Məhkəmə qərarları › İş №e-2-1(114)-3305/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3305/2025

09.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3305/2025 09.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Ədliyyə Nazirliyi 2 saylı Bakı şəhəri “ASAN xidmət” X3nin xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-10xx-xx/2024 nömrəli məktuba əsasən, AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində vətəndaş İddiaçı adı “Qabil” olduğu halda, Gədəbəy rayon Zamanlı icra nümayəndəliyi tərəfindən xx.xx.1952-ci ildə tərtib edilmiş 54 №-li doğum haqqında akt qeydində adı “Xəqani” və doğum tarixi xx.xx.1952-ci il qeyd edilmişdir; - iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən Cavabdehnə ünvanlanmış ərizə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnamayə imza edilməklə qəbul edilmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş xx.xx.1974-cü il tarixli, ДЗ 179347 nömrəli hərbi bilet İddiaçı (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Кочарли Габиль Тофик о.) məxsusdur və doğum tarixi xx xxxxxxx 1951-ci il qeyd edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 05-11- 393/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1952-ci il tarixli, 54 nömrəli doğum akt qeydinə əsasən, Köçərli Xəqani oğlu xx.xx.1952-ci ildə doğulmuşdur ( “Qaraçı” (orijinalda kiril əlifbasında və azərbaycan dilində: “Тарачы”) sözünün üzərindən xətt çəkilməklə və orijinalda kiril əlifbasında və azərbaycan dilində: Кочəрли Xəгани); - 24.01.1954-cü il tarixli, 4 nömrəli doğum akt qeydinə əsasən, Köçərli Solmas xx.xx.1954-cü il tarixdə doğulmuşdur; - Cavabdeh xx.xx.2025-ci il tarixli, 05/149/2025 nömrəli arayışına əsasən, xx.xx.1951-ci ildə Gədəbəy rayonu, İsalı kəndində anadan olmuş İddiaçı doğumu haqqında Cavabdeh üzrə 1949-1952-ci illər, İsalı kənd İƏD-i üzrə isə 1947-1954-cü illər üzrə yoxlama aparılmış və ilkin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında bərpa akt qeydləri 1949-cu ildən 1960-cı ilədək yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyya informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-43-80/2- 1076/2025 nömrəli məktuba əsasən, istefada olan 1951-ci il təvəllüdlü baş leytenanat İddiaçı Xidmətin Səbail rayon İdarəsində mövcud olan şəxsi işi ehtiyatda olmağın son yaş həddinə çatdığına görə xx.xx.2019-cu il tarixli, 8 saylı akta əsasən məhv edilmişdir. Məlumata əsasən, İddiaçı 1969-cu ildə keçmiş SSR SQ-yə xidmətə göndərilmişdir. Lakin onun sonrakı xidməti barədə Səbail rayon idarəsində olan mövcud qeydiyyat sənədlərində heç bir məlumat aşkar olunmamışdır.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 05/11- 651/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli, 05/69-255/2025 nömrəli arayışa əsasən, İddiaçı doğumu haqqında Cavabdeh və İsalı kənd İƏD-i üzrə 1948-1954-cü illər üzrə yoxlama aparılmış və ilkin doğum haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyya informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

6. İddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənilmiş sənədlərə əsasən: - xx.xx.1974-cü il tarixdə 398 nömrə ilə qeydiyyata alınmış Щ 909968 nömrəli diplom İddiaçı Tofik oğluna məxsusdur (orijinalda kiril əlifbasında və rus dilində: Кочарли Габилю Тофику оглы); - Yaxın və X10 İnstitunun Şurasının xx.xx.1983-cü il tarixli, 2 nömrəli protokoluna əsasən, tarix elmləri namizədi dərəcəsi İddiaçı Tofik oğluna verilmişdir (orijinalda kiril əlifbasında və rus dilində: Кочарли Габилю Тофику оглы); - Azərbaycan SSR-yə aid olan nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, İddiaçı Tofik oğlu ilə (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Кочарли Габиль Тофик ог.) X1 nikahı xx.xx.1983-cü ildə bağlanmışdır.

7. Cavabdeh tərəfindən məhkəyə ünvanlanmış vətəndaş İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli, 05/09-901/2024 nömrəli imtina məktubuna əsasən, vətəndaş İddiaçı xx.xx.2024-ci il tarixdə Cavabdehnə daxil olmuş ərizəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər və bərpa edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığı səbəbdən onun doğum haqqında akt qeydində adına və doğum tarixinə dəyişiklik edilib yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair Cavabdehndə ərizənin təmin edilməsi mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etmək məsləhət görülmüşdür.

8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 193 nömrəli məktuba əsasən, ünvan 5i 1986-cı ilə qədər Gədəbəy rayonunun İsalı kənd X4 inzibati ərazisinə daxil olmuşdur. 1986-cı ildən sonra Mormor kənd X5 və İƏD üzrə nümayəndəliyinin inzibati ərazisinə daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında İsalı kənd X5 1963-cü ildən əvvəlki dövrə aid Təsərrüfatbaşına kitabları aşkar edilməmişdir. Odur ki, 1950-1955-ci illərə aid X2 ailə üzvlərinin qeyd olunduğu təsərrüfatından çıxarış verilməsi tərəflərindən mümkünsüz olmuşdur.

9. İddiaçı cavabdehlər Ədliyyə Nazirliyi Cavabdeh və Gədəbəy rayon Zamanlı İcra Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnamədə “Xəqani” adına düzəliş edilərək əvəzində “Qabil” adının və “03 iyul 1952ci il” doğum tarixində düzəliş edilərək əvəzində “xx xxxxxxx 1951-ci il” doğum tarixinin göstərilməklə ona yeni doğum haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1951-ci il tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuş, onun AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən soyadı “Köçərli” və adı “Qabil” göstərilmişdir. İddiaçı bildirir ki, onun bütün sənədlərində adı “Qabil” və doğulduğu gün xx xxxxxxx 1951ci il qeyd olunmuşdur. Lakin hal-hazırda 2 saylı Bakı şəhəri “ASAN xidmət” X3 tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, o, cavabdehlər Cavabdehnə və Gədəbəy rayon Zamanlı İcra Nümayəndəliyinə xx.xx.2024cü il tarixində rəsmi olaraq müraciət etmiş, lakin cavabdehlər tərəfindən bu günə kimi heç bir cavab verilməmiş və heç bir hərəkət edilməmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavadbehlər əsl Cavabdeh ilə əvəz edilmiş və iddia tələbi doğum haqqında akt qeydində “Xəqani” adınında düzəliş edilərək, əvəzində “Qabil” adı və “03 iyul 1952-ci il” doğum tarixində düzəliş edilərək, əvəzində “xx xxxxxxx 1951-ci il” doğum tarixi göstərməklə ona yeni doğum haqqında şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

13. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

15. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

16. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 05-11-393/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-43-80/2-1076/2025 nömrəli məktubu; - iddiaçının nümayəndəsi (vəkili) Vəkil “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklədiyi sənədlər; - cavabdeh xx.xx.2024-cü il tarixli, 05/09-901/2024 nömrəli imtina məktubu; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 193 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

17. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

18. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır.

19. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

20. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı. 10.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

23. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24-2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

25. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır.

26. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas marağı onun doğum haqqında akt qeydində adının “Qabil” və doğum tarixinin “xx xxxxxxx 1951” olaraq düzəlişin edilməsi olmuş, bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada qeyd edilmişdir ki, kifayət qədər əsaslar verən sənədlərin olmaması səbəbindən ərizənin icrası mümkün olmamışdır.

28. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

29. Məhkəmə araşdırmanı iki istiqamətdə araşdırmağı məqsədəuyğun hesab etmişdir.

30. Birincisi, iddiaçının ad məsələsi ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçıya məxsus M.V.Lomonosov adına Moskva Beynəlxalq Universitetinin xx.xx.1974-cü il tarixdə 398 nömrə ilə qeydiyyata alınmış Щ 909968 nömrəli diplomda onun soyadı, adı və ata adı “X6” olaraq qeyd edilmişdir. Daha sonra dövrün qanunvericilik tələbinə əsasən, iddiaçı hərbi xidmətdə olmuş, hərbi xidmətdə olması ilə bağlı qeydlər onun hərbi biletində əks olunmuş və soyad, ad və ata adı “İddiaçı” olaraq qeyd edilmişdir. Bunun davamında, iddiaçıya Yaxın və X10 İnstitutu tərəfindən tarix elmləri namizədi dərəcəsinin verilməsi ilə bağlı qərarda da soyadı, adı və atasının adı məlumatları “İddiaçı” kimi işlənilmişdir. Habelə, iddiaçı rəsmi nikaha girmiş, bu barədə nikahın bağlanması haqqında şəhadətnamə dövlət reyestrində qeydiyyata alınmış və şəhadətnamədə onun soyadı, adı və atasının adı “İddiaçı” olaraq göstərilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin cavab məktubunda 1951-ci il təvəllüdlü “İddiaçı” adı altında olan hərbi qulluqçu barəsində məlumatların mövcud olması, lakin daha sonradan qanunvericiliyin tələbi ilə məhv edildiyi bildirilmişdir.

31. İkincisi, iddiaçının doğum tarixi ilə bağlı onu bildirmək vacibdir ki, sonuncuya məxsus hərbi biletdə və nikahın bağlanması haqqında şəhadətnamədə doğum tarixi “xx xxxxxxx 1951” olaraq qeyd edilmişdir.

32. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən, iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri iki dəfə xx.xx.2003-cü il və xx.xx.2024-cü il tarixlərdə verilmiş, hər iki sənəddə vətəndaşın soyadı, adı və atasının adı “İddiaçı” kimi və doğum tarixi “xx.xx.1951” kimi qeyd edilmişdir.

33. Göründüyü kimi, istər Azərbaycan SSR, istər SSRİ, istərsə də Azərbaycan Respublikasına aid sənədlərdə iddiaçının soyadı, adı və atasının adı tam olaraq “İddiaçı” kimi və doğum tarixi “xx.xx.1951” kimi qeyd edilmişdir.

34. Beləliklə, iddiaçı hazırkı soyad, ad və ata adı ilə universitet diplomu əldə etmiş, hərbi xidmətdə olmuş, hərbi xidmətinin təsdiqi kimi hərbi biletini əldə etmiş, elmi dərəcə almış və nikaha daxil olmuşdur. Bütün bu hərəkətlər iddiaçının hazırkı marağına uyğun olan “İddiaçı” adı altında və doğum tarixi “xx xxxxxxx 1951” olaraq həyata keçirilmiş, qeyd edilən müddət ərzində onun soyadı, adı və atasının adı, həmçinin doğum tarixi ilə bağlı hal həm Azərbaycan SSRİ, həm də Azərbaycan Respublikası müddətində mübahisələndirilməmiş və ya hər hansısa hüquqi münasibət doğuracaq tədbirlər həyata keçirilməmişdir.

35. Məhkəmə onu vurğulamağı vacib hesab edir ki, soyadın, adın və ata adının, o cümlədən şəxsə aid digər məlumatların texniki səhvlik səbəbi ilə yanlış yazılması və ya ümumiyyətlə qeyd edilməməsi vətəndaşın məsuliyyət dairəsinə aid edilməməli, bu, qanunvericilik tərəfindən birbaşa belə işlərə qanunvericiliklə səlahiyyətləri aid edilmiş inzibati orqanların həyata keçirməli olduqları məsul vəzifələr ilə bağlı olmalıdır. Belə ki, inzibati orqanlar bu istiqamətdə vacib hərəkətlər həyata keçirməli və vətəndaşların hüquqlarının müdafiəsi və lazımi istifadəsi istiqamətində təxirəsalınmaz tədbirlər görməlidirlər.

36. Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı adına xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 54 nömrəli doğum haqqında akt qeydində adın “Xəqani”dən “Qabil”ə və doğum tarixinin “03 iyul 1952”-ci ildən “xx xxxxxxx 1951”-ci ilə düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı adına tərtib edilmiş xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 54 nömrəli doğum haqqında akt qeydində adın “Xəqani”dən “Qabil”ə və doğum tarixinin “03 iyul 1952”dən “xx xxxxxxx 1951”ə düzəliş edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar