Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4408/2024 23.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.2007-ci il tarixli 898 nömrəli uşağın doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı qeyd olunan tarixdə yəni xx.xx.2006-cı il tarixdə Almaniya Federativ Respublikasında doğulmuşdur. Uşaq doğularkən atası X2 ilə anası Qanuni nümayəndə arasında rəsmi nikah olmamışdır. Uşağın atası X2 həmin vaxt Azərbaycan Respublikasında olduğu üçün Qanuni nümayəndə öz qızı Tamaraya "Əhmədova" soyadını vermişdir. Daha sonra X1 Əhmədovaya məlumat vermədən 11 iyun 2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsinə müraciət edərək qızları X6 Şəhadətnamə almış, həmin şəhadətnamədə AZ-İ №922804 Tamaranın soyadı "X5" kimi qeyd edilmiş və doğum yeri Azərbaycan Respublikası Gəncə şəhəri kimi göstərilmişdir. İddiaçı doğulduğu gündən bugünədək "Əhmədova" soyadı ilə yaşamış və təhsil almış, hazırda da o, Almaniya Federativ Respublikasında ali təhsilini davam elətdirir. Belə olan halda İddiaçı ikili soyadı mövcud olmuş olur ki, bu da onun gələcəkdə sənədləşmə işlərində müvafiq problemlərlə üzləşməsinə gətirib çıxaracaqdır. Mövcud vəziyyətlə bağlı Cavabdehnə müraciət etmiş, lakin ona imtina məktubu ünavanlayaraq, məhkəməyə mütcaiət etməli olduğu tövsiyə olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlmiş, lakin cavabdeh nümayəndəsinin iştirakınl təmin etməmişdir. Məhkəmə cavabdeh nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-16-1985 nömrəli imtina məktubu, İddiaçı barəsində Almaniya Federativ Respublikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli G 397/2006 nömrəli doğum haqqında akt qeydinin surəti, İddiaçı barəsində Azərbaycan Respublikasında tərtib edilmiş AZ - İ 922804 nömrəli Doğum haqqında şəhadətnamənin surəti təşkil edir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qanuni nümayəndə X2 ilə birgə yaşadığı müddətdə xx.xx.2006-cı il tarixdə Almaniya Federativ Respublikasında Tamara adlı bir uşaqları doğulmuş, həmin uşaq barəsində Almaniya Federativ Respublikasında doğum haqqında akt qeydi tərtib edilmişdir. Uşağın atası X2 həmin vaxt Azərbaycan Respublikasında olduğu üçün Qanuni nümayəndə öz qızı Tamaraya "Əhmədova" soyadını vermişdir. X2 isə 11 iyun 2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsinə müraciət edərək qızları X6 Şəhadətnamə almış, həmin şəhadətnamədə AZ-İ №922804 Tamaranın soyadı "Hüseyn" kimi qeyd edilmiş və doğum yeri Azərbaycan Respublikası Gəncə şəhəri kimi göstərilmişdir. Beləliklə, hazırda İddiaçı barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 898 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Almaniya Federativ Respublikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli G 397/2006 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-cu il tarixdə Almaniya Federativ Respublikasınnın Suhl şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. -46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. -47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. -161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -161.3-cü maddəsinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının: -1.4-cü maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. -9.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci maddəsinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu VVADQ orqanına, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. -9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göründüyü kimi, iddiaçının qanuni nümayəndəsinin öz qızı İddiaçı barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 898 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsini arzulamaqda məqsədi sənədləşmə işlərində hər hansı bir problemlə qarşılaşmamaq istəyidir. Əks təqdirdə, İddiaçı barəsində iki soyad mövcud olduğundan ona hər hansı bir sənədin verilməsi mümkünsüz olur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 898 saylı doğum haqqında akt qeydi ləğv edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 898 saylı akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 898 saylı akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-4408/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-4408/2024
23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver