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 238 №-li, xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçıya “Bel-oma fəqərələrinin osteoxondrozu. Lıv fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, Lıv-Lv fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sağtərəfli radikulyar ağrı sindromu, sağ aşağı ətrafın və çanaq funksiyalarının mülayim dərəcədə pozulması ilə” “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB Respublika Neyrocərrahiyyə X10 tərəfindən verilmiş 4613 №-li Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya “Lıv-Lv fəqərəarası disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət. İki tərəfli radikulyar ağrı sindromu. Aşağı ətrafların və çanaq funksiyalarının mülayim dərəcədə pozulması” diaqnozu qoyulmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Hospitalı tərəfindən iddiaçıya verilmiş 891/2020 №-li xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, iddiaçıya “Bel-oma fəqərələrinin osteoxondrozu. Lıv fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, Lıv-Lv fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sağtərəfli radikulyar ağrı sindromu, sağ aşağı ətrafın və çanaq funksiyalarının mülayim dərəcədə pozulması ilədiaqnozu qoyulmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X5 X7 X4 (epikriz) № 877 görünür ki, iddiaçıya “L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. -işə əlavə edilmiş T 249/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı DİN-nin 1 nömrəli poliklinikası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli göndəriş “fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L4- L5 fəqərəarası diskin sağ tərəfli yırtığı, cərrahi əməliyyatdan (xx.xx.2020) sonrakı sağtərəfli radikulyar ağrı sindromu, sağ aşağı ətrafın və çanaq orqanların funksiyasının pozulması ilə” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiynə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı müxtəlif vaxtlarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona əlillik dərəcəsi verilməsini xahiş etsə də, əlavə müalicəyə ehtiyacın olması və diaqnozun əlilliyin təyininə əsas verməməsi səbəbindən ona əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya əlavə müalicəyə ehtiyacın olması və diaqnozun əlilliyin təyininə əsas verməməsi səbəblərindən ona əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiynə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın müvafiq qərarı və imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-306/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-306/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver