Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-368/2023 24.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu 2-ci Dövlət Notariat Kontoru tərəfindən 13 iyun 2010-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Şəmkir rayonu 2 saylı Dövlət Notariat kontoru tərəfindən 06 iyun 2011-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Şəmkir şəhəri E.Hüseynov küçəsi 52 saylı evin texniki pasportuna uyğun olaraq 3-17-dən 3-29 daxil olmaqla otaqlarına və 0,25 ha torpaq sahəsinin 1/3 hissəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin qətnaaməsinə əsasən iddiaçının 21 yanvar 1973-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ümumi sahəsi 407,1 kv.metr olan evin texniki pasportuna əsasən 3-17-dən 3-29 daxil olmaqla sahəsi 160,82 kv.metr otaqlarına vərəsəlik hüququ tanınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(076)-1 saylı icra vərəqəsinə əsasən, həmin evdən ona düşən pay hissəsinə dair Şəmkir rayonu 2-ci Dövlət Notariat Kontoru tərəfindən 13 iyun 2010-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (xx.xx.2010-cu il reyestrdə 2V-01-84 № ilə qeyd edilib, vərəsəlik işinin nömrəsi 42). Bundan əlavə Şəmkir Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli 2(076)-417/2010 saylı qətnaməsinə və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)- 820/2010 saylı icra vərəqəsinə əsasən, 21 yanvar 1973-cü il tarixdə vəfat etmiş X1 miras qalmış, Şəmkir şəhəri, E.Hüseynov küçəsi 52 ünvanda yerləşən, 0,25 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçının vərəsəlik hüququ tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)-820/2010 saylı icra vərəqəsinə əsasən həmin torpaq sahəsindən ona düşən 1/3 hissəyə dair Şəmkir rayonu 2 saylı Dövlət Notariat kontoru tərəfindən 06 iyun 2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (xx.xx.2011-ci il reyestrdə 2V-01-02 № ilə qeyd edilib, vərəsəlik işinin nömrəsi 01). İddiaçı həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarış və texniki pasport almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1973-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi nəvəsi İddiaçıdır, şəhadətnamə verilən miras əmlak Şəmkir Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(076)-1 saylı icra vərəqəsinə əsasən ünvan 1 ümumi sahəsi 407,1 kv.metr olan evin texniki pasportuna əsasən 3-17-dən 3-29 daxil olmaqla sahəsi 160,82 kv.metr otaqlardan ibarətdir. -surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1973-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi nəvəsi İddiaçıdır, şəhadətnamə verilən miras əmlak Şəmkir Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli 2(076)-417/2010 saylı qətnaməsinə və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)-820/2010 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin 3/1 (üçdə bir) hissəsindən ibarətdir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********91 nömrəli bildirişindən görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli və xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən ünvan 1 ümumi sahəsi 407,1 kv.metr olan evin texniki pasportuna əsasən 3-17-dən 3-29 daxil olmaqla sahəsi 160,82 kv.metr otaqlar və ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin 3/1 (üçdə bir) hissəsini miras əmlak kimi iddiaçı qəbul etmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi mütəxəssis tərəfindən qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işləri aparılarkən digər vətəndaş tərəfindən maneçilik törədilməsi, nəticədə mübahisəli hal yaranması, iddiaçı tərəfindən ölçmə işlərinin aparılmasının təmin edilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, xx.xx.2010-cu il tarixli və xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən ünvan 1 ümumi sahəsi 407,1 kv.metr olan evin texniki pasportuna əsasən 3-17-dən 3-29 daxil olmaqla sahəsi 160,82 kv.metr otaqlar və ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin 3/1 (üçdə bir) hissəsini miras əmlak kimi iddiaçı qəbul etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən torpaq sahəsi və fərdi yaşayış evini müvafiq şəhadətnamələr əsasında, yəni qanuni əsaslarla əldə etmiş və həmin şəhadətnamələr hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, həmin əmlakla bağlı müvafiq ölçmə işlərinin aparılmasına başqa şəxs tərəfindən maneə törədilməsi iddiaçının sözügedən torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin hal hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya əsas vermir. Cavabdeh orqanın maneənin aradan qaldırılması üçün müvafiq səlahiyyətli quruma müraciət etmək imkanı və səlahiyyəti olduğu halda bu imkandan yararlanmadan formal əsasla imtina etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun prinsiplərinə ziddir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Şəmkir şəhəri E.Hüseynov küçəsində yerləşən 52 saylı evin qanun üzrə vərəsəlik şəhadətnamələrinə uyğun olaraq 3-17-dən 3-29 daxil olmaqla otaqlar və ünvan 1 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-368/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-368/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver