Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3079/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Hacıməlik Bələdiyyisinin 05 iyul 2012-ci il tarixli 05 saylı qərarı ilə X2 Göygöl rayonu Hacıməlik kəndi ərazisində satımış 0,12 ha torpaq sahəsini X1 adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Baxış keçirilmiş 2-1(114)-2245/2025 saylı inzibati iş materialından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayon Hacıməlik Bələdiyyisinin 05 iyul 2012-ci il tarixli 05 saylı qərarı ilə X2 Göygöl rayonu Hacıməlik kəndi ərazisində satımış 0,12 ha torpaq sahəsini X1 adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində Göygöl rayon Hacıməlik bələdiyyəsinin 05 iyul 2012-ci il tarixli, 05 saylı qərarı ilə X2 Göygöl rayon Hacıməlik kəndi ərazisində satılmış 0.12 ha torpaq sahəsinin X1 adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etmişdir. Məhkəmə tərəfindən iddiaçı və onun nümayəndəsinə (vəkilə) göndərilmiş xx.xx.2024-cü il tarixli sərəncamında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək ilk öncə mərhum X1 vərəsəsi olmağınızı təsdiq edən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müvafiq notariat ofisinə müraciət etməsi, notarius tərəfindən mərhum X1 vərəsəsi kimi tanınmaq hüququna malik olmağınızla bağlı qeydiyyat orqanına müvafiq məktub göndərilməli olması, bundan sonra, cavabdeh inzibati orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə) Göygöl rayon Hacıməlik bələdiyyəsinin 05 iyul 2012-ci il tarixli, 05 saylı qərarı ilə X2 Göygöl rayon Hacıməlik kəndi ərazisində satılmış 0.12 ha torpaq sahəsinə dair hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi ilə bağlı müraciət etməli olması, daha sonra isə tələbinizə cavab verməli orqan tərəfindən verilmiş imtina məktubu da əlavə edilməklə “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı verilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etməli olması izah edilmişdir. Həmin sərəncamı iddiaçı xx.xx.2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atmaqla qəbul etmiş, iddiaçının nümayəndəsinin (vəkilinin) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Məhkəmə sənədləri iddiaçı və onun nümayəndəsinə (vəkilə) təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2245/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin arxivindən əldə edilmiş 2-1(114)-2245/2025 saylı iş materialından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2245/2020 saylı qərardadını İddiaçı xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə almasına, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq apellyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin qərara əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə icraata eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-3079/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3079/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver