Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3996/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1974-1976-cı və 1980-1996-cı illərdə kolxozda işlədiyi, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus xx.xx.1988-ci il tarixli MT-İ 267777 nömrəli diploma əsasən o, xx.xx.1984-cü il tarixdə Azərbaycan SSR Dövlət Sənaye Komitəsi S.M.Kirov adına X1 Texnikomunun kənd təsərrüfatı istehsalatına mühasib uçotu şöbəsinə daxil olmuş və 1988-ci ildə kənd təsərrüfatı istehsalatında mühasib uçotu ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə ona mühasib ixtisası verilmişdir.
4. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-43RA/2-70/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı 1974-1976 və 1980-1996-cı illərdə sabiq “Lenin” və “F.Qəhrəmanov” adına kolxozlarda işləmiş, işlədiyi müddətdə 1986,1987, 1990, 1991- 1994-cü illər üzrə minimum əmək günü normasından artıq, 1974-1976, 1980-1985, 1988, 1989, 1996-cı illər üzrə isə minimum əmək günü normasından az işləmişdir.
5. xx.xx.2012-ci il tarixli 224738 nömrəli və xx.xx.2013-cü il tarixli 224926 nömrəli İddiaçı tərəfindən Tərtər Mamırlı bələdiyyəsinə 2012, 2013-cü illər üzrə 22 manat torpaq vergisi ödənilmişdir.
6. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-49498/2025 nömrəli imtina cavabı ilə ona bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 16 il 2 ay 29 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Məlumat üçün bildirilir ki, təqdim etdiyi sənədlər əsasında onun sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunan dövrlərin mötəbərliyi tərəflərindən araşdırılmamışdır. Sığorta stajını tamamlayan əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı müvafiq qaydada araşdırıldıqdan sonra qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxılacaqdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona proaktiv qaydada xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi davam etdirilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-248074/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi ******* №-li hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixinədək 1 il 11 ay 17 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçının təqdim etdiyi Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-43 RA/2- 70/2024 №-li arayışına əsasən “Lenin” və “F.Qəhrəmanov” adına kolxozda işlədiyi müddətdə 1974-cü il üzrə 52 gün, 1975-ci il üzrə 45 gün, 1980-ci il üzrə 50 gün, xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək 13 il, 1994-cü il üzrə 290 gün və 1996-cı il üzrə 28 gün adam günü normasını yerinə yetirdiyi dövr (ümumi 14 il 3 ay 15 gün) də sığorta stajına daxil edildiyi halda onun ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmadığından mötəbərliyi tərəflərindən araşdırılmamışdır və əlavə sənəd təqdim ediləcəyi təqdirdə qeyd edilən dövrlərin araşdırılması üçün müvafiq sorğu ünvanlanması zərurəti yaranacaqdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. II. Məhkəmədə icraat
8. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ildən başlamışdır. Belə ki, 1974-1976 və 1980-1996cı illərdə (19 il) Tərtər rayon «Lenin» və «F.Qəhrəmanov» adına kolxozlarda üzvlük əsasında kolxozçu işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək (1 il 11 ay 11 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək (3 il 10 ay 24 gün) X1 Texnikumununda mühasibatlıq ixtisası üzrə orta ixtisas təhsili almışdır. xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixlərdə hər dəfə AR DSMF-nin hesabına 22 manat məcburi dövlət sığorta pulu ödəmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə, MDSS ödənişi isə BÜÖ seriyalı, 224738 və 224926 №-li mədaxil qəbzləri ilə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında, diplomunda və hərbi biletindəki olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 25 il 5 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək onun xx.xx.2023-cü ildə 65 yaşının olmasını, xx.xx.2006-cı ilədək 25 il 5 gün iş (sıgorta) stajına malik olmağını, xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixlərdə hər dəfə AR DSMF-nin hesabına 22 manat məcburi dövlət sıgorta pulu ödədiyini nəzərə alıb ona pensiya hüququnun yarandığı xx.xx.2023-cü ildən əmək pensiyası təyin alınmaqla xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-49498/2025№-li məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadıgı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmiş və onun sosial təminat hüququ pozulmuşdur. Ona görə də o, cavabdehin bu məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edərək müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə işin bu faktik hallarını və qanunvericiliyi əsas tutaraq iddianın təmin edilməsi barədə qərar çıxaracaqdır.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “onun 1974- 1976-cı və 1980-1996-cı illərdə kolxozda işlədiyi, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
12. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
13. Cavabdeh tərəfindən məhkəmə iclasında etiraz təqdim olunmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərardadın 6-cı bəndi).
14. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, onun mümkün sayılmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
18. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
21. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
22. İddiaçının aşağıdakı sosial sığorta stajına dair dövlər mövcuddur: - xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü; - “Lenin” və “F.Qəhrəmanov” adına kolxozda işlədiyi 1974-1976-cı və 1980-1996cı illər; - xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövr.
23. Cavabdeh orqan tərəfindən həmin dövrlərdən hərbi xidmət dövrü tam şəkildə və “Lenin” və “F.Qəhrəmanov” adına kolxozda işlədiyi müddətdə 1974-cü il üzrə 52 gün, 1975-ci il üzrə 45 gün, 1980-ci il üzrə 50 gün, xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək 13 il, 1994-cü il üzrə 290 gün və 1996-cı il üzrə 28 gün olmaqla qəbul edilərək, iddiaçının sosial sığorta stajı 16 il 2 ay 29 gün müəyyən edilmişdir.
24. İddiaçı hazırkı tələbində 1974-1976-cı və 1980-1996-cı illərdə kolxozda işlədiyi dövrlərin tam şəkildə, habelə xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
25. Lakin həmin dövrlər hətta onun sosial sığorta stajına daxil ediləcəyi halda belə pensiya təyinatı üçün tələb olunan 25 illik sosial sığorta yaranmır.
26. Eyni zamanda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır.
27. Bundan başqa, iddiaçı iddia ərizəsində xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixlərdə hər dəfə AR DSMF-nin hesabına 22 manat məcburi dövlət sığorta pulu ödədiyi qeyd etsə də, bu barədə heç bir sənəd təqdim etməmişdir.
28. İddia ərizəsinə əlavə etdiyi isə xx.xx.2012-ci il tarixli 224738 nömrəli və xx.xx.2013-cü il tarixli 224926 nömrəli qəbzlər isə Tərtər Mamırlı bələdiyyəsinə 2012, 2013-cü illər üzrə 22 manat torpaq vergisinin ödənilməsi ilə bağlı olmuşdur.
29. Göründüyü kimi, iddiaçı ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajına, habelə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə qeydə alınmış pensiya kapitalına malik olmadığından, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyil.
30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
31. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva