Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4671/2025 16.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi-Vəkil1 və cavabdehin nümayəndəsi-Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına tam uyğun şəkildə iki mərtəbəli ticarət binasının layihələndirilməsi həyata keçirilmişdir. Buna görə də, iddiaçı tərəfindən Cavabdehnə müraciət edilərək, tikinti layihəsinə müvafiq icazənin alınması üçün müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə göndərilməsinə göstəriş verilməsi xahiş edilsə də, müraciət nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq müddəalarına əsasən, iddiaçı ərizə ilə müraciət etməsinə baxmayaraq, təqdim edilən sənədlər hələ də aidiyyəti üzrə göndərilməmişdir. Məcəllənin 75.4-cü maddəsində nəzərdə tutulduğu kimi, ərizə ilə təqdim edilən sənədlərin tamlığının yoxlanılması üçün müəyyən edilmiş müddət keçmiş olsa da, Cavabdeh tərəfindən həmin sənədlərin müvafiq orqana göndərilməsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0.1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 19.1.2, 19.1.4 ve 192.5-ci maddələrinə əsasən yaşayış, iş və istirahət mühitinin təhlükəsiz, sağlam və əlverişli olması, həmçinin infrastruktur obyektlərinin ahəngdar yerləşdirilməsi dövlət orqanlarının vəzifəsidir. Həmin maddələrə görə, ərazidə insanların hərəkət təhlükəsizliyi, nəqliyyat axını, ictimai asayiş və mövcud obyektlərin funksional uyğunluğu nəzərə alınmalıdır. İddiaçının ünvan 1 ünvanında ticarət binasının tikintisi ilə bağlı Cavabdehnə təqdim etdiyi şəhərsalma əsaslandırılması layihəsi və bununla bağlı ərizə və sənədlərinə İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində baxılaraq, buna müvafiq olaraq iddiaçıya xx.xx.2025-ci il tarixli cavab məktubu verilmişdir. Həmin cavab məktubunda göstərildiyi kimi, iddiaçının xüsusi mülkiyyətində olan, tikinti aparılması nəzərdə tutulan ərazi Tovuz şəhəri, İstiqlal küçəsi ilə H. Aslanov küçəsinin kəsişməsində yerləşməklə, bu ərazinin yaxınlığında 2 ədəd 5 mərtəbəli yaşayış binası, Cavabdeh, Tovuz rayon Prokurorluğunun, X2, Tovuz rayon Mədəniyyət Evinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi şöbəsinin, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin inzibati binaları yerləşir. Həmçinin, yaxınlıqda artıq uzun illər fəaliyyət göstərən Sultan Market, Bravo, OBA Market, İrşad Elektroniks, Araz Market kimi iri ticarət obyektləri fəaliyyət göstərir ki, onların fəaliyyəti nəticəsində il boyu ərzində ərazidə insanların və avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 142 nömrəli Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən, həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Sözügedən ünvanda ticarət obyektinin fəaliyyəti, ətrafda yaşayan sakinlərin yaşayış, İstirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış ictimai inzibati binalar üçün piyada səkiləri, avtomobil yolu şəbəkəsi və parklama şəraitinin, abadlıq və.s sahələrin məhdud olduğunu nəzərə alaraq, rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi əsaslı olaraq, sözügedən ünvanda ticarət təyinatlı obyektin tikintisini məqsədəuyğun hesab etməmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, bu zonada avtomobil nəqliyyatının intensivliyi yüksəkdir, piyadaların və sürücülərin hərəkət təhlükəsizliyi aktual məsələdir. Ərazidə yeni iri həcmli ticarət obyektinin inşaası mövcud sıxlığı daha da artıracaq ki, bu isə həm nəqliyyat axınına, həm də təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərəcəkdir. Yuxarıda göstərilən hüquqi və faktiki əsaslara görə İddiaçı tərəfindən qaldırılmış iddia tələbini əsassız hesab edərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi-Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış etiraza əlavədə göstərilmişdir ki, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 19.1.2-ci maddəsinə əsasən insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunması; 19.1.4-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqələrində müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur obyektlərinin hamı üçün müyəssər (əlçatan) olmasının təmin edilməsi; 19.2.5-ci maddəsinə əsasən insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ictimai nəqliyyat da daxil olmaqla), o cümlədən insanların hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması ümumi ərazi planlaşdırılmasının məqsədlərindən ibarətdir. Qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 142 nömrali Qərarı ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən, həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Sözügedən ünvanda ticarət obyektinin fəaliyyəti, ətrafda yaşayan sakinlərin yaşayış, istirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış ictimai inzibati binalar üçün piyada səkiləri, avtomobil yolu şəbəkəsi və parklama şəraitinin, abadlıq və.s sahələrin məhdud olduğunu nəzərə alaraq, rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi əsaslı olaraq, sözügedən ünvanda ticarət təyinatlı obyektin tikintisini məqsədə uyğun hesab etməmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, bu zonada avtomobil nəqliyyatının intensivliyi yüksəkdir, piyadaların və sürücülərin hərəkət təhlükəsizliyi aktual məsələdir. Ərazidə yeni iri həcmli ticarət obyektinin inşaası mövcud sıxlığı daha da artıracaq ki, bu isə həm nəqliyyat axınına, həm də təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərəcəkdir. İddiaçı məhkəməyə ərizə və bir sıra foto şəkillər təqdim edərək göstərmişdir ki, “cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə guya onun mülkiyyətində olan torpaq sahəsində avtomobillərin yüksək sıxlıqda dayandığı göstərilmişdir. Lakin təqdim edilən, müxtəlif tarix və saatlarda çəkilmiş fotoşəkillər açıq şəkildə sübut edir ki, həmin ərazidə daimi sıxlıq mövcud deyil. Faktiki vəziyyət göstərir ki, avtomobillərin ərazidə dayanması yalnız epizodik və müvəqqəti xarakter daşıyır və müəyyən saatlarda müşahidə olunan müvəqqəti sıxlıq tikinti niyyətinə heç bir hüquqi maneə yaratmır. Bu isə onu göstərir ki, cavabdehin təqdim etdiyi fotoşəkillər obyektiv faktlara deyil, subyektiv təsvirlərə əsaslanır və yalnız iddianı zəiflətmək məqsədilə sistemə yüklənmişdir.” İddiaçının istinad etdiyi bu hal absurt olmaqla tam əsassızdır. Belə ki, iddiaçı tərəfindən Cavabdehnə göndərilmiş sənədlər əsasında müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi barədə müraciəti üzrə araşdırma aparılarkən, yuxarıda istinad edilən faktlar, yəni sıxlığın və digər ticarət obyektlərinin olması, əlavə böyük ticarət obyektinin tikintisinin daha da çox sıxlığa səbəb olmasına gətirib çıxaracağı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi foto şəkillərə nəzər yetirilsə, həmin şəkillərin hansı vaxtda, yəni günün hansı saatlarında çəkilməsi müəyyən edilmir. Sadəcə olaraq foto şəkillərə vizual baxışdan görünür ki, bu şəkillər səhər saatlarında, yəni səhər saat 07:00-08:00-dək çəkilmiş şəkillərdir ki, bu saatlarda da qeyd olunan ərazidə sıxlıq az olur. Təkrar çəkilmiş və məhkəməyə təqdim edilmiş foto şəkillərə nəzər yetirilsə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qarşısında yerləşən küçələrdə günorta saatlarında avtomobil sıxlığının mövcudluğu təsdiq olunur. İnsanların iş saatlarının başlama və başa çatması zamanında isə, bu ərazilərdə olan sıxlıq daha da kəskinləşir ki, bu da vətəndaşların nararahatçılığına səbəb olur. İddiaçıya həmin ərazidə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyi təqdirdə, artıq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşacaq ki, bu da həmin ərazidə yerləşən dövlət qurum və idarələrinin iş fəaliyyətinə mənfi təsirini göstərəcəkdir. Digər tərəfdən o da göstərilməlidir ki, iddiaçı özünün təqdim etdiyi ərizəsində də göstərir ki, “təqdim olunmuş rəsmi məlumatlardan da göründüyü kimi, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2019-cu il tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş Tovuz şəhərinin Baş Planına əsasən fərdi yaşayış evləri üçün nəzərdə tutulan yaşayış zonasında yerləşir və bu zonada tikinti aparılması üçün heç bir xüsusi qadağa və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin ərazidə hal-hazırda Sultan Market, Bravo, OBA Market, İrşad Electronics, Araz Market kimi iri ticarət obyektləri ilə yanaşı, digər özəl mülkiyyətli obyektlərin də uzun müddət ərzində fəaliyyət göstərməsi və onların fəaliyyəti üçün Cavabdeh tərəfindən icazələrin verilməsi faktı, cavabdeh orqanın eyni təyinatlı tikinti üçün müraciət edən iddiaçıya fərqli yanaşmasının hüquqi əsassızlığını bir daha təsdiqləyir.” Qeyd olunmalıdır ki, iddiaçıya məxsus olan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2019-cu il tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş Tovuz şəhərinin Baş Planına əsasən fərdi yaşayış evləri üçün nəzərdə tutulan yaşayış zonasında yerləşməsini heç bir şəxs inkar etmir və iddiaçı həmin torpaq sahəsində qanunun tələblərinə uyğun olaraq, özünə fərdi yaşayış evi tikmək hüququna malikdir ki, onun bu hüququ da heç bir şəxs tərəfindən məhdudlaşdırılmır. İddiaçıya təqdim edilmiş imtina məktubunda göstərilən hallar, yəni həmin ərazidə hal-hazırda Sultan Market, Bravo, OBA Market, İrşad Electronics, Araz Market kimi iri ticarət obyektləri ilə yanaşı, digər özəl mülkiyyətli obyektlərin də uzun müddət ərzində fəaliyyət göstərməsi, elə iddiaçının özü tərəfindən də öz ərizəsində göstərilməklə təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, zamanında bu ərazidə əhalinin tələbatlarının ödənilməsi üçün, adları çəkilən ticarət obyektlərinin tikintisinə zərurət yaranmış və icazələr Tovuz rayon İH-nin əvvəlki rəhbərliyi dövründə verilsə də, hazırda bu obyektlərin mövcudluğu artıq adı çəkilən ərazidə sıxlıqların artmasına səbəb olduğundan, yuxarıda göstərilən kimi, burada yeni ticarət mərkəzlərinin, xüsusi ilə iri miqyaslı ticarət obyektlərinin tikinitisinə razılığın bildirilməsi məqsədəmüvafiq deyildir. Bu səbəbdən də, iddiaçının cavabdehə ünvanladığı müraciət təmin edilməmişdir. İddiaçı öz ərizəsində Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndində istinad edərək göstərir ki, “Bundan əlavə, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini və fəaliyyətini tənzimləyən “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndində göstərilir ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.” Qeyd olunmalıdır ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ona yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən tikinti məqsədləri üçün ayrılmamışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evləri üçün nəzərdə tutulan yaşayış zonasında yerləşməklə, iddiaçı tərəfindən çox hissəsi fiziki şəxslərdən satın alımış, digər 190 kv.m. hissəsi isə xx.xx.2024-cü il tarixinə Tovuz Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış alqısatqı müqaviləsi əsasında əldə edilmişdir ki, bu alqı-satqı müqaviləsinin bağlanmasına Tovuz rayon İHB Aparatının Memarlıq və Tikinti şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli Memar rəyində göstərilmişdir ki, “Tovuz Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 302 saylı məktubuna əsasən həmin Bələdiyyənin ərazisində rəyə əlavə olunmuş situasiya planında göstərilən yerdə və ölçülərdə həyətyanı məqsədi ilə satılmaq üçün mülkiyyət hüququ alacağı 190,0 kv.m.torpaq sahəsinin uyğunluğu yoxlanılmışdır. Göstərilən torpaq sahəsi həmin ərazinin məqsədli təyinatına uyğundur.” Daha sonra adı çəkilən alqı-satqının bağlanmasına Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini X3 rayon Tovuz Bələdiyyəsinə verdiyi “Fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə yolu ilə mülkiyyətə verilməsi nəzərdə tutulan Tovuz şəhəri, İstiqlal küçəsində yerləşən 0,0190 ha torpaq sahəsinin ayrılmasına dair” Rəyində göstərilmişdir ki, “Tovuz rayonu Tovuz bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 28 nömrəli müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının 2002-ci il 15 mart 274- İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0190 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müvafiq ərazidə torpağın ayrılması ilə bağlı mövcud texniki normalar nəzərə alınmaqla və ilkin qiymətinin torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti əsasında müəyyən edilərək müsabiqə yolu ilə mülkiyyətə ayrılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti etiraz etmir.” Təqdim edilmiş rəylərdən də göründüyü kimi, torpaq sahəsi iddiaçıya satılarkən, həmin ərazidə fərdi yaşayış evinin tikinitisi nəzərdə tutulmuşdur ki, buna da dövlət orqanlarının heç bir etirazı olmamışdır. Göründüyü kimi, yuxarıda göstərilən hüquqi və faktiki əsaslara görə, İddiaçı tərəfindən qaldırılmış iddia tələbi əsassız olduğunda rədd olunmalıdır. Buna görə də, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi-Vəkil1 tərəfindən məhkəməyə çıxış təqdim olunmuş və qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində mövcud qanunvericiliyin tələblərinə, eləcə də tikinti norma və qaydalarına tam uyğun şəkildə iki mərtəbəli ticarət obyektinin layihələndirilməsi həyata keçirilmişdir. Tikinti layihəsinə icazə alınması məqsədilə onun tərəfindən Cavabdehnə qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri sənədlərlə birlikdə rəsmi müraciət təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən bu müraciət nəzərə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektutira Komitəsinin 21 iyul 2025-ci il tarixli, 3-35/2-Q-1841-35-680/2025 saylı cavab məktubu göstərir ki, müvafiq müraciətin yerli səviyyədə araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Cavabdehnə yönləndirilmişdir. Məktubda həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də müraciət müəllifinə 7 iş günü müddətində görülmüş işlər barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin təəssüf ki, Cavabdeh bu tələbi icra etməmiş, qanunvericilikdə müəyyən edilmiş funksiyasını yerinə yetirməmiş, əksinə, məhkəməyə formal cavab xarakterli məktublar ünvanlamaqla məsuliyyətdən yayınmağa çalışmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məktublarda heç bir hüquqi əsas, nə elmi, nə texniki rəy, nə də ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə konkret arqument göstərilməmişdir. Məktublarda yalnız ümumi xarakterli, əsaslandırılmamış ifadələr işlədilmişdir ki, bu da qanunla tələb olunan əsaslandırma öhdəliyinə cavab vermir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə guya onun mülkiyyətində olan torpaq sahəsində avtomobillərin yüksək sıxlıqda dayandığı göstərilmişdir. Lakin təqdim edilən, müxtəlif tarix və saatlarda çəkilmiş fotoşəkillər açıq şəkildə sübut edir ki, həmin ərazidə daimi sıxlıq mövcud deyil. Faktiki vəziyyət göstərir ki, avtomobillərin ərazidə dayanması yalnız epizodik və müvəqqəti xarakter daşıyır və müəyyən saatlarda müşahidə olunan müvəqqəti sıxlıq tikinti niyyətinə heç bir hüquqi maneə yaratmır. Bu isə onu göstərir ki, cavabdehin təqdim etdiyi fotoşəkillər obyektiv faktlara deyil, subyektiv təsvirlərə əsaslanır və yalnız iddiamı zəiflətmək məqsədilə sistemə yüklənmişdir. Əlavə olaraq, layihə üzrə hazırlanmış tikinti planında yeraltı parkinq nəzərdə tutulmuşdur ki, bu da avtomobillərin ərazidə dayanması nəticəsində yaranacaq nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət qədər effektiv tədbirdir. Yeraltı parkinq tikinti layihəsinin ayrılmaz hissəsi kimi ərazidə mövcud nəqliyyat axını və dayanacaq tələblərini tam təmin edir və layihənin icrasına hər hansı obyektiv əngəl yaratmır. Beləliklə, cavabdehin təqdim etdiyi fotolar məsələnin mahiyyətini təhrif edən, yalnız formal xarakter daşıyan və obyektiv sübut dəyəri olmayan təsvirlərdir. Bütün bu halları nəzərə alaraq, cavabdehin həm məktubları, həm də təqdim etdiyi şəkillər qanunvericiliyin tələblərinə və faktiki vəziyyətə uyğun gəlmir. Onlar əsaslandırılmamış, formalist xarakter daşıyan, iddianı rədd etmək məqsədilə məqsədyönlü şəkildə hazırlanmışdır. Bu, cavabdehin öz qanuni funksiyalarını yerinə yetirməyərək məsuliyyətdən yayınması, eyni zamanda, hüquqi prosedurların tələblərini pozması ilə nəticələnmişdir. Nəticə etibarilə, təqdim edilmiş sübutlar iddiamı zəiflətmir, əksinə, mövcud qanunvericilik və faktiki vəziyyətlə tam ziddiyyət təşkil edir. Mövcud halların təhlili göstərir ki, cavabdeh orqan tərəfindən tikintiyə razılıq verilməməsi barədə irəli sürülən arqumentlər həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Belə ki, təqdim olunmuş rəsmi məlumatlardan da göründüyü kimi, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2019-cu il tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş Tovuz şəhərinin Baş Planına əsasən fərdi yaşayış evləri üçün nəzərdə tutulan yaşayış zonasında yerləşir və bu zonada tikinti aparılması üçün heç bir xüsusi qadağa və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin ərazidə hal-hazırda Sultan Market, Bravo, OBA Market, İrşad Electronics, Araz Market kimi iri ticarət obyektləri ilə yanaşı, digər özəl mülkiyyətli obyektlərin də uzun müddət ərzində fəaliyyət göstərməsi və onların fəaliyyəti üçün Cavabdeh tərəfindən icazələrin verilməsi faktı, cavabdeh orqanın eyni təyinatlı tikinti üçün müraciət edən iddiaçıya fərqli yanaşmasının hüquqi əsassızlığını bir daha təsdiqləyir. Bu cür fərqli münasibət hüquq bərabərliyi prinsipinə, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş ayrı-seçkiliyə yol verilməməsi prinsipinə, həmçinin inzibati orqanların fəaliyyətində şəffaflıq və obyektivlik tələblərinə ziddir. Bundan əlavə, iddiaçının təqdim etdiyi tikinti layihəsi Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə tam cavab verir, səki, yol və parkinq infrastrukturunun mövcud normalarına riayət olunmaqla hazırlanmışdır. Layihə üzrə zirzəmidə avtomobil dayanacağı da nəzərdə tutulmaqla əraziyə əlavə nəqliyyat yükü gətirmədən, əksinə, nəqliyyat axınının tənzimlənməsinə və vətəndaşların rahatlığının təmin olunmasına yönəlmişdir. Belə olan halda, cavabdeh orqan tərəfindən “ərazinin təyinatına uyğun olmaması” və ya “ətraf mühitə mənfi təsir” kimi arqumentlər irəli sürülməsi yalnız formal xarakter daşıyır və hüquqi əsasdan məhrumdur. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini; Həmin Məcəllənin 75.16-cı maddəsinə əsasən tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bundan əlavə, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini və fəaliyyətini tənzimləyən “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndində göstərilir ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.7-1-ci maddəsinə əsasən həmin Məcəllənin 75.1-ci, 75.2ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7- 1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə): 1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 2. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – yanındakı X1 və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları; Bundan əlavə, yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl təqdim olunmuş sənədləri və layihə materiallarını müvafiq rəy alınması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərməyə borcludur. Lakin Cavabdeh bu qanuni tələbi yerinə yetirməyərək, sənədləri Komitəyə təqdim etməmiş, bununla da öz səlahiyyətlərini lazımi qaydada icra etməmişdir. Qanunvericiliyin bu tələblərinə əməl edilməməsi inzibati orqanın fəaliyyətsizliyi (inzibati hərəkətsizlik) kimi qiymətləndirilməli və ərizəçinin hüquqlarının pozulması faktı kimi tanınmalıdır. Bu baxımdan, cavabdehin qanunla müəyyən edilmiş vəzifəsini icra etməməsi nəticəsində ərizəçinin tikintiyə icazə almaq hüququ əsassız olaraq məhdudlaşdırılmış, hüquqi müəyyənlik və bərabərlik prinsipləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilərək mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyininin Cavabdehnə həvalə edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi-Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarışa əsasən, Tovuz şəhəri, Həzi Aslanov küçəsi (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.1749 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 296 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh başçısına ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən 0,1749 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində tikinti norma və qaydalarına tam riayət edilməklə 2 mərtəbəli ticarət binası layihələndirilmişdir. Həmin tikinti layihəsinə müvafiq icazənin alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməklə müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tikinti aparılması nəzərdə tutulan ərazi İstiqlal küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşir və yaxınlıqda 2 ədəd 5 mərtəbəli yaşayış binası Cavabdeh, Tovuz Rayon Prokurorluğunun X2, Tovuz rayon Mədəniyyət Evinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi şöbəsinin, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin inzibati binaları yerləşir həmçinin, yaxınlıqda Sultan Market, Bravo, OBA market, İrşad Elektroniks, Araz market kimi iri ticarət obyektləri fəaliyyət göstərir və il boyu ərazidə insanların və avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. - Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 142 nömrəli Qərari ilə təsdiq olunmuş Tovuz şəhərinin Baş Planına əsasən, həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri yerləşən yaşayış zonasının hüdudları daxilindədir. Belə ki, sözügedən ünvanda ticarət obyektinin fəaliyyəti etrafda yaşayan sakinlərin yaşayış, istirahət və asudə vaxtlarının təşkilinə ciddi maneçilik törədəcəyini, habelə həmin ərazidə yaşayış ictimai və inzibati binalar üçün piyada səkiləri, avtomobil yolu şəbəkəsi və parklama şəraitinin, abadlıq və.s sahələrin məhdud olduğunu nəzərə alaraq sözügeden ünvanda ticarət təyinatı obyektin tikintisi məqsədəuyğun hesab edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 15. İqtisadi inkişaf və dövlət İ. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda)maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:
4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları;
“Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 Sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanı
1. Müəyyən edilsin ki: 1.1. yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər;
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarışa əsasən, Tovuz şəhəri, Həzi Aslanov küçəsi (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.1749 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı onun mülkiyyətində olan, Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə müvafiq icazənin alınması üçün Cavabdehnə göndərilmiş sənədləri təqdim edərək müvafiq rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, tikinti aparılması nəzərdə tutulan torpaq sahəsi İstiqlal küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində yerləşir və yaxınlığında yaşayış binaları, bəzi dövlət orqanlarının inzibati binaları, həmçinin, mağazalar yerləşir və insanların, avtomobillərin çox böyük sıxlığı müşahidə olunur. Eyni zamanda həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına daxildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.4 və 75.5-ci maddələrinə görə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1); bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2). “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 Sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanında müəyyən edilmişdir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər (1.1.) Qeyd olunan qanunvericilik normalarının mənasından görünür ki, hazırkı işə münasibətdə tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlər tam olduqda yerli icra hakimiyyəti orqanları tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməsi üçün sənədləri sonuncuya göndərməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasının əsası kimi qeyd etdiyi hallar (torpaq sahəsinin yerləşdiyi ərazidə insanların, avtomobillərin çox böyük sıxlığı, torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olması) qanunvericilikdə yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməsi üçün sənədlərin sonuncuya göndərilməsini istisna edən hal kimi nəzərdə tutulmamışdır. Belə ki, tikinti barədə qanunvericilik normaları tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsini məhz tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin tamlığından asılı etmişdir. Tikintiyə icazənin verilməsi isə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verildikdən sonra həll edilən məsələdir. Bu baxımdan məhkəmə cavabdehin imtinasını qanuni hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə icazənin alınması üçün Cavabdehnə təqdim edilmiş sənədlərin rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Tovuz şəhəri, İstiqlal küçəsi, giriş 4 ünvanında yerləşən, ümumi sahəsi 0,1749 hektar olan torpaq sahəsi üzərində tikinti layihəsinə icazənin alınması üçün Cavabdehnə təqdim edilmiş sənədlərin rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva