Məhkəmə qərarları › İş №e-2-1(114)-3097/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3097/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3097/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Cəmiyyətli Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı MMC və ya iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə 12 saylı Ərazi Vergilər Baş İdarəsi və ya cavabdeh) qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Sirafişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi ilə icraçı İddiaçı MMC-nin arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 18 nömrəli müqaviləsinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyində N saylı hərbi hissəsinin tikintisi işlərinin həyata keçirilməsini, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 848388 nömrəli EBAA seriali, xx.xx.2019-cu il tarixli 545369 nömrəli EBAE serialı, xx.xx.2020-ci il tarixli 484475 nömrəli EBAH serialı, xx.xx.2020-ci il tarixli 026087 nömrəli EBAQ serialı və xx.xx.2020-ci il tarixli 063940 nömrəli EBAV serialı elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 4.916.394,48 (dörd milyon doqquz yüz on altı min üç yüz doxsan dörd manat, qırx səkkiz qəpik) təşkil etmişdir.

3. Azərbabycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-25-22/2-2182/2024 məktubda bildirilmişdir ki, Əsaslı Tikinti şöbəsi ilə "xxxx" MMC arasında Müdafiə Nazirliyinin "Badamdar-15" hərbi şəhərciyində N saylı hərbi hissənin tikintisi məqsədi ilə bağlanmış 03 sentyabr 2019-cu il tarixli 18 nömrəli müqavilənin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixli 848388 nömrəli EBAA seriyalı, xx.xx.2019-cu il tarixli 545369 nömrəli EBAE seriyalı, xx.xx.2020-ci il tarixli 484475 nömrəli EBAH seriyalı, xx.xx.2020-ci il tarixli 026087 nömrəli EBAQ seriyalı və xx.xx.2020-ci il tarixli 063940 nömrəli EBAV seriyalı yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi məqsədilə təqdim edilmiş elektron qaimələr üzrə ödənilmiş vəsaitlərin dəqiqləşdirilməsinə köməklik göstərilməsi barədə 20 noyabr 2024-cü il tarixli İMP-31 nömrəli mətuba baxılmışdır. Tərəflərindən 4.916.394,48 (dörd milyon doqquz yüz on altı min üç yüz doxsan dörd, 48 qəpik) manat dəyərində yerinə yetirilmiş tikinti işlərinin dəyərinin ödənilməsi üçün təqdim edilmiş sözügedən elektron qaimələr üzrə Müdafiə Nazirliyi tərəfindən 4.916.394,48 (dörd milyon doqquz yüz on altı min üç yüz doxsan dörd, 48 qəpik) manat maliyyə vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Məlumat üçün əlavə olaraq bildirilir ki, "xxxx" MMC tərəfindən elektron qaimələr Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim edilmiş, lakin tarixlərə müvafiq olaraq son 3 (üç) elektron qaimə üzrə ödənişlər eyni tabeli təşkilatlar olduğu üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilmişdir.

4. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2024-cü il sentyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmişdir.

5. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-21- 2-18/2-44157/2024 nömrəli məktubla İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlər (301.1.1.8+301.1.2.7) və ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğinin cəminin 3.330.719,45 manat olmasına baxmayaraq, bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” 399.000,00 manat göstərilməsi nəticəsində 2.931.719,45 manat məbləğində kənarlaşmanın yarandığı bildirilmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının aparılması üçün həmin dövr üzrə dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur.

6. İddiaçı MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024-cü il tarixli **********167600 nömrəli məktublarda bildirilmişdir ki, "xxxx" MMC tərəfindən sifarişçilərə təqdim edilmiş EQF məlumatları və həmin EQF məlumatları üzrə ƏDV-depozit və bank hesabımıza mədaxil olan vəsaitlər üzrə qarışılıqlı araşdırma aparılaraq müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixində EBAH seriyalı 484475 nömrəli 106.959,05 manat (ƏDV məbləği 19.252,63 manat), xx.xx.2020-ci il tarixində EBAQ seriyalı 026087 nömrəli 145.599.49 manat (ƏDV məbləği 26.207,91 manat), xx.xx.2020-ci il tarixində EBAV seriyalı 63940 nömrəli 1.052.699,15 manat (ƏDV məbləği 189. 485,85 manat), ümumilikdə 1.305.257,59 manat məbləğində EQF Müdafiə Nazirliyi N saylı hərbi hissəyə təqdim edilmiş və həmin məbləğ "xxxx" MMCnin bank hesablarına tam şəkildə ödənilmişdir. Həmin qaimələr üzrə debitor borc yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi (VÖEN: **********) ilə 18 nömrəli 03 sentyabr 2019-cu il tarixli Müdafiə Nazirliyinin "Badamdar-15" hərbi şəhərciyində N saylı hərbi hissənin tikintisi işlərinin həyata keçirilməsi üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin ƏDV daxil 4.920.000,00 manat məbləğində təklifi qəbul olunmuşdur.Tərəfimizdən 4.916.394,48 manat dəyərində yerinə yetirilmiş tikinti işlərinin dəyərinin ödənilməsi üçün təqdim edilmiş elektron qaimələr üzrə Müdafiə Nazirliyi tərəfindən 2019-2020-ci iilər ərzində 4.916.394,48 manat maliyyə vəsaiti müəssisəmizə ödənilmişdir. Məlumat üçün bildiririk ki, "xxxx" MMC tərəfindən elektron qaimələr Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim edilmiş, lakin tarixlərə müvafiq olaraq son bir neçə elektron qaimələr üzrə ödənişlər eyni tabeli təşkilatlar olduğu üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilmişdir. Müəssisəmizdə xx.xx.2024-cü il tarixə iddia müddəti keçmiş debitor borc mövcud deyildir. Lakin xx.xx.2024-cü il tarixə Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli eqaimə üzrə 496.786,21 manat, "X4 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur.Bu səbəbdən xx.xx.2024-cü il tarixə qeyd olunmuş 3.466.232,40 manat debitor borc məbləğindən 2.931.719,45 manat silinməli və xx.xx.2024-cü il tarixə 534.512,95 manat təşkil etməlidir. Göstərilənlərin nəzərə alınması xahiş olunur (təsdiqedici sənədlər əlavə olunur).

7. İddiaçı MMC tərəfindən vergi orqanına xx.xx.2024-cü il tarixdə məktub ünvanlanaraq, bildirilmişdir ki, ƏDV bəyannaməsi üzrə hesabat ayının əvvəlinə debitor borc məbləği 3.466.232,40 manat, hesabat ayı üzrə yaranan debitor borc məbləği 399.000,00 manat, hesabat ayı ərzində silinən borc məbləği 3.330.719,45 = (399.000,00+2.931.719,45) manat qeyd olunmuşdur. Bu məbləğdən 399.000,00 manat hissəsi cari hesabat dövründə daxilolmaya əsasən debitor borc olaraq silinmiş və 2.931.719,45 manat hissəsi isə keçmiş dövrlərdə səhv hesablanmış, faktiki mövcud olmayan və şişirdilmiş borclara görə silinmişdir. Müəssisənin cari hesabat dövrünün sonuna faktiki debitor borc məbləği 534.512,95 (3.466.232,40+399.000,00-3.330.719,45) manat məbləğindən ibarətdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496.786,21 manat, "X4 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur. Müvafiq təsdiqedici sənədlər vergi orqanına göndərilmiş olan xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024-cü il tarixli **********167600 nömrəli məktublara əlavə edilmişdir.

8. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərarı ilə kameral yoxlama nəticəsində “İmpuls-AR" MMC-yə 2024-cü ilin sentyabr ayı üzrə 527.709,50 manat əlavə dəyər vergisi hesablanmışdır.

9. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üzrə debitor borcun hərəkət cədvəlində, qeyd olunan dövr üzrə İddiaçı MMC-nin debitor borcunun 534.512,95 manat təşkil etdiyi göstərilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-8/2- Ə-4xx-xx/2024 nömrəli məktubda bildirilmişdir ki, Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə Vergi Məcəlləsinin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində vergi orqanına xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********785200 nömrəli) şikayət verildiyindən iş üzrə yekun qərara uyğun olaraq sərəncamların icrasının təmin edilməsi üzrə müvafiq tənzimləmələr aparılmışdır. Cəmiyyətin dövlət büdcəsinə (və ya müvafiq fondlara) xx.xx.2024-cü il tarixə borcu aşağıdakı kimidir: - Vergilər üzrə 1148666,50 manat əsas, 384644,79 manat maliyyə sanksiyası, 141966,62 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 565209,36 manat əsas, 285424,89 manat maliyyə sanksiyası, 101841,54 manat faiz borcu; - İşsizlikdən sığorta haqları üzrə 3,56 manat faiz borcu; - İcbari tibbi sığorta haqları üzrə 44613,90 manat əsas, 22753,35 manat maliyyə sanksiyası, 8481,74 manat faiz borcu.

11. İddiaçı MMC tərəfindən təqdim edilmiş e-qaimə, bank və ədv depozit çıxarışlarından görünür ki, xx.xx.2024-cü il tarixə Müdafiə Nazirliyinin iddiaçıya xx.xx.2023cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496. 786,21 manat, "X4 Kompleksi" MMCnin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur.

12. 25.12.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qarşılıqlı üzləşmə nəticəsində müəyyən edilmişdir ki, həmin dövr ərzində ümumilikdə obyektin müqavilə dəyəri 35.572.547,00 manat, müqavilə üzrə ödənilmiş vəsaitin cəmi 32.115.464,66 manat, icra olunmuş işlərin dəyəri (F-2 üzrə) isə 32.115.464,66 manat təşkil etmişdir.

13. xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixinə qarşılıqlı üzləşmə nəticəsində müəyyən edilmişdir ki, həmin tarixdə ümumilikdə obyektin müqavilə dəyəri 1.225.527,27 manat, müqavilə üzrə ödənilmiş vəsaitin cəmi 1.225.274,93 manat, icra olunmuş işlərin dəyəri (F-2 üzrə) isə 1.225.274,93 manat təşkil etmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********197900 nömrəli xidməti məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinin tələblərinə əsasən vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. "xxxx" MMC-nin (VÖEN: **********) vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar üzrə hesablanmış məbləğin azaldılması barədə xx.xx.2024-cü il tarixli **********824900 nömrəli şikayəti icraata qəbul edilərək halhazırda İnzibati şikayətlərə baxılması baş idarəsində araşdırıldığı üçün vergi ödəyicisinin bank hesablarına dondurulmalı sərəncamların göndərilməsi ilə əlaqədar müvafiq tənzimlənmə aparılmışdır. Eyni zamanda bildirilir ki, vergi orqanının hesablamaları ilə bağlı vergi ödəyicilərindən daxil olan şikayətlərə İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən baxılıb yekun qərar qəbul edildikdən sonra həmin şikayətlər ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərlə bağlı yenidən müvafiq tənzimlənmə aparılır. Qeyd olunan məlumatın 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. II. Məhkəmədə icraat

15. İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN**********) (bundan sonra iddiaçı) barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonracavabdeh) tərəfindən kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla ərizəçi barəsində 527709,5 manat məbləğində əlavə vergi hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən həmin qərar qanunsuzdur. Cavabdeh tərəfindən qeyd olunan hesablamanın əsasını aşağıdakı məzmun təşkil etmişdir: “Təqdim edilmiş bəyannamədə təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlər (301.1.1.8 + 301.1.2.7) və ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğinin cəminin 3330719,45 manat olmasına baxmayaraq, bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətirində “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” 399000,0 manat göstərilməsi nəticəsində 2931719,45 manat məbləğində kənarlaşma yaranmışdır.” Qeyd olunanlarla bağlı bildirilir ki, İddiaçı MMC tərəfindən elektron qaimələr Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim edilmiş, lakin tarixlərə müvafiq olaraq son bir neçə elektron qaimələr üzrə ödənişlər eyni tabeli təşkilatlar olduğu üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilmişdir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixə Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496.786,21 manat, “X4 Kompleksi” MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur. Qeyd olunan məbləğdən başqa, müəssisənin xx.xx.2024-cü il tarixə debitor borcu mövcud olmamışdır. Bu səbəbdən əvvəlki dövrlərdə texniki səhv olaraq ƏDV bəyannamələrində əks etdirilən debitor borc məbləğinin 2.931.719,45 manat silinməli hissəsi sentyabr ayının ƏDV bəyannaməsində uçotdan silinmişdir. Vergi orqanı isə bunu həmin vəsaitin iddia müddəti keçdiyinə görə daxilolma kimi qiymətləndirərək vergiyə cəlb etmişdir. Halbuki, qeyd olunan debitor borc məbləğinin yaranmasının heç bir mənbəyi mövcud deyildir. Əksinə, hazırki dövrə qədər müəssisənin debitor borc məbləğinin hərəkəti ardıcıllığına dair təsdiqedici sənədlər mövcuddur (ərizəyə əlavə edilir). Bundan əlavə, qeyd olunan məbləğdə debitor borcları mövcud olsaydı belə, iddia müddətinin keçməsinə yalnız məhkəmə qiymət verə bilər. Belə ki, mülki qanunvericiliyə əsasən müddətin axımının dayanması, kəsilməsi və digər anlayışlar mövcuddur ki, bu kimi hallar vergi orqanının əsas götürdüyü 3 illik müddətlə məhdudlaşmır. Lakin, müəssisənin ümumiyyətlə qeyd olunan həcmdə debitor borcunun olmamasına görə iddia müddətinin bitməsi məsələsinə istinad olunmasının heç bir əsası yoxdur. Digər tərəfdən vergi orqanının məhkəməyə təqdim etdiyi xx.xx.2024 tarixli etirazında ərizəçinin təqdim etdiyi cari ƏDV bəyannamələrinin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” adlanan sütununda 301-ci sətr üzrə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə dövriyyəsi 25.465.408,39 manat, “daxil olmuş məbləğ” sütununda isə hesabat dövrləri üzrə görülmüş işlər müqabilində daxil olmuş vəsaitlərin cəmi 21.971.812,39 göstərildiyi qeyd olunmuşdur. Göstərilənlərlə əlaqədar onu nəzərə çatdırılır ki, vergi orqanının etiraza əlavə etdiyi “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat” cədvəlində 2020-2024-cü illər ərzində təqdim edilmiş elektron qaimə-fakturaların hərəkəti əhatə olunmuşdur. Lakin ərizəçinin bank və ədv depozit daxilolmalarına dair məlumat və təsdiqedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda vergi orqanının təqdim etdiyi cədvəl məlumatları, ərizəçi tərəfindən tərtib olunmuş məlumatlar və vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri bir daha sübut edir ki, Yanvar 2020 - Sentyabr 2024 dövr aralığında bəyannamənin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” adlanan sütununda 301-ci sətr üzrə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə dövriyyəsi 25.465.408,39 manat deyil, 36.202.423,35 manat təşkil edir. Ərizəçinin kameral uyğunsuzluqlarla bağlı vergi orqanına və debitor borc məbləğinin hərəkəti ardıcıllığına dair məhkəməyə təqdim etdiyi sübutlar və ərizəçinin vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinin 301-ci sətr üzrə “daxil olmuş məbləğ” sütununda isə hesabat dövrləri üzrə görülmüş işlər müqabilində daxil olmuş vəsaitlərin cəmi 21.971.812,39 manat deyil, məhz 36.190.469,75 manat təşkil etmişdir (e-qaimənin hərəkəti, bank və ədv depozit mədaxilləri barədə cədvəl məlumatları əlavə olunur). Vergi orqanının məhkəməyə təqdim etdiyi xx.xx.2025 tarixli etiraza əlavə edilmiş cədvəl məlumatlarında 2.035.183,65 manat debitor borcun 1.399.330,52 manat hissəsinin 2020-ci ilin oktyabr ayında, 635.853,13 manat hissəsinin isə həmin ilin dekabr ayında yarandığı qeyd olunmuşdur. Halbuki, vergi orqanına təqdim edilən sənədlərə əsasən ərizəçinin xx.xx.2021 tarixə cəmi 266.816,93 manat debitor borcu olmuşdur (Mənbə: xx.xx.2020-ci il tarixli 03 saylı müqavilə üzrə AR Müdafiə Nazirliyinin “Suraxanı-1” hərbi şəhərciyində bina və qurğuların tikintisi işləri). Mühasibat uçotu sənədləri ilə ƏDV bəyannamə göstəriciləri arasında kənarlaşma xx.xx.2021-ci il tarixə 2.035.183,65 - 266.816,93 = 1.768.366,72 manat təşkil etmişdir. Bu məqsədlə vergi orqanına 2021-ci ilin yanvar ayı üzrə xx.xx.2021-cü il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, debitor borc dürüstləşdirilmiş və ərizəçi tərəfindən 2021-ci ilin yanvar ayının sonuna qalıq 266.816,93 manat qeyd olunmuşdur. Lakin vergi orqanının xx.xx.2021-ci il tarixli **********461100 nömrəli kameral uyğunsuzluq məktubuna əsasən 1.768.366,72 manat debitor borc silinməsi səbəbindən kənarlaşma yarandığı qeyd olunmuşdur. Uyğunsuzluğun götürülməsi və əlavə vergilərin hesablanmaması məqsədilə vergi orqanının tövsiyəsi əsasında 2021-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2022-cu il tarixdə göndərilərək həmin dövrün sonuna debitor borc qalığı 266.816,93 manat deyil, 2.035.183,65 manat əks etdirilmişdir. Bununla yanaşı ərizəçi tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində yaranmış debitor borc məbləği e-qaimə məbləğlərinin cəmi olaraq 3.741.357,55 manat göstərilmişdir (Mənbə: xx.xx.2020-ci il tarixli 04 saylı müqavilə üzrə AR Müdafiə Nazirliyinin Xocavənd rayonunun inzibati ərazisində hərbi hissənin tikintisi işləri və sairə ). Lakin qeyd olunan müqavilə üzrə xx.xx.2021-ci il tarixə 1.088.259,32 manat avans məbləğ nəzərə alınmamışdır. Mühasibat uçotu sənədlərinə əsasən həmin dövrdə yaranmış debitor borc məbləği faktik olaraq 3.741.357,55 - 1.088.259,32 = 2.653.098,23 manat təşkil edir. İddiaçıda aparılan səyyar vergi yoxlamaları üzrə tərtib olunmuş xx.xx.2021 tarixli (dövr: Oktyabr 2018 - Dekabr 2020) və xx.xx.2024 tarixli (dövr: Yanvar 2021 - İyun 2023) aktlarında debitor borcların hərəkəti və yaranma mənbəyi barədə bir cümlə belə qeyd olunmamışdır. Yəni, səyyar vergi yoxlaması ilə debitor borclar ümumiyyətlə əhatə olunmamış, amma yekun tərtib olunan sənədlərdə debitor borc məbləğləri əks olunmuşdur. Əlavə olaraq bildirilir ki, xx.xx.2020-xx.xx.2024 dövrü üzrə Müdafiə Nazirliyindən qarşılıqlı üzləşmə aktı alınmış, vergi orqanına elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən Müdafiə Nazirliyinə təqdim edilmiş e-qaimə və daxilolma arasında 496.786,21 manat fərq yaranmışdır ki, bunun da səbəbi ərizəçi tərəfindən ləğvə təqdim edilmiş EBDU 906230 nömrəli e-qaimənin qarşı tərəfdən təsdiq edilməməsindən ibarət olmuşdur (müvafiq yazışmalar əlavə olunur). Göründüyü kimi, vergi orqanının debitor borc barədə əks etdirdiyi rəqəmlər yalnız özlərinin mexaniki olaraq hazırladığı göstəricilərdir, hər hansı sənədlə təsdiqini tapmır. İddiaçının ərizədə təqdim etdiyi cədvəl məlumatlarının hər biri isə altsənədlərlə sübuta yetirilir. Göstərilənlərə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

20. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

21. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərarının ləğvi ilə bağlı ilkin olaraq yuxarı vergi orqanına şikayət etmiş və onun inzibati şikayəti Dövlət Vergi Xidmətinin 17 fevral 2025-ci il tarixli **********552500 nömrəli qərarı ilə təmin edilmədiyindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu halda, qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

22. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

23. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

26. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

27. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

29. Etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İddiaçı xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə 3 330 719,45 manat məbləğində olan debitor borcunu silmişdir. Tərəflərindən xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44157/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub İddiaçı MMC-yə göndərilmiş və 5 iş günü ərzində əsaslandırılmış yazılı izahat, zəruri olan sənədlər və həmin dövr üçün dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi bildirilmişdir. Qeyd olunur ki, uçot baza məlumatlarında yaranmış uyğunsuzluq, yəni 2024-cü ilin sentyabr ayı üzrə təqdim edilmiş bəyannamədə silinən debitor borc məbləğinin cəminin 3 330 719,45 manat olmasına baxmayaraq bəyannamənin əlavə dəyər vergisinə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 399000,00 manat göstərilməsi nəticəsində 2 931719, 45 manat məbləğində kənarlaşmanın yaranması ilə bağlı olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli məktubda göstərilmiş müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, əsaslandırılmış izahat təqdim etməmiş, nəticədə debitor borc kimi silinmiş 3 330 719,45 manat məbləğə 528 999.51 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı debitor borc məbləğinin cəmi 534 512.95 manat təşkil etdiyini, yerdə qalan məbləğin isə texniki xəta olaraq bəyannamələrdə əks olunduğunu göstərmişdir. İddia ərizəsində 2 931 719,45 manat məbləğində debitor borc məbləğinin texniki səhv olaraq göstərməsi tamamilə absurddur. Nəzərə alınmalıdır ki, cəmiyyət tərəfindən təqdim olunan cari ƏDV bəyannamələri (hansı ki həmin bəyannamələr əsasında iddiaçı debitor borc məbləğlərini bəyan etmişdir) kəmiyyət baxımdan 1 və ya bir neçə bəyannaməni əhatə etməmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cu il tarixə kimi vergi orqanına dəfələrlə təqdim edilmişdir. Bu mənada qeyd olunur ki, dəfələrlə təkrar olunan, eləcə də fərqli rəqəmlərlə ifadə olunmuş hərəkətlərdə texniki xətanın olması inandırıcı deyil. Həmçinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147847 №-li qərarına əsasən vergi ödəyicisində digər tədiyyələrlə yanaşı oktyabr 2018-dekabr 2020-ci illərin ƏDV-si də hesablanmışdır. Qeyd olunan qərar əsasında aşkar edilmiş pozuntular, yayındırılmış vergi məbləğləri və ona müvafiq olaraq hesablanmış maliyyə sanksiyaları ödəyicinin şəxsi hesab vərəqəsində və bəyannamə məlumatlarında öz əksini tapmışdır. Qeyd olunan qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. "xxxx" MMC-nin debitor borcu 2020ci ilin oktyabr ayında yaranmağa başlamışdır. Debitor borcun yaranma əsası EBAR seriyalı 451577 nömrəli və EBAR seriyalı 452412 nömrəli e-qaimələr əsasında əməliyyat həyata keçirilməsi olmuşdur. Əməliyyat həyata keçirilməsinə baxmayaraq 1399330.52 manat məbləğində debitor borc yaranmışdır. Bank məlumatlarından da aydın olur ki, qeyd edilən eqaimələr üzrə mədaxil olmamışdır. Bu səbəbdən qeyd edilən məbləğ 2020-ci ilin oktyabr ayı üzrə debitor borcuna əlavə edilməklə, ƏDV bəyannaməsinin 307-ci sətrində əks etdirilmişdir. Bundan əlavə 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinin 307-ci sətrində debitor borcun artmasına səbəb EBAV seriyalı 63750 nömrəli və EBAV seriyalı 63940 nömrəli e-qaimələr əsasında əməliyyat aparılmasına baxmayaraq bank hesabına mədaxil olmaması səbəbindən debitor borcu 635853.13 manat məbləğində artırılaraq hesabat dövrünün sonuna debitor borc məbləği 2 035 183.65 manat olmuşdur. Qeyd edilənlər “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147847 №-li qərarına əsasən öz təsdiqini tapmış və həmin qərar mübahisələndirilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. 2021-ci ilin yanvar ayından 2024-cü ilin sentyabr ayınadək ödəyici tərəfindən təqdim edilən bəyannamə məlumatlarından aydın olur ki, vergi ödəyicisi 2021-ci ilin yanvar ayından etibarən ƏDV bəyannaməsini təqdim edərkən debitor borc məbləğini 2 035 183.65 manat göstərmişdir. Bəyannamə məlumatları təhlil edilərək vergi ödəyicisinin xx.xx.2020-xx.xx.2024-cü il ərzində ƏDV bəyannaməsi üzrə debitor borcları izlənilmiş, bununla bağlı məhkəməyə cədvəl və bəyannamə məlumatları təqdim edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi qeyd olunan müddət ərzində nəinki 2 035 183.65 manat debitor borcunu azaltmamış, hətta zaman zaman debitor borc məbləğini artırmışdır da. Cədvəldən də aydın görünür ki, oktyabr 2021, yanvar 2022, fevral 2022, aprel 2022, may 2022, avqust 2022, sentyabr 2022, dekabr 2022, may 2023, sentyabr 2023, oktyabr 2023, noyabr 2023 və dekabr 2023, may 2024, iyun 2024 və sentyabr 2024-cü il ərzində vergi ödəyicisi debitor borc məbləğini artırmışdır. Qeyd edilən dövr ərzində debitor borc məbləği 7436678.55 manat artmışdır. Deyilənlərdən də aydın olduğu kimi, burda hər hansı texniki səhvdən söhbət gedə bilməz. Həmçinin mövqelərini ərizəçiyə aid olan sənədlərlə də sübuta yetirə bilirlər. Belə ki, ərizəçinin vergi orqanına təqdim etdiyi cari ƏDV bəyannamələrinin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” adlanan sütununda 301-ci sətr üzrə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə dövriyyəsi 25 465 408, 39 manat, “daxil olmuş məbləğ” sütununda isə hesabat dövrləri üzrə görülmüş işlər müqabilində daxil olmuş vəsaitlərin cəmi 21 971 812, 39 manat göstərilmişdir. Nəticədə 3 493 596 manat məbləğində debitor borc yarandığını görmək olur. Beləliklə aydın görsənir ki, debitor borc məbləği hansısa texni xətanın nəticəsində deyil, təqdim etdiyi elektron qaimə-fakturaların nəticəsində formalaşmışdır. Daha sonra ərizəçi qeyd etmişdir ki, “qeyd olunan məbləğdə debitor borcumuz olsaydı belə iddia müddətinin keçməsinə yalnız məhkəmə qiymət verə bilər. Belə ki, mülki qanunvericiliyə əsasən müddətin axımının dayanması, kəsilməsi və digər anlayışlar mövcuddur ki, bu kimi hallar vergi orqanının əsas götürdüyü 3 illik müddətlə məhdudlaşmır. Lakin müəssisənin ümumiyyətlə qeyd olunan həcmdə debitor borcunun olmamasına görə iddia müddətinin bitməsi məsələsinə istinad olunmasının heç bir hüquqi əsası yoxdur.” Aşağıdakı qeyd olunan hallara görə bildirirlər ki, ərizəçinin dəlilləri əsassızdır. VM-nin 166.1.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan borclar üzrə-iddia müddətinin bitdiyi vaxtda ödəmə aparılmış hesab edilir. İşin faktiki hallarından da görünür ki, ərizəçi xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə 3 330 719,45 manat məbləğində olan debitor borcunu silmişdir. Yəni hazırkı iş üzrə VMnin 166.1.3-cü maddəsinə əsasən hesablama aparılmamışdır. Əgər ərizəçinin əvvəlki hesabat dövrlərində göstərdiyi debitor borc məbləği (3 330 719,45 manat) 2024-cü ilin sentyabr ayında da göstərmiş olsaydı və tərəfimizdən həmin məbləğə görə iddia müddətinin keçməsi ərizəçiyə bildirilsəydı bu halda ərizəçinin mövqeyi əsaslı ola bilərdi. Hazırkı halda görsənən odur ki, ərizəçi cəmiyyət 2024-cü ilin sentyabr ayında əvvəlki dövrlərdə göstərmiş olduğu 3 330 719,45 manat məbləğində olan debitor borcunu silmişdir. Yəni məbləği sildiyi, eləcə də dövriyyəsində əks etdirmədiyi üçün müvafiq hesablama aparılmışdır. İddiaçının digər bir dəlili vergi orqanının təqdim etdiyi cədvəl məlumatları, ərizəçi tərəfindən tərtib olunmuş məlumatlar və vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri bir daha sübut edir ki, Yanvar 2020 - Sentyabr 2024 dövr aralığında bəyannamənin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” adlanan sütununda 301-ci sətr üzrə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə dövriyyəsi 25.465.408,39 manat deyil, 36.202.423,35 manat təşkil edir. Ərizəçinin kameral uyğunsuzluqlarla bağlı vergi orqanına və debitor borc məbləğinin hərəkəti ardıcıllığına dair məhkəməyə təqdim etdiyi sübutlar və ərizəçinin vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinin 301-ci sətr üzrə “daxil olmuş məbləğ” sütununda isə hesabat dövrləri üzrə görülmüş işlər müqabilində daxil olmuş vəsaitlərin cəmi 21.971.812,39 manat deyil, məhz 36.190.469,75 manat təşkil etmişdir. Bununla bağlı bildirir ki, vergi orqanı tərəfindən tərtib edilən cədvəl yanvar 2020sentyabr 2024-cü il tarixini deyil, oktyabr 2020-sentyabr 2024-cü il tarixini əhatə etmişdir. Buna səbəb isə debitor borcun yarandığı tarix əsas götürülməklə araşdırılmağa başlanılması olmuşdur. İddiaçının digər bir dəlili 2021-ci ilin yanvar ayında əslində debitor borcunun 266816.93 manat olmasına baxmayaraq əlavə vergilərin hesablanmaması məqsədilə vergi orqanının tövsiyəsi əsasında 2021-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin xx.xx.2022-ci il tarixində göndərilərək həmin dövrün sonuna debitor borc qalığı 266816.93 manat deyil, 2035183.65 manat əks etdirilməsi ilə bağlıdır. Bildirirlər ki, qeyd edilən dövrlə bağlı əks etdirilən debitor borc məbləği 2020-ci ili əhatə edən səyyar vergi yoxlaması ilə öz təsdiqini tapmış və bəyannamə məlumatlarına daxil edilmişdir. 2021-ci ilin yanvarında vergi ödəyicisi debitor borc məbləğini azaltdığı zaman vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********461100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və aşağıdakı uyğunsuzluq qeyd olunmuşdur: “Təqdim edilmiş bəyannamədə təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlər (301.1.1.8 + 301.1.2.7) və ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə Hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğinin cəminin 1768366.72 manat olmasına baxmayaraq, bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" 0.00 manat göstərilməsi nəticəsində 1768366.72 manat məbləğində kənarlaşma yaranmışdır. Təqdim etdiyi bəyannamənin 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (0.00 manat) ilə 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (0.00 manat) fərqi (0.00 manat) və 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (1768366.72 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301.1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0.00 manat) cəmi 1768366.72 manat olmasına baxmayaraq 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətri üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 1768366.72 manat kənarlaşma müəyyən edilmişdir.” Qeyd olunan uyğunsuzluq məktubundan sonra ödəyici öz təşəbbüsü ilə yeni dəqiqləşmiş bəyannamə təqdim edərək debitor borc məbləğini yenidən 2035183.65 manat göstərmişdir. Ödəyicinin qeyd etdiyi fikirlər absurd fikirlərdir. Bu səbəbdən nəzərə alınmamalıdır. İddiaçının digər bir dəlili ərizəçi tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində yaranmış debitor borc məbləği e-qaimə məbləğlərinin cəmi olaraq 3.741.357,55 manat göstərilmişdir (Mənbə: xx.xx.2020-ci il tarixli 04 saylı müqavilə üzrə AR Müdafiə Nazirliyinin Xocavənd rayonunun inzibati ərazisində hərbi hissənin tikintisi işləri və sairə ). Lakin qeyd olunan müqavilə üzrə xx.xx.2021-ci il tarixə 1.088.259,32 manat avans məbləğ nəzərə alınmamışdır. Mühasibat uçotu sənədlərinə əsasən həmin dövrdə yaranmış debitor borc məbləği faktik olaraq 3.741.357,55 - 1.088.259,32 = 2.653.098,23 manat təşkil etməsi olmuşdur. Qeyd olunmalıdır ki, 2021-ci ilin oktyabr ayı üzrə qeyd olunan debitor borc məbləği iddiaçının özü tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş dəqiqləşmiş bəyannamədə əks olunmuş məbləğdir. Ümumiyyətlə tərəflərindən təqdim edilən cədvəldə əks etdirilmiş “təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” və “daxil olmuş məbləğ” sütunlarında əks etdirilmiş məbləğ vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamə məlumatlarında əks olunan məlumatlardır. 2021-ci ilin oktyabr ayı üzrə vergi ödəyicisi 3.741.357,55 manat məbləği təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri hissəsində qeyd etməsinə baxmayaraq, iddia etdiyi avans məbləğini isə bəyannamənin 3№-li əlavəsinin 301.1.2.7-ci-“Təqdim ediləcək işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlər” sətrində göstərməklə yanaşı, vergitutma məqsədləri baxımından da “daxil olmuş məbləğ” qrafasında əks etdirməli və qeyd edilən 1.088.259,32 manat məbləğin 18% dərəcə ilə vergisini hesablayıb büdcəyə ödəməli idi. Lakin bəyannamə məlumatlarından aydın olduğu kimi hər hansı avans məbləğindən söhbət getmir, daxil olmuş məbləğ olmadığından da ödəyici hər hansısa vergini hesablayıb büdcəyə ödənilməsini təmin etməmişdir. İddiaçının digər bir dəlili iddiaçıda aparılan səyyar vergi yoxlamaları üzrə tərtib olunmuş xx.xx.2021 tarixli (dövr: Oktyabr 2018 - Dekabr 2020) və xx.xx.2024 tarixli (dövr: Yanvar 2021 - İyun 2023) aktlarında debitor borcların hərəkəti və yaranma mənbəyi barədə bir cümlə belə qeyd olunmamışdır. Yəni, səyyar vergi yoxlaması ilə debitor borclar ümumiyyətlə əhatə olunmamış, amma yekun tərtib olunan sənədlərdə debitor borc məbləğləri əks olunmuşdur. Bildirilir ki, qeyd edilən aktların heç biri hazırkı mübahisənin predmetini təşkil etmir. Belə ki, xx.xx.2021 tarixli akt mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Digər xx.xx.2024 tarixli akta münasibətdə isə bildirirlər ki, sözügedən aktda debitor borcları iddiaçının özünün təqdim etdiyi sonuncu bəyannamədə göstərilən debitor borcla saxlanılmışdır. Yuxarıda qeyd edilən cədvəl məlumatları, hansı ki, təqdim edilmiş mal, iş və xidmətlər və daxil olmuş məbləğ məlumatları qeyd edilən cədvəl vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə məlumatları əsasında tərtib edilmişdir. Sonuncu olaraq vergi orqanı tərəfindən təqdim edilmiş cədvəl məlumatları xx.xx.2021 tarixli səyyar vergi yoxlamasının məlumatları və vergi ödəyicisinin özu tərəfindən təqdim edilmiş bəyannamə məlumatları əsas götürülməklə tərtib edilmişdir. Hər bir rəqəmin altsənədi mövcuddur. Vergi ödəyicisi xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı inzibati qaydada da mübahisələndirmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli **********552500 nömrəli qərarına əsasən uçot-baza məlumatlarının araşdırılması zamanı vergi orqanının xx.xx.2021-ci il tarixli, **********144622 nömrəli “Səyyar vergi yoxlaması kecirilməsi üçün cixarilmış qərar”ına əsasən Cəmiyyətin oktyabr 2018 – dekabr 2020 tarix aralığı üzrə maliyyə təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması ilə yoxlanıldığı, xx.xx.2021-ci il tarixdə səyyar vergi yoxlamasının başa çatdığı və müvafiq olaraq xx.xx.2021-ci il tarixli, **********147847 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edildiyi, səyyar vergi yoxlaması zamanı 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətri üzrə “hesabat dövrünün sonuna debitor borc məbləği” sütunuda və 2020-ci ilin mənfəət vergisi bəyannaməsində hesabat dövrünün sonuna “Sair debitor borcları” sətri üzrə 2 035 183,65 manat qalıq məbləğinin müəyyən edilərək təsdiq olunduğu müəyyən edilmişdir. Həmçinin vergi orqanının xx.xx.2023-cü il tarixli, **********175344 nömrəli “Səyyar vergi yoxlaması kecirilməsi üçün cixarilmış qərar”ına əsasən Cəmiyyətin yanvar 2021 – iyun 2023 tarix aralığı üzrə maliyyə təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması ilə yoxlanıldığı, xx.xx.2024-cü il tarixdə səyyar vergi yoxlamasının başa çatdığı və müvafiq olaraq xx.xx.2024- ci il tarixli, **********184556 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edildiyi, səyyar vergi yoxlaması zamanı 2023-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətri üzrə “hesabat dövrünün sonuna debitor borc məbləği” sütununda 2 856 636,04 manat qalıq məbləğinin müəyyən edilərək təsdiq olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cəmiyyət tərəfindən 18607477,08 manat (ƏDV-si 3349345,87 manat) dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu, Cəmiyyətin ƏDV-nin sub-uçot hesabına bu dövr ərzində ümumilikdə 3184664,34 manat ƏDV məbləğinin, hesablaşma hesabına ümumilikdə 17774636,69 manat, o cümlədən 76000,0 manat ƏDV daxil vəsaitin mədaxil olduğu, qeyd edilən dövr üzrə Cəmiyyət tərəfindən təqdim edilmiş cari və ya dəqiqləşdirilmiş ƏDV bəyannamələrinə əsasən ümumilikdə 3199192,56 manat ƏDV məbləğinin (əsas məbləği 17773291,95 manat) hesablandığı müəyyən edilmişdir. Yəni, 2021-ci ildə yekunlaşmış səyyar vergi yoxlamasının müəyyən etdiyi mübahisələndirilən debitor borc məbləğinin 2024-cü ildə yekunlaşmış yekunlaşmış səyyar vergi yoxlamasının da təsdilədiyi, Cəmiyyət tərəfindən 2021- ci ilin yanvar ayından 2024-cü ilin oktyabr ayınadək (sentyabr ayının cari bəyannaməsi daxil) olah hesabat ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində həmin debitor borc məbləğlərinin (2 035 183,65 manat) bəyan edildiyi müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətin iyun 2023-cü il tarixədək olan dövr üzrə maliyyə təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması ilə yoxlanıldığını, yoxlama zamanı Cəmiyyətin xx.xx.2020-ci il tarixə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətri üzrə “hesabat dövrünün sonuna debitor borc məbləği”nin 2 035 183,65 manat müəyyən edilərək təsdiq edildiyini, Cəmiyyət tərəfindən 2021-ci ilin yanvar ayından 2024-cü ilin oktyabr ayınadək (sentyabr ayının cari bəyannaməsi daxil) olah hesabat ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrində həmin debitor borc məbləğlərinin (2 035 183,65 manat) bəyan edildiyini, lakin 2024-cü ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində hesabat dövrünün sonuna olan debitor borc məbləğinin araşdırmaya məlum olmayan səbəbdən azaldıldığını, bu halın vergidənyayınma riski yaratdığını nəzərə alaraq Cəmiyyətin inzibati şikayətləri təmin edilməməli və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-46575/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-495/2025 nömrəli qərarının 28-ci bəndində qeyd edilmişdir ki, qanunverici vergi orqanına bəyan edilmiş dövriyyəni azaltmaqla dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilkin bəyannamədəki məbləğlərin azaldılmasının əsaslılığını və zəruriliyini sübutetmə yükünü ilkin olaraq iddiaçının üzərinə qoyur. Yəni, vergi ödəyicisi ilkin bəyannamədə qeyd etdiyi məbləğləri dəqiqləşdirilmiş bəyannamədə azaldacaqsa bunun sübutedilməsi vergi ödəyicisinin vəzifəsidir. Çünki qeyd edilən məbləğlərin hansı səbəbdən azaldılması ilə bağlı vergi ödəyicisi əlavə sənədlər, məlumatlar təqdim edə bilər. Belə ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VMnin 16.1.3 və 16.1.7-ci maddələri). Təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" MMC-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərarın ləğvi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. İddiaçı MMC-nin etirazda qaldırılan məsələlərə dair mülahizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və mülahizə onunla əsaslandırılmışdır ki, cavabdeh etirazında qeyd edir ki, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44157/2024 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərmiş və iddiaçı tərəfindən məktubda göstərilmiş müddət ərzində dəqiqləşdirilmiş bəyannamə,əsaslandırılmış izahat təqdim etməmiş, nəticədə debitor borc kimi silinmiş 3.330.719,45 manat məbləğə 528.999,51 manat ƏDV hesablanmışdır. İddiaçı buna cavab olaraq bildirir ki, cavabdehin xx.xx.2024-cü il tarixli kameral uyğunsuzluq məktubunda ərizəçiyə "Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır" məzmunlu xəbərdarlıq edilmişdir. Cavabdehin məktubunda qeyd olunan 5 (beş) iş günü müddətində, yəni xx.xx.2024-cü il tarixdə **********392700 nömrəli məktubu ilə izahlı cavab verilmiş, dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim olunmuş və şəxsi hesab vərəqəsinə işlənmiş, müvafiq təsdiqedici sənədlərin isə bundan əvvəl vergi orqanına göndərilmiş olan xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024-cü il tarixli **********167600 nömrəli məktublara əlavə edildiyi bildirilmişdir. Vergi orqanı göndərilən məlumatlara əhəmiyyət verməmiş, onunla bağlı araşdırmanı çox səthi aparmışdır. Cavabdeh vurğulayır ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********147847 nömrəli qərarına əsasən vergi ödəyicisində digər tədiyyələrlə yanaşı oktyabr 2018-dekabr 2020-ci illərin ƏDV-si də hesablanmışdır. Qeyd olunan qərar əsasında aşkar edilmiş pozuntular, yayındırılmış vergi məbləğləri və ona müvafiq olaraq hesablanmış maliyyə sanksiyaları ödəyicinin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Qeyd olunan qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. İddiaçı buna cavab olaraq bildirir ki, debitor borcla bağlı heç bir fikir nə səyyar yoxlama aktında, nə də vergi məsuliyyətinə cəlb etmə qərarında yazılmadığından, ümumiyyətlə bu məsələ yalnız vergi orqanının uçot sənədinə sonradan əksini tapan bir məlumat olduğundan, yəni əslində yoxlama zamanı tərtib olunan sənədlərdə olmadığından, o baxımdan onlar onu mübahisələndirə bilməzdilər, çünki onlara təqdim olunan heç bir sənəddə o barədə heç bir məlumat əksini tapmamışdır. Həmin qərarı və aktı ortaya çıxarsınlar, görək orada debitor borcla bağlı bir dənə də olsun nüans varmı ki, onlar onu mübahisələndirsinlər. Debitor borcla bağlı nüans sonradan ortaya çıxdığından, onu geriyə dönüş edib məsələni onlar mübahisələndirə bilməmişlər, çünki vergi orqanı özü onu açıq mətndə orada yazmayıb və onu altsənədlərdə gizlətmişdir. Cavabdeh qeyd edir ki, "xxxx" MMC-nin debitor borcu 2020-ci ilin oktyabr ayında yaranmağa başlamışdır. Debitor borcun yaranma əsası EBAR seriyalı 451577 nömrəli və EBAR seriyalı 452412 nömrəli e-qaimələr əsasında əməliyyat həyata keçirilməsi olmuşdur. Əməliyyat həyata keçirilməsinə baxmayaraq 1.399.330,52 manat məbləğində debitor borc yaranmışdır. Bank məlumatlarından aydın olur ki, qeyd edilən eqaimələr üzrə mədaxil olmamışdır. İddiaçı bildirir ki, sifarişçi olan AR Müdafiə Nazirliyinin "Suraxanı-1" hərbi şəhərciyində bina və qurğuların tikintisi işləri üzrə bağlanmış 03 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında icraçı "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 1.639.830,51 manat avans alınmış, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 026980 nömrəli e-qaiməyə əsasən 1.525.742,37 manat sifarişçiyə iş görülmüş və xx.xx.2020-ci il tarixdə içraçıya mövcud obyekt üzrə 1.068.019,66 manat vəsait daxil olmuşdur. xx.xx.2020 tarixə alınmış avans məbləği 1.639.830,51+1.068.019,66-1.525.742,37=1.182.107,80 manat təşkil etmişdir. İcraçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAR 451577 nömrəli e-qaiməyə əsasən görülmüş işlərin dəyəri 526. 947,46 manat olmuşdur. xx.xx.2020 tarixə debitor borc 0,00 manat, alınmış avans məbləği isə 1.182.107,80- 526.947,46=655.160,34 manat təşkil etmişdir. Digər tərəfdən Müdafiə Nazirliyinin Xocavənd rayonunun inzibati ərazisində hərbi hissənin tikintisi işləri üzrə bağlanmış 04 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında icraçı "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 2.520.762,71 manat avans alınmış, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 210082 nömrəli e-qaiməyə əsasən 2.070.633,90 manat sifarişçiyə iş görülmüş və xx.xx.2020-ci il tarixdə içraçıya mövcud obyekt üzrə 1.449.443,73 manat vəsait daxil olmuşdur. xx.xx.2020 tarixə alınmış avans məbləği 2.520.762,71-2.070.633,90+1.449.443,73= 1.899.572,54 manat təşkil etmişdir. İcraçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAR 452412 nömrəli e-qaiməyə əsasən görülmüş işlərin dəyəri 1.436.600,00 manat olmuşdur. xx.xx.2020 tarixə debitor borc 0,00 manat, alınmış avans məbləği isə 1.899.572,54- 1.436.600,00=462.972,54 manat təşkil etmişdir. Göründüyü kimi, 2020-ci ilin oktyabr ayında debitor borcun yaranma səbəbi kimi EBAR seriyalı 451577 nömrəli və EBAR seriyalı 452412 nömrəli e-qaimələr əsassız olaraq qeyd olunmuşdur. Cavabdeh qeyd edir ki, 2020-ci ilin dekabr ayı üzrə debitor borcun artmasına səbəb EBAV seriyalı 063750 nömrəli və 063940 nömrəli e-qaimələr əsasında əməliyyat aparılmasına baxmayaraq bank hesabına mədaxil olmaması səbəbindən debitor borcun 635.853,13 manat məbləğində artırılmasıdır. İddiaçı bildirir ki, yuxarıdakı edilmiş qeydlərin davamı olaraq AR Müdafiə Nazirliyinin "Suraxanı-1" obyekti üzrə xx.xx.2020 tarixə avans qalığı 655.160,34 manat təşkil etmiş, xx.xx.2020 tarixli EBAS seriyalı 589070 nömrəli e-qaiməyə əsasən 401.156,78 manat və xx.xx.2020 tarixli EBAV seriyalı 063750 nömrəli e-qaiməyə görə 2.999.411,00 manat iş görülmüş, 04,11.2020-ci il tarixdə 368.863,22 manat, xx.xx.2020-ci il tarixdə 280.809,75 manat və xx.xx.2020-ci il tarixdə 1.828.917,54 manat vəsait bankdan mədaxil olunmuşdur. Beləliklə, xx.xx.2021-ci il tarixə faktiki debitor borc qalığı 401.156,78 + 2.999.411,00 - 655. 160,34 - 368. 863,22 - 280.809,75 = 266. 816,93 manat təşkil edir. Mühasibat uçotu sənədləri ilə ƏDV bəyannamə göstəriciləri arasında kənarlaşma xx.xx.2021-ci il tarixə 2.035.183,65- 266. 816,93=1.768.366,72 manat təşkil etmişdir. Bu məqsədlə vergi orqanına 2021-ci ilin yanvar ayı üzrə xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, debitor borc dürüstləşdirilmiş və vergi ödəyicisi tərəfindən 2021-ci ilin yanvar ayının sonuna qalıq 266.816,93 manat qeyd olunmuşdur. Lakin vergi orqanının xx.xx.2021-ci il tarixli **********461100 nömrəli kameral uyğunsuzluq məktubuna əsasən 1.768.366,72 manat debitor borc silinməsi səbəbindən kənarlaşma yarandığı qeyd olunmuşdur. Uyğunsuzluğun götürülməsi və əlavə vergilərin hesablanmaması məqsədilə vergi orqanının tövsiyyəsi əsasında 2021-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2022-ci il tarixdə göndərilərək həmin dövrün sonuna debitor borc qalığı 266.816,93 manat deyil, 2.035.183,65 manat əks etdirilmişdir. Təqdim edilmiş sənədlərdən və cədvəllərdən göründüyü kimi, ümumilikdə AR Müdafiə Nazirliyinin Xocavənd obyekti üzrə ƏDV daxil 10.314.861,74 manat e-qaimə əsasında iş görülmüş və 10.312.711,99 manat daxilolma olmuş, Suraxanı obyekti üzrə 6.449.999,99 manat e-qaimə əsasında iş görülmüş və 6.449.988,00 manat mədaxil olmuşdur. Beləliklə bu obyektlər üzrə bütün müqavilə öhdəlikləri icra edilmişdir. Cavabdeh etirazında qeyd edir ki, vergi ödəyicisi qeyd olunan müddət ərzində nəinki 2.035.183,65 manat debitor borcunu azaltmamış, hətta zaman zaman onu artırmışdır. İddiaçı bildirir ki, onun tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində yaranmış debitor borc məbləği e-qaimə məbləğlərinin cəmi olaraq 3.741.357,55 manat göstərilmişdir (Mənbə:xx.xx.2020-ci il tarixli 04 saylı müqavilə üzrə AR Müdafiə Nazirliyinin Xocavənd rayonunun inzibati ərazisində tikinti işləri). Lakin qeyd olunan müqavilə üzrə xx.xx.2021-ci il tarixə mövcud olan 1.088.259,32 manat avans məbləğ nəzərə alınmamışdır. Mühasibat uçotu sənədlərinə əsasən həmin dövrdə yaranmış debitor borc məbləği faktik olaraq 3.741.357,55 - 1.088.259,32 = 2.653.098,23 olmalıdır. Cavabdeh qeyd edir ki, vergi orqanı tərəfindən tərtib edilən cədvəl yanvar 2020 - sentyabr 2024-cü il tarixini deyil, oktyabr 2020 - sentyabr 2024 dövrünü əhatə etmişdir. Digər tərəfdən cavabdehin etirazında iddiaçının vergi orqanına təqdim etdiyi cari ƏDV bəyannamələrinin "təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri" adlanan sütununda 301-ci sətr üzrə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə dövriyyəsi 25.465.408,39 manat, "daxil olmuş məbləğ" sütununda isə hesabat dövrləri üzrə görülmüş işlər müqabilində daxil olmuş vəsaitlərin cəmi 21.971.812,39 göstərildiyi qeyd olunmuşdur. İddiaçı göstərilənlərlə əlaqədar onu nəzərə çatdırır ki, cavabdehin təqdim etdiyi "Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat" cədvəlində 2020-2024-cü illər ərzində təqdim edilmiş elektron qaiməfakturaların hərəkəti əhatə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının bank və ədv depozit daxilolmalarına dair məlumat və təsdiqedici sənədlər təqdim edilməmişdir. İddiaçı tərəfindən tərtib olunmuş məlumatlar və vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri bir daha sübut edir ki, xx.xx.2020-xx.xx.2024 dövr aralığında bəyannamənin "təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri" adlanan sütununda 301-ci sətr üzrə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə dövriyyəsi 36.202.423,35 manat təşkil edir. İddiaçının kameral uyğunsuzluqlarla bağlı cavabdehə və debitor borc məbləğinin hərəkəti ardıcıllığına dair məhkəməyə təqdim etdiyi sübutlar və iddiaçının vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinin 301-ci sətr üzrə "daxil olmuş məbləğ" sütununda isə hesabat dövrləri üzrə görülmüş işlər müqabilində daxil olmuş vəsaitlərin cəmi 36.190.469,75 manat bəyan edilmişdir. Cavabdeh qeyd edir ki, cəmiyyət tərəfindən 2021-ci ilin yanvar ayından 2024- cü ilin oktyabr ayınadək (sentyabr ayının cari bəyannaməsi daxil) olan hesabat ayları üçün təqdim edilmiş ƏDV bəyannaməsində hesabat dövrünün sonuna olan debitor borc məbləğinin araşdırmaya məlum olmayan səbəbdən azaldıldığını, bu halın vergidənyayınma riski yaratdığını nəzərə alaraq Cəmiyyətin inzibati şikayətləri təmin edilməmiş və xx.xx.2024-cü il tarixli qərar qüvvəsində saxlanılmışdır. İddiaçı bildirir ki, xx.xx.2020-xx.xx.2024 dövrü üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsindən qarşılıqlı üzləşmə aktı alınmış, vergi orqanına elektron təqdim edilmişdir. Həmin üzləşmə aktından göründüyü kimi, həmin dövr üzrə qeyd olunan idarənin iddiaçıya faktiki borcu yoxdur. Lakin iddiaçı tərəfindən nazirliyə təqdim edilmiş e-qaimə və bank daxilolması arasında 496.786,21 manat fərq yaranmışdır ki, bunun da səbəbi iddiaçı tərəfindən ləğvə göndərilmiş EBDU seriyalı 906230 nömrəli e-qaimənin qarşı tərəfdən təsdiq edilməsinə imkanının olmaması ilə bağlı olmuşdur. Bu səbəbdən Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsindən faktiki debitor borcun olmadığı nəzərə alınsa, həmin mübahisəli məbləğ tərəflərindən müvəqqəti olaraq debitor borc kimi hesabatda əks etdirilmişdir. Cavabdeh etirazında qeyd edir ki, vergi ödəyicisi ilkin bəyannamədə qeyd etdiyi məbləğləri dəqiqləşdirilmiş bəyannamədə azaldacaqsa bunun sübutedilməsi vergi ödəyicisinin vəzifəsidir. Çünki qeyd edilən məbləğlərin hansı səbəbdən azaldılması ilə bağlı vergi ödəyicisi əlavə sənədlər, məlumatlar təqdim edə bilər. İddiaçı bildirir ki, İMPULS-AR MMC ilkin bəyannamədə qeyd etdiyi məbləğlərin dəqiqləşdirilmiş bəyannamədə azaldılması barədə bütün lazımi sübutları artıq təqdim etmişdir. Əgər xx.xx.2024-cü il tarixədək olan dövr üzrə Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin faktiki debitor borcu yoxdursa, onda vergi orqanının kameral qaydada hesabladığı ƏDV məbləği hansı silinmiş "debitor borca" görə tutulmuşdur. Yekun olaraq qeyd etmək lazımdır ki, cavabdehin təqdim etdiyi debitor borc cədvəli yalnız özlərinin mexaniki olaraq hazırladığı bir sənəddir, cədvəldə əksini tapan göstəricilər hər hansı sənədlə təsdiqini tapmır. İddiaçının təqdim etdiyi cədvəl məlumatlar isə hər biri altsənədlərlə sübuta yetirilir.

31. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etirazda və etiraza əlavədə göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 46575/2024 saylı qərarı və həmin qərarın verilməsi ilə bağlı toplanmış icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2024-cü il sentyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edildikdən sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44157/2024 nömrəli məktubla İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlər (301.1.1.8+301.1.2.7) və ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğinin cəminin 3.330.719,45 manat olmasına baxmayaraq, bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” 399.000,00 manat göstərilməsi nəticəsində 2.931.719,45 manat məbləğində kənarlaşmanın yarandığı bildirilmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının aparılması üçün həmin dövr üzrə dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur.

35. Həmin uyğunsuzluq məktubuna müvafiq olaraq İddiaçı MMC tərəfindən vergi orqanına xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024-cü il tarixli **********167600 nömrəli, xx.xx.2024-cü il tarixli məktublar ünvanlanaraq, bildirilmişdir ki, "xxxx" MMC tərəfindən sifarişçilərə təqdim edilmiş EQF məlumatları və həmin EQF məlumatları üzrə ƏDV-depozit və bank hesabına mədaxil olan vəsaitlər üzrə qarışılıqlı araşdırma aparılaraq müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixində EBAH seriyalı 484475 nömrəli 106.959,05 manat (ƏDV məbləği 19.252,63 manat), xx.xx.2020-ci il tarixində EBAQ seriyalı 026087 nömrəli 145.599.49 manat (ƏDV məbləği 26.207,91 manat), xx.xx.2020-ci il tarixində EBAV seriyalı 63940 nömrəli 1.052.699,15 manat (ƏDV məbləği 189. 485,85 manat), ümumilikdə 1.305.257,59 manat məbləğində EQF Müdafiə Nazirliyi N saylı hərbi hissəyə təqdim edilmiş və həmin məbləğ "xxxx" MMC-nin bank hesablarına tam şəkildə ödənilmişdir. Həmin qaimələr üzrə debitor borc yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi (VÖEN: **********) ilə 18 nömrəli 03 sentyabr 2019-cu il tarixli Müdafiə Nazirliyinin "Badamdar-15" hərbi şəhərciyində N saylı hərbi hissənin tikintisi işlərinin həyata keçirilməsi üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin ƏDV daxil 4.920.000,00 manat məbləğində təklifi qəbul olunmuşdur. Cəmiyyət tərəfindən 4.916.394,48 manat dəyərində yerinə yetirilmiş tikinti işlərinin dəyərinin ödənilməsi üçün təqdim edilmiş elektron qaimələr üzrə Müdafiə Nazirliyi tərəfindən 2019-2020-ci iilər ərzində 4.916.394,48 manat maliyyə vəsaiti müəssisəyə ödənilmişdir. "xxxx" MMC tərəfindən elektron qaimələr Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim edilmiş, lakin tarixlərə müvafiq olaraq son bir neçə elektron qaimələr üzrə ödənişlər eyni tabeli təşkilatlar olduğu üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən həyata keçirilmişdir. Müəssisədə xx.xx.2024-cü il tarixə iddia müddəti keçmiş debitor borc mövcud deyildir. Lakin xx.xx.2024-cü il tarixə Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496.786,21 manat, "X4 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur. Bu səbəbdən xx.xx.2024-cü il tarixə qeyd olunmuş 3.466.232,40 manat debitor borc məbləğindən 2.931.719,45 manat silinməli və xx.xx.2024-cü il tarixə 534.512,95 manat təşkil etməlidir. ƏDV bəyannaməsi üzrə hesabat ayının əvvəlinə debitor borc məbləği 3.466.232,40 manat, hesabat ayı üzrə yaranan debitor borc məbləği 399.000,00 manat, hesabat ayı ərzində silinən borc məbləği 3.330.719,45 = (399.000,00+2.931.719,45) manat qeyd olunmuşdur. Bu məbləğdən 399.000,00 manat hissəsi cari hesabat dövründə daxilolmaya əsasən debitor borc olaraq silinmiş və 2.931.719,45 manat hissəsi isə keçmiş dövrlərdə səhv hesablanmış, faktiki mövcud olmayan və şişirdilmiş borclara görə silinmişdir. Müəssisənin cari hesabat dövrünün sonuna faktiki debitor borc məbləği 534.512,95 (3.466.232,40+399.000,00- 3.330.719,45) manat məbləğindən ibarətdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496.786,21 manat, "X4 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur.

36. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərarı ilə “İmpuls-AR" MMC-yə 2024-cü ilin sentyabr ayı üzrə 527.709,50 manat əlavə dəyər vergisi hesablanmışdır.

37. Vergi orqanı öz qərarını onunla əsaslandırır ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə 3.330.719,45 manat məbləğində olan debitor borcunu silmişdir. 2024-cü ilin sentyabr ayı üzrə təqdim edilmiş bəyannamədə silinən debitor borc məbləğinin cəminin 3.330.719,45 manat olmasına baxmayaraq bəyannamənin əlavə dəyər vergisinə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 399.000,00 manat göstərilməsi nəticəsində 2.931.719, 45 manat məbləğində kənarlaşma yaranmışdır.

38. Yəni, vergi orqanının mövqeyinə görə, iddiaçı 2.931.719,45 manat məbləğində olan debitor borcunu silmiş, lakin sildiyi məbləği dövriyyəsində əks etdirməmiş və əlavə dəyər vergisinə cəlb etməmişdir.

39. İddiaçı isə ƏDV bəyannaməsi üzrə hesabat ayının əvvəlinə debitor borc məbləğinin 3.466.232,40 manat, hesabat ayı üzrə yaranan debitor borc məbləğinin 399.000,00 manat, hesabat ayı ərzində silinən borc məbləğinin 3.330.719,45 = (399.000,00+2.931.719,45) manat qeyd olunduğunu, bu məbləğin 399.000,00 manat hissəsi cari hesabat dövründə daxilolmaya əsasən debitor borc olaraq silindiyini, 2.931.719,45 manat hissəsinin isə keçmiş dövrlərdə səhv hesablanmış, faktiki mövcud olmayan və şişirdilmiş borclara görə silindiyini, müəssisənin cari hesabat dövrünün sonuna faktiki debitor borc məbləğinin 534.512,95 (3.466.232,40+399.000,00-3.330.719,45) manat məbləğindən ibarət olduğunu (Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496.786,21 manat, "X4 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz)) iddia edərək, vergi qərarı ilə razılaşmır.

40. Məhkəmə qeyd edir ki, vergi orqanı iddiaçının sildiyi debitor borcu texniki səhv nəticəsində deyil, xx.xx.2020-ci il tarixdə verdiyi EBAR 451777 və EBAR 452412 nömrəli e-qaimələr üzrə yarandığını bildirsə də, ərizəçi tərəfindən əlavə edilmiş materiallarla (onun tərəfindən sifarişçilərə təqdim edilmiş EQF məlumatları və həmin EQF məlumatları üzrə ƏDV-depozit və bank hesabına mədaxil olan vəsaitlər üzrə cədvəllər) müəyyən olunmuşdur ki, Cəmiyyətin xx.xx.2024-cü il tarixə Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli EBDU 906230 nömrəli e-qaimə üzrə 496.786,21 manat, "X4 Kompleksi" MMC-nin xx.xx.2023-cü il tarixli EBON 886695 seriyalı e-qaimə üzrə 29.638,99 manat və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EBDZ 327285 seriyalı e-qaimə üzrə 8.087,75 manat və qeyd olan vergi ödəyicilərinin ümumilikdə 534.512,95 manat (ƏDV-siz) debitor borcu mövcuddur.

41. Cavabdeh orqan iddiaçının təqdim etdiyi bəyannamədə sildiyi 2.931.719,45 manat borcu mədaxil kimi qəbul edərək, ona əlavə dəyər vergisi hesablasa da, həmin məbləğin iddiaçıya ödənilməsinə dair (daxilolmaya dair) hər hansı bank sənədi təqdim etməmişdir.

42. AR Müdafiə Nazirliyinin "Suraxanı-1" hərbi şəhərciyində bina və qurğuların tikintisi işləri üzrə bağlanmış 03 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında icraçı "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 1.639.830,51 manat avans alınmış, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 026980 nömrəli e-qaiməyə əsasən 1.525.742,37 manat sifarişçiyə iş görülmüş və xx.xx.2020-ci il tarixdə içraçıya mövcud obyekt üzrə 1.068.019,66 manat vəsait daxil olmuşdur. xx.xx.2020 tarixə alınmış avans məbləği 1.639.830,51+1.068.019,66-1.525.742,37=1.182.107,80 manat təşkil etmişdir. İcraçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAR 451577 nömrəli e-qaiməyə əsasən görülmüş işlərin dəyəri isə 526.947,46 manat olmuşdur. xx.xx.2020 tarixə debitor borc 0,00 manat, alınmış avans məbləği isə 1.182.107,80-526.947,46=655.160,34 manat təşkil etmişdir.

43. Digər tərəfdən, Müdafiə Nazirliyinin Xocavənd rayonunun inzibati ərazisində hərbi hissənin tikintisi işləri üzrə bağlanmış 04 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında icraçı "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 2.520.762,71 manat avans alınmış, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 210082 nömrəli e-qaiməyə əsasən 2.070.633,90 manat sifarişçiyə iş görülmüş və xx.xx.2020-ci il tarixdə içraçıya mövcud obyekt üzrə 1.449.443,73 manat vəsait daxil olmuşdur. xx.xx.2020 tarixə alınmış avans məbləği 2.520.762,71-2.070.633,90+1.449.443,73= 1.899.572,54 manat təşkil etmişdir. İcraçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAR 452412 nömrəli e-qaiməyə əsasən görülmüş işlərin dəyəri isə 1.436.600,00 manat olmuşdur. xx.xx.2020 tarixə debitor borc 0,00 manat, alınmış avans məbləği isə 1.899.572,54- 1.436.600,00=462.972,54 manat təşkil etmişdir.

44. Göründüyü kimi, cavabdeh vergi orqanı 2020-ci ilin oktyabr ayında debitor borcun yaranma əsası kimi EBAR seriyalı 451577 nömrəli və EBAR seriyalı 452412 nömrəli e-qaimələri qeyd etsə də, həmin qaimələr üzrə debitor borcun yaranması halı müəyyən edilməmişdir.

45. Bundan başqa, vergi orqanı EBAV seriyalı 063750 nömrəli və 063940 nömrəli eqaimələr əsasında əməliyyat aparılmasına baxmayaraq bank hesabına mədaxil olmaması səbəbindən debitor borcun 635.853,13 manat məbləğində artırılmasını göstərmişdir.

46. Lakin AR Müdafiə Nazirliyinin "Suraxanı-1" obyekti üzrə xx.xx.2020 tarixə avans qalığı 655.160,34 manat təşkil etmiş, xx.xx.2020 tarixli EBAS seriyalı 589070 nömrəli eqaiməyə əsasən 401.156,78 manat və xx.xx.2020 tarixli EBAV seriyalı 063750 nömrəli eqaiməyə görə 2.999.411,00 manat iş görülmüş, xx.xx.2020-ci il tarixdə 368.863,22 manat, xx.xx.2020-ci il tarixdə 280.809,75 manat və xx.xx.2020-ci il tarixdə 1.828.917,54 manat vəsait bankdan mədaxil olunmuşdur.

47. Beləliklə, xx.xx.2021-ci il tarixə faktiki debitor borc qalığı 401.156,78 + 2.999.411,00 - 655.160,34 - 368.863,22 - 280.809,75 – 1.828.917,54 = 266.816,93 manat təşkil edir.

48. Mühasibat uçotu sənədləri ilə ƏDV bəyannamə göstəriciləri arasında kənarlaşma isə xx.xx.2021-ci il tarixə 2.035.183,65- 266.816,93=1.768.366,72 manat təşkil etmişdir. Bu məqsədlə vergi orqanına 2021-ci ilin yanvar ayı üzrə xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, debitor borc dürüstləşdirilmiş və vergi ödəyicisi tərəfindən 2021-ci ilin yanvar ayının sonuna qalıq 266.816,93 manat qeyd olunmuşdur. Lakin vergi orqanının xx.xx.2021-ci il tarixli **********461100 nömrəli kameral uyğunsuzluq məktubuna əsasən 1.768.366,72 manat debitor borc silinməsi səbəbindən kənarlaşma yarandığı qeyd olunmuşdur. Uyğunsuzluğun aradan qaldırılması üçün 2021-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2022-ci il tarixdə göndərilərək həmin dövrün sonuna debitor borc qalığı 266.816,93 manat deyil, 2.035.183,65 manat əks etdirilmişdir.

49. İddiaçının təqdim etdiyi sənədlərdən və cədvəllərdən göründüyü kimi, ümumilikdə AR Müdafiə Nazirliyinin Xocavənd obyekti üzrə ƏDV daxil 10.314.861,74 manat e-qaimə əsasında iş görülmüş və 10.312.711,99 manat daxilolma olmuş, Suraxanı obyekti üzrə 6.449.999,99 manat e-qaimə əsasında iş görülmüş və 6.449.988,00 manat mədaxil olmuşdur. Beləliklə bu obyektlər üzrə bütün müqavilə öhdəlikləri icra edilmişdir.

50. xx.xx.2020-xx.xx.2024 dövrü üzrə iddiaçı müəssisə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi ilə qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir ki, həmin aktda sözügedən dövr üzrə qeyd olunan idarənin iddiaçı müəssisəyə borcunun olmadığı müəyyən edilir. Qeyd olunan fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Sənan Abbasovun imzası ilə təqdim olunan xx.xx.2024-cü il tarixli məktubla da təsdiq olunur.

51. Həmçinin, iddiaçı müəssisə tərəfindən təqdim edilmiş e-qaimə və bank daxilolması arasında 496.786,21 manat fərq yaranmışdır ki, bunun da səbəbi iddiaçı müəssisə tərəfindən ləğvə göndərilmiş EBDU seriyalı 906230 nömrəli e-qaimənin qarşı tərəfdən təsdiq edilməsinə imkanının olmaması ilə bağlı olmuşdur. Bu səbəbdən Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsindən faktiki debitor borcun olmadığı nəzərə alınsa, həmin mübahisəli məbləğ tərəflərindən müvəqqəti olaraq debitor borc kimi hesabatda əks etdirilmişdir.

52. Məhkəmə qeyd edir ki, iddiaçı ƏDV bəyannamələrində bir neçə dövr üzrə debitor borc məbləğləri əks etdirsə də, sonradan bu xətanı aradan qaldırmış, cavabdeh isə silinmiş debitor borcun həqiqi olmasına, yəni belə bir borcun əvvəllər həqiqətən mövcud olmasına və alınaraq borcdan silinmiş olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

53. Cavabdeh iddiaçının ardıcıl dövrlər üzrə sildiyi debitor borc məbləğini özü əks etdirdiyinə istinad etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı xx.xx.2020-ci ildən başlayaraq hesablamanın aparıldığı 2024-cü ilin sentyabr ayı daxil olmaqla bütün əməliyyatların – alınmış avanslar, təqdim edilmiş e-qaimələr, bank köçürmələri və s. barədə sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlərlə, eyni zamanda sifarişçi təşkilatın (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin) verdiyi sənədlərlə iddiaçının 2024-cü ilin sentyabr ayına 2.931.719,45 manat məbləğində debitor borc üzrə kənarlaşmasının mövcud olmadığı müəyyən olunur.

54. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

55. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir.

56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-46575/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar