Məhkəmə qərarları › İş №e-2-1(114)-361/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-361/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-361/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv olunaraq “Hərbi xidmətə yarasız olması” barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1995-ci il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Murovdağ istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində xəsarət almış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Göygöl RMX PHŞ terapiya şöbəsində müalicə almışdır. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 238 qeydiyyat nömrəli Travma haqqında arayış əsasında “partlayış travması (xx.xx.2020). Hər iki aşağı ətrafın bud və baldır nahiyyələrinin qəlpə yaralanması” diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata keçirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “Sağ əlin İİ, İİİ armaqlarının, hər iki bud, hər iki baldır nahiyyələrinin yumuşaq toxumaların qəlpə aralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumuşaq toxumaların yad cisimləri (metal qəlpələr). Gərginlik tip baş ağrısı” diaqnozu qoyulmuş və hərbi xidmətə yararlı olması əks olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv olunaraq “Hərbi xidmətə yarasız olması” barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-ci Qarabağ müharibəsinin veteranı kimi Qarabağ müharibəsində Kəlbəcərin azad edilməsi zamanı Hərbi Travma aldığına görə (ayaqlarında qəlpələr var) Hərbi Həkim Komissiyasının Qərarı və Şəhadətnaməsi verilməli idi, lakin verilməmiş, onun əvəzində qərarı və şəhadətnaməni açıqlayan arayış veriblər, oda səhv veriblər. Belə qərara gəlmək olar ki, qərar və şəhadətnamə səhv yazılır. Birincisi iddiaçı travma haqqında arayışı (hərbi hissədən qoşma 11) məktub göndərəndə konvertə əlavə edib göndərmiş, lakin hərbi həkim komissiyasından müayinədən keçəndə arayışı təqdim etsə də istəməmiş, sonradan zəng edərək niyə təqdim etməmisini soruşmuşlar. Amma Hərbi Həkim Komissiyasının Qərarını və Şəhadətnaməsini açıqlayan xx.xx.2022-ci il tarixli 6190 saylı arayışda səhvən yazıblar ki guya «travma haqqında arayış təqdim edilməmişdir». Üstəlik qərara aldım hissəsində yazır «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır, Diaqnoz 36-cı dişin kariyesi» amma yuxarıda səhvən yazıb ki guya «hərbi xidmətə yararlıdır». İddiaçının qəlpələri hələ də bədənindədir. O, hərbi xidmətə yararlı deyil, travması olan necə yararlı ola bilər? Və arayışı poçtla təqdim etdiyi halda niyə yazırlar ki təqdim etməyib? İddiaçı xahiş edir ki, Hərbi Həkim Komissiyasının Qərarı və Şəhadətnaməsi ona təqdim olunsun amma düzəliş olunmuş formada. Yazılsın ki «travma haqqında arayış təqdim edilmişdir» və yazılsın ki «hərbi xidmətə yararsızdır». Hərbi Həkim Komissiyası çağırdığı kimi Daşkəsən Hərbi Komissarlığından aldığı göndəriş və arayış əsasında xx.xx.2022-ci il tarixdə Komissiyaya gəldi və bildirdilər ki, «Travma var» yazılmasına baxmayaraq hərbi xidmətə «yararlı» kimi qalacaq və qərar şəhadətnamə verilməyəcək. Travmam var demək sağlam deyil, sağlam deyil isə necə hərbi xidmətə yararlı ola bilər? Niyə şikayət etdikcə hər dəfə təkrar müayinədən keçmək üçün çağırırlar? Nəsə dəyişiklik olacaq ki? Həmin qəlpələr yerindədir və qəlpə yaralarıda yerindədir. Hər dəfə şikayətdən sonra dəqiq cavab vermək əvəzinə onu Komissiyaya çağırmaqla yola verirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 58 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddiaçı xx.xx.20222-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş "Sağ əlin İİ, İİİ armaqlarının, hər iki bud, hər iki baldır nahiyyələrinin yumuşaq toxumaların qəlpə aralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumuşaq toxumaların yad cisimləri (metal qəlpələr). Gərginlik tip baş ağrısı" diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi " Hərbi-Həkim ekspertizası haqqında Əsasnamənin" 7.2. bəndinin a) yarımbəndinə əsasən " HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" kimi, 36-ci dişin kariyesi" diqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi isə "Əsasnamənin" 7 e yarımbəndinə əsasən "ÜMÜMİ XƏSTƏLİKDİR" kimi təyin edilmiş və həmin diaqnozlara əsasən o, hərbi xidmətə yararlı sayılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi Qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan lespublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata eçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin əyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Şəhadətləndirilmə zamanı vətəndaş İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» «Xəstəliklər cədvəli»nin 67-ci maddəsində nəzərdə tutulan hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən hallar müəyyən edilməmişdir. Bu səbəbdən də İddiaçı təyin edilmiş xəstəlik diaqnozlarına əsasən o, hərbi xidmətə yararlı sayılmışdır. Vətəndaş E. Məmmədovda təyin edilmiş travma və xəstəliyin “Hərbi yararsızdır". kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətləri olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanuna hesab edilə bilməz. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətləra qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardar seçmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-361/22022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixli, T252/2023 nömrəli ekspert rəyinə əsasən iddiaçının tibbi sənədlərinə əsasən ona müayinə olunduğu müəssisələrdə müəyyən edilmiş “Sağ əlin İİ, İİİ armaqlarının, hər iki bud, hər iki baldır nahiyyələrinin yumuşaq toxumaların qəlpə aralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumuşaq toxumaların yad cisimləri (metal qəlpələr)” diaqnozlar ümumən eynidir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüş olsa da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh orqanın inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparıb-aparılmaması yoxlanılır. Hazırkı iş üzrə cavabdeh vergi orqanının “xx.xx.2022-ci il tarixli qərarı” mübahisələndirildiyindən, həmin qərarın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın qanunauyğun aparılması yoxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli, N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinin a yarımbəndinin 13-cü hissəsinə əsasən hərbi xidmət keçmiş vətəndaşların şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbihəkim komissiyalarına həvalə olunmuşdur. Əsasnamənin 1.5-ci bəndində qeyd olunur ki, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. 7.3 Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İddiaçının dəlili ondan ibarətdir ki, onun şəhadətləndirilməsi zamanı «Travma var» yazılmasına baxmayaraq hərbi xidmətə «yararlı» kimi qərar qəbul olunmuşdur. Halbuki travması olan hərbi xidmətə yararlı deyildir. Ona görə də, iddiaçı hesab edir ki, onun xəstəliyinin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd olunmalıdır. Məhkəmə iddiaçının bu arqumentini əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə də iddiaçının tibbi sənədlərinə əsasən ona müayinə olunduğu müəssisələrdə müəyyən edilmiş “Sağ əlin İİ, İİİ armaqlarının, hər iki bud, hər iki baldır nahiyyələrinin yumuşaq toxumaların qəlpə aralanmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” diaqnozlar ümumən eyni olması müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıya qoyulmuş diaqnoz düzgün qoyularaq sonuncu barəsində qəbul edilmiş qərar əsaslı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv olunaraq “Hərbi xidmətə yarasız olması” barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar