Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3518/2024 25.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi-Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********580600 nömrəli Qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə (qərarsız) 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə 10746,41 manat əlavə vergi məbləği ilə bağlı bildirilir ki, cavabdeh heç bir qərar olmadan əsassız olaraq sahibkarın şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə etmişdir. Qeyd olunanlarla bağlı xx.xx.2024-cü il tarixli **********291300 nömrəli məktubla vergi orqanına müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə 10.746,41 manat hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Sahibkar xx.xx.2022-ci il tarixli, **********168800 nömrəli ərizə ilə fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırmış və təsərrüfat subyektini icarəyə vermişdir. 2022-ci ilin may ayı üzrə online kassa və Pos-terminal məlumatlarından müəyyən olunur ki, müvafiq dövr üzrə faktiki olaraq fəaliyyət olmamışdır.Qeyd olunanlara baxmayaraq cavabdeh əsassız olaraq 2022-ci ilin may ayı üçün ƏDV üzrə vergi hesablamaları aparmışdır. Həmçinin bildirilir ki, vergi orqanı uyğunsuzluq məktubunda əsassız olaraq 2022-ci ilin gəlir vergisi üzrə apardığı kameral vergi yoxlamasını vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə kimi qeyd etmişdir. Vergi orqanı ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. Belə ki, vergi orqanı tərəfindən 2022-ci ilin may ayı üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 447845.00 manat məbləğ göstərilməsini vergi ödəyicisindəki uyğunsuzluqların olması qeyd olunmuşdur. Lakin 2022ci ilin may ayı üzrə online kassa və POS-terminal məlumatlarından müəyyən olunur ki, müvafiq dövr üzrə faktiki olaraq fəaliyyət və satış olmamışdır. ƏDV üzrə vergi dövrü təqvim ayıdır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3518/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə (qərarsız) 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmuş və İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********288300 nömrəli qərarın ləğvinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, mübahisələndirilən qərarla bağlı iddiaçı barəsində 2022-ci ilin may ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş verginin məbləği 41284.32 manat olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, **********711100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub İddiaçı göndərilmişdir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubundakı göstərilən hallar aradan qaldırılmamışdır. Cavabdeh inzibati orqan olaraq vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddət daxilində, yəni xx.xx.2024-cü il tarixdə hazırkı iddianın predmeti olan qərar qəbul olunmuşdur. Qərarın qəbul edilmə səbəbləri kimi qeyd olunur ki, cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı tərəfindən 2021 və 2022-ci illər üzrə aparılmış vergi tutulan əməliyyatlarla bağlı həyata keçirilən təhlillər zamanı bir sıra kənarlaşmalar olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının özü tərəfindən təqdim edilmiş 2021-ci ilin cari gəlir vergisi bəyannaməsində ilin sonuna 447845 manat dəyərində mal qalığı göstərilmişdir. Sonradan 2022-ci il üzrə cari gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən əlavə araşdırma aparılaraq, 2021-ci ilin gəlir vergisi bəyannaməsində göstərilmiş 447845 manat məbləğində malın təqdim edilibedilməməsini müəyyən etmək məqsədilə iddiaçının fəaliyyət göstərdiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 84 ünvanında müşahidə-baxış hərəkəti həyata keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 84 ünvanında başqa vergi ödəyicisi X4 (VÖEN:**********) fəaliyyət göstərir. Göründüyü kimi, İddiaçı 2021-ci ilin gəlir vergisi bəyannaməsində göstərdiyi 447845 manat mal qalığı onun tərəfindən dövriyyə məlumatlarında əks olunmamış, həmçinin faktiki olaraq sahibliyində də müəyyən edilməmişdir. Bu mənada 2021-ci ilin gəlir vergisi bəyannaməsində iddiaçının özünün göstərdiyi 447845 manat məbləğində dövriyyə məlumatı iddiaçı üçün vergi öhdəliyinin formalaşmasına əsas verən vergitutma obyekti kimi çıxış etmişdir. 2021-ci ilin “Gəlir vergisi Bəyannaməsi”nin 1 nömrəli Əlavəsində 447845 manat məbləğində dövriyyə məlumatı vergi orqanı üçün mənbəyi bəlli məlumat kimi çıxış etmişdir. Beləliklə, işin hallarından görsənir ki, cavabdeh inzibati orqan tam qanuni və əsaslı qərar qəbul etmiş, mənbəyi dəqiq məlumata istinad etmiş və vergi ödəyicisinin hər hansı hüquq və qanunla gözlənilən mənafeyini pozmamışdır. İddiaçı 2022-ci ilin yanvar-may ayları üzrə ƏDV bəyannamələrində 18951.24 manat məbləğində dövriyyəsinin olduğunu bəyan etmiş və bununla bağlı müvafiq hesabatları vergi orqanına təqdim etmişdir. Vergi orqanı tərəfindən 2022-ci ilin may ayı üzrə ƏDV-lə bağlı qərar qəbul edilərkən iddiaçının özünün göstərdiyi 18951.24 manat məbləğ nəzərə alınmış və həmin məbləğ 447845 manatlıq dövriyyə məlumatlarından çıxarılmışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 13 iyul 2024-cü il tarixdə cavabdeh inzibati orqana 2022-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş “ƏDV” bəyannaməsi təqdim etmişdir.16 iyul 2024-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub İddiaçı göndərilmiş və 5 iş günü ərzində sənədlərin (dəqiqləşdirilmiş bəyannamə) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin sənədlər təqdim edilməmişdir. İstinad edilən xüsusatlardan görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər tamamilə əsassızdır. xx.xx.2024-cü il tarixli **********288300 nömrəli qərar elə İddiaçı özünün təqdim etdiyi vergi bəyannaməsi (2021-ci il üzrə gəlir vergisi bəyannaməsi) əsasında qəbul edilmiş, kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi öhdəliyi mənbəyi bəlli məlumatlara əsaslanmışdır. Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaçının borcun silinməsinə dair iddiasının mümkün sayılmaması barədə vəsatət daxil olmuş və iddiaçının nümayəndəsinin 10746.41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Vəsatətdə qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yol veriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Qeyd olunur ki, iddiaçının şəxsi hesab vərəqəsindəki əks olunmuş 2021-ci ilin dekabr ayını əhatə edən 10746.41 manat məbləğindəki vergi borcu müvafiq qərar əsasında formalaşmış vergi öhdəliyidir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus şəxsi hesab vərəqəsində hesablama kimi görsənən əməliyyat daxilində vergi orqanı hər hansı əlavə hesablama aparmamış, borcun tərkibini dəyişməmiş, əlavə faiz məbləğləri hesablamamış və kameral vergi yoxlamasının nəticəsi olaraq hər hansı inzibati akt qəbul etməmişdir. Şəxsi hesab vərəqəsində əks olunmuş 10746.41 manat vergi borcu 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi olmaqla cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında hesablanmışdır. Hal-hazırda həmin qərar qüvvədədir. Vergi orqanı tərəfindən 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi ilə bağlı yeni inzibati akt qəbul edilməmişdir. Belə olan halda da hazırkı vəziyyətdə həmin tələb üzrə yekun xarakterli qərar qəbul edilə bilmədiyi üçün iddiaçının iddiası mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi-Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Fiziki şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçı ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. xx.xx.2022-ci il tarixli **********595200 nömrəli “Vergi ödəyicisinin fəaliyyətinin olubolmamasının yerində araşdırılması” haqqında xidməti məlumatda qeyd olunmuşdur ki, bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindən daxil olmuş **********389900 nömrəli xx.xx.2022-ci il tarixli məktuba cavab olaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 84 ünvanında vergi ödəyicisi İddiaçı (VÖEN **********) fəaliyyət göstərmədiyi, qeyd olunan ünvanda X2 (VÖEN **********) fəaliyyət göstərdiyi bildirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, 2021-ci il 12-ci ayın ƏDV-si üzrə xx.xx.2024-cü il yazılış tarixli azalma, hesablama əməliyyatları aparılmışdır. İddiaçı tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli şikayət məktubunda qeyd edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə heç bir qərar olmadan şəxsi hesab vərəqəsinə ƏDV 2021/12 dövrü üzrə 10746.41 manat vergi məbləği hesablanmışdır. Müvafiq dövr üzrə cari bəyannamə tərəflərindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Göründüyü kimi vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozaraq qərar olmadan şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə etmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixdə ƏDV 2021/12 dövrü üzrə 10746.41 manat hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması üçün göstəriş verilməsini xahiş edir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanlanmış 3-21-2-18/2-Ə-1xxxx/2024 nömrəli müraciətin cavablandırılması haqqında məktubunda göstərilmişdir ki, 2021-ci ilin dekabr ayı ƏDV bəyannaməsinə xx.xx.2024-cü il tarixdə tərəflərindən əlavə vergi hesablanmamış və bəyannamənin hər hansı bir hissəsində düzəliş edilmədiyi üçün kameral hesablama barədə qərar çıxarılmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində borcunun tərkibi dəyişdirilməmiş və əlavə vergi və yaxud faiz məbləğləri hesablanmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə 2022-ci ilin may ayı üçün dəqiqləşmiş ƏDV bəyannaməsi vermişdir. xx.xx.2024-cü il tarixli **********711100 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim olunmuş bəyannamədə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq dəqiqləşmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı 2022-ci ilin may ayı üzrə 77.326,88 manat əlavə dəyər vergisi hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları
3. Hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun şəxsi hesab vərəqələrində aparılması qaydaları 3.2 Hesablanmış və ödənilmiş vəsaitlərin uçotu bu Qaydaların tələblərinə əməl edilməklə aparılır.
4. Hesablanmış məbləğin şəxsi hesab vərəqəsinə daxil edilməsinin əsasları və müddətləri 4.1. Hesablanmış məbləğlər aşağıdakı sənədlər əsasında və müddətlərdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir: 4.1.2. Kameral vergi yoxlamasının nəticələri üzrə - kameral vergi yoxlamasının nəticəsi üzrə Qərarın imzalandığı gün ərzində;
İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli 02 nömrəli Qərardadı
48. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
49. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-2025/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2270/2023 nömrəli qərarları Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia tələbləri mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbləri üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçı tərəfindən iddia müddətinə riayət olunması, cavabdehin imtinasının olması müəyyən edilmişdir. Məhkəmə həmçinin iddia tələbinin 10746.41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi hissəsi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçı hazırda cavabdeh orqan tərəfindən 2021-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinin hesablanmasına dair qəbul edilən xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirmir. İddiaçının hüquqi marağı 2021-ci ilin dekabr ayının əlavə dəyər vergisi üzrə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsində xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə hesablanmış 10746,41 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsidir. Bu iddia isə öhdəliyin icrası haqqında iddia olmaqla iddia müddəti yoxdur. Eyni zamanda iddiaçı həmin tələblə əvvəl inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqan tələbinin təmin edilməsindən imtina etmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini və xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə (qərarsız) 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir. Məhkəmə əvvəla cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada, vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergi ödəyicisi və vergitutma elementləri müəyyən edilmiş olsun. Vergitutmanın elementlərindən biri də vergi dövrüdür. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümümi dəyərindən ibarətdir. Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Göründüyü kimi vergi orqanı tərəfindən əlavə dəyər vergisinin hesablandığı 2022-ci ilin may ayında iddiaçı vergi ödəyicisi kimi fəaliyyət göstərməmiş, təqvim ayında ərzində vergitutma əməliyyatı həyata keçirməmişdir. Lakin vergi orqanı 2022-ci ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin may ayında vergi ödəyicisinin heç bir əməliyyat həyata keçirmədiyini nəzərə almamışdır. Məhkəmə cavabdehin etirazının əsası kimi göstərdiyi 2022-ci ilin may ayı üzrə ƏDV-nin məhz iddiaçının özünün təqdim etdiyi bəyannaməyə əsasən hesablanması ilə bağlı qeyd edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bundan başqa inzibati icraat haqqında qanunvericiliyə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İddianın tələbinin xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi hissəsinə gəldikdə isə aşağıdakılar qeyd olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan 13 avqust 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, vergi orqanları tərəfindən keçirilən vergilərin kameral və səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməlidir. Yəni, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. İşin hallarından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə 10.746,41 manat əlavə dəyər vergisi hesablanmışdır. Daha sonra 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi üzrə xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 10746.41 manat ƏDV hesablanması barədə əməliyyat həyata keçirilmiş, lakin bununla bağlı cavabdeh orqan tərəfindən heç bir qərar qəbul edilməmişdir. Halbuki cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablanmış, heç bir qərar olmadan əsassız olaraq iddiaçının şəxsi hesab vərəqəsinə qanunsuz müdaxilə edilmişdir. Qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması qanunvericiliyin göstərilən tələblərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ləğv edilməli və xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10746,41 manat əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 34.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********288300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. xx.xx.2024-cü il tarixli yazılış qeydi ilə 2021-ci ilin dekabr ayı üzrə hesablanmış 10.746,41 manat əlavə dəyər vergisi məbləğinin İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva