Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4830/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın paya münasibətdə bölgü sxeminin və cizginin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq M Ü Ə Y Y Ə N E T D İ M:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Şəmkir rayonu, Atabəy kəndində yerləşən **********22 reyestr nömrəli torpaq sahəsi üzərində İddiaçı (2/3 hissə) və X1 (1/3 hissə) paylı mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - 23.05.2025-ci il tarixli, **********22 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Şəmkir rayonu, Atabəy kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi İddiaçı və başqalarıdır.
2. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeydə alınmış Şəmkir rayonu, Atabəy kəndində yerləşən 2.1189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı onun payına uyğun bölgü sxeminin və cizginin tərtib olunmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Atabəy kəndində yerləşən 2.1189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X3 ilə iddiaçının paylı mülkiyyətindədir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı həm onun, həm də mərhum X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, buna görə ona və mərhum X2 həmin torpaq sahəsi ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim olunmuşdur. Lakin iddiaçı mülkiyyətində olan həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və həmin əmlakla bağlı sərəncam verə bilmir. Çünki, X3 vəfat edib, onun heç bir qohumu olmadığı üçün vərəsəliyin müəyyən olunması qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı cavabdehə müraciət edib xahiş etmişdir ki, onun mülkiyyətində olan əmlakdan payına uyğun olaraq bölgü sxemi və cizgisi tərtib olunsun. Çünki iddiaçı bu vəziyyətdə mülkiyyətində olan əmlakdan təyinatı üzrə istifadə edə bilmir, həmin daşınmaz əmlakla bağlı sərəncam verə bilmir. İddiaçı bildirir ki, cavabdeh müxtəlif bəhanələrlə xahiş etdiyi əmlakla bağlı müvafiq bölgü sxemi və cizgini tərtib etməkdən imtina edir. Buna görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir və istəyir ki, məhkəmə qeyd olunan Çıxarışda göstərilən əmlakla bağlı iddiaçının mülkiyyətində olan payına uyğun olaraq bölgü sxemi və cizginin tərtib olunması vəzifə olaraq cavabdehin üzərinə qoyulsun.
4. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı 15.3 Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
7. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
8. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
9. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas marağı xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan və ona məxsus olan pay hissəsinin bölgü sxeminin və tərtib olunmasından ibarətdir.
10. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
11. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
12. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əsas məsələ ona məxsus olan və Şəmkir rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı bölgü planın hazırlanması və onun davamında isə həmin daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun bərpa edilməsidir. Belə ki, qeyd edilən mübahisəli məsələ, yəni bölgü sxeminin müəyyən edilməsi ümumi məhkəmələr (rayon və şəhər məhkəmələri) tərəfindən həyata keçirilir. Çünki qeyd edilən mübahisəli məsələ xüsusi hüquq münasibətlərindən irəli gəlməklə, fiziki şəxslər arasında yaranan münasibətlər ilə əlaqədardır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsinə əsasən: - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. - 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223-cü maddəsinə əsasən: - 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. - 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. - 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
15. Bütün yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi, tərəflər rasında payın müəyyən edilməsi, ayrılması mümkün olamayan paya münasibətdə dəyərinin ödənilməsi, payın ayrılması əvəzinə kompensasiya təyin edilməsi kimi məsələrinin həll edilməsi inzibati orqanın səlahiyyəti xaricindədir və həmin məsələlər qiymət verilmədən payın bölünməsi, həmçinin iddiaçının payına uyğun olaraq bölgü sxemini və çizginin tərtib edilməsi məqsədəmüvafiq hesab etmir. Qeyd edilən mübahisəli məsələ xüsusi hüquq münasibətlərindən irəli gəlməklə, fiziki şəxslər arasında yaranan münasibətlər ilə əlaqədardır.
16. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, iddiaçı mülki məhkəmə icraatı qaydasında əmlakın naturada bölünməsi tələbi ilə aidiyyəti üzrə səlahiyyətli rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququna malikdir.
17. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın paya münasibətdə bölgü sxeminin və cizginin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ M:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın paya münasibətdə bölgü sxeminin və cizginin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya əmlakın naturada bölünməsi tələbi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə səlahiyyətli rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov