Məhkəmə qərarları › İş №e-2-1(114)-3224/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3224/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3224/2024 27.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı X9 Cavabdehnə qarşı “ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Quliyeva (Əlizadə) Gülnar Ülfət qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X12 ilə X18 1993-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.1994-cü il tarixdə qızları - iddiaçı X13 anadan olmuşdur. X12 1993-cü ildə Ülfət Əlizadə ilə ailə həyatı quraraq onun yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanına gəlin köçmüş, bugünkü tarixədək o, qızı – İddiaçı ilə həmin ünvanda yaşayırlar. İddiaçının özü də həmin ünvanda anadan olmuş, orada böyümüş və 1994-cü il tarixdən bu günə qədər həmin ünvanda yaşayır. Sözügedən mənzil xx.xx.1978ci il tarixli orderlə iddiaçının nənəsi X6 məxsusdur. Lakin iddiaçının nənəsi 2007-ci il tarixdə, atası X18 isə 2016-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda iddiaçı yaşadığı evə pasport qeydiyyatına düşmək istəyir. Bununla bağlı olaraq o, cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 313-57/2-M-17507/2024 tarixli imtina məktubu ilə iddiaçının ünvan 6 ünvanında qeydiyyata düşməsinə imtina edilmişdir. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3224/2024 nömrəli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X7 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3224/2024 nömrəli qərardadı iddia tələbi “X9 ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3224/2024 nömrəli qərardadı ilə iş üzrə X10 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuş, iddiaçının özü və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Azərbaycan SSRİ Kirovabad şəhər X5 xx.xx.1978-ci il tarixli, 799 nömrəli mənzil ilə təmin olunmaq üçün Orderə əsasən, vətəndaş X8, onun ailə üzvləri X18 və digərləri Kirovabad şəhəri, 3-cü mikrorayon, bina 19, mənzil 1 ünvanında yerləşən 77.36 kv.m olan mənzillə təmin olunmuşlar. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa görə, X18 və X11 nikahları xx.xx.1994-cü il tarixdə qeyd alınmışdır. xx.xx.1994-cü il tarixli, 382552 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında X18, anası qrafasında X12 qeyd olunmuşdur. xx.xx.2007-ci il tarixli, AZ-İ 229877 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən, X8 xx.xx.2007-ci il tarixdə ölmüşdür. xx.xx.2016-cı il tarixli, AZ-İ 724049 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən, X18 xx.xx.2016-cı il tarixdə ölmüşdür. “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən, xx.xx.1994-cü il təvəllüdlü X4 rayonu, Ağdam şəhəri, Gözəlov küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Gəncə şəhəri, 3-cü mikrorayon, 19 №-li bina MKTİB-in balansına aiddir. Həmin binanın 1 №-li mənzilinə İddiaçı pasport qeydiyyatına düşməsinə Birliyin rəhbərliyi etiraz etmir. İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyatda alınması barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, şəxsin qeydiyyatda alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 5-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlaka dair məlumatın və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə məktubunda görünür ki, qurumun arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, 3-cü mikrorayon, bina 19 ünvanında yerləşən 1 nömrəli mənzil özəlləşdirilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə, yaşayış yeri üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdikdə isə əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır və yeni yaşayış yeri üzrə qeydiyyata alınır. Həmçinin, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İş materialları ilə müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil Azərbaycan SSRİ Kirovabad şəhər X5 xx.xx.1978-ci il tarixli, 799 nömrəli mənzil ilə təmin olunmaq üçün Orderə əsasən, X6 verilmiş, sonuncunun ailə üzvləri içərisində iddiaçının atası X18 da qeyd olunmuşdur. X3 Rəna Teyyub qızı ilə 1994-cü il tarixdə nikaha daxil olmuş, həmin vaxtdan onlar və xx.xx.1994-cü il tarixdə doğulmuş övladları X13 doğulduğu vaxtdan göstərilən ünvanda yaşamışlar. Hazırda da X13 həmin ünvanda yaşayır. X8 2007-ci il tarixdə, iddaçının atası X18 2016-cı il tarixdə ölmüşlər. Gəncə şəhəri, 3-cü mikrorayon, bina 19 ünvanında yerləşən 1 nömrəli mənzil hazırda özəlləşdirilməmişdir. Həmin mənzil Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 balansına aiddir və X1 həmin mənzilə pasport qeydiyyatına düşməsinə etiraz etmir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X9 ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı X13 tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X9 (FİN xxxxxxx) ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar