Məhkəmə qərarları › İş №e-2-1(114)-3558/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3558/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3558/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 13000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Cavabdehnə xx.xx.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.

2. Vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə ümumilikdə 1260751,07 manat, vergilər üzrə 716730,57 manat, maliyyə sanksiyaları üzrə 365927,63 manat, faizlər üzrə 178092,87 manat məbləğində borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir.

3. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli **********6 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2023-cü il tarixli **********6 nömrəli protokolla Bərdə rayonu, Güloğulluları kəndində yerləşən sahibkarlıq subyektində cavabdehə məxsus ümumilikdə 13000 manat dəyərində - 1 ədəd 10000 manat dəyərində «Nissan Sunny» sedan markalı, 2012-ci istehsalı, 09AA054 qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsi və 1 ədəd 3000 manat dəyərində QAZ 33021 yük markalı, 2002-ci il istehsalı, 09AC391 qeydiyyat nişanlı, lavanda rəngli nəqliyyat vasitələri siyahıya alınmışdır.

4. Əmlakın siyahıya alınması həyata keçirilən zaman cavabdeh iltizam verərək, siyahıya alınmış əmlakın həqiqətən ona məxsus olduğunu, əmlakın siyahıya alınması üçün təqdim etdiyini və həmin əmlakın heç bir yüklülüyünün olmadığını öz imzası ilə təsdiq etmişdir.

5. Nəqliyyat vasitəsinin AC № 138508 nömrəli xx.xx.2013-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən QAZ 33021 yük markalı, 2002-ci il istehsalı, 09AC391 qeydiyyat nişanlı, lavanda rəngli nəqliyyat vasitəsi Bərdə Cavabdeh MMC-nin adına qeydə alınmışdır.

6. Nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən «Nissan Sunny» sedan markalı, 2012-ci istehsalı, 09AA054 qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsi Bərdə Cavabdeh MMC-nin adına qeydə alınmışdır.

7. Elektron məhkəmə informasiya sistemində Cavabdeh əmlak məlumatları sorğu edilmiş və «Nissan Sunny» minik markalı 2012-ci istehsalı 09AA054 qeydiyyat nişanlı ağ rəngli nəqliyyat vasitəsi və QAZ 33021 yük markalı 2002-ci il istehsal 09AC391 qeydiyyat nişanlı lavanda rəngli nəqliyyat vasitəsinin sonuncunun mülkiyyətində olması aşkar edilmişdir.

8. Siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, protokolu, müvafiq aktı imzalamışdır.

9. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

10. Cavabdehin borc məbləğindən dövlət büdcəsinə 13000 manat məbləğində borcu qalmışdır. II. Məhkəmədə icraat

11. İddiaçı 11 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2023-cü il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə ödənilməmiş 13000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 13000 manat məbləğində siyahıya alınmış əmlakının (ümumilikdə 13000 manat dəyərində - 1 ədəd 10000 manat dəyərində «Nissan Sunny» sedan markalı, 2012-ci istehsalı, 09AA054 qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsi və 1 ədəd 3000 manat dəyərində QAZ 33021 yük markalı, 2002-ci il istehsalı, 09AC391 qeydiyyat nişanlı, lavanda rəngli nəqliyyat vasitələri) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III.İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

15. Belə ki, Vergi Məcəlləsinə müddəalarına müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının vəzifələrinə aid edildiyindən və cavabdeh vergi ödəyicisi kimi iddiaçı 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

16. İddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdeh rəsmi qeydiyyat ünvanının olduğu Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı orqanın hüquqi ünvanına və cavabdehin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə Cavabdehnə sms-xəbərdarlıq çatdırılmışdır. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçının nümayəndəsi E.Teymurov iddia ərizəsinə əlavə etdiyi ərizədə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehə ünvanlanmış xx.xx.2023-ci il tarixli bildiriş; - 11 saylı Ərazi Vergilər İdarəsinin əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********6 nömrəli qərarı; - Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********6 nömrəli protokol; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq məktubu; - Cavabdehin şəxsi hesab vərəqəsi; - Elektron məhkəmə informasiya sistemindən çıxarış; - Vergi ödəyicisi haqqında elektron məlumat.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

26. İş materiallarından müəyyən edildiyi kimi, cavabdehin dövlət büdcəsinə yaranmış borcundan ödənilməmiş 13000 manat borcu qalmış və görülmüş tədbirlərə baxmayaraq həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergilərin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan 13000 manat məbləğində borcun ödənilməsi məqsədilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus ümumilikdə 13000 manat dəyərində - 1 ədəd 10000 manat dəyərində «Nissan Sunny» sedan markalı, 2012-ci istehsalı, 09AA054 qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsi və 1 ədəd 3000 manat dəyərində QAZ 33021 yük markalı, 2002-ci il istehsalı, 09AC391 qeydiyyat nişanlı, lavanda rəngli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsi ilə hərracda satılmalıdır.

27. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 13000 (on üç min) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus ümumilikdə 13000 manat dəyərində - 10000 manat dəyərində «Nissan Sunny» sedan markalı, 2012-ci istehsalı, 09AA054 qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsi və QAZ 33021 yük markalı, 2002-ci il istehsalı, 09AC391 qeydiyyat nişanlı, lavanda rəngli nəqliyyat vasitəsi hərrac vasitəsilə satılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar