Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3317/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X5 və cavabdeh orqanın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 12 saylı Ərazi Vergilər Departamentinə xx.xx.2019-cu il tarixdə etdiyi ərizəsi əsasında onlar arasında xx.xx.2019-cu il tarixdə qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə imzalanmışdır.
2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində gööstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 52197,06 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və həmin məbləğin xx.xx.2023-cü il tarixədək büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023cü il tarixli **********8601 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 12 saylı ƏVBİ-nin xx.xx.2023-cü il tarixli **********8601 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən ona 52197,06 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, cavabdeh vergi orqanı xx.xx.2023-cü il tarixli **********3872 nömrəli qərara əsasən iddiaçıya məxsus obyektdə opeartiv nəzarəti həyata keçirmiş və tədbirin nəticəsi olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 007190 nömrəli akta əsasən obyektdə 521970,60 manat məbləğində malların alışına dair təsdiqedici sənədin olmadığı müəyyən edilmişdir. Vergi orqanı həmin malların dəyərini NBA Consalting Group tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MB-16-0275 nömrəli ekspert rəyinə əsasən müəyyən etmişdir. Aşağıda qeyd edilənlərə əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********8601 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarını qanunsuz hesab edir. Cavabdeh vergi orqanı anbarda başqa vergi ödəyicilərinə məxsus olan malları iddiaçının malları kimi qiymətləndirmişdir. Belə ki, həmin mallar anbarda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən Ahmet Koç adlı başqa bir vergi işçisinə məxsus olmuşdur. Bundan başqa, anbarda mövcud olan malların bir qismi əvvəlki operativ vergi nəzarəti zamanı aşkar edilmiş və barəsində maliyyə sanksiyası tətbiq edilmiş mallardır və həmin mallara görə tətbiq edilmiş maliyyə sanksiyası onun tərəfindən ödənilmişdir. Bu isə o deməkdir ki, vergi orqanı eyni pozuntuya görə iddiaçını ikinci dəfə məsuliyyətə cəlb etmişdir. Halbuki, VM-nin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmçinin, vergi orqanı malların alış qiymətini də düzgün müəyyən etməmişdir. Belə ki, cavabdehin istinad etdiyi ekspert rəyində malların dəyərinin müəyyən edilməsinə dair konkret mənbəyə istinad edilməmiş, ümumi şəkildə qiymətlər qeyd edilmişdir, bu da həmin rəyin mötəbər sübut olmadığını göstərir. Bundan başqa, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar iddiaçı və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Eyni zamanda, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda tədbirin hansı əsasla həyata keçirilməsi göstərilməmiş, sadəcə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın bəlli məlumat əsasında təyin edilməsi göstərilmiş, lakin həmin mənbəyi bəlli məlumatın nə olması açıqlanmamışdır. Halbuki, operativ vergi nəzarətinin təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 50.2.2-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları va məlumatları öz qərarında əsaslandırmağa borcludur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
8. Həmin sərəncamda iddiaçının nəzərinə çatdırılmışdır ki, onun tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərarının ləğvinə dair mübahisələndirmə iddia növünə aid iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Mübahisələndirmə haqqında iddia növü üçün isə inzibati prosessual qanunvericilikdə xüsusi mümkünlük şərti kimi həmin növ iddianın inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırılmasının mümkünlüyü nəzərdə tutulmuşdur (İPM-in 38.1-ci maddəsi). Belə olan halda, hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülübötürülməməsi məsələsinin aydınlaşdırılmasına zərurət yaranmışdır. Odur ki, iddiaçı tərəfdən həmin məsələyə hazırlıq iclasınadək münasibət bildirilməsi tələb olunmuş, eyni zamanda bildirilmişdir ki, müddəti ötürdüyü təqdirdə, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermək hüququ vardır. Habelə, cavabdehdən mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsinə dair (elektron üsulla gücləndirilmiş elektron imza ilə imzalanmaqla və yaxud poçt rabitəsi vasitəsilə) məlumatın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.
9. İddiaçının atası olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. İddiaçının atası olan nümayəndəsi X5 məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək bildirmişdir ki, oğlu kənar yerdə olduğu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəmədə iddia qaldıra bilməmişdir. Odur ki, buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən qərarı 2023-cü ilin aprel ayında həm poçt vasitəsilə almışlar, həm də elektron kabinetdə görmüşlər. Lakin oğlu idmançı olduğundan həmin işləri ilə əlaqədar kənar yerdə olduğundan vaxtında mübahisələndirə bilməmişdir. Kənar yer dedikdə, yəni Goranboy rayonunda olmamağını nəzərdə tutur.
12. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya qarşı yazılı etirazı təqdim edərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyü üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərar xx.xx.2023-cü il tarixli tərəflərindən İddiaçı göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə poçta təqdim edilmişdir (reyestrin və poçtun qəbzi əlavə edilir.) Həmçinin iddiaçı sözügedən qərarla xx.xx.2023-cü il tarixdə saat 18:24-də elektron kabinet vasitəsi ilə tanış olaraq qəbul etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli elektron sənəd mübadiləsi haqqında müqavilənin 1.7.1-ci yarımbəndinə əsasən sənəd vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin kabinetinə göndərildikdə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab edilir. xx.xx.2019-cu ildən qüvvədə olan Vergi Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş gün keçdikdən sonra lazımı qaydada çatdırılmış hesab edilir. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş gün keçdikdən sonra lazımı qaydada çatdırılmış hesab edilir. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. "İnzibati icraat haqqında" qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsil ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 72.3-cü maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Odur ki, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq hazırkı iş üzrə iddia müddətini tətbiq edərək, mübahisələndirmə haqqında iddia ərizəsinin təqdim edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
Əsaslandırma hissəsi:
14. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının nümayəndəsi X3 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
18. İşin müəyyən edilmiş hallarına görə, iddiaçıya məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində gööstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 52197,06 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
19. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərarın ləğv olunmasını xahiş edir.
20. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
22. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
23. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli qarşılıqlı məlumat mübadiləsinə dair müqavilədə aşağdakılar təsbit olunmuşdur: Bənd 1.5. Tərəflər arasında elektron kabinet vasitəsilə elektron üsulla mübadilə olunan akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədlər (bundan sonra – sənəd), habelə məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Bənd 1.7. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar aşağıdakı müddətdə Tərəflərə çatdırılmış sayılır: 1.7.1. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
24. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
25. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.
26. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərar xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixdə reyestr tərtib edilməklə poçta təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmişdir. Həmçinin, sözügedən qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış qarşılıqlı sənəd mübadiləsi haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 18:24-də oxunmuşdur.
27. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa əsasən, mübahisələndirilən qərar elektron üsulla xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərildiyindən ən geci xx.xx.2023-cü il tarixdə, poçt vasitəsilə iddiaçının uçota alındığı ünvanına xx.xx.2023-cü il tarixdə göndərildiyindən ən geci xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.
28. İddiaçının nümayəndəsi də bunu təkzib etməmiş və sözügedən qərarı 2023-cü ilin aprel ayında həm poçt vasitəsilə aldıqlarını, həm də elektron kabinetdə gördüklərini bildirmişdir.
29. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.
30. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
31. İddiaçı müddəti ötürdüyünə görə iclasda onu təmsil edən nümayəndəsi (atası) X5 iclas zamanı müddətin bərpasına dair ərizə təqdim etmiş, lakin qərarın ona təqdim edildiyi 2023-cü ilin aprel ayından iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.
32. Soltan Nəsibov müddətin bərpasına dair ərizəsində müddəti ötürmələrini oğlunun idmançı olduğu üçün həmin işləri ilə əlaqədar kənar yerdə olması, yəni Goranboy rayonunda olmaması ilə əlaqələndirsə də, məhkəmə həmin əsası müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
33. Lakin hazırkı işdə iddiaçının nümayəndəsinin gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
35. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
36. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
37. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
38. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
40. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
41. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
42. Buna görə də, iddiaçının nümayəndəsi X3 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçının nümayəndəsi X3 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva