Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-319/2023 12.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Xalq X3 Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün ayrılmış, Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə onun adına dövlət torpaq kadastrı kitabında uçota alınmış Göygöl şəhərində yerləşən 600 kv.m (0.06 ha) sahəsi olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Xalq X3 Heyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1992-ci il tarixli 58-7/457 saylı məktubuna əsasən heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılıb Xanlar şəhərində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan fəhlə və qulluqçulara 520 nəfərə 40.11 hektar (o cümlədən 19.0 ha dinc və 20.11 ha örüş) ayrılıb fərdi yaşayış evi tikintisi üçün verilməsi, həmin sahənin yerində ayrılıb verilməsi, vətəndaşları yaşayış evi tikmək üçün smeta-layihə sənədləri ilə müvafiq qaydada təmin edilməsi qərara alınmışdır. Xanlar Rayon Xalq X3 Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı qərarı əsasında iddiaçının oğlu X2 fərdi yaşayış evi tikintisi üçün Heyvandarlq sovxozunun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0.06 ha torpaq sahəsi verilmiş, qərara əlavə edilmiş siyahıda mərhumun adı qeydə alınmışdır. X1 yeganə vərəsəsi iddiaçıdır və onun əmlakını faktiki olaraq o, qəbul eləmişdir. İddia ərizəsinə əlavə edilmiş AZ-İ N 378889 saylı Nəsimi Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının yoldaşı X4 15 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prokurorluğunun xx.xx.1994-cü il, 06/8336 saylı məktubundan görünür ki, mərhum Zahid Əliyevin başqa şəxslər tərəfindən qəsdən öldürülməsi ilə bağlı iddiaçının mərhum həyat yoldaşı Məmmədxan Əliyev prokurorluğa müraciat etmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı ilə Göygöl "Sukanal" idarəsi arasında suyun və sayğacın istismarına dair müqavilə bağlanılmış, eyni zamanda qaz haqqını ödənişini iddiaçı ödəmiş və qeydiyyat kodu da onun adınadır. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən gürünür ki, torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar şəhəri olmaqla fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 kv. m sahəsi olan torpaq sahəsi iddiaçının adınadır. Həmçinin orada qeyd olunmuşdur ki, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə XDS-nin xx.xx.1992-ci il tarixli, 09 saylı qərarı əsas olmuşdur. İddiaçı həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mərhum Zahid Əliyevin ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə verilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********81 nömrəli etirazda qeyd olunmuşdur ki, İddiaçı Göygöl şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş **********0114 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi Ərazi İdarəsinin elektron xəritə məlumatlarında öz əksini tapmamışdır. Həmçinin, faktiki torpaq sahəsi elektron xəritə məlumatlarına (DWG) əsasən, JN-614 və JN-615 Şəhadətnamələr ilə üst-üstə düşür. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş:- -Göygöl Rayon Dövlət Arxivinin “Xanlar Rayon Xalq X3 Heyətinin xx.xx.1992-ci il tarixli 09 saylı protokolundan” xx.xx.2021-ci il tarixli, 306 saylı Arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1992-ci il tarixli 58-7/457 saylı məktubuna əsasən heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılıb Xanlar şəhərində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan fəhlə və qulluqçulara 520 nəfərə 40.11 hektar (o cümlədən 19.0 ha dinc və 20.11 ha örüş) ayrılıb fərdi yaşayış evi tikintisi üçün verilməsi qərara alınmışdır. -Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 307 saylı Arxiv arayışından görünür ki, Xanlar Rayon Xalq X3 Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı qərarı əsasında X2 fərdi yaşayış evi tikintisi üçün Heyvandarlq sovxozunun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0.06 ha torpaq sahəsi verilmişdir. -xx.xx.2010-cu il tarixli A 267810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü XDS-nin xx.xx.1992-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli A 267810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi əslində Xanlar Rayon Xalq X3 Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı qərarına əsasən X2 verilmişdir, sonuncun isə öldüyü bildirilsə də, onun ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə mövcud deyildir. Eyni zamanda, iddiaçı X1 vərəsəsi olduğunu iddia etsə də, bu halı təsdiq edən sənədi (qanun üzrə vərəsəlik şəhadətnaməsini) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının mübahisəli torpaq sahəsi üzrə tələb hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-319/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-319/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver