Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4403/2025 11.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, N009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. N3-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.N5-ci ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 08 iyun N0N5-ci il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı N ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən onunla əlaqədar (ehtiyyata buraxılmasına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Hesab edir ki, raportunun icrası ilə əlaqədar aparılan işlər barədə onun özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında onun ehtiyata buraxılması təxirəsalınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin raportunun verilməsinə və üzərindən 35 gün keçməyinə baxmayaraq onun ehtiyata buraxılması ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. Hazırda Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə tibb bölüyünün tibb tağım komandiri vəzifəsində xidmətini aparır. O, 01 aprel N0N5 ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N saylı hərbi hissə komandirinin birinci müavini – qərargah rəisinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının gecikdirilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X3 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. O, Şəmkir rayonunda yerləşən hərbi hissədə yaşayır. Xidməti üzrə yaşayış yeri Şəmkir rayonu olduğundan hazırkİ iddianı Gəncə İnzibati Məhkəməsində qaldırmışdır. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı 01 iyun N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində dinləyici kimi davam etdirmiş, 05 iyun N5-ci il tarixdən leytenant hərbi rütbəsi alaraq N nömrəli hərbi hissənin Tibb məntəqəsinin rəisi vəzifəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı N3 oktyabr N0N1-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş N iyul N0N4-cü il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hərbi hissənin Tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırki tarixə N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində N5-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və N0N5ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 08 iyun N0N5-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında", Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında NN dekabr N0N3-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar N0N4-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun N.4.N-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı N3 oktyabr N0N1-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və N iyul N0N4-cü il tarixdə təhsilini bitirmiş, buda onu göstərir ki, iddiaçı N il 9 ay müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 7 il 3 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Qeyd edilən xüsusatların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış etiraza münasibət daxil olmuş, münasibət belə əsaslandırılmışdır ki, cavabdehin etirazı əsassızdır. Belə ki, o, xidmətə daxil olduğu zaman, eləcə də ordinatura təhsilinə başladığı zaman qanunvericilikdə hazırki dəyişiklik edilməmiş və onun 10 il xidmət etmək vəzifə-öhdəliyi olmuşdur. Cavabdeh formal əsaslarla etiraz yazmaq xətrinə şablon üzərində etiraz ərizəsi yazmış, hətta onun ordinatura təhsili əvəzinə, əvvəlki şablon üzərində yazıldığından rezidentura təhsili almağı qeyd edilmişdir. İddiaçının tibbi ordinatura təhsili dövründə ona 10 il qüsursuz xidməti ilə bağlı medal verilmişdir. Həmçinin, o, 44 günlük Müharibədə də fəal iştirak etmişdir. Dövlətə vicdanla, qürurla 10 il xidmət etmişdir. İndi isə 10 illik müddətin başa çatması ilə əlaqədar ehtiyata buraxılmasını tələb edir. Bu onun hüququdur. Bu hüquq ona xidmətə başladığı dövrdə (həmçinin ordinaturaya başladığı dövrdə) qüvvədə olan qanunvericiliyə əsasən verilmişdir. İddiaçı qanundakı dəyişikliyin olacağını qabaqcadan bilsəydi həyatında tamam başqa addımlar atmış olardı. Heç bəlkə zabit olmaqdan belə vaz keçərdi. Həyatını uyğun şəkildə dəyərləndirib planlaşdırardı. İddiaçı ordinatura təhsili aldığı müddət ərzində faktiki olaraq hərbi xidmətdə qalmağa davam etmişdir. Həmin dövrdə: Hərbi Tibb Fakultəsində, fakültə üzrə növbətçi kimi fəaliyyət göstərmiş, üzərinə düşən tədrisdən kənar bütün xidməti öhdəliklərini və vəzifələrini yerinə yetirmişdir. Təhsil aldığı müddətdə ona növbəti hərbi rütbənin verilməsi (baş leytenantdan kapitan rütbəsinə layiq görülmüşdür) də göstərir ki, bu dövr fəal hərbi xidmətlə paralel aparılmış və hüquqi baxımdan da xidmət stajının davamı olmuşdur. Yəni bu təhsil müddəti yalnız ad baxımından "təhsil dövrü olub, faktiki olaraq isə hərbi xidmətinin ayrılmaz hissəsi kimi həyata keçib. Bu hallar da bir daha sübut edir ki, həmin təhsil dövrü, xidmətin mahiyyət və məzmununa görə faktiki hərbi xidmətlə eyniləşdirilmişdir. İddiaçı Müdafiə Nazirliyinin xətti ilə təhsil almağa göndərilmişdir. O, travmotoloq təhsili almışdır. Amma qayıtdıqdan sonra İdarə rəisi dəyişdiyindən onun ixtisasını tanımamış, diplomunun onun üçün əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Yəni o, faktiki olaraq siravi həkim kimi fəaliyyətini davam etdirir. Bir sözlə onu ixtisası üzrə işləməyə qoymurlar. Müvafiq ixtisasına uyğun təyinatla təmin etmirlər. Ona ümumi həkim işi həvalə edilmişdir. Bu da onun travmotoloq kimi təhsil illərinin boşa xərcləndiyinə səbəb olur. Belə ki, iddiaçının təhsil aldığı travmotologiya ixtisası daim öz üzərində işləməyi, yeni tibbi nailiyyətlərlə maraqlanmağı, daim həmin ixtisas üzrə işləməyi tələb edir. Belə olmadıqda isə onun ordinatura təhsil illərində öyrəndiyi biliklər unudulmağa, praktiki vərdişlər faydasızlaşmağa doğru gedir. Bu hal da həmçinin onun tez bir zamanda xidmətdən ayrılıb öz ixtisası üzrə fəaliyyət göstərməyinə zəmin yaradır. Bu faktlar onu göstərir ki, onun rezidentura dövrü, forma və hüquqi mahiyyətinə görə, xidmət stajına tam bərabər tutulmalı olan dövrdür. Həmin vaxt qüvvədə olan qanunvericilik də bu yanaşmanı dəstəkləyir və N0N4-cü ildən sonra qəbul edilmiş dəyişikliklərə əsaslanaraq bu dövrün stajdan çıxılması hüquqa ziddir. Odur ki, cavabdehin iş üzrə təqdim etdiyi iddia tələbinə etiraz ərizəsinin sübut və dəlil kimi qəbul edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. İşin halları Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, N0N4-cü il 9 yanvar tarixli 1-6/1-C- 195Ap/N0N4 nömrəli elektron müraciətə Azərbaycan Respublikasının Milli XNruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu N0N3-cü il dekabrın NN-də Milli Məclisdə qəbul edilmişdir. Eyni zamanda bildirilmişdir ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yeni normalar bu Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq ediləcəkdir. xx.xx.N5-ci il tarixli, A016066 nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N5-ci il tarixli 0N87 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə, N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli 0N7 nömrəli əmri ilə tibb məntəqəsinin rəisi vəzifəsinə, N nömrəli hərbi hissə komandirinin N avqust N9-cu il tarixli 0N4 nömrəli əmri ilə N nömrəli hərbi hissənin divizionlar qrupunun tibb məntəqəsinin rəisi vəzifəsinə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 03N nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına, N nömrəli hərbi hissə komandirinin N iyul N0N4-cü il tarixli 0N nömrəli əmri ilə N nömrəli hərbi hissənin divizionunun tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.N0N5-ci il tarixli raportdan görünür ki, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.N0N5-ci il tarixli raportdan görünür ki, N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırılmışdır. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci il tarixli, 194 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu tibb xidməti kapitanı İddiaçı həqiqətən xx.xx.N3-cü il tarixdən Azərbaycan Ordusunda, xx.xx.N0N4-cü il tarixdən isə N nömrəli hərbi hissənin tibb bölüyünün tibb taqımının komandiri vəzifəsində xidmət edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149. Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu N. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ
1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə NN. Təklif, ərizə və şikayət hüququ N. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir (NN dekabr N0N3-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, N0N4-cü il yanvarın 1-dən qüvvəyə minmişdir).
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə N. İnzibati mübahisələrin məhkəmə aidiyyəti N.N. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.N. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 01 iyun N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində davam etdirmiş, 05 iyun N5-ci il tarixdən leytenant hərbi rütbəsi alaraq N nömrəli hərbi hissənin Tibb məntəqəsinin rəisi vəzifəsində xidmətə başlamış, zabit kimi xidmət etmişdir. İddiaçı N3 oktyabr N0N1-ci il tarixdə təhsilə qəbul edilmiş N iyul N0N4-cü il tarixdə təhsilini bitirərək N nömrəli hərbi hərbi hissənin Tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırki tarixə N nömrəli hərbi hissədə xidmətini davam etdirir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun Silahlı Qüvvələrdən ehtiyata buraxılmasıdır. Cavabdeh iddiaçının hazırkı tələbinin təmin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi qeyd etmişdir ki, iddiaçının hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 7 il 3 ay təşkil edir, o, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Belə ki, İddiaçı N3 oktyabr N0N1-ci il tarixdə təhsilə qəbul edilmiş N iyul N0N4-cü il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hərbi hissənin Tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Qeyd olunan təhsil müddəti iddiaçının hərbi xidmət müddətinə daxil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə görə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən, öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin bəndin qeyd hissəsinə görə, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Göstərilən qeyd hissə NN dekabr N0N3-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, N0N4-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, N0N3-cü il dekabrın NN-də Milli Məclisdə "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yeni normalar bu Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq ediləcəkdir. Qanunvericiliyin tələbinə əsasən, NN dekabr N0N3-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə qeyd hissə əlavə edilənək hərbi qulluqçuların təhsil müddəti onların hərbi xidmət müddətinə daxil edilmişdir. N0N4-cü il 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan əlavəyə görə, hərbi qulluqçunun bir ildən çox olan təhsil dövrünün hərbi xidmət müddətinə daxil edilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, İddiaçı N3 oktyabr N0N1-ci il tarixdən N iyul N0N4-cü il tarixdək təhsil aldığı müddət onun hərbi xidmət illərinə daxil edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilən norma onun qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, N0N4-cü il 1 yanvarından sonrakı təhsil müddətlərinə münasibətdə tətbiq edilməlidir. Həmin təhsil müddəti isə 1 ildən çox olduğu halda hərbi xidmət müddətinə daxil edilə bilməz. İddiaçının təhsili N iyul N0N4-cü il tarixdə bitmiş, qeyd olunan norma qüvvəyə mindikdən sonra təxminən 6 ay davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Ona görə də iddia təmin edilməli, İddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndində əsasən, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva