Məhkəmə qərarları › İş №e-2-1(114)-3877/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3877/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3877/2025 23.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13rşı (üçüncü şəxs Göygöl rayon Hacıməlik Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxs Göygöl rayon Hacıməlik Bələdiyyəsinin sədri X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13rşı (üçüncü şəxs Göygöl rayon Hacıməlik Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 1431 nömrəli məktuba əsasən, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olan İddiaçı, xx.xx.2013-cü ildə vəfat etmiş əri - X4 miras qalmış Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontoruna müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən, İddiaçı X2nun birinci növbədə vərəsəsidir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X2nun adına Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına və reyestrdən çıxarış verilməsinə müvafiq göstəriş verilməsi xahiş etmişdir; - xx.xx.2013-cü il tarixdə 418 nömrəli ilə uçota alınmış A 408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Xanlar rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi X6 verilmişdir; - 11.11.2015-ci il tarixli, AZ-İ 768714 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2013-cü il tarixdə qara ciyər serrozu səbəbi ilə ölmüşdür; - Gəncə şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 7E-6726 reyestr nömrəsi ilə təsdiq edilmiş X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən, o, xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X4 miras qalmış Göygöl (keçmiş Xanlar) rayonu, Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Hacıməlik qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsindən ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etməmiş, qəbul etmir və gələcəkdə mirasın qəbul müddətinin uzadılması barədə məhkəməhə iddia qaldırmayacaqdır; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-4346/2025 nömrəli “daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə” bildirişə əsasən, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli, 385 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə tikinti və örüş sahəsinə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5740/2025 nömrəli “inzibati icraat materiallarının məhkəməyə göndərilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktına əsasən, qeyd hissəsində torpaq sahəsinin DWG məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda örüş ərazisinə düşdüyü, torpaq sahəsi ilə sənəd məlumatları arasında ölçü və konfiqurasiya fərqinin olduğu göstərilmişdir.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 48-16RA/2-62-8/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarına əsasən, X6 0.12 ha torpaq sahəsi ayrılmışdır; - X10 Komitəsi Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 34 nömrəli rəyə əsasən, Hacıməlik Bələdiyyəsinin mülkiyyətinə aid olan fərdi yaşayış evi tikmək məqsədi ilə alqı-satqı yolu ilə satışa çıxarılan 1200 kv.m və ya 0.12 ha hektar torpaq sahəsi ilə əlaqədar bildirilmişdir ki, həmin torpaq sahəsi Hacıməlik Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası k/daxili İ keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir. Qeyd edilən rəy X10 Komitəsi Göygöl rayon şöbəsinin aparıcı məsləhətçisi tərəfindən imzalanaraq möhürlənmişdir; - DT və XK-nin Göygöl rayon şöbəsinin mütəxəssisi, Hacıməlik Bələdiyyəsinin üzvü və mülkiyyətçi tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli akta əsasən, yaradılmış komissiya yerində baxış keçirərək Göygöl rayon Hacıməlik Bələdiyyəsinin qəsəbə daxili ərazisindəki ehtiyat fond torpaq sahəsindən 0.12 ha ayrılıb X6 fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılmasını məqsədə uyğun hesab edilmişdir; - DT və XK-nin Göygöl rayon şöbəsinin mütəxəssisi tərəfindən X6 ayrılan 0.12 ha torpaq sahəsinə dair Göygöl rayon Hacıməlik Bələdiyyəsinin yerquruluşu planından çıxarış (miqyas 1:10000) tərtib edilmişdir; - Göygöl rayon torpaq şöbəsində xx.xx.2012-ci il tarixdə 385 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən, Hacıməlik kəndində yaşayan X9 tərəfindən Hacıməlik Bələdiyyəsinə xx.xx.2012-ci il tarixdə torpaq almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Hacıməlik Bələdiyyə mülkiyyətində 0.12 ha torpaq sahəsinin satılması barədə 2012-ci il 05 iyul tarixli, 05 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X9 tərəfindən Göygöl rayon “Kapital Bank”ın ******************** nömrəli hesabına əvvəlcədən 768.00 manat haqq ödənilmişdir; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin aparıcı məsləhətçisi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin mütəxəssisi tərəfindən təsdiq edilmiş 110 nömrəli arayışa əsasən, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd sakini X6 fərdi yaşayış evinin tikintisi üçün qəsəbədaxili ərazidən 0.12 ha ayrılıb alqı-satqı yolu ilə satılması nəzərdə tutulmuşdur. Torpaq sahəsi Daşkəsən-Gədəbəy rayonuna aiddir. Həmin torpaq sahəsi qəsəbədaxili 100 ballı 1-ci keyfiyyət qruplu olmaqla cəmi 0.12 ha-dır və normativ qiyməti 76 manat 69 qəpikdir. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilkl dəfə satılması qeyd edilmişdir; - “Kapital Bank” Göygöl rayon Filialının xx.xx.2012-ci il tarixli, 52 nömrəli qəbzinə əsasən, X9 tərəfindən Hacıməlik Bələdiyyəsinin hesabına torpaq alqı-satqı təyinat məqsədi ilə 768 manat ödənilmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır.

5. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10037/2025 nömrəli “mütəxəssis rəyinin təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sualların araşdırılmasının nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olunmuşdur, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir: 1-ci suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları və faktiki 0.1471 ha torpaq sahəsinin koordinatları, 2004-cü il tarixli Xanlar rayonu Hacıməlik kənd Ərazisində Aparılan Torpaq X11 Yerquruluşu Lahiyəsində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, daşlı örüşdür; 2-ci suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları və faktiki 0.1471 ha torpaq sahəsinin koordinatları, X22 məlumatlarında bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, daşlı örüşdür; 3-cü suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları və faktiki 0.1471 ha torpaq sahəsinin koordinatları, 2004-cü il tarixli Xanlar rayonu Hacıməlik kənd Ərazisində Aparılan Torpaq X11 Yerquruluşu Lahiyəsinə əsasən qismən bir cizgi daxilindədir. Faktiki torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. Rəyə izzah üçün cizgi sxem və ortofoto əlavə edilir; 4-cü suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları və faktiki 0.1471 ha torpaq sahəsinin koordinatları, X22 məlumatlarında da qismən bir cizgi daxilindədir. Faktiki torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. Rəyə izzah üçün cizgi sxem və ortofoto əlavə edilir; 5-ci suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları daxilində tikililər mövcuddur. Həmin tikililərin bir hissəsi “Torpaq sahəsinin planı və ölçüsü”ndə olan koordinatlardan,cizgidən kənara düşür; 6-cı suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları daxilində yerləşən torpaq sahəsinin və faktiki 0.1471 ha torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı; 7-ci suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları daxilində yerləşən torpaq sahəsinin və faktiki 0.1471 ha torpaq sahəsinin üzərində hər hansı digər şəxslərin adına qeydə alınmış torpaq sahələri və üst-üstə düşmə halı yoxdur; 8-ci suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün koordinatları və faktiki 0.1471 ha torpaq sahəsinin koordinatları Hacıməlik bələdiyyəsinin inzibati ərazisinə düşür; 9-cu suala cavab: İddiaçı vərəsəsi olduğu X2na Hacıməlik Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış həyatyanı məqsədli 0.12 ha torpaq sahəsinə, daxil olmuş iş materialları və arxiv sənədlərinə əsasən, xx.xx.2013-ci il tarixdə işlənmiş AN408352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatları və faktiki 0.1471 ha torpaq sahəsinin koordinatlarının məlumatları,rəyi 2004-cü il tarixli Xanlar rayonu Hacıməlik kənd Ərazisində Aparılan Torpaq X11 Yerquruluşu Lahiyəsinə və X22 məlumatlarına əsasən hazırlanmışdır.

6. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-21-3-60/2- 72/2026 nömrəli “arxiv sənədlərinin təqdim edilməsi barədə” məktuba əsasən, Mərkəzin arxivində X16 kitabı olmadığından AN-408352 (KOD **********00272) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin X5 adına qeydiyyata alınıb-alınmaması barədə məlumatın axtarışı mümkün olmamış, eyni zamanda sözügedən Plan-ölçünün tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir.

7. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin 05 iyul 2012-ci il tarixli, 05 saylı qərarı ilə X6 Göygöl rayonu, Hacıməlik kəndində satılmış 0.12 ha torpaq sahəsinə dair hüququn X2na məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, X9 30 mart 2012-ci il tarixdə Göygöl rayon Hacıməlik Bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin ona satılmasını xahiş etmişdir, Göygöl rayonu Hacıməlik Bələdiyyəsi 05 iyul 2012-ci il tarixli, 05 saylı qərar qəbul etmiş və həmin qərarla X6 Göygöl rayonu, Hacıməlik kəndi daxilində yerləşən 0.12 ha torpaq sahəsin məqbul saymışdır. Göygöl rayon Hacıməlik Bələdiyyəsi ilə X9 arasında 09 iyul 2012-ci il tarixdə 0.12 ha torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, həmin aktla 0.12 ha torpaq sahəsi 768 manat qarşılığında X1, həmin 0.12 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi hazırlanmışdır. İddiaçı bildirir ki, o, X9 xx.xx.2013-cü il tarixdə vəfat etdiyindən, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin 05 iyul 2012-ci il tarixli, 05 saylı qərarı ilə Göygöl rayonu, Hacıməlik kəndində satılmış 0.12 hatorpaq sahəsinə dair çıxarış ala bilməmişdir. O, X2nun birinci dərəcəli vərəsəsi olduğundan sözügedən Göygöl rayonu, Hacıməlik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin vərəsəlik etdirib adına keçirtmək isdəmiş, həmin torpaq sahəsinin çıxarışı olmadığından notarius həmin torpaq sahəsinə çıxarış alınması üçün məktub vermişdir. İddiaçı bildirir ki, torpaq sahəsinə dair hüququn X2na məxsus arayışın verilməsi ilə bağlı müraciət etsə də, xx.xx.2025-ci il il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə idarəsi tərəfindən müraciətinə imtina cavabı verilmiş və imtina belə əsaslandırılmışdır ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı və xx.xx.2012-ci il tarixli, 385 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktı xx.xx.2007-ci il tarixindən sonra tərtib edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə materiallarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərüffatı təyinatlı (örüş) əraziyə, bir hissəsi isə tikinti və örüş sahəsinə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərzinin icrası mümkün olmamışdır. İddiaçı onu bildirmək isdəyir ki, həmin dövrdə bələdiyyələrlə alqı-satqı yuxarıdakı qaydada aparılmış və minlərlə həmin alqı-satqı aktları əsasında şəxslərə DƏDKR tərəfindən çıxarışlar verilmişdir. İddiaçı hesba edir ki, belə olan halda dövlət orqanı tərəfindən ona qarşı ayrı-seçkiliyə yol verildiyi və konstitusion hüquqlarının pozulduğu qeyd edilmişdir.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göygöl rayon Hacıməlik Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 ilə əvəz edilmiş, iddia tələbi “Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Göygöl rayonu, Hacıməlik kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində faktiki vəziyyətə uyğun olaraq mülkiyyət hüququnun X2na məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, X5 vərəsəsi X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Əliqulu oğlunun Göygöl rayonu, Hacıməlik kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı, təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli, 385 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin aparılan araşdırma zamanı, torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə materiallarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə tikinti və örüş sahəsinə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamış, ərizənin icrasından imtina edilərək bu barədə ərizəçiyə xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-4346/2025 nömrəli bildiriş göndərilmişdir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş iddianın nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddia tələbinə qarşı heç bir etirazı yoxdur və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, hər iki tərəf gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

15. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

16. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5740/2025 nömrəli “inzibati icraat materiallarının məhkəməyə göndərilməsi barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-16RA/2-62-8/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10037/2025 nömrəli “mütəxəssis rəyinin təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş mütəxəssis rəyi; - Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli, 3-21-3-60/2-72/2026 nömrəli “arxiv sənədlərinin təqdim edilməsi barədə” məktubu;

Əsaslandırma hissəsi:

17. İddiaçı cavabdehə müraciət edərək, Göygöl rayonu Hacıməlik kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrərin hüquqların mərhum əri X6 məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli, 385 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin həmin imtinada aparılan araşdırma zamanı, torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə materiallarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə tikinti və örüş sahəsinə düşdüyü aşkar edildiyi qeyd edilmişdir.

18. Müvafiq mütəxəssis rəyindən sonra A 408352 nömrəli “Torpaq sahəsinin planı və ölşüsü”də olan torpaq sahəsi ilə naturada təqdim edilən torpaq sahəsinin yerləşmə yerində cuzi uyğunsuzluq olduğu müəyyən edilmiş, məhkəmə tərəfindən edilmiş hüquqi yardımdan sonra hazırki iddia tələbində tələb dəqiqləşdirilmişdir. İnzibati orqanın əvvəlki imtinasındakı əsaslar aradan qalxmamışdır. Bu səbəbdən də məhkəmə iddiaçının hazırkı tələblə inzibati orqana müraciət etməsini prosessual qənaət prinsipi baxımından zəruri hesab etmir.

19. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

20. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

21. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarı ilə Göygöl rayon Hacıməlik Bələdiyyəsi ethiyat fond torpağından X6 fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinın ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, satılması nəzərdə tutulan torpaq sahəsi uqodiyası k/daxili olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi, həmin torpaq sahəsi Göygöl rayonunun (şəhərinin) zona bölgüsündə İ zonaya aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 768 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Göygöl rayon torpaq şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 385 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda, DT və XK Göygöl rayon şöbəsinin mütəxəssisi, Göygöl Bələdiyyəsinin üzvü və mülkiyyətçi iddiaçıya ayrılmış torpaq sahəsinə yerinə baxış keçirmiş və baxış zamanı Göygöl rayon Hacıməlik Bələdiyyəsinin qəsəbədaxili ərazisindəki perspektiv inkişaf fond torpağından 0.12 ha ayrılıb X6 fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılmasını məqsədə uyğun hesab edilmişdir. X9 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və X9 və İddiaçı onun qanun üzrə vərəsələri kimi tanınmışdır.

23. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli, 385 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə tikinti və örüş sahəsinə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

24. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum ərinin qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış, torpaqların alğısatqısına dair akt, DT və XK Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 34 nömrəli rəyi ilə də təsdiq edilir.

25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

27. Mübahisəli torpaq sahəsi iddiaçının mərhum ərinə Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2012-ci il tarixli aktla satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsəd ilə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl rayon Hacıməlik Bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçının mərhum ərinə satılmışdır.

28. Cavabdeh orqanın iddiaya qarşı dəlillərindən biri ondan ibarət olmuşdur ki, araşdırılma zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı qeyd edilmiş, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 nömrəli qərarının və xx.xx.2012-ci il tarixli, 385 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Habelə, aparılan araşdırma zamanı torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə tikinti və örüş sahəsinə düşdüyü aşkar edilmiş, buna görə də ərizənin icrası mümkün olmamışdır. Həmçinin, məhkəməyə təqdim edilən etirazda qeyd olunmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Yəni, cavabdehin qənaətinə görə, əvvəlcə ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi, yalnız bundan sonra həmin sahə iddiaçıya satıla bilərdi.

29. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

30. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

31. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə Bənd 10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

32. Sadalanan normalardan göründüyü kimi, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

33. Lakin müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.

34. Hazırkı iş materialları, o cümlədən icraat iddiaçının nümayəndəsinin izahatı ilə, həmçinin Göygöl rayon İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 40-5-47-11/3-2 nömrəli arayışla müəyyən olunur ki, X9 xx.xx.1965-ci il tarixdə sözügedən qəsəbədə anadan olmuş, xx.xx.2013-cü il tarixdə ölmüş, ölənədək Göygöl rayonu Hacıməlik qəsəbəndə yaşamışdır. İddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Azərbaycan Respublikası Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarında da həmin normaya istinad mövcuddur.

35. Digər tərəfdən göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun mərhum əri X6 məxsus olması barədə arayış verilməsini tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmış və həmin qərar hazırda qüvvədədir. X2 hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, X2nun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.

36. Yəni, iddiaçı təxminən 14 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

37. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

38. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

39. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

40. Həmçinin, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin”.

41. Cavabdehin digər dəlili torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (DWG və AzCAD) əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə tikinti və örüş sahəsinə düşməsinin aşkar edilməsi olmuşdur.

42. İlk öncə qeyd edilir ki, müvafiq mütəxəssis rəyində qərardadda göstərilən 1 və 2c suallar üzrə verilmiş cavabda həmin ərazinin torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar, daşlı örüş ərazisi kimi göstərilmişdir.

43. Qeyd edilən mövqeylə razılaşmayan məhkəmə bildirir ki, iş materialında olan iddiaçıya torpaq sahəsinin satılması barədə qərar qəbul edilərkən həmin torpaqların təyinatını, islahat uqodiyası (təsərrüfat yeri) barədə müvafiq ixtisaslaşdırılmış dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 34 nömrəli rəyinə əsasən, iddiaçıya satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi Göygöl Bələdiyyəsinin mülkiyyətinə aid olması, satılması nəzərdə tutulan torpaq sahəsinin yararsız olmaqla həmin həyətyanı məqsəd üçün satılması məqsədəmüvafiq olması qeyd edilmişdir.

44. Qeyd etmək lazımdır ki, sözügedən rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

45. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirdi.

46. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Göygöl rayon şöbəsi tərəfindən verilmişdir.

47. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı aktı, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur.

48. Odur ki, 2012-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin əkin sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz.

49. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır.

50. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-716/2024 nömrəli qərarında da əks etdirilmişdir.

51. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

52. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

53. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 Nizamnaməsi Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən faktiki vəziyyətə uyğun 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X2na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar