Məhkəmə qərarları › İş №e-2-1(114)-3251/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3251/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3251/2023 05.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı tender üzrə (56578 saylı) nəticələrin ləğv edilməsi və həmin tender üzrə onların tender qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə onlarla müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materialların satın alınmasına dair” açıq tender üzrə (56578 saylı) nəticələrin ləğv edilməsi və həmin tender üzrə onların tender qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə onlarla müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. "xxxx" ASC “0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materialların satın alınmasına dair” açıq tender elan etmişdir.

2. "xxxx" ASC-nin həmin açıq tender prosedurunda təklif zərfləri xx.xx.2023-cü il tarixdə açılmış və müəyyən edilmişdir ki, müsabiqədə 4 iddiaçı iştirak edir və onlardan "xxxx" QSC 4270593.34 manat, İddiaçı MMC 3657225.00 manat, “X3” QSC 4487526.37 manat, "xxxx" QSC ********.11 manat qiymət təklif edir.

3. "xxxx" ASC-nin Tender Komissiyası tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli qərarla bildirilmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən formal tələblərə uyğun olmadığı üçün Tender Komissiyası tərəfindən kənarlaşdırılmışdır.

4. İddiaçı MMC tərəfindən həm "xxxx" ASC-yə, həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlə müraciət edilərək, tender təklifinin kənarlaşdırılması barədə tender komissiyasının qərarı olduğu təqdirdə onun ləğv (etibarsız) hesab edilməsi, satınalma prosedurlarının dayandırılması, onlar da daxil olmaqla bütün tender təkliflərinə baxılaraq qiymətləndirilməsini xahiş edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/2-10796/2023 nömrəli məktubunda “0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materialların satın alınmasına dair” elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsi barədə yekun protokola Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxıldığı, elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurundan “X3” QSC və "xxxx" QSC tərəfindən təqdim olunan tender təkliflərinin ehtimal olunan qiymətdən yüksək olması səbəbindən kənarlaşdırılması barədə tender komissiyasının qərarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq etiraz edilmədiyi, eyni zamanda "xxxx" ASC tərəfindən təqdim olunmuş 427593.34 (dörd milyon iki yüz yetmiş min beş yüz doxsan üç manat otuz dörd qəpik) manat məbləğində 0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materialların satın alınması məqsədilə "xxxx" QSC ilə müqavilənin bağlanmasına əsas verən elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsi barədə yekun protokolun Dövlət Xidmətində 24 may 2023-cü il tarixində 3-21-1/1-7302/2023 nömrəsi ilə qeydə alındığı bildirilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri malmaterialların satın alınmasına dair” açıq tender üzrə (56578 saylı) nəticələrin ləğv edilməsi və həmin tender üzrə onların tender qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə onlarla müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tender prosedurunda 4 iddiaçı arasında ən aşağı məbləğ təklif etsə də (ən yaxın rəqib iddiaçıdan 600000 manat aşağı), buna baxmayaraq satınalan tərəf, yəni "xxxx" ASC onlara qarşı əsassız tələblər irəli sürərək Şirkəti tenderdən kənarlaşdırmaq istəyir. Belə ki, "xxxx" ASC tender keçirdikdən sonra 10 aprel 2023-cü il tarixdə elektron məktub ünvanlayaraq bildirmişdir ki, “Hörmətli iddiaçı, Sizdən təklif etdiyiniz mal-materialların marka, model, istehsalçı ölkə və xarakteristikası haqqında məlumatı və müvafiq mallar üzrə uyğunluq sertifikatları tələb olunur. Xahiş edirik tələbi düzgün oxuyun və günün sonuna qədər cavablandırın. Əks təqdirdə təklifiniz qiymətləndirilməyə alınmayacaq”. Həmin məktub üzrə onların tərəfindən belə bir məzmunda cavab məktubu ünvanlanmışdır: “Hörmətli satınalan təşkilat, yuxarıda irəli sürdüyünüz tələblər, Satınalma haqqında Qanunun 14.2-ci maddəsinə ziddir. Buna baxmayaraq tələb etdiyiniz bütün sənədlər toplusunu göndərmişik”. Bundan sonra isə 11 aprel 2023-cü il tarixdə daha bir məktub ünvanlanmışdır ki, “Hörmətli satınalan təşkilat, 0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materialların satın alınmasına dair” tenderin zərfinin açılışının xx.xx.2023-cü il tarixdə saat 12:00-da olmasına baxmayaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada podratçılara heç bir məlumat verilmədən, zərflərin açılışını səbəbsiz olaraq növbəti gün həyata keçirmisiniz. Əlavə olaraq bildirmək istərdik ki, 14.2-ci maddəyə əsasən İddiaçılara satınalma prosedurlarında iştirakına maneçilik törədən və ya onu məhdudlaşdıran, o cümlədən dövlət mənsubiyyətinə görə ayrıseçkiliyə yol verən, satın alınan malların (işlərin və xidmətlərin) texniki və keyfiyyət göstəricilərini əks etdirən hər hansı xüsusiyyətlər, planlar, cizgilər və eskizlər, sınaqlara və sınaq metodlarına, qablaşdırmaya, markalamaya, etiketləməyə və ya sertifikatlaşdırmaya aid tələblər, həmçinin şərti işarələr və terminlər və ya xidmətlərin təsviri ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərinə, tenderin X5na və ya təkliflərin, ofertaların və ya kotirovkaların cəlb olunmasına dair sənədlərə daxil edilmir və onlardan istifadə olunmur. xx.xx.2023-cü il tarixində saat 12:06-da bizə siz tərəfdən ünvanlanan elektron müraciətdə ƏŞT-da iş həcmindəki cədvəldə marka, model qeyd etmədiyimiz təqdirdə, Qanunun 14.2ci maddəsinə zidd olaraq bizdən bunları tələb edirsiniz. Buna rəğmən, xx.xx.2023-cü tarixində saat 15:33-də şirkətimiz tərəfindən təqdim olunan qiymət təklifinə malmaterialların vaxtında çatdırılmasını təmin edəcəyimizi təsdiq etmək üçün rəsmi blankda məktub ünvanladıq və əlavə olaraq bütün sertifikatlar, texniki spesifikasiyalar və istehsalçı ölkələrin adlarını qeyd edərək, sizə təqdim etdik. xx.xx.2023-cü il tarixdə saat 15:43-də yenidən bizdən malların marka, model, istehsalçı ölkə və xarakteristika tələb etmisiniz və həmin günün iş saatının bitməsinə bir saat qalmış xx.xx.2023-cü tarixində saat 16:47-də marka, model və istehsalçı ölkə məlumatlarını əks etdirən cədvəli göndərmisiniz. xx.xx.2023-cü tarixində saat 16:56-da göndərdiyiniz elektron müraciətdə təqdim etdiyiniz cədvəli həmin günün iş saatının sonuna qədər (yəni 18:00-dək) cavablandırmayacağımız təqdirdə, təklifimizi qiymətləndirməyə almayacağınızı bildirmisiniz. Bu isə podratçı şirkətin açıq-aşkar sıxışdırılması deməkdir. Buna baxmayaraq istədiyiniz tələbə uyğun olaraq cədvəldə bütün məlumatları (marka, model, istehsalçı ölkə) qeyd edib Sizə göndəririk”. X5 ixtisas göstəriciləri Qanunun 6.4-cü maddəsində nəzərdə tutulandan əlavə heç nə ilə müəyyənləşdirilə bilməz. III. Prosessual məsələlər:

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı üzrə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçıya göndərilmiş məhkəmə bildirişi və qanunauyğunluq barədə sərəncam məktubunun üzərinə “ünvan düzgün deyil” yazılaraq geri qayıtsa da, iddiaçı MMC-nin vəkil olan nümayəndəsinin Elektron-məhkəmə informasiya sistemində mövcud olan elektron kabineti vasitəsilə iş üzrə sistemə daxil edilmiş bütün sənədləri əldə etmək imkanı olduğundan məhkəmə həmin sənədləri iddiaçıya çatdırılmış hesab edir.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının vəkil olan nümayəndəsi Elektron-məhkəmə informasiya sistemində mövcud olan elektron kabineti vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə təqdim edilmiş sübutlar əsasında onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

13. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı hallara və əsaslara görə iddia mümkün sayılmamalıdır.

16. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC “0.4-35 kV elektrik xətlərdə cərəyan axının və elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin etmək üçün zəruri mal-materialların satın alınmasına dair” açıq tender elan etmiş və İddiaçı MMC də daxil olmaqla 4 ədəd şirkət həmin tenderdə iştirak etmiş, həmin açıq tender prosedurunda təklif zərfləri xx.xx.2023-cü il tarixdə açılmış və müəyyən edilmişdir ki, müsabiqədə 4 iddiaçı iştirak edir və onlardan "xxxx" QSC 4270593.34 manat, İddiaçı MMC 3657225.00 manat, “X3” QSC 4487526.37 manat, "xxxx" QSC ********.11 manat qiymət təklif edir. "xxxx" ASC-nin Tender Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən formal tələblərə uyğun olmadığı üçün İddiaçı MMC tenderdən kənarlaşdırılmışdır.

17. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 24.1. Tenderin X5nda aşağıdakı məlumatlar göstərilir: 24.1.1. tender təkliflərinin hazırlanmasına dair təlimatlar; 24.1.2. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin bu Qanunun 6-cı maddəsinin müddəalarına uyğun qiymətləndirilməsi, həmçinin bu Qanunun 36.13-cü maddəsinə əsasən ixtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları və meyarları; 24.1.3. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini təsdiq edən sənədlərə və ya digər məlumatlara aid tələblər; 24.1.4. bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri; 24.1.5. qalib gələn tender təklifinin müəyyənləşdirilməsi üçün bu Qanunun 36.7, 36.8 və 36.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilmiş meyarlar və onların nisbi qiyməti; 24.1.6. tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi şərtləri (səmərəli olduğu sübut olunarsa); 24.1.7. satınalma müqaviləsinin şərtləri və tərəflərin imzalayacaqları müqavilənin forması; 24.1.8. tender təklifinin alternativ variantına yol verildikdə, bu barədə məlumat, həmin təkliflərin müqayisəsi və qiymətləndirilməsi üsulunun təsviri; 24.1.9. tender təklifinin malların (işlərin və xidmətlərin) bir hissəsi üçün təqdim olunmasına icazə verildikdə həmin hissənin (hissələrin) təsviri; 24.1.10. malların (işlərin və xidmətlərin) qiymətinə onların dəyərindən başqa, digər xərclərin (nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilə biləcəyi haqqında məlumat, tender təklifinin qiymətinin hesablanması və ifadə olunması üsulu; 24.1.11. tender təklifinin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar); 24.1.12. tender təkliflərinin hazırlandığı dil (dillər); 24.1.13. tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatlarının formaları, məbləği, emitenti, təsdiqləyici tərəf (əgər tələb olunursa) və digər şərtləri; 24.1.14. tender təklifləri verilməsinin qaydası, yeri və son müddəti; 24.1.15. iddiaçılara tenderin X5 ilə bağlı izahat verilməsi üsulu, habelə bu mərhələdə satınalan təşkilatın iddiaçılarla görüş keçirmək niyyətinin olub-olmaması; 24.1.16. tender təkliflərinin qüvvədə olma müddəti; 24.1.17. tender təklifləri zərflərinin açılması yeri, günü və saatı; 24.1.18. tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün istifadə olunacaq valyuta; 24.1.19. dövlət satınalmalarına dair normativ hüquqi aktlara istinadlar; 24.1.20. satınalmaların təşkili ilə bağlı məlumat almaq üçün tender komissiyasının əlaqələndirici şəxsinin (şəxslərinin) adı və vəzifəsi; 24.1.21. tender komissiyasının qərarından, üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) malgöndərənin (podratçının) şikayət etmək hüququ; 24.1.22. tender komissiyasının bütün tender təkliflərini rədd etmək hüququna dair qeyd; 24.1.23. tender təklifinin akseptindən sonra satınalma müqaviləsinin qüvvəyə minməsi üçün tələb olunan sənədlər və onların tərtibi müddətləri; 24.1.24. malların (işlərin və xidmətlərin) sığortalanması qaydası və şərtləri; 24.1.25. satınalan təşkilatla tenderin qalibi və ya iştirakçıları arasında mübahisələrin həlli qaydaları; 2.4.1.26. satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində bu Qanunun 51.1 və 51.2-ci maddələrinin tələblərinə uyğun olaraq müqavilə qiymətində dəyişiklik edilməsi qaydaları. Maddə 36.1. Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. Maddə 36.2. Bu Qanunun 36.1-ci maddəsindən asılı olmayaraq satınalan təşkilat tender təkliflərinə baxılması gedişində aşkar edilmiş sırf hesab səhvlərini düzəldir. Satınalan təşkilat hər hansı belə düzəliş barəsində tender təklifini vermiş malgöndərənə (podratçıya) ləngimədən məlumat verir. Maddə 36.3. Bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin X5nda göstərilmiş bütün tələblərə cavab versin. Maddə 36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir 36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə... Maddə 36.6. Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gəlmiş tender təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin X5nda göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə qiymətləndirir və müqayisə edir. Tenderin X5nda göstərilməyən meyarlardan istifadə edilmir. Maddə 55.1. Satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Maddə 56.1. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir). Maddə 56.2. Şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilmişdirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır. Maddə 56.3. Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir. Maddə 56.4. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir. Maddə 56.5. Bu Qanunun 57-ci və ya 60-cı maddələrinə uyğun şikayət verilmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin qərarı qəti qərar sayılır. Maddə 57.1. Bu Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanına şikayət verə bilər: 57.1.1. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən şikayət 56-cı maddəyə uyğun verilə bilməzsə və ya şikayətə həmin maddəyə uyğun baxıla bilməzsə (bu şərtlə ki, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçənədək verilsin); 57.1.2. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən satınalan təşkilatın rəhbəri şikayətə baxmırsa (bu şərtlə ki, şikayət ona baxılmaması haqqında qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin); 57.1.3. bu Qanunun 56.4-cü maddəsinə müvafiq surətdə (bu şərtlə ki, şikayət 56.3-cü maddədə göstərilən müddət qurtardıqdan sonra 15 bank günü ərzində verilsin); 57.1.4. həmin malgöndərən (podratçı) satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin bu Qanunun 56-cı maddəsinə uyğun çıxardığı qərar nəticəsində zərərə düşdüyünü iddia edirsə (bu şərtlə ki, şikayət qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin). Maddə 57.2. Müvafiq icra hakimiyyəti orqanı şikayəti aldıqdan sonra dərhal bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərir. Maddə 57.3. Müvafiq icra hakimiyyəti orqanı şikayəti rədd etmirsə, aşağıdakı hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edə bilər: 57.3.1. şikayətin predmetinə aid məsələləri tənzimləyən hüquq normalarını və ya prinsiplərini müəyyənləşdirmək; 57.3.2. satınalan təşkilata qanunsuz hərəkətlər etməyi və ya qanunsuz qərarlar qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi qadağan etmək; 57.3.3. qanunsuz hərəkətlər etmiş və ya qanunsuz prosedurlar tətbiq etmiş və ya qanunsuz qərarlar qəbul etmiş satınalan təşkilatı qanuni hərəkət etməyə və ya qanuni prosedurlar tətbiq etməyə və ya qanuni qərar qəbul etməyə məcbur etmək; 57.3.4. satınalan təşkilatın qanunsuz hərəkətini dayandırmaq və ya qanunsuz qərarını tam və ya qismən ləğv etmək; 57.3.5. satınalan təşkilatın qanunsuz qərarına yenidən baxmaq və ya onun əvəzinə öz qərarını qəbul etmək; 57.3.6. kompensasiya ödənilməsi barədə iddia qaldırmaq; 57.3.7. satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək. Maddə 57.4. Müvafiq icra hakimiyyəti orqanı baxılan şikayət üzrə 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müdafiə vasitələrini göstərir (əgər belə müdafiə vasitələri təqdim edilirsə). Maddə 57.5. Bu Qanunun 60-cı maddəsinə müvafiq surətdə iddia verilmirsə, belə qərar qəti qərar sayılır. Maddə 59.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun vaxtında verilən şikayət əsaslı olduqda, şikayətin araşdırılması məqsədi ilə satınalma proseduru 7 bank günü müddətinə dayandırılır. Şikayətə satınalma prosedurlarının dayandırıldığı müddət ərzində baxılır. Maddə 59.2. Satınalma müqaviləsi qüvvəyə mindiyi halda, bu Qanunun 57-ci və 59.1-ci maddələrinə uyğun, habelə vaxtında verilən şikayət əsasında iddianı araşdırmaq məqsədi ilə satınalma müqaviləsinin icrası 7 bank günü müddətinə dayandırılır. Maddə 59.3. Şikayət vermiş malgöndərənin (podratçının) hüquqlarının təmin edilməsi məqsədi ilə və ya şikayətə baxılması prosedurlarının başlanması üçün satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri satınalma prosedurlarının bu Qanunun 59.1-ci maddəsinə uyğun dayandırılması müddətini, müvafiq icra hakimiyyəti orqanının rəhbəri isə 59.2-ci maddəyə uyğun dayandırılması müddətini şikayət verilməsi prosedurları başa çatanadək, lakin ən çoxu 15 bank gününədək uzada bilər. Maddə 60. Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər.

18. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş faktiki halları ilə İddiaçı MMC-nin tender təklifinin formal tələblərə uyğun olmaması əsası ilə "xxxx" ASC-nin Tender Komissiyası tərəfindən tenderdən kənarlaşdırıldığı müəyyən edilir. Hazırda isə iddiaçı təklifinin iştirak etmədiyi və qiymətləndirilmədiyi tender üzrə nəticələrin ləğv edilməsi və həmin tender üzrə onun tender qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə onunla müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.

19. Hansı ki, İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya qanunauyğunluq barədə sərəncam ünvanlanaraq, cavabdeh orqanın qərarı ilə tenderdən kənarlaşdırıldığı və iştirak etmədiyi halda, hüquqi marağına uyğun olaraq iddia ərizəsində göstərdiyi tələblərlə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaq üçün əvvəlcə tenderdən kənarlaşdırılma barədə qərarı mübahisələndirməli olduğu bildirilmiş və tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin iclas tarixinədək təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən tələb dəqiqləşdirilməmiş və işdə olan sübutlar əsasında işə baxılması xahiş edilmişdir.

20. Belə olan halda iddiaçının hazırkı tələblərlə məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.

21. Belə ki, yuxarıda adıçəkilən qanunvericilik normaları ilə müəyyən edilir ki, satınalan təşkilat qəbul edilmiş tender təkliflərini qiymətləndirir və qalibi müəyyən edir. İddiaçı MMC-nin tender təklifi isə kənarlaşdırılmış və qiymətləndirmədə iştirak etməmişdir. Bu zaman iddiaçının “Dövlət satınalmaları haqqında” Qanunun 55.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.

22. Qalan digər hallarda isə - “Dövlət satınalmaları haqqında” Qanunun 56.1-ci maddəsinə müvafiq olaraq satınalan təşkilatın rəhbərinə, 57.1-ci maddəsinə müvafiq olaraq Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət verə bilər. Şikayətə baxan orqanın qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanın bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədiyi qərarlara isə İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair mübahisələndirmə haqqında iddia növü kimi inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.

23. Lakin işin hallarından göründüyü kimi, iddiaçı həm "xxxx" ASC-yə, həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlə müraciət edərək, tender təklifinin kənarlaşdırılması barədə tender komissiyasının qərarı olduğu təqdirdə onun ləğv (etibarsız) hesab edilməsi, satınalma prosedurlarının dayandırılması, onlar da daxil olmaqla bütün tender təkliflərinə baxılaraq qiymətləndirilməsini xahiş etsə də, məhkəmədə inzibati orqanın qəbul etdiyi (etmədiyi) qərarı mübahisələndirməmiş, əksinəsubyektiv hüququnun mövcud olmadığı tender üzrə nəticələrin ləğv edilməsi və həmin tender üzrə onların tender qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə onlarla müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.

24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

25. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 40.1, 40.2, 40.3. 43.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar