Məhkəmə qərarları › İş №e-2-1(114)-3249/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3249/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3249/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Cəmiyyətli Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı MMC və ya iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə 12 saylı Ərazi Vergilər Baş İdarəsi və ya cavabdeh ) qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü tarixli **********175344 saylı qərarı əsasında “İmpuls-AR" MMC-də (VÖEN **********) xx.xx.2021-xx.xx.2023-cü il dövrləri əhatə etməklə (sadələşdirilmiş vergi – 1-ci rüb 2021-2-cü rüb 2023; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi – 2021-ci il-2022-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları - 1-ci rüb 2021-2-cü rüb 2023; torpaq vergisi - 2021-ci il-2022-ci il; mənfəət vergisi - 2021-ci il-2022-ci il; ödəmə mənbəyində tutulan vergi - 1-ci rüb 2021-2cü rüb 2023; əlavə dəyər vergisi – yanvar 2021-iyun 2023; mədən vergisi - yanvar 2021iyun 2023; aksiz vergisi - yanvar 2021-iyun 2023; əmlak vergisi - yanvar 2021-iyun 2023) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********181281 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan yoxlama dövründə İddiaçı MMC tərəfindən yerinə yetirilmiş təmir-tikinti və quraşdırma işləri üzrə əmək tutumu aşağıdakı qaydada müəyyən edilmişdir:

Dövr Forma 2-nin ümumi dəyəri, Əmək tutumu, ƏDV-siz, ƏDV-li, AZN AZN 2021 3.914.107,47 682.021,42 2022 8.322.141,68 1.423.703,50 xx.xx.2023-xx.xx.2023 3.481.306,16 630.222,07 Yekun 15.717.555,31 2.735.946,99 Qeyd: Vergi ödəyicisi tərəfindən lazım olan sənədlər tam təqdim edilmədiyindən mal-material silgisini müəyyən etmək mümkün olmamışdır.

3. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 saylı qərar ilə 2021-ci il üzrə 110.492,43 manat əlavə mənfəət vergisi hesablanaraq, ona 55.246,22 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 177.331,50 manat əlavə mənfəət vergisi hesablanaraq, ona 88.65,75 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2021-ci il üzrə 5.201,67 manat məbləğində ƏDV hesablanaraq, ona 24.476,67 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 17.161,59 manat məbləğində ƏDV hesablanaraq, ona 38.973,48 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il üzrə 21.588,91 manat məbləğində ƏDV hesablanaraq, ona 13.404,0 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 1.082,65 manat məbləğində əmlak vergisi hesablanaraq, ona 541.33 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2021-ci il ödəmə mənbəyində tutulan vergi üzrə 77.682,28 manat məbləğində vergi hesablanaraq, ona 38.841,14 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il ödəmə mənbəyində tutulan vergi üzrə 168.853,20 manat məbləğində vergi hesablanaraq, ona 84.426,60 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il ödəmə mənbəyində tutulan vergi üzrə 72.020,40 manat məbləğində vergi hesablanaraq, ona 36.010,20 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il ƏDV məbləğinin ödənilməməsinə görə 3.781,59 manat və 2023-cü il ƏDV məbləğinin ödənilməməsinə görə 277,81 manat məbləğində maliyyə sankiyası tətbiq edilməklə, ümumilikdə vergi ödəyicisinin 651.414,63 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 384.644,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. II. Məhkəmədə icraat

4. İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********184556 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023 tarixli **********175344 saylı qərara əsasən xx.xx.2021-xx.xx.2023-cü il dövrləri əhatə etməklə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********181281 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixdə **********184556 nömrəli qərarla iddiaçı barəsində əlavə vergilər və maliyyə sanksiyası tetbiq edilmişdir. İlk olaraq bildirilir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdənibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********175344 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2- 1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov) qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Yoxlama zamanı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********180542 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" qərara əsasən "xxxx" MMC-dən (VÖEN **********) X5 "mütəxəssis" kimi dəvət edilmişdir. llk növbədə, qeyd olunan təşkilat Cəmiyyətin fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin iddiaçının fəaliyyət sahəsində təhsili və iş təcrübəsini təsdiq edən sənədlər mövcud olmadığından həmin şəxs bu sahədə mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Xüsusilə, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1356/2022 saylı, xx.xx.2021-ci il tarixli 2-1(102)-1161/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1299/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)- 386/2022 saylı, xx.xx.2021-ci il tarixli 2-1(102)-862/2021 saylı, xx.xx.2022-ci il tarixli 2- 1(102)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli 2- 1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-231/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1720/2022 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-261/2024 saylı və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Həmçinin, cavabdeh tərəfindən 2021-ci və 2022-ci illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, məlum olduğu kimi, şərti rentabellik normasına birbaşa istinad olunmaqla mənfəətin müəyyən olunması mövcud vergi qanunvericiliyinə və vahid məhkəmə təcrübəsinə ziddir. İş materiallarından görünür ki, cavabdeh ümumiyyətlə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin əlaqəli məlumatları mövcud olmadığı halda belə şərti rentabellik normasını deyil, analoji vergi ödəyicisinin məlumatları əsasında ödənilməli verginin məbləğini müəyyən etməlidir. Qanunverici şərti rentabellik normasının tətbiqini son zərurət halında, yuxarıda göstərilən qaydalarda verginin müəyyən edilməsi mümkün olmadığı halda şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən hazırkı mübahisə üzrə ƏDV və mənfəət vergisinin hesablanması əsasını "xxxx" MMC tərəfindən təqdim edilən rəyin təşkil etməsi, həmin rəyin isə mütəxəssis olmayan şəxslər tərəfindən təqdim olunması və xüsusilə də yalnız mütəxəssis rəyinin vergilərin hesablanması üçün yetərli hesab olunmaması cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli qərarın qanunsuz olmasını əks etdirir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

9. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

10. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" xx.xx.2024-cü il tarixli **********184556 saylı qərarının ləğvi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

11. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

18. Etiraz onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2023-ci il tarixli **********175344 saylı Qərarına əsasən "**********) sahibkarlıq fəaliyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi həmin Baş İdarənin Səyyar vergi yoxlamalaları İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük DVM-i X6 tapşırılmışdır. Yoxlayıcı barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Bu barədə KY231954342 saylı "Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış"da qeydlər mövcuddur. Vergi yoxlaması bütün yoxlama müddəti ərzində iddiaçı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə və baş mühasib X1 birbaşa iştirakı ilə aparılmışdır. İddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 23 və 38-ci maddələrinə istinad olunmaqla sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Forma 2-lərin, Forma 3-lərin, mal-material hesabatlarının və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yuxarı vergi orqanının "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə" xx.xx.2023-cü il tarixli **********176526 və xx.xx.2023-cü il tarixli **********177989 nömrəli qərarlarına əsasən hər bir qərara əsasən 30 iş günü müddətinə səyyar vergi yoxlamasının müddəti artırılmışdır. İddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə (vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə) əsasən "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında" xx.xx.2024-cü il tarixli **********180141 nömrəli, xx.xx.2024-cü il tarixli **********180558 nömrəli, xx.xx.2024-cü il tarixli **********181253 nömrəli, xx.xx.2024-cü il tarixli **********181568 nömrəli, xx.xx.2024-cü il tarixli **********181961 nömrəli, xx.xx.2024-cü il tarixli **********182208 nömrəli, xx.xx.2024-cü il tarixli **********182627 nömrəli Qərarlarla dayandırılmışdır (təxirə salınmışdır). Həmçinin VM-nin 23 və 45-ci maddələrinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixli **********180542 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" qərarla mütəxəssis dəvət edilmişdir. Məhz bu səbəbdən cavabdehin xx.xx.2024-cü il tarixli **********180141 nömrəli, xx.xx.2024-cü il tarixli **********180558 nömrəli, xx.xx.2024-cü il tarixli **********181253 nömrəli, xx.xx.2024-cü il tarixli **********181568 nömrəli, xx.xx.2024-cü il tarixli **********181961 nömrəli, xx.xx.2024-cü il tarixli **********182208 nömrəli, xx.xx.2024-cü il tarixli **********182627 nömrəli qərarlarla mütəxəssisin dəvət edilməsi halı ilə əlaqədar olaraq dayandırılmışdır. Yoxlamanın dayandırılması və uzadılması haqqında məlumatlar müvafiq reyestrə daxil edilməsi təmin edilmiş və geyd edilən məlumatlar "Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində" əks olunmuşdur. Baş İdarənin xx.xx.2024-cü il tarixli **********180542 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" Qərarına əsasən "xxxx" MMC-dən (VÖEN **********) X5 mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində görülmüş işlərə dair təhvil-təslim aktları (Forma 2) əsasında müxtəlif ərazilərdə görülmüş təmir-tikinti işlərinə görə malmateriallann silgisinin normalara uyğunluğunun, görülmüş işlərə görə əmək tutumunun müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixli **********847700 nömrəli mütəxəssis rəyi verilmişdir. Təqdim olunmuş mütəxəsis rəyində görülmüş işlərin tərkibində illər üzrə əmək tutumunun məbləğləri müəyyən edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş hal hazırda iddiaçının mübahisələndirdiyi qərarla "xxxx" MMC barəsində 651.414,63 manat vergi və 384.644,79 manat maliyyə sanksiyası hesablanmışdır. Belə ki, yoxlama nəticəsində ümumilikdə mənfəət vergisi uzrə 287.823,93 manat verginin hesablanmasi və Vergi Məcələsinin 58.1ci maddasinə əsasən yayındırılmiş vergi məbləğinin 50% miqdarında, yəni 143.912,0 manat maliyyə sanksiyasi tətbiq edilmişdir, ƏDV üzrə 153.708,29 manat verginin azaldılması (109.756,12 manat ƏDV isə artıq hesablanmışdır) və Vergi Məcələsinin 58.1ci maddasinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 76.854,15 manat maliyyə sanksiyası tətbiq edilmişdir,əmlak vergisi üzrə 1.082,65 manat verginin hesablanması və Vergi Məcələsinin 58.1-ci maddəsinə əsasən yayındırlmış vergi məblğinin 50% miqdarında, yəni 541,33 manat maliyyə sanksiyasının tətbiq edilmiş və Ödəmə mənbəyində tutulan vergi üzrə 318.555,88 manat verginin hesablanmasi və Vergi Məcələsinin 58.1-ci maddasinə əsasən yayındırılmiş vergi məbləğinin 50% miqdarında, yəni 159.277,94 manat maliyyə sanksiyasi tətbiq edilmişdir. Vergi Məcələsinin 58.6-ci maddəsinə əsasən alınmış mallann dəyəri ödənildiyi gündən gec ödənilmiş 8.118,79 manat ƏDV məbləğinin 50% miqdarında, yəni 4.059,4 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********181281 saylı aktla rəsmləşdirilərək bir nüsxəsi 5 gün ərzində cəmiyyətin rəhbərinə sifarişli poçtla göndərilmişdir. iddiaçının ilk dəlili ondan ibarətdir ki, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsaslanaraq aparılmış və bu zaman yoxlamanın keçirilməsinin zəruriliyini sərtləndirən hallar (mənbəyi bəlli olan əlaqəli məlumatlan) açıqlanmamış və diskresion səlahiyyətlərindən vergi orqanı məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. İddiaçının dəlili ilə bağlı qeyd olunmalıdır ki, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********175344 nömrəli qərarda vergi orqanının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində qeyd olunan diskresion səlahiyyətlərindən istifadə etməsi ilə bağlı əsaslandırması aşağıdakı məzmunda ifadə edilmişdir: Təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətin debitor borc qalığı 2.035.183,65 manat olduğu halda xx.xx.2023-cü il tarixə 2.856.636,04 manat məbləğində olmaqla debitor borc qalığının 821.452,39 manat məbləğində artdığı və vergi ödəyicisi tərəfindən 1.498.380,00 manat məbləğində məişətdə istifadə olunan elektrik cihazlan idxal edilmiş və təqdim edilmiş və ya görülmüş işlərin tərkibində qeyd edilən malların satılması barədə məlumatlar aşkar edilmədiyi, bundan başqa Bakı şəhərində elektrik-məişət mallarının satışı adlı təsərrüfat subyektinin (obyekti) qeydiyyata alındığı, lakin NKA-nın qeydiyyata alınmadığı müəyyən edilmişdir. Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması ilə məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli **********181281 nömrəli "Səyyar vergi yoxlaması" Aktının 1.8-ci bəndində də növbədənkənar səyyar vergi yoxlamasının keçirilmə əsası qeyd olunmuşdur. Belə ki, təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətin debitor borc qalığı 2.035.183,65 manat olduğu halda xx.xx.2023-cü il tarixə 2.856.636,04 manat məbləğində olmaqla debitor borc qalığının 821.452,39 manat məbləğində artdığı, eyni zamanda vergi ödəyicisi tərəfindən 1.498.380,00 manat məbləğində məişətdə istifadə olunan elektrik cihazlan idxal edilmiş, lakin təqdim edilmiş və ya görülmüş işlərin tərkibində qeyd edilən malların satılması barədə vergi orqanında mövcud olan olan uçot-baza məlumatlarında məlumatlar aşkar edilməmiş, bundan başqa Bakı şəhərində elektrik-məişət mallarının satışı adlı təsərrüfat subyektinin (obyekti) qeydiyyata alındığı, lakin NKA qeydiyyata alınmadığı müəyyən edilmişdir. Eyni zamanda vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən 2021-ci ildə cəmiyyətin ümumi gəlirləri 4.051.031,24 manat, 2022-ci ildə 6.534.500,27 manat olduğu halda, gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin və xammal-material uçotunun tam şəkildə aparılmadığı müəyyən edilmişdir. Ona görə də, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçındə (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Göründüyü kimi, həm "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023-cü tarixli **********175344 nömrəli qərarda, həm də xx.xx.2024-cü il tarixli **********181281 nömrəli "Səyyar vergi yoxlaması" Aktında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi kifayət qədər dolğun əsaslandırılmışdır. İddiaçının ikinci dəlili "Mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********180542 nömrəli qərara əsasən "xxxx" LTD MMC-dən X3 mütəxəssis kimi dəvət edilmiş olmasıdır. Belə ki, "xxxx" LTD MMC iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyil, mütəxəssis kimi cəlb edilən şəxsin isə iddiaçının fəaliyyət sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər mövcud deyildir. Bununla bağlı qeyd edilməlidir ki, "xxxx" LTD MMC-nin əsas fəaliyyət növü "Daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentlərin fəaliyyəti"dir. Həmçinin "xxxx" LTD MMC-nin nizamnaməsində Cəmiyyətin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq hüququ qeyd olunmuşdur. "xxxx" LTD MMC-nin mütəxəssisi X5 tərəfindən verilən mütəxəssis rəyinin sonunda mütəxəssisin sertifikatları əlavə olunmuşdur. Bu sertifikatlar: "Qeyri-yaşayış təminatlı daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin serifikatlaşdırılması sistemi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verdiyinə görə, digəri isə "Yaşayış təminatlı daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin serifikatlaşdırılması sistemi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvaffəqiyyətlə verdiyinə görə X4 Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən 2014-cü ildə verilmişdir. Göründüyü kimi, həm "xxxx" MMC-nin, həm də mütəxəssis qismində cəlb olunmuş X3 "xxxx" MMC ilə bağlı vergi orqanı tərəfindən qarşısında qoyulan suallara mütəxəssis kimi cavab verəcək kifayət qədər səlahiyyətləri və sertifikatları vardır. İddiaçının digər bir dəlili Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlıdır. Belə ki, iddia ərizəsində qeyd olunur ki, cavabdeh tərəfindən 2021 və 2022-ci illər üzrə mənfəət vergisi hesablanarkən birbaşa şərti rentabellik norması tətbiq olunmuşdur. Halbuki, vergi orqanı Vergi Məcəlləsinin 67.1-67.4-cü maddələrinə əsasən heç bir araşdırma aparmamışdır. Bununla bağlı bildiririk ki, mənfəət vergisinin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə uyğun olaraq hesabalanması üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli **********102500 nömrəli xidməti məktubla Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinə müraciət olunmuş, alınmış xx.xx.2024-cü il tarixli **********130200 nömrəli cavab məktubunda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmədiyi bildirilmişdir. Bu səbəbdən də ödəyicinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qəran tətbiq edilməklə cəmiyyətin 2021-2022-ci il üzrə əldə etdiyi mənfəət müəyyən edilmiş, ümumilikdə 287.823,93 manat, o cümlədən 2021-ci il üzrə 110.492,43 manat, 2022-ci il üzrə isə 177.331,5 manat əlavə mənfəət vergisi hesablanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, AR VM-də dəyişiklik edilməsi haqında 3 dekabr 2021- ci il tarixli 406-Vİ-QD №-li Qanuna əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.17-ci maddə əlavə edilmişdir: "Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir." Qeyd olunan maddə 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməklə tətbiq edilməyə başlanmışdır. Səyyar vergi yoxlaması ilə 2021-2023-cü illər üzrə mənfəət vergisinin yoxlanıldığını nəzərə alsaq, 2022-ci il üzrə hesablama həyata keçirilərkən artıq Vergi Məcəlləsinin 67.17-ci maddəsi qanuni qüvvəsini aldığından tətbiq olunmalıdır, yəni vergitutma obyekti müəyyən edilərkən sıra ardıcıllığının gözlənilməsi istisna edilirdi. Yoxlama ilə mənfəət vergisi üzrə cəmiyyətin 2021-2022-ci illərin hesabat dövrləri əhatə edilmişdir. Hər 2 il üzrə uçot metodu olaraq hesablama metodu seçilmişdir. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən mühasibat uçotu bu sahə üzrə mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, yoxlanılan dövrdə cəmiyyətdə anbar hesabatları, görülmüş təmir-tikinti və abadlıq işləri üzrə mal-materialların silinməsinə dair hesabatlar aparılmamışdır (bununla bağlı cəmiyyətin rəhbərindən müvafiq izahat da alınmış və yoxlama materiallarına əlavə olunmuşdur). Görülmüş təmir-tikinti işlərinə çəkilmiş xərcləri, o cümlədən mal-materialı müəyyən etmək mümkün olmadığı kimi, gəlirin əldə olunması ilə çəkilmiş ümumi xərci, illər üzrə əldə edilmiş mənfəəti də birbaşa müəyyən etmək mümkün olmamışdır. Mənfəət vergisinin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə uyğun olaraq hesablanması üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli **********102500 nömrəli xidməti məktubla Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinə müraciət olunmuş, alınmış xx.xx.2024-cü il tarixli **********130200 nömrəli cavab məktubunda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmədiyi bildirilmişdir. Bu səbəbdən də ödəyicinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qərarı tətbiq edilməklə Cəmiyyətin 2021-2022-ci il üzrə əldə etdiyi mənfəət müəyyən edilmiş, ümumilikdə 287.823,93 manat, o cümlədən 2021-ci il üzrə 110.492,43 manat, 2022-ci il üzrə isə 177.331,5 manat əlavə mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ƏDV hesabatları əhatə edilmişdir. Cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə hesablanmış ƏDVnin düzgünlüyü voxlanılarkən, yoxlama zamanı hesabatda göstərilən əlavə dəyər vergisi məbləğinin hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən ümumilikdə 153.708,3 manat azaldılması, 109.756,13 manat artıq hesablanması müəyyən olundu, yekun olaraq 43.952,17 manat ƏDV-nin azaldılması yoxlama ilə aşkar olundu. Kənarlaşmanın səbəbi aşağıdakı kimi izah olunur: Uçot-baza məlumatları, cəmiyyət tərəfindən təqdim olunmuş, yoxlama zamanı əldə olunmuş məlumatlar nəzərə alınmaqla yoxlama dövrü üzrə ƏDV hesabat aylarında göstərilməli olana vergi tutulan əməliyyatların dəyəri və əvəzləşdirilməli olan ƏDV məbləğləri (Vergi Məcəlləsinin 166-ci, 175-ci maddələrinin tələbləri gözlənilməklə) müəyyən edilmişdir. Nəticədə vergi tutulan əməliyyatların dəyərində bəyannamə məlumatları ilə müqayisədə ümumilikdə 49.173,0 manat, o cümlədən 2022-ci ilin aprel ayı üzrə 8.220,0 manat, 2022-ci ilin dekabr ayı üzrə 40.953,0 manat az göstərildiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla ümumilikdə dövriyyə kənarlaşmasına görə 8.851,14 manat, o cümlədən 2022-ci ilin aprel ayı üzrə 1.479,6 manat, 2022-ci ilin dekabr ayı üzrə isə 7.371,54 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Bundan əlavə cəmiyyət tərəfindən yoxlanılan dövrdə 2021-ci ilin yanvar ayı üzrə ƏDV-nin 1.747,68 manat, aprel ayı üzrə 7.199,99 manat, avqust ayı üzrə 40.005,47 manat, 2022-ci ilin yanvar ayı üzrə 55.094,63 manat, may ayı üzrə 12.970,47 manat, avqust ayı üzrə 2.379,34 manat, sentyabr ayı üzrə 130,89 manat, 2023-cü ilin yanvar ayı üzrə 13,72 manat, fevral ayı üzrə 3.428,12 manat, iyun ayı üzrə 23.366,16 manat ƏDV-nin artıq əvəzləşdirildiyi, 2021-ci ilin dekabr ayı üzrə 43.751,77 manat, 2022-ci ilin fevral ayı üzrə 15.000,83 manat, mart ayı üzrə 40.093,69 manat aprel ayı üzrə 2.880,05 manat, iyul ayı üzrə 4.159,68 manat, oktyabr ayı üzrə 130,79 manat, 2023-cü ilin mart ayı üzrə 2.890,37 manat, may ayı üzrə 2.328,81 manat ƏDV-nin isə az əvəzləşdirildiyi nəzərə alınmaqla, yekun olaraq ümumilikdə 146.337,0 manat ƏDV-nin artıq əvəzləşdirildiyi və 111.236 manat az əvəzləşdirildiyi nəzərə alinaraq yoxlama ilə ƏDV-nin 35.101,0 manat artıq əvəzləşdirildiyi müəyyən olunmuşdur Yoxlama ilə mütəxəssis tərəfindən müəyyən edilmiş illik əmək tutumu məbləğləri Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial siğorta,işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsinin hesabat dövrləri üzrə cəmlənmiş və uçot-baza məlumatlarına əsasən təqdim edilmiş vahid bəyannamə məlumatları ilə müqayisə edilmişdir (cədvəl əlavə olunur). Nəticədə yoxlama ilə təsdiq olunan hesabat dövrü üzrə (xx.xx.2021- xx.xx.2023) əmək haqqı fondunda ümumilikdə 2.275.399,12 manat, o cümlədən 2021-ci il üzrə 554.873,43 manat, 2022-ci il üzrə 1.206.094,25 manat, 2023-cü ilin 1-ci və 2-ci rübü üzrə 514.431,44 manat, fərq müəyyən edilmişdir. Əmək tutumu üzrə müəyyən edilmiş fərq məbləğlərinə Vergi Məcəlləsinin 101.1-1-ci, 101.1-3-cü maddələrinin tələbləri nəzərə alınmaqla 14% dərəcə ilə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Nəticədə yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 318.555,88 manat, o cümlədən 2021-ci il üzrə 77.682,28 manat, 2022-ci il üzrə 168.853,2 manat, 2023-cü il üzrə 72.020,40 manat, əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Mütəxəsis tərəfindən müəyyən olunan əmək haqqı fondu məbləğləri yoxlamaya təqdim olunmuş rəydə illər üzrə göstərilmişdir bu səbdəndə müəyyən olunmuş fərqlər 2021, 2022 -ci illər üzrə 4-cü rübün hesabatında, 2023-cü il üzrə isə yoxlanılan dövrün sonuncu rübündə yəni 2-ci rübün hesabatında əks etdirilmişdir. Hazırkı yoxlama ilə cəmiyyətin 2021, 2022-ci illər üzrə vergi orqanına təqdim etdiyi əmlak vergisi hesabatları əhatə olunur. Yoxlama zamanı 2021-ci il üzrə təqdim olunmuş əmlak vergisi üzrə hesabatda kənarlaşma aşkar olunmadı. 2022-ci il üzrə təqdim olunmuş əmlak vergisi hesabatında isə 1.082,65 manat kənarlaşma aşkar olunmuşdur. Kənarlaşmanın səbəbi onunla izah olunur ki, cəmiyyət tərəfindən 2022-ci il üzrə təqdim olunmuş əmlak vergisi hesabatında ARVM-nin 199.4.3-cü maddəsinə 2022-ci ilin yanvar ayından qüvvədə olan qanunla edilmiş dəyişiklik nəzərə alınmamış cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergisinə cəlb olunmamışdır.

19. Cavabdehin etiraza əlavəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

20. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, İlk növbədə inventarizasiya ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən "Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin ediliməsi haqqında" 12 saylı ƏVBİ-nin xx.xx.2023-cü il tarixli **********178259 saylı Qərarı əsasında cəmiyyətə məxsus Gəncə şəhərində və Bakı şəhərində yerləşən anbarlarda mal-material dəyərlilərinin, pul vəsaitlərinin və əsas vəsaitlərin inventarizasiyası apanlmışdır. İnventarizasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli 82 saylı "Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması" qaydalarının tələblərinə uyğun olaraq aparılmış və nəticəsi xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlarla rəsmiləşdirilmişdir. İnventarizasiya aktları və siyahıları yoxlama materiallarına əlavə olunur. İnventarizasiya nəticəsində kənarlaşma aşkar olunmamışdır. "Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında" 12 saylı ƏVBl-nin xx.xx.2023-cü il tarixli **********178259 saylı Qərarı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə xx.xx.2023-cü ildə təqdim edilmiş, onun tərəfindən imzalanmış və o, qərarla tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə tərəfindən iltizam yazılaraq imzalanmış və qeyd olunmuşdur ki, "xxxx" MMC-nin Gəncə şəhəri Mübariz İbrahimov prospekti ünvanındakı anbarında xx.xx.2023-cü il tarixə kənar və ya yolda saxlanca olan malı yoxdur. Həmin tarixə MMC-nin anbarında kənar şəxslərə aid mal yoxdur. İltizamı Qanuni nümayəndə kompüter vasitəsilə özü yazmış və imzalamışdır. xx.xx.2023-cü il tarixində Qanuni nümayəndə tərəfindən iltizam yazılaraq imzalanmış və qeyd olunmuşdur ki, "xxxx" MMC-nin ünvan 2 ünvanındakı anbarında xx.xx.2023-cü il tarixə kənar və ya yolda saxlanca olan malı yoxdur. Həmin tarixə MMC-nin anbarında kənar şəxslərə aid mal yoxdur. İltizamı Qanuni nümayəndə kompüter vasitəsilə özü yazmış və imzalamışdır. Həmin aktlar və əmlakın və digər qiymətlilərin siyahısı Qanuni nümayəndə tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Səyyar vergi yoxlaması aktında "Vergi ödəyicisinin ərazisinin, binalarının, nəqliyyat vasitələrinin habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" xx.xx.2023- cü il tarixli **********182891 nömrəli və xx.xx.2023-cü il tarixli **********182892 nömrəli protokollar tərtib olunduğu qeyd olunmuşdur. Vergi ödəyicisinin Gəncə şəhəri, Mübariz İbrahimov pr 3 ünvanda yerləşən anbarına baxış keçirilərək xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş, ünvan 4 ünvanında yerləşən anbarına baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli müvafiq protokol tərtib edilmişdir. Baxış protokollarının hər ikisi Qanuni nümayəndə tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilərək, 1 nüsxəsi götürülmüşdür. Gəncə və Bakı şəhərlərində müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü tarixlərində tərtib olunmuş "Əmlakın və digər qiymətlilərin inventarizasiyası" aktlarına əsasən MMC-nin anbarlarında hər hansı kənarlaşma aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji qərarları və iddia ərizəsində qeyd olunmuş Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə uyğun şəkildə səyyar vergi yoxlamasının əsaslandırılmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirilir ki, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********175344 nömrəli qərarda vergi orqanının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində qeyd olunan diskresion səlahiyyətlərindən istifadə etməsi ilə bağlı əsaslandırması aşağıdakı məzmunda ifadə edilmişdir: Təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətin debitor borc qalığı 2.035.183,65 manat olduğu halda xx.xx.2023-cü il tarixə 2.856.636,04 manat məbləğində olmaqla debitor borc qalığının 821.452,39 manat məbləğində artdığı və vergi ödəyicisi tərəfindən 1.498.380,00 manat məbləğində məişətdə istifadə olunan elektrik cihazları idxal edilmiş və təqdim edilmiş və ya görülmüş işlərin tərkibində qeyd edilən malların satılması barədə məlumatlar aşkar edilmədiyi, bundan başqa Bakı şəhərində elektrik-məişət mallarının satışı adlı təsərrüfat subyekti (obyekti) qeydiyyata alındığı, lakin NKA qeydiyyata alınmadığı müəyyən edilmişdir. Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli **********181281 nömrəli "Səyyar vergi yoxlaması" Aktının 1.8-ci bəndində də növbədənkənar səyyar vergi yoxlamasının keçirilmə əsası qeyd olunmuşdur. Belə ki, təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətin debitor borc qalığı 2035183,65 manat olduğu halda xx.xx.2023-cü il tarixə 2856636,04 manat məbləğində olmaqla debitor borc qalığının 821452,39 manat məbləğində artdığı, eyni zamanda vergi ödəyicisi tərəfindən 1498380,00 manat məbləğində məişətdə istifadə olunan elektrik cihazlan idxal edilmiş, lakin təqdim edilmiş və ya görülmüş işlərin tərkibində qeyd edilən malların satılması barədə vergi orqanında mövcud olan olan uçot-baza məlumatlarında məlumatlar aşkar edilməmiş, bundan başqa Bakı şəhərində elektrik-məişət mallarının satışı adlı təsərrüfat subyekti (obyekti) qeydiyyata alındığı, lakin NKA qeydiyyata alınmadığı müəyyən edilmişdir. Eyni zamanda vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən 2021-ci ildə cəmiyyətin ümumi gəlirləri 4051031,24 manat, 2022- ildə 6534500,27 manat olduğu halda, gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin və xammal-material uçotunun tam şəkildə apanlmadığı müəyyən edilmişdir. Ona görə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçındə (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Göründüyü kimi həm "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023- cü il tarixli **********175344 nömrəli qərarda, həm də xx.xx.2024-cü il tarixli **********181281 nömrəli "Səyyar vergi yoxlaması" Aktına növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi kifayət qədər dolğun əsaslandırılmışdır. Vergi ödəyicisi tərəfindən məhkəməyə ünvanlanmış ərizədə yoxlamanın başlanması qərarında əsas olaraq qeyd olunan məsələlərin yekun inzibati akt qəbul olunan zaman pozuntu kimi qiymətləndirilmədiyi bildirilmişdir.Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, yoxlamanın başlanma qərarı kifayət qədər əsaslandırılmışdır. Vergi Məcəlləsinin 49-cu maddəsi vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılmasıdır. Lakin həmin maddədə iddiaçının qeyd etdiyi məsələ ilə bağlı, yəni başlanma qərarında qeyd olunan halların məsuliyyət qərarında öz əksini tapmalı olması ilə bağı hər hansı məsələ öz əksini tapmamışdır. Mənfəət vergisi ilə bağlı: Yoxlanılan dövrdə cəmiyyət tərəfindən mühasibat uçotu bu sahə üzrə mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, yoxlanılan dövrdə cəmiyyətdə anbar hesabatları, görülmüş təmir-tikinti və abadlıq işləri üzrə mal-materialların silinməsinə dair hesabatlar aparılmamışdır (bununla bağlı cəmiyyətin rəhbərindən müvafiq izahat da alınmış və yoxlama materiallarına əlavə olunmuşdur). xx.xx.2024-cü il tarixli İmtina aktına əsasən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərara əsasən yoxlanılan dövr üzrə (xx.xx.2021xx.xx.2023) bank çıxarışları, lisenziya (xüsusi icazə) ilə bağlı sənədlər, AFFA, Bakı Abadlıq, Göygöl Olimpiya və Qaya Constructionla görülmüş işlərə dair forma-2-ləri, cəmi 140 vərəq təqdim etdi. Qalan sənədlərlə isə bağlı bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə yoxlanılan dövrdə olan forma-2-lər cəmiyyətdə olmadığından və yoxlanılan dövr üzrə material hesabatları aparılmadığından bu sənədlər təqdim edilmədi. Həmçinin material hesabatını aparmaması ilə bağlı Qanuni nümayəndə izahat vermiş, həm izahatı, həm də imtina aktını özü imzalamışdır. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmamışdır. Mənfəət vergisinin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə uyğun olaraq hesabalanması üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli **********102500 nömrəli xidməti məktubla Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinə müraciət olunmuş, alınmış xx.xx.2024-cü il tarixli **********130200 nömrəli cavab məktubunda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmədiyi bildirilmişdir. Bu səbəbdən də ödəyicinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qəran tətbiq edilməklə cəmiyyətin 2021-2022-ci il üzrə əldə etdiyi mənfəət müəyyən edilmiş, ümumilikdə 287.823,93 manat, o cümlədən 2021-ci il üzrə 110.492,43 manat, 2022-ci il üzrə isə 177.331,5 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddia ərizəsində "xxxx" MMC-nin rəy vermək səlahiyyətinin olub-olmaması məsələsi də qoyulmuşdur. MMC-nin nizamnaməsindən aydın olur ki, MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir. Odur ki, hazırkı iş üzrə onun rəy vermək səlahiyyəti mövcuddur. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə ona təqdim olunan əvvəlki rəydə forma 2-lər əsasında silginin əsassız olduğundan çıxarıldığını qeyd etsə də, hazırkı iş üzrə "xxxx" MMC tərəfindən təqdim olunan rəylərdə forma 2-lər əsasında xx.xx.2021-xx.xx.2023-cü illər ərzində tərtib olunmuş forma 2-lərin dəyəri 15.717.555,31 manat təşkil etdiyi qeyd olunmuşdur. Yəni, forma-2 lərlə bağlı hər hansı çıxarılma və ya azalmadan söhbət getmir. Ödəyiciyə təqdim olunan rəylə bağlı məktubda da qeyd edildiyi kimi yoxlamanın tarixi ilə bağlı rəydə texniki səhvə yol verilmiş, bu səbəbdən yeni rəy ona göndərilmişdir. Digər bir tərəfdən, hazırkı iş üzrə "xxxx" LTD MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunduğu kimi forma-2 sənədləri yəni mal-material hesabatları təm təqdim olunmadığından mal-material silgisini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçının nümayəndəsi Qanuni nümayəndə da izahatından və imtina aktından aydın olur ki, material hesabatını tam şəkildə aparmamışdır. Burdan isə aydın olur ki, vergi ödəyicisinin 2021 və 2022-ci illər üzrə gəlirini təsdiq edən sənədlər tam olsa da, xərcini təsdiq edən sənədlər tam tərtib olunmamışdır. Belə ki, yoxlama ilə uçot-baza məlumatları, 2021-ci ildə vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimələr, eləcə də vergi ödəyicisinin uçot metodunun hesablama metodu olduğu nəzərə alınmaqla cəmiyyətin ümumi gəlirinin 4.051.031,24 manat olduğu müəyyən edilmişdir. Belə ki, 2021-ci il ərzində cəmiyyət tərəfindən Azərbaycan Respublikasi Müdafiə Nazirliyinə (VÖEN: **********) 4.038.624,44 manat məbləğində (ƏDV-siz) təmir və əsaslı tikinti işləri, Azərbaycan Güləş Federasiyasi İctimai Birliyi MMC-nə (VÖEN: **********) 12.406,8 manat məbləğində (ƏDV-siz) təmir işləri görülmüşdür. 2021-ci il üzrə cəmiyyətin ümumi gəlirinin 4.051.031,24 manat və şərti rentabellik normasının 20% olduğu nəzərə alınmaqla cəmiyyətin mənfəəti 675.171,87 manat müəyyən edilmiş və Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə cəmiyyətə 135.034,37 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə cəmiyyət tərəfindən hesabatda göstərilmiş 24.541,94 manat mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə 2021-ci il üzrə ümumilikdə 110.492,43 manat mənfəət vergisi məbləğinin azaldılması aşkar olunmuşdur. Uçot-baza məlumatlarında son bəyannamə məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci il üzrə ümumi gəliri 6.534.500,27 manat, ümumi gəlirdən çıxılan xərcləri 6.331.914,58 manat, vergitutma məqsədləri üçün mənfəət 202.585,69 manat, mənfəət vergisi 40.517,14 manat göstərilmişdir. Yoxlama ilə cəmiyyətin 2022-ci il üzrə ümumi gəlir məbləğində 958,81 kənarlaşma müəyyən edilməmişdir. Bununda səbəbi təqdim olunmuş mənfəət vergisi hesabatında xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi məzənnə fərqi ilə bağlı 958,81 manat məbləğin göstərilməsidir ki, bu da yoxlama zamanı öz təsdiqini tapmamışdır. Beləliklə 2022-ci il üzrə cəmiyyətin ümumi gəliri 6.535.459,08 manat olmuşdur ki, o da aşağıdakılardan ibarətdir: "xxxx" MMC-nə (VÖEN: **********) 15000,0 manat məbləğində (ƏDV-siz) yaylaq festivalının təşkili ilə bağlı xidmətlər, "xxxx" MMC-nə (VÖEN: **********) 40.953,0 manat məbləğində (ƏDV-siz) idman avadanlıqlarının təqdim olunması, "xxxx" MMC-nə (VÖEN: **********) 64.406,78 manat məbləğində (ƏDV-siz) təmir və mantaj işləri, "Bakı Abadlıq Xidməti" MMC-nə (VÖEN: **********) 1.199.514,56 manat məbləğində (ƏDVsiz) əsaslı tikinti işləri, "X9”na (VÖEN: **********) 8.079,40 manat məbləğində (ƏDV-siz) təmir işləri, "X12 Kompleksi" MMC-nə (VÖEN: **********) 14.693,4 manat məbləğində (ƏDV-siz) təmir tikinti işləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (VÖEN: **********) 2.112.463,18 manat məbləğində (ƏDV-siz) əsaslı tikinti işləri, "Azərbaycan Güləş Federasiyası" İctimai Birliyinə (VÖEN: **********) 3.075,0 manat məbləğində (ƏDVsiz) video kameraların quraşdırılması işləri, Azərbaycan Respublikasi Müdafiə Nazirliyinə (VÖEN: **********) 2.980.676,14 manat məbləğində (ƏDV-siz) təmir-tikinti və quraşdırma işləri və "Cavad Xan" Tarix və Mədəniyyət Fonduna (VÖEN: **********) 29.661,02 manat məbləğində xidmət göstərilmişdir. 2022-ci il üzrə cəmiyyətin ümumi gəlirinin 6.535.459,08 manat və şərti rentabellik normasının 20% olduğu nəzərə alınmaqla cəmiyyətin mənfəəti 1.089.243,18 manat müəyyən edilmiş və Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə cəmiyyətə 217.848,64 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə cəmiyyət tərəfindən hesabatda göstərilmiş 40.517,14 manat mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə 2022-ci il üzrə ümumilikdə 177.331,5 manat mənfəət vergisi məbləğinin azaldılması müəyyən olunmuşdur. "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları"nın yoxlanılması üzrə: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Baş İdarənin xx.xx.2024-cü il tarixli **********180542 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" Qərarına əsasən "xxxx" MMC-dən (VÖEN **********) X5 mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində görülmüş işlərə dair təhvil-təslim Aktları (Forma 2-lər) əsasında müxtəlif ərazilərdə aparılmış təmir-tikinti işlərinə görə mal-materialların silgisinin normalara uyğunluğunun, görülmüş işlərə görə əmək tutumunun müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi verilməklə, görülmüş təmir tikinti işlərinin tərkibində əmək tutumunun məbləği müəyyən edilmişdir. Rəyə əsasən yoxlanılan dövrdə təhvil-təslim aktlan üzrə ümümilikdə 15.717.555,31 manat dəyərində görülmüş işlərin tərkibində əmək tutumu ümumilikdə 2.735.946,99 manat o cümlədən 2021-ci il üzrə 682.021,42 manat, 2022-ci il üzrə 1.423.703,50 manat, 2023-cü ilin 6 ayı üzrə 630.222,07 manat olaraq müəyyən edilmişdir. Yoxlama ilə mütəxəssis tərəfindən yoxlama dövrünə düşən illər üzrə müəyyən edilmiş əmək tutumu məbləğləri "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsinin hesabat dövrləri üzrə cəmlənmiş bəyannamə məlumatları ilə müqayisə edilmişdir (cədvəl əlavə olunur). Nəticədə yoxlanılan dövrdə 2021-ci il üzrə 554.873,43 manat, 2022-ci il üzrə 1.206.094,25 manat, 2023-cü ilin 1-ci və 2-ci rübləri üzrə 514.431,44 manat fərq müəyyən edilmişdir. Əmək tutumu üzrə müəyyən edilmiş fərq məbləğləri "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 25% dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır, illər üzrə müəyyən olunmuş fərqlər 2021, 2022-ci illər üzrə 4-cü rübün hesabatına, 2023-cü il üzrə isə yoxlama dövrünün son rübünün 2-cü rübün hesabatına əlavə olunmuşdur. Yoxlama ilə əlavə hesablanmış məcburi dövlət sosial sığorta haqları ümumilikdə 568.849,78 manat o, cümlədən 2021-ci il üzrə 138.718,36 manat, 2022-ci il üzrə 301.523,56 manat, 2023-cü il üzrə 128.607,86 manat olmuşdur. Eyni zamanda əmək tutumu üzrə müəyyən edilmiş fərq məbləğlərinə "Tibbi sığorta haqqında" Qanunun 15-2.2.3-cü, 15-10.1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 2% dərəcə ilə icbari tibbi sığorta üzrə sığorta haqqı hesablanmışdır. Yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə ümumilikdə 45.507,98 manat, o cümlədən 2021-ci il üzrə 11.097,5 manat, 2022-ci il üzrə 24.121,9 manat, 2023-cü il üzrə 10.288,6 manat əlavə icbari tibbi sığorta üzrə siğorta haqqı hesablanmışdır. Qeyd olunanlardan əlavə ilkin sənədlərlə bəyannamə məlumatlarının yoxlanılması nəticəsində ümumilikdə 0,47 manat, o cümlədən 2021-ci il üzrə 0,15 manat, 2022-ci il üzrə 0,30 manat 2023-cü il üzrə 0,02 manat sığorta haqqının artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktında və "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın məzmununda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan ilə bağlı hesablama əsasları və hesablanan məbləğlər öz əksini tapmasına baxmayaraq sistemdə texniki nasazlıq olduğundan qeyd olunan tədiyyə növü və məbləğlər məsuliyyət qərarının "Qərara aldı" hissəsində öz əksini tapmamışdır.

21. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında etirazda və etiraza əlavədə göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü tarixli **********175344 saylı qərarı və həmin qərarın verilməsi ilə bağlı toplanmış icraat materialları; - Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş mütəxəssis rəyi; - 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 saylı qərarı və həmin qərarın verilməsi il bağlı toplanmış icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü tarixli **********175344 saylı qərarı əsasında “İmpuls-AR" MMC-də (VÖEN **********) xx.xx.2021-xx.xx.2023-cü il dövrləri əhatə etməklə xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********181281 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********175454 nömrəli tələbnaməsi ilə sənədlərin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni xx.xx.2023-cü il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının 12 saylı Ərazi Vergilər Baş İdarəsi AZ2000, Gəncə şəhəri, H.Əliyev prospekti, 87 ünvanında təqdim olunması bildirilmiş, əks təqdirdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin götürüləcəyi barədə xəbərdarlıq edilmişdir. Daha sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 saylı qərar ilə 2021-ci il üzrə 110.492,43 manat əlavə mənfəət vergisi hesablanaraq, ona 55.246,22 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 177.331,50 manat əlavə mənfəət vergisi hesablanaraq, ona 88.65,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 5.201,67 manat məbləğində ƏDV hesablanaraq, ona 24.476,67 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 17.161,59 manat məbləğində ƏDV hesablanaraq, ona 38.973,48 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il üzrə 21.588,91 manat məbləğində ƏDV hesablanaraq, ona 13.404,0 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 1.082,65 manat məbləğində əmlak vergisi hesablanaraq, ona 541.33 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2021-ci il ödəmə mənbəyində tutulan vergi üzrə 77.682,28 manat məbləğində vergi hesablanaraq, ona 38.841,14 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il ödəmə mənbəyində tutulan vergi üzrə 168.853,20 manat məbləğində vergi hesablanaraq, ona 84.426,60 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il ödəmə mənbəyində tutulan vergi üzrə 72.020,40 manat məbləğində vergi hesablanaraq, ona 36.010,20 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il ƏDV məbləğinin ödənilməməsinə görə 3.781,59 manat və 2023-cü il ƏDV məbləğinin ödənilməməsinə görə 277,81 manat məbləğində maliyyə sankiyası tətbiq edilməklə, ümumilikdə vergi ödəyicisinin 651.414,63 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 384.644,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.

25. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.

26. Belə ki, cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli **********175344 nömrəli Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək mənbəyi bəlli məlumat kimi aşağıdakıları göstərmişdir: “Təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətin debitor borc qalığı 2035183,65 manat olduğu halda xx.xx.2023-cü il tarixə 2.856.636,04 manat məbləğində olmaqla debitor borc qalığının 821.452,39 manat məbləğində artdığı və vergi ödəyicisi tərəfindən 1.498.380,00 manat məbləğində məişətdə istifadə olunan elektrik cihazları idxal edilmiş və təqdim edilmiş və ya görülmüş işlərin tərkibində qeyd edilən malların satılması barədə məlumatlar aşkar edilmədiyi, bundan başqa Bakı şəhərində elektrik-məişət mallarının satışı adlı təsərrüfat subyektinin (obyekti) qeydiyyata alındığı, lakin NKA-nın qeydiyyata alınmadığı müəyyən edilmişdir”.

27. Məhkəmə ilk növbədə bildirir ki, cavabdehin istinad etdiyi debitor borc məbləğinin artması hər hansı gəlirin gizlədilməsinə əsas olan hal kimi qəbul edilə bilməz. İkinci tərəfdən, qeyd olunan hal da daxil olmaqla Qərarda göstərilən növbədənkənar vergi yoxlamasının başlamasına səbəb olmuş digər əsasların heç biri yoxlamanın nəticəsində qəbul edilən yekun inzibati aktda öz təsdiqini tapmamış və əlavə vergi hesablamalarının əsası kimi əks olunmamışdır.

28. Belə olan halda məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması iddiaçının gəlirlərinin gizlədilməsinə real əsas olmadan formal olaraq əks olunan əsasla başlanmışdır ki, bu da yolverilməzdir.

29. Bundan başqa, növbədənkənar səyyar vergi yoxlamasının növbəti səyyar vergi yoxlamasından əsas fərqi inzibati orqanın iradəsi ilə deyil, məhz Vergi Məcəlləsinin 38.3cü maddəsində sadalanan hallar mövcud olduğu zaman və konkret həmin əsasa dair dövr üzrə təyin olunmasıdır.

30. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında, o cümlədən xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 nömrəli qərarında göstərilmişdir ki, “Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da onun növbəti vergi yoxlamasından fərqidir. Məsələn, Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir.”.

31. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur.

32. Halbuki, iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır.

33. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər.

34. Göründüyü kimi, cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlaması mənbəyi bəlli olan əsas üzrə başlanılmamış, həmçinin, iki il yarım dövrü əhatə etmişdir ki, bu da yuxarıda qeyd olunanlara uyğun deyil. Bundan əlavə, yoxlamanın əhatə etdiyi dövr yanvar 2021 – iyun 2023 dövrü olsa da, cavabdeh yoxlamanın başlanması qərarında xx.xx.2023-cü il tarixə olan debitor borcla müqayisə aparmışdır ki, bu da yoxlama dövrünü əhatə etmədiyinə görə yoxlamanın başlanma əsası kimi çıxış edə bilməzdi.

35. Məhkəmə qeyd ki, səyyar vergi yoxlaması əsassız başladığından artıq yekunda qəbul olunan inzibati akt da formal-hüquqi baxımından qüsurlu olduğundan qanunsuzdur.

36. Səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndinə əsasən, vergi ödəyicisinin əmlakının inventarizasiyasının aparıldığı müəyyən olunur. Lakin yoxlamaların vahid məlumat reyestrində bu barədə məlumat qeyd edilməmişdir.

37. Bundan başqa, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisinin anbarına baxış keçirilərək müvafiq protokollar tərtib olunmuşdur. Lakin baxış keçirilməsi barədə məlumatlar da yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir.

38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

39. Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin: 3.3-cü bəndinə əsasən, Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.);

40. Bundan başqa, səyyar vergi yoxlaması aktının 10-13-cü səhifələrinə əsasən cavabdehin şərti rentabellik norması tətbiq etməklə 2021-ci və 2022-ci il üzrə mənfəət vergisi hesabladığı müəyyən olunur. Məhkəmə tərəfindən iddiaçı tərəfindən iş materiallarına əlavə olunan 2021-ci və 2022-ci ilin gəlir və xərc sənədlərinin araşdırılması zamanı həmin illərin mənfəət vergisi bəyannamələri göstəricilərinin sənədlərlə təsdiq olunduğu müəyyən olunur. Belə olan halda cavabdeh tərəfindən şərti rentabellik normasının tətbiq olunmasına əsas mövcud olmamışdır.

41. Qeyd olunmalıdır ki, cavabdeh özü də yoxlama aktında hər hansı sənədlərin çatışmadığını qeyd etməmiş, şərti rentabellik normasının tətbiq olunmasına əsas kimi malmaterialların silgi hesabatlarının olmamasına istinad etmişdir.

42. Məhkəmə ilk növbədə bildirir ki, mal-material silgisi hesabatının mövcud olmamasına görə şərti rentabellik normasının tətbiq olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

43. Bundan başqa, şərti rentabellik normasının tətbiqi ilə bağlı kassasiya instansiyasının formalaşmış vahid təcrübəsinə görə (2022-ci ilədək vergi dövrləri üzrə) vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunmuş əlaqəli məlumatlardan, həmin məlumatlar yetərli olmadıqda analoji vergi ödəyicisinin məlumatlarından, son zərurət halında isə şərti rentabellik normasını tətbiq etməklə mənfəəti(gəliri) müəyyən etməlidir.

44. Hazırki iş üzrə isə ümumiyyətlə hər hansı gəlir və ya xərc sənədinin əskik olması müəyyən edilmədiyindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinə hər hansı zərurət mövcud olmamışdır. Bununla da, cavabdeh tərəfindən 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisinin əsassız hesablandığı müəyyən olunur.

45. Həmçinin, cavabdeh tərəfindən 43.952,17 manat ƏDV məbləğinin az hesablandığı qeyd olunmuşdur. Bununla bağlı bildirilir ki, iddiaçı iş materiallarına əlavə etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim olunan ƏDV bəyannamələri üzrə dövriyyə və əvəzləşdirmə məbləğləri düzgün olaraq əks etdirilmişdir. Cavabdehin yoxlama aktında qeyd etdiyi aylar üzrə ƏDV kənarlaşması müəyyən olunmur.

46. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən yoxlamaya xx.xx.2024-cü il tarixli qərar əsasında mütəxəssis cəlb edilmiş və təqdim edilən rəy əsasında məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta məbləği, həmçinin ödəmə mənbəyində vergilər hesablanmışdır. Lakin aktda əks olunan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta məbləğləri qərarın “qərara alıram” hissəsində göstərilməmişdir.

47. Cavabdeh sonradan qərarda hər hansı düzəliş həyata keçirməmiş, hesabladığı məbləği şəxsi hesab vərəqəsində əks etdirmişdir.

48. Məhkəmə bununla bağlı bildirir ki, həmin məbləğin inzibati orqan tərəfindən qərarın “qərara alıram” hissəsində əks olunmaması kobud pozuntu olmaqla yanaşı, vergi ödəyicisi üçün də hər hansı hüquqi nəticə yaradan hal deyil.

49. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na 27 nömrəli əlavə ilə təsdiq olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının vergi qanunvericiliyinin və ya sosial sığorta, yaxud tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar nümunəsinin “Qərara alıram” hissəsi Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsasında məsuliyyətə cəlb olunmanın yazılı inzibati aktda əks olunması yerini tənzimləyir. Cavabdeh məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta məbləği həmin hissədə əks etdirməməsi heç bir halda texniki xəta olaraq qiymətləndirilə bilməz. Çünki ən azından cavabdeh inzibati icraatı təzələyərək həmin hissəyə düzəliş edə bilərdi. Hazırkı vəziyyətdə isə həmin hissədə hesablamalar vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığına görə qanunsuz olaraq şəxsi hesab vərəqəsində əks olunmuşdur.

50. Bundan əlavə, cavabdeh məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta məbləği, həmçinin ödəmə mənbəyində vergilərin hesablanmasının əsasında mütəxəssis rəyinə istinad olunmuşdur.

51. Həmin rəy məhkəmə tərəfindən tədqiq olunarkən müəyyən edildi ki, rəyi təqdim edən X3 tikinti sahəsində xüsusi bilik və iş təcrübəsinə dair müvafiq sənədlər təqdim edilməmişdir.

52. Həmçinin, rəydə əks olunan göstəricilərə dair hər hansı təsdiqedici məlumatlar göstərilməmiş, göstərilən rəqəmlərin alınma mənbələri qeyd olunmamışdır. Bu baxımdan F.İbrahimovun təqdim etdiyi rəy mötəbər hesab oluna bilməz.

53. Məhkəmə onu da qeyd edir ki, rəydə ilk olaraq mal-material silgisi üzrə məlumatlar göstərilmiş, sonradan rəy yenidən təqdim edilərək həmin hissə çıxarılmışdır. Bu barədə cavabdehin xx.xx.2024-cü il tarixli yekun qərarında xüsusi olaraq qeyd aparılmış, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixində məktubla müraciət edərək xx.xx.2024-cü il tarixli rəyə düzəliş edərək mal-material silgisi ilə bağlı rəy verməyin mümkünsüz olduğu bildirilmişdir. Halbuki, daha əvvəl təqdim olunan rəydə 7 sayda mal üzrə material silgisi göstərilmişdir.

54. Göründüyü kimi, rəy təqdim edən şəxs özü də verdiyi rəyin həqiqəti əks etdirdiyinə əmin olmamış, sonradan düzəliş edərək mal-material silgisi ilə bağlı hissəni rəydən çıxarmışdır. Cavabdeh isə xx.xx.2024-cü il tarixli qərarında əks olunanlara diqqət yetirmədən etiraza əlavədə mal-material silgisinin rəydən çıxarılmadığını qeyd etmişdir.

55. Təqdim edilən mütəxəssis rəyində aparılmış tikintilər üzrə əmək tutumu da müəyyən edilmişdir ki, bu göstəricilərin necə alındığı ümumiyyətlə göstərilməmişdir. Belə ki, rəydə mütəxəssisin tikinti aparılan ərazidə olması, müvafiq ölçmə işlərini aparması barədə məlumatlar olması əvəzində qanunvericiliyin ümumi müddəaları və nəzəri məsələlər əks olunmuş və yalnız cədvəllə nəticəvi hissə göstərilmişdir. Cədvəldə əks olunan məlumatların reallığı əks etdirməsinə dair isə heç bir araşdırma aparılmamışdır.

56. Məhkəmə xüsusilə bildirir ki, kassasiya instansiyasının vahid mövqeyinə görə, belə formada mütəxəssis rəyi əsasında vergilərin hesablanması yolverilməzdir. Belə ki, həmin rəy hesablamanın aparılmasının yeganə əsası qismində çıxış edə bilməz.

57. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-261/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, “ Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin qeyd etmək lazımdır ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisin həyata keçirdiyi tədqiqat metodu iddiaçının gördüyü işlər üzrə əmək tutumunun hesablanması üçün əsas ola bilməz. Belə ki, mütəxəssis rəyi ilə görülmüş işlərə cəlb edilmiş muzdlu işçilərin sayını və tərkibini (fəhlə, usta, sürücü və s. olmasını) və hansı işçinin hansı işləri hansı həcmdə gördüyünü və gördüyü işlərə görə hansı həcmdə vəsait (əmək haqqı) aldıqlarını müəyyən etmək yolverilməzdir.

58. Nəzərə alınmalıdır ki, işlərin görülməsi üçün xidmət haqqının (əmək haqqının) yuxarı və aşağı hədd müəyyən edilməmiş və hər bir işçinin vəzifəsinə görə əmək haqqısı fərqlidir. Eyni zamanda eyni növ işlərin vəzifəsi eyni olan ayrı-ayrı şəxslər tərəfindən də fərqli qiymətlərə görülməsi mümkündür. Bu arada onu da qeyd etmək lazımdır ki, əmək tutumunun hesablanması ilə bağlı “əsaslı şübhədən kənar” sübutları əldə etmək üçün vergi orqanı ən azından operativ vergi nəzarəti tədbiri həyata keçirməklə tikinti işləri gedən zaman orada faktiki işləyən işçilərin sayını və aldıqları əmək haqqının həcmini müəyyən edə bilərdi. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin tam təqdim edilmədikdə, mühasibat uçotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini VM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, VM-in 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələrini mötəbər sübut kimi çıxış edə bilərdi.

59. Yəni, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialın norma daxilində silinməsinin müəyyən edilməsinə dair sənədlərin (tikinti işlərində istifadə olunmuş malların alış sənədlərinin) olmadığına görə verginin bu qaydada yəni, tikinti gedən yerə getmədən, həmin mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan bu qaydada tərtib olunmuş mütəxəssis rəyi ilə hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericiliyində mövcud deyildir. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz “.

60. Göründüyü kimi, hazırki mübahisə üzrə də mütəxəssis kimi cəlb olunmuş şəxs eyni qaydada rəy təqdim etdiyindən həmin rəy vergilərin hesablanması üçün mötəbər hesab oluna bilməz. Bu səbəbdən rəy əsas götürülməklə hesablanmış ÖMV və məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı məbləğləri əsassızdır.

61. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən iddiaçı barəsində 4.059,4 manat məbləğində, Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən isə 1.082,65 manat məbləğində əmlak vergisi hesablamışdır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə zidd olaraq əsassız başladığından və bu səbəbdən inzibati akt formal-hüquqi baxımdan qüsurlu olduğundan qeyd olunan hissələrdə də qərar əsassızdır.

62. Göstərilənlərə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********184556 saylı Qərarı ləğv olunmalıdır.

63. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

64. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir.

65. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

66. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar