Məhkəmə qərarları › İş №e-2-1(114)-4661/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-4661/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4661/2025 20.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 1070 nömrəli doğum akt qeydinin ləğv edilməsi və Cavabdeh2ndə xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 46 nömrəli akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1976 kimi, adının Seymur kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Məhkəmə mübahisəsi: İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh2nə doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-319/2025 nömrəli məktubunda bildirmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının doğum tarixi "xx.xx.1976" deyil "xx.xx.1975" kimi qeyd olunmuşdur. Həmçinin, Bərdə rayon Yeni Əyricə kənd İ.N. tərəfindən təkrar tərtib edilmiş doğum haqqında akt qeydində adı "Seymur" deyil "Samir" kimi, doğum tarixi isə "xx.xx.1976" deyil "xx.xx.1975" kimi qeyd edilmişdir. Məlumat üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində doğum tarixinin "xx.xx.1975"-dən "xx.xx.1976"-ya düzəliş edilməsinə və Bərdə rayon Yeni Əyricə kənd icra nümayəndəliyi tərəfindən tərəfindən təkrar tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsinə kifayət qədər əsaslar yoxdur. İddiaçılar İddiaçı və X17 Cavabdeh2nə qarşı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı münasibətdə doğum haqqında akt qeydində “Samir” adının “Seymur” olaraq, “xx.xx.1975” qeydinin “xx.xx.1975” olaraq; X13 münasibətdə “Məhəmməd” adının “Samir” və “xx.xx.1973” qeydinin “xx.xx.2979” qeydi ilə düzəliş edilməsi barədə qərar qəbul olunması və həmin qərarının icrasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə (xx.xx.1949-cü il təvəlüldlü) X1 (xx.xx.1946-cı il təvəlüldlü) xx.xx.1970-ci il tarixli 331 qeydi ilə rəsmiləşdrilmiş nikahından dünyaya gəlmişdir. Cavabdeh2 verdiyi xx.xx.2025-ci il tarixli 3-16-5/8-319 və xx.xx.2025-ci il tarixli 3-16-5/8 15-320 saylı məktubları ilə bildirir ki, doğum aktı qeydində təvəllüdü xx.xx.1976 deyil 26.06 1975-ci il ad isə Seymur əvəzinə Samir kimi, həmçinin 26 mart 1973–cü il təvəllüdü əvəzinə xx.xx.1973-cü il, Samir adı əvəzinə isə “Məhəmməd” adı qeyd edilmişdir. Düzəliş ancaq məhkəməyə müarciət ilə mümkündür. Lakin iddiaçıya məxsus doğum şəhadətnaməsində, diplomda, nikah sənədində, hərbi biletlərdə adı və təvəllüdü Qeydiyyat şöbəsinin imtina məktublarında göstərdiyi qaydada deyil, bu günə qədər rəsmi sənədlərdə olduğu kimidir (İddiaçı-xx.xx.1976-cı il təvəllüdlü). Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4661/2025 nömrəli qərardadı ilə 2- 1(114)-4661/2025 nömrəli iş üzrə iddiaçı X4 Cavabdeh2nə qarşı ““Məhəmməd” adının “Samir” və “xx.xx.1973” qeydinin “xx.xx.2979” qeydi ilə düzəliş edilməsinə dair qərar qəbul olunması və qərarının icrasının cavabdehin üzərinə qoyulması” tələbi ayrıca icraata ayrılması və həmin işə yeni nömrə verilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 1070 nömrəli doğum akt qeydinin ləğv edilməsi və Cavabdeh2ndə xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 46 nömrəli akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1976 kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13- 434/2025 nömrəli məktubunda işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən: Bərdə rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı 365000 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.1973-cü il tarixdə Bərdə rayonun Yeni Əyricə kəndində anadan olmuş, bu barədə xx.xx.1973-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 70 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında X5, ana qrafasında X3 qeyd olunmuşdur. Bərdə rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı 309993 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı Bünyət oğlu xx.xx.1976-cı il tarixdə Bərdə rayonu, Yeni Əyricə kəndində anadan olmuş, bu barədə xx.xx.1976-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 66 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında X6, ana qrafasında X3 qeyd olunmuşdur. Bərdə rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 404620 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Bərdə rayonun Yeni Əyricə kəndində anadan olmuş xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ilə Bərdə rayonu, Sərkarlar kəndində anadan olmuş xx.xx.1978-ci il təvəllüdlü X7 xx.xx.1996-cı il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 48 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. xx.xx.1998-ci il tarixdə 26 qeyd nömrəsi ilə verilmiş AB-İ seriyalı, 072603 nömrəli diploma əsasən iddiaçı 1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş, 1998-ci ildə hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus Bərdə rayon hərbi komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* nömrəli hərbi biletə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Bünyad oğlu xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə AC seriyalı 925846 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərə əsasən: Cavabdeh2 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-434/2025 nömrəli məktubuna əsasən İddiaçı adına tərtib edilmiş XVİİ-JQ № 309993 şəhadətnamədə göstərilən xx.xx.1976-cı il tarixli 66 saylı doğum haqqında akt qeydi Cavabdeh2 arxivində aşkar edilmədi. Əhalinin Dövlət Reyestrində buna bənzər iki doğum haqqında akt qeydi mövcuddur. Birincisi (ilkin akt qeydi) İddiaçı adına Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 1070 saylı doğum haqqında akt qeydi və ikincisi (təkrar akt qeydi) İddiaçı Bunyad oğlunun adına Bərdə rayon Yeni Əyricə kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 46 saylı doğum haqqında akt qeydi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-31473 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla xx.xx.2004-cü il tarixdə AZE 02925796 nömrəli, xx.xx.2016-cı il tarixdə isə AZE 02925796 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Müraciətinizdə adları qeyd olunan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı və xx.xx.1975-ci il təvəllüdlü X8 ölkə ərazisində sənədləşmələri barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat aşkar edilməmişdir. İddiaçının valideynlərinə dair akt qeydləri:

1. ünvan 2 ünvanda yaşayan tələbə xx.xx.1946-cı il təvəllüdlü X9 ilə ünvan 3 ünvanda yaşayan tələbə xx.xx.1949-cu il təvəllüdlü X3 nikahlarını xx.xx.1970-ci il tarixdə qeydiyyata aldıraraq 331 nömrəli akt qeydi tərtib edilmişdir. Akt qeydi əsasında xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 231060 nömrəli evlənmə haqqında şəhadətnamə verilmişdir.

2. X15 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə xx.xx.1971-ci il tarixdə 1229 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında ünvan 4 ünvanda yaşayan və APU tələbəsi xx.xx.1946-cı il təvəllüdlü 25 yaşlı X5, ana qrafasında evdar qadın xx.xx.1949-cu il təvəllüdlü 22 yaşlı X3 qeyd edilmişdir. Ata haqqında qeydin aparılmasına əsas Bakı şəhəri Kirov rayonu VVAQ tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 231060 nömrəli evlənmə haqqında şəhadətnamə olmuşdur. Bu uşaq da daxil olmaqla valideynlərin 1 sağ uşağı var. Akt qeydi əsasında İ-ЖГ seriyalı 250905 nömrəli şəhadətnamə verilmişdir. Doğum haqqında atası Zeynalov məlumat vermişdir.

3. X10 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə xx.xx.1973cü il tarixdə 414 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında ünvan 5 ünvanda yaşayan və Bərdə rayonu TTK 4 nömrəlidə işləyən xx.xx.1946-cı il təvəllüdlü 26 yaşlı X6, ana qrafasında orta məktəbdə müəllimə işləyən xx.xx.1949-cu il təvəllüdlü 23 yaşlı X3 qeyd edilmişdir. Ata haqqında qeydin aparılmasına əsas Bakı şəhəri Kirov rayonu VVAQ tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 231060 nömrəli evlənmə haqqında şəhadətnamə olmuşdur. Bu uşaq da daxil olmaqla valideynlərin 2 sağ uşağı var. Akt qeydi əsasında İİ-ЖГ seriyalı 289840 nömrəli şəhadətnamə verilmişdir. Doğum haqqında atası Zeynalov məlumat vermişdir

4. X18 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə xx.xx.1975-ci il tarixdə 1070 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında ünvan 5 yaşayan və taksi sürücüsü işləyən 1946-cı il təvəllüdlü 29 yaşlı X11, ana qrafasında müəllimə işləyən (müvəqqəti işləməyən) 1949-cu il təvəllüdlü 26 yaşlı X3 qeyd edilmişdir. Ata haqqında qeydin aparılmasına əsas Bakı şəhəri Kirov rayonu VVAQ tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 231060 nömrəli evlənmə haqqında şəhadətnamə olmuşdur. Bu uşaq da daxil olmaqla valideynlərin 3 sağ uşağı var. Akt qeydi əsasında İİİ-ЖГ seriyalı 480293 nömrəli şəhadətnamə verilmişdir. Doğum haqqında atası Zeynalov məlumat vermişdir.

5. X17 xx.xx.1975-ci il tarixdə Bərdə rayonu, Yeni Əyricə kəndində anadan olmuş, bu barədə xx.xx.1975-ci il tarixdə 46 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan və Bərdə rayonu Xalq Nəzarət Komitəsində işləyən 1946-cı il təvəllüdlü 29 yaşlı X5, ana qrafasında Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan və Əyricə kənd 8 illik məktəbdə müəllimə işləyən 1949-cu il təvəllüdlü 26 yaşlı X3 qeyd edilmişdir. Ata haqqında qeydin aparılmasına əsas Bakı şəhəri Kirov rayonu VVAQ tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 231060 nömrəli evlənmə haqqında şəhadətnamə olmuşdur. Bu uşaq da daxil olmaqla valideynlərin 2 sağ uşağı var. Akt qeydi əsasında İİİ-ЖГ seriyalı 446595 nömrəli şəhadətnamə verilmişdir. Doğum haqqında X3 məlumat vermişdir.

6. X19 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə xx.xx.1979cu il tarixdə 269 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında ünvan 5 yaşayan və Bərdə rayonu “Bakı” kolxozunda işləyən xx.xx.1946-cı il təvəllüdlü 32 yaşlı X12, ana qrafasında xx.xx.1949-cu il təvəllüdlü 29 yaşlı X3 qeyd edilmişdir. Ata haqqında qeydin aparılmasına əsas Bakı şəhəri Kirov rayonu VVAQ tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 231060 nömrəli evlənmə haqqında şəhadətnamə olmuşdur. Bu uşaq da daxil olmaqla valideynlərin 4 sağ uşağı var. Akt qeydi əsasında Vİ-ЖГ seriyalı 378075 nömrəli şəhadətnamə verilmişdir. Doğum haqqında anası Zeynalova məlumat vermişdir.

İddiaçının özünə dair akt qeydləri:

1. Bərdə rayonun Yeni Əyricə kəndində anadan olmuş xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ilə Bərdə rayonu, Sərkarlar kəndində anadan olmuş xx.xx.1978-ci il təvəllüdlü X7 xx.xx.1996-cı il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 48 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. Akt qeydi əsasında Vİİ seriyalı 297885 nömrəli şəhadətnamə verilmişdir.

2. X20 xx.xx.2003-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, bu barədə xx.xx.2004cü il tarixdə 120 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Bünyət oğlu, ana qrafasında xx.xx.1978-ci il təvəllüdlü 25 yaşlı X2 qeyd edilmişdir. Akt qeydi əsasında AZ-İ seriyalı 458838 nömrəli şəhadətnamə verilmişdir.

3. X14 xx.xx.2010-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, bu barədə xx.xx.2011ci il tarixdə 36 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Bünyət oğlu, ana qrafasında xx.xx.1978-ci il təvəllüdlü X2 qeyd edilmişdir. Akt qeydi əsasında AZ-İİ seriyalı 602394 nömrəli şəhadətnamə verilmişdir.

Əsaslandırma hissəsi:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun şəxsiyyət vəsiqəsinə və adına tərtib olunmuş akt qeydlərinə uyğun olaraq barəsində tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilməsidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 159.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, qeydiyyat aparılarkən məlumat səhv (qeyri-düzgün) daxil edilmiş olsun. Qanunverici vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi Məhkəmə araşdırması zamanı Qərarın təsviri hissəsində qeyd edilmiş sənədlərdən məlum olur ki, iddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun adı “Sumru” doğum tarixi “xx.xx.1975” kimi qeyd edilsə də, ona məxsus digər sənədlərdə, eləcə də şəxsiyyət vəsiqəsində, hərbi biletində, nikah haqqında akt qeydində, övladlarının doğum haqqında akt qeydlərində adı “Seymur”, doğum tarixi “xx.xx.1976” kimi göstərilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus bir çox sənədlərdə, eləcə də, vətəndaşın özündə saxlanılan doğum haqqında şəhadətnaməsində adı “Seymur”, doğum tarixi “xx.xx.1976” qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəlilləri inandırıcı və ağlabatandır. Belə olan halda iddiaçı ona aid doğum haqqında akt qeydində düzəliş edilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Digər tərəfdən, bir şəxs barəsində iki doğum akt qeydinin mövcud olması qanunvericilik normalarına zidd olduğundan və hazırda iddiaçı tərəfindən Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 1070 nömrəli doğum akt qeydinin ləğv edilməsi xahiş edildiyi üçün, iddia həmin hissədə əsaslıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 1070 nömrəli doğum akt qeydinin ləğv edilməli, cavabdeh inzibati orqanın üzərinə xx.xx.1975-ci il tarixdə tarixli, 46 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 1070 nömrəli doğum akt qeydinin ləğv edilsin. xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 46 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adın “Seymur”, doğum tarixinin “xx.xx.1976” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar