Məhkəmə qərarları › İş №e-2-1(114)-3247/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3247/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3247/2023 25.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 28 sentyabr 2021-ci il tarixli **********167600 nömrəli, 28 sentyabr 2021-ci il tarixli **********168300 nömrəli, 29 noyabr 2021-ci il tarixli **********661200 nömrəli və 29 noyabr 2021-ci il tarixli **********663600 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi 28 sentyabr 2021-ci il tarixli **********167600 nömrəli, 28 sentyabr 2021-ci il tarixli **********168300 nömrəli, 29 noyabr 2021-ci il tarixli **********661200 nömrəli və 29 noyabr 2021-ci il tarixli **********663600 nömrəli qərarlar qəbul edilmişdir. Qərarlarla razı deyil və qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən iddiaçı tərərə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə məhkəməyə ərizə verilməsi tövsiyyə edilmiş, iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin buraxılmadığını qeyd etmişlər. İddiaçı və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, prosessual müddətinin burxılmadığını qeyd etmişlər. Cavabdehin nümayəndəsi X2 iddia qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessul müddət keçirilmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı tərəfindən **********167600, 28 sentyabr 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə, saat 16 :38 :51-də, **********663600 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə, saat 10 :09 :19, **********661200 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə, saat 10 :08 :47-də, **********168300 nömrəli, 28 sentyabr 2021-ci tarixli qərarı isə xx.xx.2021-ci il tarixdə, saat 16 :38 :29-da oxunmuşdur. Odur ki, qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarların tarixi 28 sentyabr 2021-ci il, 28 sentyabr 2021-ci il, 29 noyabr 2021-ci il və 29 noyabr 2021-ci il tarixlidir və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. İş materiallarına əlavə edilmiş Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuş, yəni mübahisələndirilmiş qərarlar onun elektron kabinetinə göndərilmiş və **********167600, 28 sentyabr 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə, saat 16 :38 :51-də, **********663600 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə, saat 10 :09 :19, **********661200 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə, saat 10 :08 :47-də, **********168300 nömrəli, 28 sentyabr 2021-ci tarixli qərarı isə xx.xx.2021-ci il tarixdə, saat 16 :38 :29-da oxunmuşdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar