Məhkəmə qərarları › İş №e-2-1(114)-3340/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3340/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3340/2024 29.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Cəmiyyətli Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə 14 saylı Ərazi Vergilər İdarəsi) qarşı xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2-2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.

2. Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı MMC-nin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 08/2022 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı müqavilədə (və ya əlavədə) öz əksini tapan malları (işləri, xidmətləri) Alıcıya satmağı, Alıcı isə malı alaraq dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı tərəfindən alınacaq hər malın (işin, xidmətin) dəyərinin ödənişi Satıcının bank hesabına mal təhvil alındıqdan sonra 1 ildən gec olmayaraq köçürmə yolu ilə həyata keçirilir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malın (işin, xidmətin) çatdırılması bu müqaviləyə əlavədə qeyd edilən qiymətlərə uyğun həyata keçirilir. - Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər Qazaxdan Bakı şəhərinə sement daşınmasını hər tona görə 25 manat olmaqla razılığa gəlmişlər.

3. Görülmüş daşıma xidmətinin təhvil-təslim aktlarına əsasən xx.xx.2022-ci il tarixli 08/2022 nömrəli müqavilə üzrə Qazax rayonundan Bakı şəhərinə 2023-cü ilin yanvar ayı ərzində 3.621,80 tonluq sement məhsullarının 90.545,00 manat dəyərində, 2023-cü ilin fevral ayı ərzində 190,16 tonluq sement məhsullarının 4.754,00 manat dəyərində, 2023-cü ilin mart ayı ərzində 188,96 tonluq sement məhsullarının 4.724,00 manat dəyərində, 2023cü ilin aprel ayı ərzində 6.607,42 tonluq sement məhsullarının 67.473,00 manat dəyərində, 2023-cü ilin may ayı ərzində 7.798,02 tonluq sement məhsullarının 194.950,50 manat dəyərində, 2023-cü ilin iyun ayı ərzində 7.567,22 tonluq sement məhsullarının 189.180,50 manat dəyərində, 2023-cü ilin iyul ayı ərzində 4.493,44 tonluq sement məhsullarının 137.336,00 manat dəyərində, 2023-cü ilin avqust ayı ərzində 5.774,84 tonluq sement məhsullarının 144.371,00 manat dəyərində, 2023-cü ilin sentyabr ayı ərzində 4.509,18 tonluq sement məhsullarının 112.729,50 manat dəyərində, 2023-cü ilin oktyabr ayı ərzində 6.857,14 tonluq sement məhsullarının 171.428,50 manat dəyərində, 2023-cü ilin noyabr ayı ərzində 9.232,18 tonluq sement məhsullarının 230.804,50 manat dəyərində, 2023-cü ilin dekabr ayı ərzində 8.917,24 tonluq sement məhsullarının 222.931,00 manat dəyərində daşıması xidmətinin təhvil-təslimi həyata keçirilmişdir.

4. "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixə tərtib edilmiş qarşılıqlı üzləşmə aktına görə İddiaçı MMC-nin 2023-cü ilin yanvar-dekabr ayları üzrə 66757,6 ton sementin 25 manatdan Qazaxdan Bakı şəhərinə daşınmasına görə "xxxx" MMC-yə 1.668.940,00 manat borcu vardır.

5. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir.

6. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********059200 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 90.883,76 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir.

7. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Daha sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-2013/2024 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024-cü il tarixli **********059200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün "tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod" adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. 2023-cü ilin mənfəət vergisi üzrə 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024cü il tarixli, **********674600 saylı qərarına əsasən "xxxx" MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən 215177.26 manat, xx.xx.2024-cü il tarixli, **********059200 saylı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən isə əlavə olaraq 90883.76 manat vergi məbləği hesablanılmışdır. Hesablanılmış vergi məbləği ilə razı deyillər və bununla bağlı bütün sənədləri vergi orqanına inzibati şikayət edərək bildirmişlər. Şirkət Bakı şəhərində sement məhsullarının topdan və pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur. Sement məhsullarını "X4 Zavodu" MMC-nin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 08/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış sementin Qazax rayonundan Bakı şəhərinə daşınması üçün 1 tonun qiyməti 25 manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən "X4 Zavodu" MMC-dən 66757.6 ton sement alınaraq Bakı şəhərində satışı həyata keçirilmişdir. Müqavilə şərtlərinə və tərəflər arasında bağlanılmış üzləşmə aktına əsasən daşıma xərci ilə bağlı olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə ******* manat (66757.6 ton sement x 25 manat daşıma xərci) borcu yaranmış və bu borc məbləği hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən əsassız olaraq dövr ərzində gəlirlərin məbləği 8681857.83 qeyd edilmişdir. Halbuki, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etmişdir. Gəlirlərin 273929.6 manat məbləğində artırılmasının nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Bundan əlavə olaraq iş üzrə xx.xx.2024-cü il tarixində kameral uyğunsuzluq məktubu göndərilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, **********674600 saylı qərarına əsasən "xxxx" MMC-nə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktub göndərilərək xx.xx.2024-cü il tarixli, **********059200 saylı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli bəyənnamə üzrə kameral yoxlama keçirilərək, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, vergi ödəyicisi tərəfindən heç bir dəqiqləşmiş bəyənnamə verilmədiyi halda, xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilərək, xx.xx.2024-cü il tarixində eyni iş üzrə 2-ci kameral hesablama barədə qərar qəbul edilmişdir ki, bu da VM-nin 37.2 və 37.3-cü maddələrinə ziddir. Müəssisə maliyyə hesabatlarını hesablama metodu ilə aparır. Xərclərin 2023-cü il ərzində çəkilməsi ilə bağlı müqavilə, təhvil-təslim aktları, daşımaya dair yol vərəqələri mövcuddur. Qeyd olunan hallarla bağlı olaraq Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixindən inzibati şikayət etsələr də, hələ də şikayətə baxılaraq qərar qəbul edilməmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixinli **********674600 saylı və xx.xx.2024-cü il tarixli **********059200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarlarının ləğv edildiyini və 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2-2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qəbul edildiyini, həmin qərara əsasən iddiaçıya 286912.02 manat məbləğində mənfəət vergisi hesablandığını bildirmiş və xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2-2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

14. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

15. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2-2013/2024 saylı qərarının ləğvi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

16. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

21. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçının 17 mart 2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 17 mart 2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m olan "Anbar" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m olan "Beton Zavod" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16001) uçotda olduğu müəyyən edilmişdir. İddiaçı 29 aprel 2024-cü il tarixində təqdim etdiyi 2023cü il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin xərclər bölməsinin rezident üzrə nəqliyyat xərci sətrində 2.007.008 manat və malın dəyəri üzrə xərclər sətrində 659.0705,81 manat, cəmi 859.7713,81 manat xərclərinin qeyd edildiyi müəyyən edilmişdir. Belə ki, aparılmış araşdırma zamanı vergi orqanında olan baza məlumatlarına əsasən iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin rezident üzrə nəqliyyat xərci sətrində qeyd edilmiş 2.007.008 manat nəqliyyat xərcini təsdiq edən sənədlərin yəni yükdaşıma qaimələrinin (elektron qaimə-fakturaların) 931.191,8 manat nəqliyyat xərcini təsdiq edən sənədlərin olduğu və 1.075.816,2 manat nəqliyyat xərcini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********836500 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023cü illin mənfəət vergisi üzrə 215.163,40 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2024cü il tarixli **********674600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, aparılmış əlavə araşdırma zamanı vergi orqanında olan baza məlumatlarına əsasən iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri sətrində qeyd edilmiş 6.590.705,81 manat malın dəyəri xərcini təsdiq edən sənədlərin yəni qaimələrin (elektron qaimə-fakturaların) 6.136.286,99 manat malın dəyəri xərcini təsdiq edən sənədlərin olduğu və 454.418,82 manat malın dəyəri xərcini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli, **********682600 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü illin mənfəət vergisi üzrə 90.883,76 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli, **********059200 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçının elektron qutusuna göndərilmiş, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 30 may 2024-cü il tarixli **********674600 nömrəli qərar 30 may 2024-cü il tarixdə saat 16:50-də və 13 iyun 2024-cü il tarixli **********059200 nömrəli qərar isə 14 iyun 2024-cü il tarixdə saat 10:00-da elektron qutuda oxunmuşdur.

24. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbinə etiraz edərək, alğı-satqı müqaviləsinin və təhvil-təhsil aktlarının Vergi Məcəlləsinin tələblərinə əsasən xərc sənədi sayılmadığını, iddiaçı tərəfindən daşıma xərcinə dair elektron qaimələr və ya digər xərc sənədlərinin təqdim edilmədiyini, bəyannamədə xərc qismində qeyd edilən vəsaitin faktiki olaraq çəkilmədiyini, bu səbəbdən həmin məbləğin iddiaçının xərclərinə aid edilmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqi şəxs haqqında məlumat; - xx.xx.2022-ci il tarixdə bağlanmış 08/2022 nömrəli alğı-satqı müqaviləsi; - Həmin müqaviləyə 2 saylı əlavə; - Təhvil-təslim aktları; - "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixə tərtib edilmiş qarşılıqlı üzləşmə aktı; - xx.xx.2024-cü il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi; - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktub; - xx.xx.2024-cü il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 saylı qərarı; - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktub; - xx.xx.2024-cü il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********059200 saylı qərarı; - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktub; - xx.xx.2024-cü il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-2013/2024 saylı qərarı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı MMC tikinti materiallarının topdan satışı fəaliyyəti ilə məşğuldur. Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı MMC-nin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 08/2022 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı müqavilədə (və ya əlavədə) öz əksini tapan malları (işləri, xidmətləri) Alıcıya satmağı, Alıcı isə malı alaraq dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı tərəfindən alınacaq hər malın (işin, xidmətin) dəyərinin ödənişi Satıcının bank hesabına mal təhvil alındıqdan sonra 1 ildən gec olmayaraq köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malın (işin, xidmətin) çatdırılması bu müqaviləyə əlavədə qeyd edilən qiymətlərə uyğun həyata keçirilir. Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər Qazaxdan Bakı şəhərinə sement daşınmasını hər tona görə 25 manat olmaqla razılığa gəlmişlər. "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixə tərtib edilmiş qarşılıqlı üzləşmə aktına görə İddiaçı MMC-nin 2023-cü ilin yanvar-dekabr ayları üzrə 66757,6 ton sementin 25 manatdan Qazaxdan Bakı şəhərinə daşınmasına görə "xxxx" MMC-yə 1.668.940,00 manat borcu vardır.

28. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********059200 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 90.883,76 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Daha sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024cü il tarixli 3-21-2-20/2-2013/2024 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir.

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.

30. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə 134. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: - 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; - 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; - 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Maddə 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na görə: ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir.

32. İddiaçı MMC tikinti materiallarının topdan satışı fəaliyyəti ilə məşğuldur. Sement məhsullarını "X4 Zavodu" MMC-nin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 08/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış sementin Qazax rayonundan Bakı şəhərinə daşınması üçün 1 tonun qiyməti 25 manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən "X4 Zavodu" MMC-dən 66 757.6 ton sement alınaraq Bakı şəhərində satışı həyata keçirilmişdir. Müqavilə şərtlərinə və tərəflər arasında bağlanılmış üzləşmə aktına əsasən daşıma xərci ilə bağlı olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə 1 668 940 manat (66 757.6 ton sement x 25 manat daşıma xərci) borcu yaranmış və bu borc məbləği hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Mübahisənin mahiyyəti “X4 Zavodu” MMC-dən alınan sement məhsullarının daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd olunan daşıma ilə bağlı xərclərini nəzərə almamışdır.

33. Lakin "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının alqı-satqı müqavilələrində belə daşımaların həyata keçirilməsinin dəyərinin ödənilməsi məhz iddiaçının üzərinə qoyulmuşdur və qarşılıqlı üzləşmə aktı ilə iddiaçı öhdəliklərini qəbul etmişdir.

34. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı vergi uçotunu hesablama metodu ilə həyata keçirir və 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini də hesablama metodu ilə təqdim etmişdir.

35. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. Yəni iddiaçı "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və sement məhsullarının daşınmasına görə xərclərin çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Malların ndaşınmasına dair elektron qaimə-fakturanın təqdim edilməməsi özlüyündə pozuntu hesab olunsa da, hazırkı mübahisəyə münasibətdə iddiaçının xərclərinin tanınmasını və qəbul olunmasını istisna etmir. Vergi Məcəlləsinin 136.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

36. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının daşınmasına görə alqı-satqı müqaviləsində sifarişçinin (hazırkı iş üzrə iddiaçının) ödəməni həyata keçirməsi hər hansı şərtlə əhatə olunmamış, həmçinin öhdəliklərin məbləği dəqiq müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləği xərclərdə əks etdirməsi qanunauyğun hesab olunmalıdır.

37. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı barəsində cavabdehin qərarı əsasında kameral vergi yoxlaması keçirilmiş və 2023-cü ilin mənfəət vergisi həmin yoxlama ilə əhatə olunmuşdur. İddiaçı haqlı olaraq bildirmişdir ki, həmin ildə də eyni qaydada fəaliyyət göstərmiş (daşımanı həyata keçirən şəxslə müqavilə 2022-ci ildə bağlanmışdır) və cavabdeh tərəfindən qeyd olunan qaydada daşıma xərclərinin çəkilməsinə hər hansı etiraz bildirilməmiş və qəbul edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş bərabər yanaşma prinsipinin tələbinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu zaman həmçinin istinad olunan Qanunun 13-cü maddəsinin etimad hüququnun qorunması ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

38. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.

39. Bundan başqa, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etdiyi halda, cavabdeh vergi orqanı tərəfindən 2023-cü il ərzində iddiaçının gəlirlərinin məbləğinin 8681857.83 manat olması qeyd edilmişdir. Lakin iddiaçının gəlirlərinin 8407928.23 manat deyil, 8681857.83 manat olmasına, başqa sözlə 273929.6 manat məbləğində gəlirin mövcudluğuna dair hər hansı sənəd-sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.

40. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

41. Beləliklə, hazırkı işdə iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləği xərclərdə əks etdirməsi qanunauyğun hesab olunduğundan inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-2013/2024 nömrəli qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-2013/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar